Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

malü-cəhatlarını
353
  [gələcəkdə]  xəzineyi-amirəyə  çatdırsınlar.  Azərbaycan  və  Ġraq 
oymaqlarındakı  yüz  mindən  təxminən  20-30  min  atlı  seçib,  onlara  nökər  adı 
verdilər və Ģahın göstəriĢi ilə hökmdarın xəzinəsindən qorçilərə illik məvacib təyin 
etdilər. Cəbbəxanadan lazımi silahları alıb, müharibəyə hazırlaĢdılar. 
[ġah  Təhmasib]  ƏĢkənbər  və  Gülənbər  yaylağına  gedib,  yaylamaqla 
günlərini keçirirdi. 
Xandigar və Əlqas Azərbaycana gəldilər. Nəvvabi-kamyab (ġah Təhmasib) 
Abdulla  xan  Ustaclu  və  bəzi adlı-sanlı,  qələbə  Ģuarlı  əmirlərə  ön  dəstədə  getməyi 
buyurub,  qabağa  göndərdi  ki,  əkər  Xandigarın  qarovulçularına  çatsalar,  görünüb 
yaxınlaĢmasınlar  və  özlərini  ali  orduya  çatdırsınlar  ki,  düĢmənlər  qalibcəsinə 
ölkənin içərilərinə tərəf irəliləsinlər və Təbrizdə qərar tutsunlar. Dünyanı bəzəyən 
nəvvabi-kamyab (ġah Təhmasib) öz fikrini heç kimə aĢkar etmədən həyata keçirir, 
məzkur əmirlər də əməl edirdilər. Hələ gəlib ali orduya birləĢməyənlər də var idi, 
bunlar: 1000 nəfərə malik olan Bəhram mirzə, 2500 nəfərə malik olan ġiraz hakimi 
Ġbrahim xan, 1000 nəfərə malik olan Kuhgiləvə hakimi Mahmud
354
 xan ƏfĢar 500 
nəfərə malik olan Darabsurd
355
 hakimi Allahqulu Əlsik oğlu Kərənpa Ustaclu. 500 
nəfərə malik  olan Ġç Neyriz və Fəsa hakimi Çərəndab Sultan ġamlu, (B-268b) 300 
nəfərə malik olan Kazerun və fars hakimi Köpək
256
 Sultan ƏfĢar, 500 nəfərə sahib 
olan  sunqər,  Dinəvər  və  Kürdüstan  hakimi  Çıraq  Sultan  Kiranpa  Ustaclu,  300 
nəfərə sahib olan Əliqulu bəy Türkman, 350 nəfər olan Qəzvin qorçiləri (M-250a), 
200  nəfər  Qəzvində  olan  Suklan  və  tatar  nökərləri.  Cəmi  7150  nəfər  idi.
357
  Belə 
məsləhət  oldu  ki,  onlar  da  [gəlib]  birləĢənə  qədər,  döyüĢə  girməsinlər  və  MiĢkin 
tüməninin  Əhər  çayı  [kənarında]  düĢərgə  salıb,  əmirlərin  gəlib  çatmalarını 
gözləsinlər. 
Çıraq Sultan, Çərəndab Sultan, Əliqulu bəy və Allahqulu bəy öz qoĢunları 
ilə  gəldilər.  Ġbrahim  xan  Zülqədər  öz  qoĢunundan  300  nəfərlə  orduya  birləĢdi.  O 
biri gün məlum oldu ki, qalanları [da] tezliklə gələcəklər.
358
 
Xandigar  pəncĢənbə  [günü]  cümadiəs-sani  [ayının]  20-də  (27  iyul  1548) 
Təbrizə  gəldi.  Orada  olduğu  4  gündə  elə  bir  mərəkə  gördü  ki,  onun  [Təbrizdə] 
dayanması Sultan Əbusəid Kürəkaninin Qarabağda dayanması kimi oldu.
359
 (Buna 
görə)  O,  seĢənbə  gecəsi  məzkur  ayın  25-də  (1  avqust  1548)  Təbrizdən  çıxıb, 
gəldiyi  yol  ilə  qayıtdı.  Bu  vaxt  aləmi-qeybdən  dinin  pənahı  ġah  [Təhmasibə]  iki 
qələbə  üz  verdi.  Biri:  ĢahənĢahlıq  bürcü,  padĢahlıq  mücrisində  səadətli  təvəllüd, 
yəni  dünyanın  və  dünyanı  idarə  edənin  örtüyünün  ağası,  yüksək  naib,  aləmlərin 
namusu, zəmanənin Fatiməsi ülyahəzrət Ģahzadə Pərixan xanımın [anadan olması] 
-  Allah  onun  kölgəsini  üstümüzdən  əskik  etməsin,  onun  hakimiyyətini  hər  tərəfə 
yaysın - bu kitab onun adlı-sanlı adı ilə bəzənmiĢ və onun hakimiyyətinin uzanması 
duasına həsr olunmuĢdur.
360 
Digəri  isə  aqibəti  Ģərəfli  bu  təvəllüdün  sevindirici  qədəmi  ilə  Xandigarın 
Təbrizdən Rum tərəfə iztirab [içində] məcburi qayıtmasıdır. 


Dərhal  Ġbrahim  xan  Zülqədər  və  bəzi  mötəbər  əmirlər  düĢmənləri  təqib 
etməyə məmur edildilər. 
Zəfər  niĢanlı  bayraqlar  Çaldıran  yüksəkliyinə  getdi.  Nəvvabi-kamyab 
oradan  Ġsmayıl  mirzəni  ġirvan  qoĢunu  və  bəzi  əmirlərlə  (M-250b)  Qars  qalasını 
təmir etməyə gələn düĢmənlərin üstünə göndərdi. [ġah Təhmasib] özü xoĢ əhvali- 
[ruhiyyə]  ilə  düĢmənlərin  ölkəsinə  yola  düĢdü.  Xərpərt  və  Trabzon  ətrafına  qədər 
Pasin, Sarusu, Xünus, Əxlat,  Ərzənrum, Tərcan, Bayburd, Ərzincan qələbə  əsərli 
əsgərlər  [tərəfindən]  tapdalandı.  Rüstəm  SəyavuĢ  hadisəsindən  sonra  Turan 
torpağında nə etmiĢdisə, onu etdilər.
361
 
QızılbaĢlar  o  ətrafları  elə  istila  etdilər  ki,  əvvəllər  Xurcunlunun  kar 
nökərləri [adı ilə] tanınanlar Rumun  mühüm  vilayətlərinə  hücum edib, onları alt-
üst  etdilər.  Xurcunlu  tayfası  vilayətlərindən  olan  bir  vilayətin  adamları  (B-269a) 
qaçıb,  o  ətrafda  olan  böyük  bir  Ģəhərin  kənarına  pənah  apardılar.  Onlardan 
soruĢanda  ki,  hansı  QızılbaĢ  xanı  və  sultanı  sizin  vilayətinizə  gəlmiĢdi  ki,  belə 
səlayivətən  olmusunuz?  Onlar  cavabında  dedilər  ki,  bizim  vilayətə  Xurcunlu 
Sultan gəlmiĢdi. 
Xülasə, Rumun mühüm vilayətlərində [elə] bir iĢ qayırdılar ki, onun əvəzini 
çıxmaq  illərlə  müyəssər  olmadı.  ġahın  düĢərgəsi  Pasində  olan  vaxt  Qarsı  təmir 
etmək  üçün  gələnlərin  hamısının  üstünə  düĢdülər,  qalib  gələn  Ġsmayıl  mirzə  və 
onun yanınca gedən əmirlər [gəlib] çatdılar. 6000
362
 atlı olan o camaatdan özləri ilə 
2000  kiĢi,  qənimət  və  onların  baĢçısı  Əlaüddövlə  Zülqədərin  nəslindən  olan 
Məhəmməd xan Zülqədəroğlunun kiçik qardaĢı Əli bəyi də gətirdilər.
363
 
Qəribə  təsadüflərin  maraqlısı  budur  ki,  bu  vaxt  Astarabad  hakimi  ġahəli 
Sultan  Ustaclunun  bayraqdarı  Ġsgəndər  ağa  Astarabaddan  gəldi.  BaĢçıları 
Dinməhəmməd xanın qardaĢı Əli Sultan olan özbək Xarəzm qoĢunundan bir qatar 
dəvə,  məzkur Əli Sultanın təbil və bayrağını  - [o], Günbədi-Qabus ətrafına 7  min 
adamla gəlmiĢdi və adı çəkilən ġahəli 1500 nəfərlə onunla vuruĢub qalib gəlmiĢdi - 
gətirib çatdırdı.
364 
ġah  [Təhmasib]  Ərzincanda  düĢərgə  salan  zaman  hərə  öz  tabeliyində 
olanlarla  qarovulda  olmuĢ  Zülqədər  yüzbaĢıları  təsadüfən  bir  dərədə  istirahət 
edərkən,  qalxanlarına  söykənib,  yuxuya  getmiĢdilər.  Xandigarın  mötəbər 
əmirlərindən olan Osman paĢa 600 nəfərlə naməlum yolla yuxarıda göstərdiyimiz 
yüzbaĢıların  üstünə  düĢüb,  vuruĢmağa  baĢladı.  Aldadıcı  peĢəli  meĢə  Ģirləri  və 
qorxmaz  igidlər  -  yüzbaĢılar  yerlərindən  qalxıb,  dünyanı  çapan  atlarına  minərək 
Osman  [paĢa]  və  osmanlıları  məğlub  etdilər.  Onların  əksəriyyətini  iti  qılınclarla 
cəhənnəmə göndərdilər. Onların baĢlarını, qızıl və gümüĢ yəhərli qaçağan atlarını,    
Misri  qılınclarını,  ərəb  nizələrini  və  Davudi  zirehlərdən  ibarət  qənimətlərini 
dünyanın  pənahı  [ġah  Təhmasibin]  dərgahına  gətirib,  öz  qədr  və  qiymətlərini 
artırdılar. 
AldadılmıĢ  və  yolunu azmıĢ  Xandigar Süleyman nə  müsəlman  və  nə  kafir 
[olan] haqqı tanımayan Əlqas ilə öz növbəsində geri qayıtdılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə