Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

tərəfdən oraya (Türkiyəyə) getmiĢ və geri qaytarılmamıĢ, əksinə [Sultan Süleyman] 
onu  qüvvətləndirib,  bizim  ölkənin  sərhəddi  olan  Bidlisi  ona  vermiĢdi  ki,  idarə 
etsin.  Digər  tərəfdən  özü  də  hökm  edirdi  ki,  ġərəf  bəyi  tutub,  onun  yanına 
göndərək. Xülasə, Hüseyn xan, Abdulla xan, MüntəĢa Sultan və Elaldı ağa Hacıları 
rumluların yanına göndərdilər ki, desinlər: 
- Ülamə bizdən qaçıb, sizin yanınıza gəlib, ġərəf bəy isə sizdən qaçıb, bizim 
yanımıza  gəlib.  Siz  onu  tutub  bizim  yanımıza  göndərin,  biz  də  ġərəf  bəyi  tutub 
sizin yanınıza göndərək. 
Rumlular qəbul etmədilər. Ülaməni öz qanadları altına alıb ġərəf bəyi məhv 
etmək istədilər. 
QızılbaĢ əmirlərinə (B-258a) rumluların düĢmənçiliyi yəqin oldu. 
Hamı dilbir olub, kama çatmıĢ [ġah Təhmasibi] Ruma yürüĢ etməyə təhrik 
edir  və  [deyirdilər]  ki,  Sultan  Süleyman  Firəng  [istana]  gedib,  fürsət  qənimətdir. 
Əlahəzrət  ġah  [Təhmasib]  bunu  qəbul  etməyib  [dedi]  ki,  o,  din  uğrunda 
müharibəyə  gedib  və  kafirlərlə  vuruĢduğu üçün bizə  bu  vaxt onun ölkəsi üzərinə 
getmək, kafirlərə kömək etmək demək olar. 
Əmirlər  dedilər  ki,  Rum  padĢahının  Ülaməni  müdafiə  etməsindən  belə 
məlum  olur  ki,  [o],  yaxın  vaxtda  bizim  üstümüzə  gələcək.  Hər  halda  biz  onun 
qarĢısına çıxmaq və müdafiə fikri etməliyik. 
Bu  niyyətlə  hər  bir  [kəs]  icazə  alıb,  öz  yurduna  getdi  ki,  döyüĢə  hazırlıq 
görsünlər və bahar olan kimi hər nə üz versə, imkan daxilində yardım göstərsinlər. 
ġah  Təhmasib  Çuxursəddən  darüssəltənə  (M-235a)  Təbrizə  təĢrif  gətirib 
qıĢlaq etdi. 
O  vaxtlar  səltənətdə  xanlıq  edən  özbək  Übeyd  [xanın]
243
  Xorasana  gəlib, 
Heratı mühasirə etməsi xəbəri ġah Təhmasibə çatdı. Oranın camaatı xüsusilə dinin 
pənahı Ģahın əlahəzrət qardaĢı olan Bəhram mirzə və baĢqa əzizləri çətin vəziyyətə 
düĢmüĢ, qəhətlik və aslıq baĢ vermiĢdi.
244
 
Nəvvabi-kamyab [ġah Təhmasib] Xorasana üz tutmağı, özbəkləri dəf edib, 
qardaĢını  mühasirə  və  təhlükədən  xilas  etməyi  vaçib  bilib,  Herata  tərəf  gəlməyə 
baĢladı. 
Ġlan  ilinin  baharında
245
  özbək  QəmiĢ  Oğlan  Herata  hücum  edib 
Savucbulağın  Məxur  çəmənində  Ģahlıqla  birləĢən  Astarabad  vilayətinin  (valisi) 
əbədi dövlətdə rütbə və xanlıq vəzifəsi tapmıĢ ġahrux ibn Əlaüddəvlə Məhəmməd 
xan Zülqədərin ordusunun üstünə düĢdü, qarət və qətl etdi. 
Nəvvabi-kamyab [ġah Təhmasib] Əlqas mirzəyə təbil, bayraq, ilxı və qoyun 
sürüsü bağıĢlayıb, Bədr xan Ustaclunu onun lələsi təyin etdi və  dua  ilə  Xorasana 
özbəkləri, xüsusilə QəmiĢ Oğlanı dəf və ləğv etməyə göndərməyi qərara aldı.
246
 
O  günlərdə  ġah  [Təhmasibin]  möhrdarı  Mahmud  bəy  Zülqədər  qopuq 
oyunu
247
  meydanında  hürkmüĢ  atdan  yıxılıb  öldüyü  üçün,  eĢikağası  olan  ġahqulu 
xəlifə Qurqulu Zülqədəri onun yerinə möhrdar [təyin] etdi. Qaravulçu Ərəbkirlunu 
onun  (ġahqulunun)  yerinə  eĢikağası  qoydular.  [ġah  Təhmasib]  Musa  bəy  ibn  Ġsa 


bəy  Mosullunu  Azərbaycanın  əmirül-ümərası  təyin  edib,  darüssəltənə  Təbriz 
vilayətində qüvvətli hökumət yaratdı. 939-cu ilin Zilhiccə [ayında]. (24.VI-22.VII. 
1533) dünyanı fəth edən [ġah Təhmasibin] bayrağı Xorasana tərəf dalğalandı. Elə 
ki,  qələbə  ayəli  bayraqların  yaxınlaĢması  xəbəri  Xorasana  çatdı,  yerlərdə  olan 
özbəklər təcavüzdən əl çəkib qayıtdılar. Übeyd [xan] da Heratın mühasirəsindən əl 
çəkib Mavəraünnəhrə getdi. 
Cəlal bayraqları (ġah Təhmasib) qalib, müzəffər və  xoĢbəxtliklə   (M-235b)   
böyük  Allahın    mühafizəsinin  köməyi  ilə  Xorasana  gəldi  (B-2586).  Cənnət  kimi 
Heratda qıĢladılar.
248
 
940-cı  ilin  aylarında  (23.VII.1533-12.VII.1534)  Ülamə  Bidlis  Ģəhərinin 
üstünə  gəldi.
249
  Kürd  ġərəf  xan  Acə  Sultan  Qacar  və  ġərəf  xana  kömək  edən, 
onunla  dost  olan  əmirlərlə  müharibə  etdi  və  bu  vaxt  ġərəf  xan  öldürüldü. 
ġəmsəddin  bəy  ibn  ġərəf  xan  atasının  yerinə  tayfa  baĢçısı  oldu.  Bu  xəbər  Herat 
qıĢlağında cah-cəlallı [ġah Təhmasibin] qulağına çatdı. Təbil, bayraq, tac, saruq
250
 
və  Bidlis  vilayətinin  ġərəf  xanın  hakimiyyəti  və  ölkəsinin  xanlıq  ləqəbi  ilə  ona 
verilməsi barədə olan [fərmanı] onun üçün göndərdilər. 
Həmin ilin (940-cı ilin) at ilində (1534-cü ildə) Əlqas mirzəni Mərv tərəfə, 
Hüseyn  xan  ġamlu,  MüntəĢa  Sultan  Ustaclu  və  keçmiĢdə  xəzinədar  olub,  ondan 
sonra Qəzvin valisi və tiyuldarlığına çatmıĢ Əmir bəy Rumlunu Ğarcistanı
251
 iĢğal 
etmək üçün göndərdilər. 
Nəvvabi-kamyab  (ġah  Təhmasib)  [imam]  Rzanın-ona  salavat  və  salam 
olsun-Ģərəfli cənnətini (yəni məqbərəsini) ziyarət etməklə Ģərəfləndi.
252
 O, əmr etdi 
ki, o cənnətin günbəzini qızıla tutsunlar. Bunun üçün o, iĢə lazım olan xalis qızılı 
və  qızıl  pulu  Ģəxsi  xəzinəsindən  verdi.  [Ġstəyirdi  ki,]  bütün  gümbəzi  səthdən 
qübbəyə  qədər  qızıl  kərpiclə  tərtib  edib,  fələyin  firuzə  rəngli  günbəzinə 
bənzətsinlər; uca günəĢi
253
 yer üzündə əbədiləĢdirsinlər. 
Cəlal bayraqları (ġah Təhmasibin) qələbə və bəxtlə Herata təĢrif apardı. Bu 
vaxt Əlqas mirzə Reydən salamat və qənimətlə qayıtdı. Ğarsistana getmiĢ əmirlər 
qələbə və zəfər qazanaraq, oranı zorla iĢğal etmiĢ ġah Məhəmməd seyfülmülkü dəf 
edərək,  ali  dərgaha  gəldilər.  Bu  ildə  ġiraz  vilayətinin  [hakimliyi]  Həmzə  Sultan 
Zülqədərdən alınıb, Sultan Xəlilin qardaĢı Qazıxan Zülqədərə verildi. 
Qələbə ayəli bayraqlar (Ģah Təhmasib) Zilhiccə [ayının] 12-ci günündə (24 
iyun 1534) Heratdan çıxıb Bəlx və Mavəraünnəhrə
254
 tərəf hərəkət etdi, (M-236a) 
40 gün ƏləngniĢində dayandılar. Ondan sonra Ġraqdan və Azərbaycandan çaparlar 
gələrək Ülamənin Təbrizə gəlməsi xəbərini gətirdilər. 
[Hadisə]  belə  olmuĢdu:  Ülamə  osmanlı  padĢahı  Sultan  Süleymanın  baĢ 
vəziri  Ġbrahim  paĢanı  aldatmıĢdı  ki,  ġərq  ölkəsi
255
  boĢdur  və  QızılbaĢların  əksər 
əmirləri  mənimlə  dilbirdirlər.  Əgər  Sultan  [Süleyman]  o  tərəflərə  gəlsə,  mən 
öhdəmə götürürəm ki, o ölkəni paĢa üçün istila edəm. Ġbrahim paĢa onun sözü ilə 
yoldan  çıxdı.  Ülaməni  böyük  ordu  ilə  göndərdi.
256
  Özü  də  onun  ardınca  yola 
düĢdü.
257
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə