Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   8   9   10   11   12   13   14   15   ...   70
    Bu səhifədəki naviqasiya:
  • BEYT

Səfəvi  Musəvi  Hüseyni  imamların  adını  xütbə  və  sikkə  ilə  zinətləndirməyə 
müvəffəq  oldu  və  fələyin  mavi  günbəzinə  böyük  səs-küy  saldı.  Pak  imamların 
yaĢadıqları dövrdə təqiyyə
107
 libasında gizlənmiĢ on iki Ģiə imamının haqq məzhəbi 
aĢkar  olub  yayıldı.  Xarisi  qılınc  çəkənlər  torpağın  üstünə  sərildilər.  Ġnad 
göstərənlər  məhv  edildilər.  Bu  məzhəb  elə  rəvac  tapdı  ki,  indi  dinin  pənahı  ġah 
Təhmasibin  hakimiyyəti  zamanı  onun  qorunmayan  məmləkətlərində  belə,  geniĢ 
yayılmıĢdır.  Belə  ki,  Hindistanda  Nizamülmülk  padĢahın  ordu  və  rəiyyətləri  bu 
məzhəbdədirlər.
108 
Dinin  padĢahı  olan  ġah  [Təhmasibin]  günlərinin  hekayəti  bundan  sonra 
yazılacağına görə, bu məzhəbin rövnəqi oradan məlum olacaqdır. 
 
BEYT 
 
«Dünya durduqca cəlalı var olsun, 
   Bütün aləm onun pənahında olsun». 
 
Müxtəsər,  ucalıq  bayraqdarı  [ġah  Ġsmayıl]  bu  ilin  baharında  Əlaüddövlə 
Zülqədərə  qulaqburması  vermək  üçün  Ərzincana  yola  düĢdü.  Alataq  yolu  ilə 
Tərcana getdilər. Əlvənd Təbrizi boĢ görüb, Təbrizə gəldi və oradan Ucana getdi. 
Elə  ki,  bu  xəbər  ali  orduya  çatdı,  [həmin]  gün  Azərbaycana  yollandılar.  Maku 
qalasının ətrafından bahadırların bir dəstəsi  ilə  hücuma  keçdilər. Əlvənd  xəbərdar 
olan  kimi,  Ucandan  Həmədana  və  Həmədandan  Bağdada  qaçdı.  ġah  [Ġsmayıl] 
Təbrizdə qıĢladı. Baharın  əvvəllərində Əcəm Ġraqını tutmaq üçün  yollandı.  Sultan 
Murad ibn Yaqub
109
 həmin qıĢı Dilicanda qıĢlamıĢdı (B-245a). QıĢlaqdan çıxıb, 70 
000 atlı ilə müharibə etmək arzusunda idi. (M-216a). 
908-ci  il  zilhiccə  ayının  24-də  (20  iyun  1503)  düĢənbə  günü  Həmədanın  
Almaqulağı çölündə sərt döyüĢ oldu.  Əmirül-üməra olan  Gözəl Əhməd Bayandur 
və  «namurad»  Sultan  Muradın  ordusundan  10  000  nəfər  öldürüldü.  DöyüĢçülərə 
çoxlu  silah  və  mal  nəsib  oldu.  Ġraq,  Azərbaycan  və  onlara  tabe  olan  yerlərdə 
səltənət bütünlüklə  Bayanduriyyə tayfasından  ali  Səfəvi  sülaləsinin əlinə keçdi. 
«Həmd olsun o allaha ki, öz vədinə sadiq, öz bəndəsinə yardımçı olub və öz 
ordusunu güclü edib». 
Bu qalibiyyətin tarixi «həz» dir.
110
 Ondan sonra «namurad» [Sultan Murad] 
ġiraza getdi. Qələbə rəmzli bayraqlar [ġah Ġsmayıl] onu təqib etməyə baĢladı. Bu 
hərəkət  zamanı  Kirman  zəbt  edildi  və  onu  Xanəhməd  Ustacluya  verdilər.  O,  600 
atlı  ilə  orada  qaldı.  2000  cavanı  olan  Mahmud  bəy  Türkman  oranı  tərk  edib 
Xorasana qaçdı. 
[ġah  Ġsmayıl]  siçan  ilinin
111
  novruzunda  fars  [vilayətinə]  təĢrif  gətirdi. 
ġənbə  [günü]  909-cu  il  rəbiüs-sani  ayının  2-də  (24  sentyabr  1503)  əzəmətlə 
darülmülk  ġiraza  daxil  oldu.  Kazerunun  xətibləri  sünni  olduqları  üçün  aradan 
götürüldülər və qətl olundular. ġiraz vilayətini Zülqədər Keçəl bəy hacılar [adı ilə] 


məĢhur  [olan]  Ġlyas  bəyə  verdilər.  O  tarixdən  ġiraz  Zülqədər  tayfasına  mənsub 
oldu. 
[ġah  Ġsmayıl]  cümadiəl-sani  [ayının]  əvvəlində  (21  noyabr  1503)  oradan 
yola düĢüb, Mədinətül-möminin   (Möminlər  Ģəhəri)   olan  Quma
112
  təĢrif  gətirdi 
və orada qıĢlaq etdi. 
Xar,  Simnan,  Dəmavənd  və  Firuzkuh  hakimi  Hüseyn  Kiya  Cəlavi  üsyan 
etdi  və  Reyin  hakimi  Ġlyas  bəy  Ġyğut  oğlunu  qətlə  yetirdi.  Cəlal  bayraqları  (ġah 
Ġsmayıl) ramazan [ayının] 12-də (28 fevral 1504) Deyro Kas yolu ilə Reyə Gedib, 
oradan  Cəlavilərin  yiyələnmiĢ  olduqları  Külxəndan  qalasına  təĢrif  gətirdi.  O  qala 
iki  günə  fəth  olundu.  Orada  və  Dəmavənddə  qətl  və  qarət  etdilər  (M-2166).  O 
günlərdə sədarətə Qazı Məhəmməd KaĢi ilə Mövlana ġəmsəddin Ģərik oldular. 
[ġah  Ġsmayıl]  Ģəvval  [ayının]  11-də  (28  mart  1504)  Firuzkuh  qalasını 
mühasirə  etdi.  15  gündən  sonra  oranın  hakimi  Əli  Kiya  Zamandar  fələyə  bənzər 
dərgaha  gəldi  və  qalanı  təslim  etdi.  Dünyanı  gəzən  ordu  (ġah  Ġsmayıl)  həbəlrud 
yolu  ilə  Hüseyn  Kiya  Cəlavi  və  Murad  bəy  CahanĢahinin
113
  olduqları  Osta 
qalasının  altına  gedərək  [onu]  mühasirə  etdi.  Bir  aydan  sonra  qalanın  suyunu    
axıtdılar.  Hüseyn  Kiya  zilhiccə  ayının  əvvəlində  (mayın  ortaları,  1504)  əlacsız 
qalıb, dostları ilə bayıra çıxdı. Müzəffər döyüĢçülər [baĢqalarına] ibrət üçün Murad 
bəyi  kabab  etdilər.  Hüseyn  Kiyanı  qəfəsə  saldılar.  O,  özünü  öldürdü.  Cəsədini   
savucbulağın Quhə [adlı yerində] yandırdılar. 
Qalanın  altında  olan  vaxt  Sultan  Hüseyn  mirzə  Kürəkaninin  atasından 
incimiĢ  oğlu  Məhəmmədhüseyn  mirzə  sığınmaq  üçün  dünyanın  pənahı  [ġah 
Ġsmayılın] dərgahına gəldi (B-2456). Karkiya Mirzə Əlinin qardaĢı Karkiya Sultan 
Hüseyn fələyə bənzər dərgaha gəldi və razı salınmıĢ halda öz ölkəsinə getdi. 
Bu  il    «Namurad»    [Sultan    Murad]    Bağdada  getdi.
114 
Yəzdin  hakimi   
Murad bəy Bayandur oranı öz vəziri Sultan Əhməd Saruqiyə tapĢıraraq, öz köçü və 
adamları ilə Herata getdi. 
Ali divandan
115
 Yəzdi tiyul
116
 olaraq Lələ bəy [adı] ilə məĢhur olan Hüseyn 
bəy  Lələyə  verdilər.  O,  Cuqə  adlı  birisini  oranın  darğalığına
117
  göndərdi.  Sultan 
Əhməd onu hörmətlə qarĢılayıb, hər cür xidmət göstərməkdə heç nəyi əsirgəmədi. 
Elə ki, bir neçə gün keçdi, Sultan Əhməd Cuqə bəyi hamamda öldürdü. BaĢına bir 
qədər piyada toplayıb Yəzdi zəbt etdi. Bayandurilərin vaxtında istiqlaliyyət tapmıĢ 
Rəis Məhəmməd Kərə Yəzdi mühasirə etməyə getdi. Bir neçə gündən sonra oranı 
tutdu. Sultan Əhmədi və onun mülazimlərini öldürüb, hakimiyyəti ələ aldı.
118
 
910-cu  ildə  (14.VI.1504  -  3.VI.1505)  Cəlal  bayraqları  (ġah  Ġsmayıl)  (M-
217a)  Hüseyn  Kiyanı  dəf  etdikdən  sonra  Təxti-Süleyman  yaylağına  təĢrif  gətirdi. 
QıĢı  Ġsfahanda  keçirdilər.  Həmin  qıĢlaqda  Mir  Miraniyyəni  və  onun  qohumlarını 
məhv etdilər. 
Cümadiəs-sani [ayının] 28-də (6 dekabr 1504) Yəzdi mühasirə etmək üçün 
hərəkət  etdilər.  ġəhərin  özünü  20  gündən  sonra  və  ondan  daha  20  gün  sonra 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə