Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

Cəbrayıl  ibn  Seyid  Saleh  ibn  Seyid  Qütbəddin  ibn  Seyid  Səlahəddin  RəĢid  ibn 
Seyid Məhəmməd  əl-Hafiz ibn Seyid Əvəz Əlxas ibn Seyid FiruzĢah  Zərringülah 
ibn Seyid Məhəmməd ibn  Seyid ġərəfĢah ibn  Seyid Həsən ibn  Seyid Məhəmməd 
ibn  Seyid  Ġbrahim  ibn  Seyid  Səfər  ibn  Seyid  Məhəmməd  ibn  Seyid  Ġsmayıl  ibn 
Seyid  Əhməd  ibn  Seyid  Məhəmməd  Ərabi  ibn  Seyid  Məhəmməd  Qasim  ibn 
Əbülqasim Həmzə ibn Ġmam Musa ibn Səfər əl-Kazim - ona və atasına salavat və 
salam olsun - zülmətin pasını və inkarın tozunu rüzgarın güzgüsündən əbədi sildi.
36
 
Bu hekayətin müxtəsəri belədir: 
Elə ki, bu tayfa tərəfindən cahangirlik vahiməsi zahir oldu və onların uğurlu 
Ģiə məzhəbi qələbə çaldı, zəmanənin padĢahları onlarla hesablaĢmağa baĢladılar. 
«Kafirlər istəməsələr də allah öz nurunu yenə yayacaq».
37
 
Bəlkə  də  alqıĢlanmaq  qəsdi,  ilahi  səltənət  hissi  (B-2426)  ilə  dövranın 
hadisələrinin  və  türkman
38
  Sultanlarının,  xüsusilə  Rüstəm  ibn  Maqsud  ibn  Həsən 
Bayandurinin
39
  tuğyanına  qədər  uĢaqlıq  vaxtlarında  Lahicanın  Gilanında  yurd 
salan  (M-2126)  tərifli  və  əlahəzrət-haqq  son  qələbə  ilhamı  ilə  kənara  çıxdı.  Yer 
üzünü zir-zibildən təmizlədi.  Sikkə və xütbəni on iki imamın Ģanlı adı ilə bəzədi. 
Xəlil  kimi  balta  ilə
40
  sünnilərin  sevincini  sındırdı.  O  zaman  Hüseyni
41
 
seyidlərindən  Karkiya  Mirzə  Əli  ibn  Karkiya  Sultan  Məhəmməd
42
  oranın   
(Gilanın)  padĢahı idi. 
[Mirzə Əli] xidmətkarlığı və qonaqpərvərliyi hörmətlə yerinə yetirdi. 
Böyük  əlahəzrətin  (ġah  Ġsmayılın)  xəyalına  yola  düĢmək  xəbəri  hasil 
olduqda  [Mirzə  Əli]  bir  qədər  gözləməyi  təkid  etdi.  Bu  hələ  səltənət  hilalının 
çıxmasının  əvvəli  idi.  Bu  ay  on  dördə  çatana  qədər  (yəni  kiçik  ġah  Ġsmayıl  14 
yaĢına  çatana  qədər)  gözlədi.  O,  əlahəzrətin  (ġah  Ġsmayılın)  yaĢı  on  üçə  (qədəm) 
qoyduqda,  o  dinpənah  dedi  ki,  yüksək  aləmdən  nümayəndəyəm  və  bu  hərəkətdə 
üzürlüyəm. 
Ətraflardan və tərəflərdən hal-hazırda qədim Çilani
43
 sufilər adlanan, qələbə 
çalan  sufilər  hörmətdə  mübaliğəyə  vardılar.  Karkiya  [Mirzə  Əli]  baĢa  düĢdü  ki, 
bundan artıq GünəĢin (ġah Ġsmayılın) qarĢısını ümumiyyətlə tutmaq olmaz. Buna 
görə o, əlahəzrətin vidalaĢıb  [getməsinə] icazə verdi. 
Allahın  yanında  qüvvətlənmiĢ  [ġah  Ġsmayıl]  905-ci  ildə  məhərrəm  ayının 
ortasında  (avqust  1499)  mübarəklik  və  xoĢbəxt  tale  ilə  Deyləman  vilayətinin 
yaxınlığında olan ordunun düĢərgəsindən dünyanı fəth etməyin bayrağını qaldırdı. 
Gilanın  son  hüdudunda,  TalıĢ  mahalına  bitiĢik  və  Ərdəbil  yaxınlığında 
yerləĢən Astara Ərsivanında
44
 qıĢladı. Ulduzların padĢahı qıĢın cədy, dəlv və hut
45

yayın  həməl  və  sour
46
  aylarında  Ģahlıq  çadırı  qurulduqdan  [sonra]  Ərcivandan
47 
Ərdəbilə  gəldi.  Müqəddəs  niĢanlı  həzrətlər  olan  ata-babalarının  ziyarətinə  nail 
oldu. Onların müqəddəs ruhundan yardım diləyib, Arran Qarabağına yola düĢdü. O 
zaman  CahanĢah  padĢahın
48
  nəvəsi
49 
olduğunu  iddia  edən  Sultan  Hüseyn  adlı  bir 
Ģəxs  o  həzrətlə  [ġah  Ġsmayılla]  görüĢüb,  xəyanət  etmək  məqamında  idi.
50
  Bu  iĢ 
xaqan (ġah Ġsmayılın) GünəĢ ürəyində aydınlaĢdı. Dərhal oradan köçüb, (M-213a) 


Çuxursəd
51
  tərəfə  üz  çevirdi.  Oradan  Doqquzulama  yola  düĢdü.
52
  Orada  pak 
niyyətli  və  etiqadlı  sufilərin  meydan  sulayanı  Qaraca  Ġlyas  Bayburdlu  Rumlu 
dəstəsi ilə [ġah Ġsmayılın] xidmətinə yetiĢdi. 
Həmçinin  ürəklərində  Əli  nəslinin  məhəbbəti  və  baĢlarında  düĢmənlərinə 
qarĢı  ədavət  olanlar  hər  Ģir  meĢəsindən  və  hər  igid  dəstəsindən  çeĢmələr  arxlara, 
arxlar çaylara, çaylar böyük dənizlərə üz tutan kimi, hər tərəf və cəhətdən dostlar 
və  hamilər  bir-bir,  iki-iki  seçilib  gəldilər.  Bir-birləri  ilə  birləĢərək,  özlərini  Ali-
Əlinin  ali  bayrağı  altına  çatdırdılar.  O  diyarın  yolunun  üstündə  olan  MəntəĢ 
qalasının  adamları  sufilərə  qarĢı  pis  münasibətdə  olduqları  üçün  dinin  ağaları  və 
həqiqi  əshabın  ilk  ildırımı  bu  oldu  ki,  o  qalaya  hücum  etdi.  Qalanın  əhalisini 
qılıncdan  keçirdilər  və  var-yoxunu  talan  etdilər.  Oradan  keçib  Kağızmana
53
 
gələrkən baĢqa yaylaqlardan çox gözəl olub, Araz çayının baĢlanğıcında (yerləĢən) 
Mingöl yaylağına yönəldilər. Ora Ustacluların oymağı idi. O düĢərgədə Ustaclular 
yaĢayırdılar. 
Həmzə  bəy  Fəth  oğlu  Ustaclu  ali  fərmanla  uğurlu  dövlətin  yaranması 
müjdəsi  ilə  onların  içərisinə  getdi.  Onu  Oğlan  Ümmət  ÇavuĢlunun  evinə 
düĢürtdülər. Sabahısı bütün ağsaqqallar, baĢçılar, cavanlar, comərd kiĢilər, sufilər, 
dostlar  -  yəni  bütün  o  tayfa  can-baĢla  məzkur  Həmzə  bəyin  söhbətini  dinləməyə 
tələsdilər. 
O  ali-həzrəti  (ġah  Ġsmayılı)  Ģərafətlə,  Mədinə  ənsarı
54
  [Məhəmməd] 
peyğəmbəri  Mədinəyə  apardıqları  kimi-ayaq  döymək  və  himn  deməklə  öz 
camaatının arasına aparıb, canlarından keçmək məqamına gəldilər. Nəvvabi-xaqan 
[ġah  Ġsmayıl]  bir  neçə  ay  onların  içərisində  qaldı.  Bu  xəbər  sufilərin
55
  və  Ģiələrin 
arasında  yayıldı. Ondan  sonra o oymağın birləĢməsi ilə Tərcanın sarıqayasına  və  
oradan  Azərbaycan
56
    vilayətinə  təĢrif  apardılar.  Sufilər  və  qazilər
57
  dəstə-dəstə 
Rumlu
58
, ġamlu və Zülqədərlər
59
 Rum
60
, ġamı
61
 Misir
62
 və Diyarbəkr
63
 ellərindən 
gəlməyə baĢladılar. 
Həzrəti-Sahibəzzamanın  zühurunun  müqəddiməsi  olan  o  əlahəzrətin 
zühuruna hazır olanları çağırmaq üçün hər tərəfə pərvanəçilər
64
  getdi.  On  iki  min 
nəfərə qədər qələbə çalan əsgər həzrəti-risalət-pənah [ġah Ġsmayıl]  çağırdığı üçün 
cəm oldu. 
Dünyanı bəzəyən [ġah Ġsmayılın] fikri ilə ġirvana yürüĢ etmək və ədavətin 
banisi olan Fərrux Yəsarı
65
 dəf etmək qərara alındı. 
Əlahəzrət  xaqan  [ġah  Ġsmayıl]  Ustaclu  tayfasının  köç  evini,  qocaları  və 
zəifləri qorumaq barədə Sultan Bayəzidə
66
 iltimac məktubu yazdı və qəbula yetdi. 
Özü belinə fədakarlıq kəməri bağlayıb, qələbə niĢanlı bayrağın altına gəldi. Özünə 
münasib baĢıucalıqla ġirvan tərəfə gəlməyi qərara aldı. 906-cı ildə
67
 (28.VII.1500 - 
16.VII.1501)  Qoyunölümü  [adlı  yerdə]  Kürü  keçib  (B-2436)  ġirvana  gəldi. 
Gülüstanan
68
 qalasının yuxarısındakı Cəbani məntəqəsində 12 min Rüstəm
69 
ürəkli, 
Bəhmən
70
 biləkli, Ġsfəndiyar
71
 qüvvəli qazi və sufi düĢərgə saldı. Qərara aldılar ki, 
Yezid ibn Cəvnin nəslindən olduğuna görə Müaviyənin oğlu Yezidə
73
 iqtida
74
 edib, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə