Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

əmirlərini  onun  yanına  göndərdi  ki,  mülayim  və  xoĢ  söhbətlərlə  onun  gönlünü 
alsınlar. Elə etsinlər ki, ürəyi incimədən sabah [Cuhə] Sultanın mənzilinə gəlsin. 
[Cuhə]  Sultan  ordusunda  Ģadlıq  və  ziyafət  hazırlığına,  təmizlik,  heyvan 
[kəsmək]  və  arıtlama  iĢlərinə  baĢladılar.  Elə  ki,  göndərilənlər  oraya  getdilər, 
vəziyyəti  baĢqa  cür  gördülər  (M-231b).  Belə  ki,  [Hüseyn]  xanın  son  dərəcə  pərt, 
tərəfdarlarının  narazı  halda  olduqlarını  baĢa  düĢdülər.  Bir  təhər  özlərini  o 
mərəkədən  salamat  çıxarıb,  ali  orduya  gəldilər.  Ordu  sevinc  içərisində  idi.  Hamı 
Sam mirzənin gəlməsinə sevinirdi. Cuhə Sultan yaĢlı kiĢi idi. Qısası, Ģahzadə [Sam 
mirzəni]  belə  [asanlıqla]  ələ  gətirib  və  [onu]  kama  çatmıĢ  ġah  [Təhmasibə] 
tapĢırmasına Ģübhə edirdi. [Cuhə Sultan] öz hərəmxanasına gedib istirahət etməyə 
hazırlaĢırdı ki, göndərdiyi adamlar geri qayıtdılar. Yolun tozu ilə onun yanına tərəf 
getdilər və içəri girmək icazəsi alıb, hərəmiyə daxil oldular. Dedilər ki, biz Hüseyn 
xanı əsəbi gördük. Ondan bu gecə bir pis hərəkət baĢ verə bilər. Cuhə Sultan dedi: 
-  O elə kiĢi deyildir ki, əlahəzrətin dövlətxanasına hücum edə. 
Dedilər: 
-  Onun  hər  nə [iĢi] varsa,  səninlədir və   sənin üstünə gələr. 
[Cuhə Sultan]  dedi: 
- Əgər mən ölsəm, mənim ölməyimə baxmayın, siz qorxaq və ürəksizsiniz. 
sizinlə həmrah olan türklər [çətin] vəziyyət görməyiblər. 
Xülasə,  onlar  (yəni  Hüseyn  xanın  düĢərgəsinə  gedib  qayıdanlar)  bu  haqda 
nə  qədər  mübaliğə  etdilərsə,  o,  [Cuhə  Sultan]  az  qulaq  asdı.  Belə  bir  yelbeyin 
xatircəmliklə onların hər biri öz mənzillərinə getdilər. 
Səhər  vaxtı  idi.  Hüseyn  xan  silahlı  və  hazır  halda  [ətrafına]  toplananlar, 
nökər  və  qoĢunu  ilə  Ģahın  dövlətxanasının  üstünə  gəldi.  Səs-küy  qalxdı.  Cuhə 
Sultan  ayıldı  və  ata  minib,  məĢəlsiz  özünü  dövlətxanaya  çatdırmaq  istədi.  Buna 
görə heç kim yolda onu tanımadı. Bir dostu [belə] ona çatmadı. Elə ki, əlahəzrətin 
divanxanasının qapısına çatdı, böyük kama çatmıĢ [ġah Təhmasib] də divanxanaya 
təĢrif gətirdi. O, eĢikdə olan böyük qorçilərə Ģamluları dəf etməyi əmr etdi. 
(B-256a)  Elə  ki,  Cuhə  Sultan  çatdı,  o  da  divanxananın  qapısında  dayandı, 
ox  atmağa  və  düĢmən  qoĢununu  dəf  etməyə  baĢladı.  BaĢqa  əmirlər  xəbərdar 
oldular  və  Cuhə  Sultanın  qoĢununu  xəbərdar  etdilər.    Hamı  silahlanıb  (m-232a)   
dövlətxanaya  üz   qoydu. Səhərin  gözü açılanda qoĢun hər tərəfdən və hər yandan 
[gəlib] çatdı. ġamlu [lar] müqavimət [göstərə] bilməyib, məğlubiyyətə   uğradılar. 
Təkəlu  əmirləri  onların  ardınca  düĢdülər  və  [onları]  qovmağa  baĢladılar.  Ancaq 
Cuhə Sultan  divanxanasının  ətrafında  dayanıb  ox   atırdı. Qorçi CəmĢidin əlində 
olan  oxqabından  ox  və  kaman  qurtardıqda,  o,  divanxananın  qapısına  gəldi.  Kama 
çatmıĢ  [Ģahdan  ox]  istədi.  Göy  üzəngili  [Ģah]  ona  bir  oxqabı  bağıĢladı.  O,  həmin 
oxları da atdı. 
Zülqədər qorçiləri və  ġamlu  qorçiləri Cuhə  sultanı  məhv  etməkdə  Hüseyn 
xan  ilə  dilbir  olduqları  üçün  Misir  adlı  qorçi  Qurğulu  Zülqədər  nizə  ilə  Cuhə 
sultanın  qasığını  yaralayıb  onu  taqətdən  saldı.  Cuhə  Sultanın  iki  yaxın  adamı,   


yəni ox və kaman qorçisi CəmĢid və cübbədarı
228
 Mustafa onu yerə yıxılmıĢ halda 
tapdılar.  Onu  götürərək  əlahəzrətin  divanxanasının  içərisinə  gətirdilər.  ġah   
əlahəzrətləri  onu  o  halda  gördükdə,  həmin  iki  nəfərə  buyurdu  ki,  onu  çadırın 
bayırına  aparsınlar.  Yaralı  olduğu  üçün  bir  [qədər]  istirahət  etsin.  Onun  
vəziyyətini  hamıya  bildirməməyi buyurdular. Çünki   [istəmirdi ki,]   qəsd edənlər   
və  qatillər onun keçinəcəyini bilsinlər.  Elə  ki,  hava iĢıqlandı, Ģamluların ardınsa 
gedən  əmirlər  və  camaat  onları  çox  təqib  etdilər.  Onlardan  adlı-sanlı  adam[lar]ı 
tutub  dərgaha  gətirdilər.  ġahın  dövlətxanasının  qarĢısında  onları  qılıncdan 
keçirdilər. 
Hüseyn xan və ġamlu[lar]ın qılıncdan keçirilməyənləri Ġsfahan yolu ilə Fars   
[vilayətinə] yollandılar. 
Əlahəzrət Ģah qovğa  yatandan sonra  Cuhə  Sultanın böyük oğlu ġahqubadı 
atasının yerinə qoydu. Sultanlıq vəzifəsi və əmirlik rütbəsi olan ġahqubadın yerini 
[isə]  Cuhə  Sultanın  kiçik  oğdu  Əliyə  verdi.  Hər  ikisi  səltənətin  idarə  edilməsinə   
cəlb olundu. Fitnə bir qədər yatdı. 
(M-232b)  Uzun  müddətdən  bəri  Cuhə  Sultanı  aradan  götürmək  istəyən 
Ustaclu, Zülqədər, ƏfĢar əmirləri və baĢğa oymaqların
229
  [arzuları]  indi  bu  üsulla 
dəf  edildi.  Onun  yeri  oğlanlarına  verildiyi  üçün  əmirlər  tab  gətirmədilər  və  fitnə 
yenidən baĢlandı. 
Kama çatmıĢ Ģah son dərəcə müstəbid və məğrur olan Cuhə Sultan və onun 
özündən  yüz  dəfədən  artıq  məğrur  olan  övladlarına  və  onların  xidmətində 
sabitqədəm olan baĢqa tayfalara digər oymaqlara tərəf getmələrini rəva bilmədi. 
ġah  Təhmasib  20  günlük  fasilədən  sonra  lənətlənmiĢ  Ģeytan  cinsli  Təkəlu 
[lar]  ın  üstünə  getməyə  qərar  verdi.  Bütün  oymaqlar  silahlanıb  (B-256b) 
dövlətxananın qapısında cəmləĢdilər. Təkəlu tayfası dövlətxananın qapısına gəlib, 
vəziyyəti  nəzərdən  keçirdikdə  -  tamamilə  naümid  qayıdaraq  Bağdad  yoluna  üz 
tutdular. Əvvəlki hadisə təkrar olundu. BaĢqa tayfaların ikidləri Təkəlu(lar)ı təqib 
etməyə  baĢladılar.  Təkəlu  [lar  [dan  qorçibaĢı  Duray  bəy  və  mehrdar  Kəbə  Xəlifə 
adı  ilə  məĢhur  [olan]  Ġbrahim  xəlifəni  öldürdülər.  Təkəlu  [lar]  ın  əyan  və 
əmirzadələrini  bir-bir  və  iki-iki  bağlayıb  dərgaha  gətirdilər.  Əvvəlki  mərəkədə 
Ģamlu[lar]ın daddıqları Ģərbəti onlara dadızdırdılar və  «Afəti-Təkəlu» o hadisənin 
tarixi oldu.
230
 
Bir neçə gündən sonra qaçanların hamısı və baĢqa Təkəlu [lar] «bizim Ģəxsi 
günahımız  yoxdur»  ümidi  ilə  Həmədan  ətrafında  dərgaha  gəldilər  və  qılınc 
cəzasına  məruz  qaldılar.  Qılıncdan  keçirilməyənlər  isə  qaçaraq,  özlərini  Bağdad 
hakimi Məhəmməd xan ġərəfəddin oğluna çatdırdılar. 
Fitnəyə  səbəb  olanların  bəzisi  öldülər  və  bəzilərini  isə  əlahəzrət  Ģahın 
göstəriĢlərinə əsasən Məhəmməd xan aradan götürdü. 
Fitnə-fəsadın  xəmir-mayası  olan  Quduz  Sultan  və  əmirül-üməralıq 
iddiasında  olan  Cuhə  Sultanın  oğlu  ġahqubad  [saraydan]  uzaqlaĢdırıldılar  və 
onların fitnəsi dəf oldu.
231
(M-233a). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə