Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

sürənləri onlara çatdı. Salamat qalanları Tarıma gedib Biyəh-pəs hakimi Müzəffər 
Sultan Kiləkiyə sığınmağa məcbur oldular. 
(B-253b)  Xanməhəmmədin  qardaĢı  oğlu  olan  Abdulla  xan  ibn  Qara  xan 
Ustaclu  və  Lori  qalasından  xilas  olub  özünü  Qəzvinə  çatdırmıĢ  Qazı  Cahan  əl-
Hüseyni Rumlu və Təkəlu[lara] qarĢı çıxdılar. Kirman hakimi Əhməd Sultan Sufi 
oğlu Ustaclu da onlara qoĢuldu. Axırda onların təĢkil etdikləri ittifaq pozuldu. Qazı 
Cahan  Gilana,  Abdulla  xan  və  Əhməd  Sultan  Sufi  oğlu  Ustaclu  Rey  və  Xara 
getdilər. 
Bir  daha  Ustaclu  və  o  iki  tayfa  (Rumlu  və  Təkəlu)  arasında  Xərzəvil 
vilayətində  böyük  dava  oldu.
205
  [Ustaclular]  özləri  ilə  Gilandan  da  çoxlu  piyada 
gətirmiĢdilər. Ustaclu və gilanlılar böyük  məğlubiyyətə uğradılar. Belə ki, onların 
baĢlarından  Qəzvində  minarə  düzəltdilər.  Onlar  (Ustaclu  və  gilanlıların  sağ 
qalanları)  RəĢtə getdilər. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  (M-228b)  Qəzvinə  gəldi.  Bu  [ġah 
Təhmasibin] Qəzvində birinci qıĢlağı idi. 
Donuz  ili  (mart  1527-mart  1528)-933-cü  ildə  (8.X.1526-26.IX.1527) 
özbəklərin qovğası və Heratın mühasirəsi qarĢıda idi. ġah Təhmasib Xorasana tərəf 
yola  düĢüb,
206
  Savuxbulağa
207
  qədər  gəldi.  Gilanın  RəĢt  [Ģəhərində]  olan  Ustaclu 
əmirləri  Xalxal  yolu  ilə  Ərdəbilə  getdilər.  Oranın  hakimi  Badıncan  bəy  Rumlu 
onlarla  vuruĢmaq  üçün  [Ģəhərdən]  kənara  çıxdı.  Dəstələr  üz-üzə  gəldikdə  məlum 
oldu  ki,  Badıncanla  cəmi  bir  neçə  nəfər  var.  Bir  saata  Rumlu  [tayfasını]  məğlub 
etdilər.  Badıncan  Sultan  o  vaxt  Köpək  Sultanın  tavaçısı
208
  olan  Əhməd  ağa 
ÇavuĢlunun əli ilə öldürüldü. 
Ərdəbildə  bu  iĢləri  etdikdən  sonra  yola  düĢüb,  Div  Sultanın  ordusunun 
dayandığı və  Rumlu tayfasının  məskən  saldığı  Çuxursədə  getdilər. Div  Sultan  və 
Cuhə  Sultan  bu  xəbəri  eĢitdikdə,  Xorasana  getməkdən  vaz  keçib,  cümə  [günü] 
ramazan  [ayının]  8-də
209
  (8  iyun  1527)  Savuxbulaqdan  hücuma  keçib, 
Azərbaycana  getdilər.  Cümə  [günü]  ramazan  [ayının]  29-da  (29  iyun  1527) 
Naxçıvan  tüməninin
210
  Arpaçay  məntəqəsində  onlara  çatıb,  Ģahanə  vuruĢdular.
211
 
Ustaclular məğlub oldular, Köpək Sultan öldürüldü. 
[ġah Təhmasibin] dərgahından üz döndərib, ustaclulara qoĢulan Türkmanın 
eĢikağası  DərviĢ  Həmzə  bəy  Hacılu
212
  və  Məhəmmədi  bəy  ibn  Bəhram  bəy 
Qaramanlu tutulub qətlə yetirildilər. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  Savuxbulaqdan
213
  Sultaniyyəyə  təĢrif 
apardılar. Sultaniyyənin çəmənliyində bir qədər dayandılar ki,  əmirlər qayıtsınlar. 
Orada  pəncĢənbə  günü  Ģəvval  [ayının]  26-da
214
  (26  iyul  1527)  Cuhə  Sultanın 
göstəriĢi ilə Div Sultan öldürüldü. Onun qoĢunu və vilayəti mülazimlərindən olan 
Süleyman bəy Rumluya tapĢırıldı və [ona] Süleyman Sultan ləqəbi verildi. 
Cuhə  Sultan  vəkalət  iĢlərində  yeganə  Ģəxs  oldu  və  onu  əmirül-üməra  (M-
229a) yazdılar.
215 


QıĢlaq Qəzvində oldu. Həmçinin bu ildə Əxi Sultan Təkəlu və Dəbri Sultan 
(B-254a) ġamlu Bistamda özbək Übeyd [xanla] döyüĢdə öldürüldülər. Əxi sultanın 
vəzifəsi  və  onun  Qəzvində  olan  vilayəti  Cuhə  Sultanın  nökərlərindən  biri  olan 
Məhəmməd bəy ġərəfəddin   oğlu   Təkəluya   verib,   onu   Məhəmməd   Sultan 
adlandırdılar. 
Siçan  ili  (mart  1528  -  mart  1529)-934-cü  ildə  (27.IX.1527  -  14.IX.1528) 
ordu  Xərrəqan  yaylağına  getdi.
216
  Xəbər  gəldi  ki,  Astarabad  hakimi  Zeynal  xan 
ġamlu,  Səbzəvarın  hakimi  Çəgirkə
217 
Sultan  ġamlu  və  Savənin  tiyuldarı  Mustafa 
Sultan  ƏfĢar  yekĢənbə  günü  Ģaban  [ayının]  21-də  (11  may  1528)  özbək  ZeynəĢ 
bahadırla Firuzguhda döyüĢərkən öldürüldülər. Özbək (lər) tam qələbə qazandılar. 
Buna  görə  Cuhə  Sultan  Sultan  Meydanidən
218
  Damğana  hücum  edib,  ZeynəĢi 
oranın qalasında mühasirəyə aldı. Məzkur qalanın ətrafında böyük ağaclar ucalırdı. 
Ġgid tüfəngçilər mərdanə hücum edib [qalaya] yaxınlaĢdılar. Qalanın içərisində və 
Damğan  Ģəhərində  kim  görünürdüsə,  xətasız  öldürülürdü.  [Cuhə  Sultanın]  özü 
igidlərlə xəndək və hasara  (qalaya) üz qoydu. 
Dərin  xəndək  və  möhkəm  hasara  alınmıĢ  Damqanı  az  bir  vaxtda  fəth  edib 
ZeynəĢi öldürdülər.
219
 BaĢını  fələyə bənzər dərgaha (ġah Təhmasibə) göndərdilər. 
Onun ardınca Cuhə Sultanın özü də dərgaha gəldi. Cəlal bayraqları (ġah Təhmasib) 
bu qələbədən sonra Xorasana yola düĢdü. Həmçinin bu ilin ramazan [ayının] 14-də 
(2  iyun  1528)  o  vaxt  Noxud  Sultan  Mosullu  [adı  ilə]  tanınan  Gülhər  hakimi 
Zülfüqar  ibn  Əlibəy
220 
Əmir  Xaninin  qoĢununa  sahib  olub,  Bağdad  və  Ərəb 
Ġraqının  hakimliyinə  çatmıĢ  və  Mahi-DəĢtdə
221
  yaylayan  əmisi  Ġbrahim  Sultanın 
üstünə hücum etdi və əmisini öldürdü. [Zülfüqar ibn Əli bəy] öz əmisi oğlanlarını 
da,  xüsusilə  Mərcümək  Sultan  ibn  Əmirxanı  öldürdü  və  bütün  Ərəb  Ġraqını  zəbt 
etdi.
222 
Yenə siçan ili (mart 1528 - mart 1529)-935-ci ildə (15.IX.1528-4.IX.1529) 
məhərrəm  [ayının]  10-da,  Ģənbə  günü  (24.IX-1528)  özbək  Sultanları  içərilərində 
Küçum xan [adı ilə] tanınan  Kuçinsi  xan olmaqla, Camın  Bərduyə  [adlı]  yerində 
Ģahlıq  kamına  çatmıĢ,  Allahın  kölgəsi  [ġah  Təhmasibin]  adamları  ilə  vuruĢdular. 
Ġlk anda özbək [lər] qızılbaĢ [lara] bir az güc gəldilər. 
Cuhə  Sultan,  Ulamə  Sultan  Təkəlu,  Yəqub  Sultan  Qacar  və  bəzi  baĢqa 
əmirlər  məğlubiyyətə  uğrayıb,  üz  çevirdilər  (yəni  qaçdılar).  Özbəklər  [onlar] 
qovmağa  baĢladılar.  ġahlıq  dövləti  və  Heydər  [Ġmam  Əli]  öz  qüdrətini  köstərdi. 
ġahlıq  kamına  çatmıĢ  Allahın kölgəsi   [ġah Təhmasib] öz  yerindən getmədiyinə 
görə  (yəni,  Xorasanda  idi) o tayfanın (yəni özbəklərin) iddia  sahibi və  daha  igidi 
olan  özbək  Übeyd  [xana]  tərəf  yönəldi.  Onun  bütün  adamlarını  öldürdülər.  ġah 
[Təhmasibin]  qorçilərinə  məxsus  olan  bir  qorçi  Übeyd  [xana]  çatıb,  tanımadan 
çiyninə  bir  qılınc
223 
(B-254b)  vurdu  və  ondan  keçərək,  baĢqası  ilə  məĢğul  oldu 
(yəni  vuruĢdu).  Dinqılıc  bahadır  və  Übeyd  (xanın)  baĢqa  adamları  onu  (Übeyd 
xanı) bu mərəkədən çıxardılar. Übeyd [xanın] məğlub olma xəbəri Kuçim xan və 
Canibəy xana çatdıqda onlar pozunuq halda Mərvə qədər dayanmadan [qaçdılar]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə