Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

Həmin  il  Ruma  elçi  getmiĢ  yasavulbaĢı  Vəli  bəy  Ustaclu  oranın 
hakimlərindən Xosrov paĢa, çaĢnigir Sinan bəy və Əliağa çavuĢ baĢı və 200 nəfər 
kiĢi  ilə  zilqədə  [ayının]  14-də  (16  iyul  1562)  pəncĢənbə  günü  Qəzvinə  çatdılar. 
[həmin  ayın]  17-də  (19  iyul  1562)  axĢam  Səadətabad  bağında  [Ģahın  ayaqlarını] 
öpməklə  baĢıuca  oldular.  [Onlar]  Xandigar  [sultan  Süleymanın]  xəttilə  yazılmıĢ 
əhd  və  peymandan  ibarət  məktub  gətirdilər  və  o  ölkədən  gətirdikləri  hədiyyələri 
verdilər. 
Sultan Bayəzidi 4 oğlu ilə zilqədə [ayının] 21-də (23 iyul 1562) pəncĢənbə 
günü Xandigar [sultan Süleymanın] buyuruğuna əsasən elçilərə təqdim etdilər. 
Onlar  Xandigarın  dediyi  kimi,  beĢini  də  boğub  həlak  etdilər.  Bu  Ģer  [o 
hadisənin] tarixini saxlamaq üçün deyilmiĢdi: 
 
ŞER 
 
«Hicri-qəməri 969-cu ildə 
Əcəmdə əcayib bir vəziyyət baĢ verdi. 
Bayəzidi və onun dörd nəfər övladını 
Rumluların arasından götürdülər. 
Bu müəmmadan onun tarixini axtar: 
«Pənc kəm əz zümreyi-osmaniyan» 
(Osmanlıların zümrəsindən 5 əskik oldu).
424 
 
Məzkur  ayın  axırında  (zilqədə  ayının  30-da  -  1  avqust  1562)  onların 
cəsədlərini Ruma apardılar. 
Rəbiüs-sani  [ayının]  20-də  (17  dekabr  1562)  gürcü  Ləvacədin  oğlu  Davud 
bəy  dərgaha  gəlib,  bir  dəstə  aznaurla  islamı  qəbul  etdilər.  Ona  Davud  xan  (M-
263b) ləqəbi verib, Tiflisin idarəsini ona tapĢırdılar. 
Donuz ili (mart 1563-mart 1564) - bəzi ayları 970 və bəzi ayları isə [9]71-ci 
ildə  (31.VIII.1562-  8.VIII.1564)  nəvvabi-kamyab  [ġah  Təhmasib]  Qəzvinə  təĢrif 
gətirmiĢdi.  Elçi  getmiĢ  Səfər  bəy  Kəngərlu  Xandigar  [sultan  Süleymanın]  elçisi 
Ġlyas bəylə dünyanın pənahı [ġah Təhmasibin] dərgahına gəlib, 40 baĢ qaçağan atı, 
qızılla  iĢlənmiĢ  məxmər  çulları,  daĢ-qaĢla  bəzədilmiĢ  yəhərləri,  hazırda  Ġran 
torpağında 30 min tümənə bərabər olan 50 min Qibris
425 
əĢrəfisi,
426
  Rum,  Firəng, 
Misir və Yəmən nəfis Ģeyləri və məskukatlarını,
427
 təhvil verdilər. 
Ləvənd  xanın  oğlu  Ġsa  xan  ona  göstərilən  hörməti  unudub,  qaçmaq 
istədiyindən  çaharĢənbə  [günü]  [9]  70-ci  il  rəbiüs-sani  [ayının]  28-də  (25  dekabr 
1562)  tutulub  seĢənbə  [günü]  cümadiəl-əvvəl  [ayının]  16-da  (11  yanvar    1563)  
Ələmut qalasına göndərildi.
428
 
Sədr Mir Təqiəddin Məhəmməd Ġsfahani rəcəb [ayının] 13-də (8 mart 1563) 
sədarətdən  çıxarıldı.  Sabiq  sədr  Mir  Seyid  Əli  ibn  Mir  ġəmsəddin  Əsədüllah 


MərəĢi  əl-Mütəbərri  Astarabad  seyidlərinin  fazillərindən  olan  Mir  Məhəmməd 
Yusiflə birlikdə onun yerinə sədr oldular.
428a
 
Əsl  vətəni  KaĢan  olan  və  Rüknəddin  Kazerunidən  «KaĢi»  (nisbəsi  ilə) 
fərqlənən  həkim  Nurəddin  Məhəmməd  ibn  Mövlana  Kamaləddin  Hüseyn  ibn 
Mövlana Rüknəddin Məsud Təbib ġirazi cümə [günü] Ģaban [ayının] 8-də (2 aprel 
1563)  vəfat  etdi.  Onun  [vəfatından]  əvvəl  rəcəb  [ayının]  27-də  (22  mart  1563) 
düĢənbə  günü  nəvvabi-kamyab  [ġah  Təhmasibin]  Qazıoğlu  deyə  çağırdığı 
Qazıoğlunun oğlu Mövlana Qütbəddin Məhəmməd Bağdadi vəfat etdi. Dostlardan 
bəziləri  [mən]  fəqiri  danladılar  ki,  nə  üçün  məĢhur  [adamların]  və  əyanların 
[maddeyi]-tarixini  yazmırsan?  Bu  fəqir  [Əbdi  bəy]  bu  qitə  ilə  üzr  istəyib,  öz 
yaxasını [onların əlindən]   qurtardı. 
 
ŞER 
 
«Söhbət zamanı bir müsahib təəccüblə Əbdiyə 
Dedi: ġer yazmaqda cəldsən, səbəbi nədir?  
Hər gün məĢhur [adamlar] dünyadan gedir,  
[Onlara] əvəz olacaq Ģəxsi ruzgardan axtar.  
Onun vəfat tarixini niyə iltifatla göstərmirsən,  
Halbuki, mənalı bir xəzinə sənin əlindədir  
Dedi: Ölümün Ģərəfli mələyi deyiləm  
Ki, onun gördüyü iĢləri mən yazım». 
 
Siçan  ili  (mart  1564-mart  1565)  -  bəzi  ayları  971,  bəzi  ayları  isə  [97]2-ci 
ildə  (21.VIII.1563-28.VII.1565),  Məsum  bəy  səfəvini  əmirlərdən  bəziləri  ilə 
Mazandarana göndərdilər. Nəhayət, oranın hakimi Seyid sultan Murad xanın xahiĢi 
ilə [ġah Təhmasib] onları geri çağırmağı buyurdu. O ölkənin [hakimliyini] məzkur 
xana  verdilər.  Əmr  etdilər  ki,  Məsum  bəy  və  yoldaĢları  Mazandarana  daxil 
olmasınlar. 
Bəlxin hakimi özbək Pirməhəmməd xan ibn Canibəy xan fəsad törədənlərlə 
müqəddəs  MəĢhədin  ətrafına  gəlib,  zərər  toxundurmadan  geri  qayıtdı.  [sonra] 
Tülək  bahadır  xanı
429
  üzr  istəmək  üçün  dünyanın  pənahı  [ġah  Təhmasibin] 
dərgahına  göndərdi.  Nəvvabi-ali  [ġah  Təhmasib]  Ģahanə  rəsmiyyət  və 
mərhəmətdən  sonra  yasavulbaĢı  Hüseyn  bəy  Qalxançı  oğlu  Zülqədəri  onunla 
birlikdə yuxarıda adı çəkilən [Pir Məhəmməd xanın] yanına göndərdi. 
Bu  ildə  özbək  Əli  sultan  və  qardaĢı  uĢaqları  yurd  salmaq  məqsədi  ilə   
Xarəzmdən Xorasana gəlib qayıtdılar. 
Bu  ildə  Mavəraünnəhrin  özbək  tayfasından  neçə  nəfər  əyan  və  əĢrəf  həcc 
niyyəti ilə Əcəm Ġraqına gəlib, Ģahanə mərhəmətlə qarĢılandılar və Hicaza getdilər. 
Sind  ölkəsinin  Bəkr  hakimi  sultan  Mahmud  xanın  elçisi  Seyid 
Əbülməkarim  pəncĢənbə  [günü]  zilhiccə  [ayının]  14-də  (24  iyul  1564)  qiymətli 


hədiyyələrlə  dərgaha  gəldi.  Fəthi  bəyin  oğlu  Haqverdi  bəy  pərvanəçini  məzkur 
seyidlə [birlikdə] elçi sifəti ilə məzkur xanın yanına göndərdilər. 
Siçan  ilinin  novruzu  axĢamında  ġah  Nemətüllah  Baqinin  evində  olan 
nəvvabi-ali [ġah Təhmasibin] bacısı ülyahəzrət XanıĢ bəyim daimi aləmə qovuĢdu. 
ġah  Nemətüllah  o  ülyahəzrətin  nəĢini  Ətabati-aliyə  apardı.  Oradan  istəyirdi  ki, 
həccə  getsin.  O  yoldan  Hicaza  getməyə  Xandigar  [sultan  Süleyman]  tərəfindən 
icazə olmadığından (M-264a) Ətabatdan Bağdada və Bağdaddan Həmədana gəldi. 
Həmədanda cümə [gününün] səhəri zilhiccə [ayının] 11-də
430
 (21 iyul 1564) vəfat 
etdi.  Onun  oğlu  Ġbrahim  bəy  atasının  yerini  tutdu  və  atasının  vəsiyyətinə  görə 
adlarına  Müsahib  ləqəbi  artırıldı.  Böyük  oğlu  Xəlil  sultan  bundan  əvvəl  əyalət 
[hakimliyi] vəzifəsi almıĢ və Astarabad hakimi olmuĢdu. 
Öküz ilində (mart 1565-mart 1566) - bəzi ayları 972, bəzi ayları isə [97] 3-
cü ildə (9.VIII.1564-8.VII.1566). Adlarının çəkilməsində ifrata vardığımız Məsum 
bəy Səfəvi, onun oğlu Sədrəddin xan, vəli xəlifə ġamlu, Əmirxan ibn Məhəmmədi 
bəy Mosullu, Heydər bəy Mosullu Tərxan, Kirmanın hakimi ġahqulu sultan ƏfĢar, 
alicənab  Ģahzadənin  lələsi  Məlikaslan  bəy  ƏfĢar,  ġahverdi  bəy  ƏfĢar,  alicənab 
Ģahzadə sultan Mustafa mirzənin lələsi Nəzər bəy Ustaclu, Xəlil bəy Siyah Mənsur 
kimi  böyük  və  baĢqa  əmirlər  Xarəzm  [hakimi]  özbək  Əli  sultanı  dəf  etmək  üçün 
məmur olundular. Çünki özbəklər XəbuĢan qalasını zorla tutub, Əli sultanın vəziri 
Mir  ġəhriyara  tapĢırmıĢdılar.  O,  [Mir  ġəhriyar]  oranı  öz  qohumlarına  verib,  Əli 
sultanın  yanına  getmiĢdi.  Oranın  əhalisindən  bəziləri  Pəhləvan  bəy  Qəmərinin 
sərdarlığı altında birləĢib, ġəhriyarın adamlarından bəzilərini öldürdülər, bəzilərini 
də qaladan kənara çıxardılar. Qalanı nəvvabi-kamyab [ġah Təhmasibin] adına zəbt 
etmiĢdilər.  Əli  sultan  ora  qoĢun  çəkdi  və  elə  ki,  əmirlərin  hücumundan  xəbərdar 
oldu, qaçdı. Pəhləvan bəy Qəməri bu səbəbə hədsiz Ģöhrət qazandı. Alicənab [ġah 
Təhmasibin] ürəyi onun yüksəliĢinə rəğbət göstərdi və [o], əmirlik rütbəsi aldı. 
Ġyqut  bəy  ÇavuĢlu  Ustacluya  əyalət  [hakimi]  vəzifəsi  verib,  XəbuĢan 
qalasının  idarəsi,  NiĢapur  və  Əsfərainin  hakimliyini  ona  tapĢırdı.  Heratda 
Məhəmməd  xan  ġərəfəddin  Təkəlunun  oğlu  Qazağın  zülmü  və  təhqiri  (M-264b) 
yüksək dərəcəyə çatdığına görə və məzkur böyük əmirlərə onun dəf olunması iĢarə 
edildiyi  üçün  qərara  alındı  ki,  Bəhram  mirzənin  oğlu  sultan  Ġbrahim  mirzə 
müqəddəs  MəĢhəddən  və  yenə  Bəhram  mirzənin  oğlu  Bədiüzzaman  mirzə 
Sistandan  yuxarıda  adları  çəkilən  əmirlərin  köməyinə  gəlib,  Qazağın  dəf 
edilməsinə  çalıĢsınlar.  Ancaq  yenilməz  dövlətin  böyüklərinə  qarĢı  hələ  rəsmi  bir 
müqavimət  aĢkar  edilməmiĢdən  əvvəl  ali  dərgahda  onun  müxalifət  və  xəyanətini 
əlahəzrət  [ġah  Təhmasibə1  xatırlatmıĢ  Qazağın  qardaĢları  Tatar  sultan,  Əli  bəy, 
Heratda onun qəsdində olan baĢqa qardaĢları Mustafa bəy, Müseyib bəy və Əhməd 
bəy əsaslı bir iĢ görə bilməmiĢdilər. Buna görə müxalifətdə onunla əlbir olmayan, 
hökuməti  istəyən  Təkəlu  camaatından  bir  dəstə,  qardaĢları  ilə  birlikdə  ona  qarĢı 
vuruĢmaq  üçün  Heratdan  çıxaraq  özlərini  böyük  əmirlərə  çatdırmaq  istədilər.  O 
dəqiqə Quryana gəldilər və oranın hakimi Rumlu xəlifələrdən Safi Vəli ibn Sufyan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə