Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

S.Ə.  -  Budaq  MünĢi  Qəzvininin  «Cəvahirül-əxbar»  əsəri,  Leninqrad 
Saltıkov-ġedrin  adına  Dövlət  Kütləvi  kitabxanasındakı  avtoqraf  əlyazması,  Dorn 
№ 288. 
M.ġ.T  -  «Mükalimeyi-ġah  Təhmasib  ba  elçiyani-Rum»,  Saltıkov  -  ġedrin 
adına Dövlət Kütləvi kitabxanasındakı əlyazması, Dorn № 302. 
T.T. - «Təzkireyi-Təhmasib», Kəlküttə, 1912. 
S.A. - Qazı Əhməd Qəffarinin «Tarixi-cahan-ara» əsəri, Tehran, 1343 h.Ģ. 
F.ġ.  -  Ġbrahim  Əmininin  «Fütuhati-Ģahi»  əsəri,  Tacikistan  SSR  EA 
ġərqĢünaslıq Ġnstitutunun kitabxanasındakı əlyazması, inv. № 225. 
Z.N.  -  ġərəfəddin  Əli  Yəzdinin  «Zəfərnamə»  əsəri,  DaĢkənd,  1972. 
Orijinalda ərəbcə olan ifadələr, «Quran» ayələri tərcümədə iri Ģriftlərlə verilmiĢdir. 
Əbdi bəy «Təkmilətül-əxbar»da Azərbaycan, Əcəm Ġraqı və Rum yazarkən 
əsasən müasir Cənubi Azərbaycan, Ġran və Türkiyə ərazilərini nəzərdə tutmuĢdur. 
Əsərdə xüsusilə Çin, Hind, Kilək, Kürd, Monqol dillərində çoxlu coğrafi və 
Ģəxs  adları  vardır  ki,  ərəb-fars  əlifbasında  bir  çox  sait  hərflərin  olmama-sı  ilə 
əlaqədar olaraq tərəfimizdən onların düzgün oxunuĢu Ģübhəlidir. Buna görə əksər 
hallarda həmin sözlərdən sonra sual iĢarəsi (?)qoyulmuĢdur. 
Tərcüməni  oxuyub  məsləhətlər  vermiĢ  filoloji  elmlər  namizədi  Əli 
Abbasova, ərəbcə ifadə, hədis və Quran ayələrinin tərcüməsində bizə kömək etmiĢ 
tarix elmləri namizədləri Tariyel  Həsənov, Sabir Ġsgəndərov və tərcüməni redaktə 
edən tarix elmləri doktoru Vaqif Piriyevə öz minnətdarlığımızı bildiririk. 
ġübhəsiz  ki,  bu  ilk  tərcümədə  bir  sıra  tərcümə  xətaları  və  digər  nöqsanlar 
vardır. Bunları göstərəcək yoldaĢlara qabaqcadan təĢəkkür edirik . 
 
Əbülfəz HaĢim oğlu Rəhimli 
Bakı -  1985 
 
[Bütün] iĢləri idarə edən, nurdan iĢıq yaratmıĢ Allahın adı və Ģükrü ilə. Səsi 
hər  tərəfdə  eĢitdirilən  peyğəmbərə,  onun  pak  nəslinə,  xüsusən,  məsum  imamlara 
Allahın xeyir-duası olsun. Onların hamısına Allahın xeyir-duaları. 
Üçüncü  səhifə.
1
  On  iki  imamlı  yüksək  Cəlalli  Səfəvi  Ģahları  haqqında  - 
Onların hakimiyyəti əbədi olsun. 
 
ŞER 
 
«Dövlət hər kimə yar olsa
Onun dünya və dində baĢı uca olar. 
                                                           
 
Görkəmli  Ġran  tarixçisi  Əbdül  -  Hüseyn  Nəvai  «Təkmilətul  -  əxbar»ın  Səfəvi 
dövrü hissəsini 1369 (1990)-cu ildə Tehranda 4200  tirajla çap  etdirmiĢdir. 
 


Dövlət sərmayə ilə dolu bir humay (quĢudur), 
Allahın kölgəsi ilə qonĢuluq edir. 
Kövhər səpən xoĢbəxt buluddur, 
Bahar buludu kimi dünyanı rövnəqləndirir. 
Səadət hər kimə yar olsa, 
Onun dininə və dünyaya yol göstərən olar. 
Taca layiq olan baĢ, 
Dinin taxtı
2
 ilə yüksələr». 
 
Hamı bilir ki, dünyanı yaratmaqda məqsəd Allahı tanımaq nurunu sədaqətli 
və inanan camaata çatdırmaqdır.  «Mən bir  gizlin  xəzinə idim, istədim ki,  məndən 
götürsünlər».
3
  Buna  görə  də  ilk  məxluq  necə  ki,  kitabın  əvvəlində  demiĢik, 
Məhəmmədin  və  Əlinin
4
  müqəddəs  nurlarıdır.  Demək,  dünyanın  hökmranlığı 
Məhəmməd  və  ondan  sonra  Əliyə  məxsusdur.  (Əli)  isə  həm  Allah  tərəfindən  və 
həm  də  peyğəmbər  tərəfindən  məxluqatın  imamı  və  rəhbəridir.  Həzrəti- 
[Məhəmməddən]  sonra  bu  yüksək  (B-2416)  mənsəb  növbə  ilə  on  iki  imama 
mənsubdur.  Onlardan  baĢqa  hər  kim  bu  iĢə  giriĢsə,  zülmkardır.  Sultani-zaman  və 
sahibi-əmr
5
  (yəni  12-ci  imam)  -  ona  Allahın  salamı  olsun-mərhəmətli  allah 
(tərəfindən)  qeyb  olduğu  üçün  haqq  odur  ki,  (M-211a)  ali-Ələviyyeyi-Fatimiyyə
6
 
silsiləsindən  bu  iĢə  qabil  olan  bir  adam  (Ģahlıq)  etsin.  Allahın  bəndələri  arasında 
zamanın imamının (yəni, 12-ci imamın) hökmlərini yerinə yetirsin. Camaatı zülm 
və pis iĢlərdən çəkindirsin. On iki imamın haqq məzhəbinə yol göstərsin. Səltənət 
taxtına  cülus  edib,  Məhəmmədin  nəslinin  hökmlərini  icra  etsin.  Necə  ki,  həzrəti-
peyğəmbər - ona və nəslinə salam olsun - buyurmuĢdur. 
Taleqanda
7
  bizim  elə  bir  xəzinəmiz  vardır  ki,  nə  qızıl  və  nə  də   
gümüĢdəndir.  Bəni-haĢimidən
8
 olan, boz rəngli qatır üstündə baĢı qırmızı örtüklü 
bir  gəncin  baĢçılıq  etdiyi  12  min  kiĢidən  (ibarətdir).  Mən  sanki  ona  baxıram. 
Onların  Allah,  Allah,  Allah  çağırıĢı  Fəratı
9
  aĢıb  keçir.  O  görünən  kimi  Ģeyxin 
yanına gedər, ona tərəf qaçıĢarlar. 
Həmçinin  Həzrəti-Əmirəlmöminin  [Əli]  -  ona  Allahın  salamı  olsun-xəbər 
vermiĢdir. 
Hülaku  xanın
10
  əhvalatının  (təsvirinin)  əvvəlində  deyilmiĢ  və  indi  bu 
məqamda o yenidən təkrar olunur.
11 
 
MİSRA 
 
«Dəfələrlə demişəm, bir daha deyirəm». 
 
Ona [Allahın] duası və salamı olsun demiĢdir: Bəni-Abbasın
12
  hakimiyyəti 
uğurludur, bir ehtiyası yoxdur. Əgər türk, deyləm,
13 
Sind
14
, bərbər
15
 və Təbəristan
16
 
onların hakimiyyətini aradan götürmək üçün onlara qarĢı yığıĢsalar da, onu aradan 


götürə  bilməzlər.  Hətta  onların  hökmdarları  və  dövlət  baĢçıları  onlardan  tələb 
etsələr, onların üzərində türklərdən bir hökmdar ağalıq etsə və onları məhv etsə də. 
Belə  ki,  onların  hökmdarının  keçdiyi  elə  bir  Ģəhər  yoxdur  ki,  onu  fəth  etməsin. 
Onun  üçün  qaldırılmıĢ  elə  bir  bayraq  yoxdur  ki,  onu  endirməsin.  Vay  o  kəsin 
halına  ki,  onunla  düĢmənçilik  edə!  Beləcə  də  qələbə  çalmaqdadır.  Sonra  isə 
qələbəni  mənim  nəslimdən  olan,  haqq  deyən  və  haqla  iĢ  görən  bir  adama 
verməkdədir. 
Bu xəbər həqiqətdir. Necə ki, Bəni-Abbas Əbu Müslim Mərvəzi
17
 (M-2116) 
vasitəsilə  ölkəni  asanlıqla  aldı.  Səlcuq  türklərinin,  deyləmilərin  və  Sind,  hind  və 
baĢqa  ölkələrin  hakimi  olan  Sultan  Mahmud  Qəznəvinin
18
  cəhdinə  baxmayaraq, 
Bəni-Abbasın  hakimiyyəti  süqut  etmədi,  Nəhayət,  Abbasi  Müstəsimin  vəziri  Ġbn 
Əlqəmi
19
  və  Abbasilər  dövlətinin  baĢqa  əyanlarının  səyi  nəticəsində  türk  Hülakü 
xanın  hökmü  ilə  Bəni-Abbasın  hakimiyyəti  aradan  getdi.  Bu  qələbədən  sonra 
hakimiyyətə  Hülakülar  sülaləsindən  Səfəvilərə  qədər  Əmirəlmöminin  [Əlinin] 
övladlarından heç kəs keçmədi. Nəhayət, ali Səfəvi sülaləsindən cənnət-məkan ġah 
[Ġsmayıl]  dünyanı  fəth  edib,  haqqı  dedi.  Yəni  on  iki  imamın  adına  xütbə
20
 
oxutdurdu. Onların düĢmənlərinin  batil  olduğunu  zikr  etdi.  Yəni,  batil sözlü və 
əməlli  xaricilərin
21
  və  sünnilərin
22
  kökünü  kəsdi.  Bəni-Fatimilərin
23
  Seyid 
sülaləsindən heç kəsə bu müyəssər olmamıĢdı. 
O  zamandan  ki,  məlun  Müaviyə
24
  birbaĢa  fəsada  baĢlayıb,  hakimiyyəti  ələ 
aldı, Bəni-Fatimilərə imkan vermədilər. Bəni-Üməyya
25
  haqsız  olaraq  hakimiyyət 
baĢına keçdi. Onlardan  sonra hakimiyyətə Abbasilər keçdilər. Abbasilər dövründə 
doğruluğu  müəyyən  edilmiĢ  on  iki  [imam]  nəslindən  olan  Ali-Buyə
26
  hakimiyyət 
baĢına gəldi. Lakin onlar Abbasilərin səltənətini yıxıb, on iki imamın hakimiyyətini 
saxlamağa imkan tapmadılar. 
Abbasilər  alçalıb  süqut  etdikdə  hakimiyyəti  bir  müddət  monqol  və  tatar 
kafirləri  ələ  aldılar.
27
  Qazan  xan
28
  islamı  qəbul  etdi.  Ondan  sonra  günahı 
bağıĢlanmıĢ  Sultan  Xudabəndə-Sultan  Məhəmməd  Ulcaytu  xan
29
  həqiqət  gözünü 
açıb  on  iki  Ģiə  [imamının]  məzhəbinin  yolunu  aləmə  göstərdi.  Ömrü  vəfa 
etmədiyinə  görə  tezliklə  cənnətin  dinclik  evinə  köçdü  (yəni  öldü).  Beləliklə,  bu 
həqiqi  yolun  intibahına  qədər  gedə  bilmədi.  Ondan  sonra  doğru  hadisəyə  qədər 
zamanın özündə hərc-mərclik üz verdi. (M-212a). 
«Haqq  gəldi  və  batil  yox  oldu».
31
  Dünyanı  bəzəyən  ġah  [Ġsmayıl]  örtüyü 
qaldırıb özünü göstərdi. 
«Zalim olan kəslərin kökü kəsilmiĢdir. Bunun üçün dünyanın ağası Allaha 
Ģükür olsun».
32
 
Səltənət  güzgüsündə  parıltı  göründü.  Yəni  dünyaları  fəth  edənin  qılıncının 
sığalı və Ġsgəndər
33
 taxtlı CəmĢid
34
, zamanın axırının Süleymanı
35
, Sahibəzzamanın 
irəlidə  gedən  xoĢbəxt  padĢahı  Əbülmüzəffər  Sultan  ġah  Ġsmayıl  ibn  Sultan  ġah 
Heydər ibn Sultan Cüneyd ibn Sultan ġeyx Ġbrahim ibn Xacə Əli ibn Sultan Xacə 
ġeyx  Sədrəddin  Musa  ibn  Sultan  ġeyx  Səfiəddin  Ġshaq  ibn  Seyid  Əminəddin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə