Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

Həmçinin  bu  ildə  böyük  hökmdar  [ġah  Təhmasib]  təntənə  və  səadətlə 
çaharĢənbə  günü  rəbiül-əvvəl  ayının  17-də  (28  dekabr  1558)  mübarəklik  və 
xoĢbəxt  tale  ilə  köhnə  dövlətxanadan  Qəzvinin  yüksək  tərəfində  tikilmiĢ  yeni 
dövlətxanaya köçdü.
399 
Əmirlər,  əyanlar,  ordu,  zadəganlar  və  ölkənin  hər  yerindən  ali  paytaxtda 
olan  camaat  hədiyyələr  verdilər.  Bu  fəqir  [Əbdi  bəy]  bir  qəsidə  yazdı.  Mətləi  və 
bəzi beytləri bunlardır: 
 
NƏZM 
 
«Sübhi-sadiq (dan yerinin sökülməsi) paytaxta xoĢbəxtliklə gəldiyi üçün  
ġərqin dövlətxanası ondan rövnəq aldı.  
XoĢbəxtlikdən [Məhəmməd]      peyğəmbərin anadan olduğu kün idi. 
Nurlu GünəĢi   [bu]   təvəllüd bəzədi. 
Zəmanənin   anası   GünəĢin   doğmasından   Ģad   oldu. 
[Bu]   elə  bir  təvəllüd idi  ki,  bir  gündə  dünyanı tutdu. 
Belə   bir   mübarək   gündə    [bina]   böyük   Ģadyanalıq ilə 
Ürəyi  iĢıqlı  Ģahın  yeni  dövlətxanası  oldu».  Rəsmiyyət  və  dua  üçün  bu  iki 
beyt də əlavə edildi. 
 
HƏMÇİNİN: 
 
«Nə qədər ki,   [peyğəmbərin]   mövludundan dünya Ģərəf tapır, 
Nə qədər ki, Ğədir bayramı
400
 tac və taxta bəzək verir, 
Peyğəmbərin mövludu günü mübarək olsun. 
Ona görə ki, Ğədir gününün səadətindən xoĢbəxtlik yaranmıĢdır».
401
 
Qoyun  ilində  (mart  1559  -  mart  1560)  -  bəzi  ayları  966,  bəzi  ayları  isə 
[96]7-ci  ildə  (14.X.1558-21.IX.1560)  novruzdan  iki  gün  sonra  gecə  sel  Qəzvin 
Ģəhərinin  2000-ə  yaxın  evini  viran  etdi.
402
  (M-2596)  ġəhər  camaatının  və  qoĢun 
əhlinin çoxlu malı tələf oldu. 
Bu ildə   [ġah Təhmasib]  yaylağa getmədi. 
Gedib-gələnlərdən və tacirlərdən Xandigar [sultan Süleymanın] oğlu sultan 
Bayəzidin  Amasiyada  qoĢun  toplaması  qardaĢı  sultan  Səlimlə  vuruĢması  haqda 
sözlər  eĢidildi.  Bu  əsnada  ƏləĢgərd  və  Kağızmanın
403
  tiyuldarı  Yadigar  bəy 
Pozukinin  mülazimi  dərgaha  gəldi.  Əlqas  hadisəsindən  sonra  sultan  Bayəzidin 
mülazimi olmuĢ onun iki nökərini gətirdilər. Onlar, sultan Bayəzidlə sultan Səlim 
arasında  Konyada  müharibə  xəbərini  verdilər.  Sultan  Bayəzid  məğlub  olub, 
Amasiyaya getdi. Bizi sövdagər paltarında bu tərəfə göndərməsindən məqsəd dinin 
pənahı Ģaha ərz edək ki, ona 1500 tümən yardım etsin, o, atasının yerinə keçəndən 
sonra birə on əvəz
404
 verəcəkdir. 


Nəvvabi-kamyab [ġah Təhmasib] bu sözdən Bayəzidin iĢinin əsil məqsədini 
bildi.  Ġki  padĢah  arasında  sülh,  dostluq  mövcud  olan  vaxtda  belə  bir  müddəaya 
əməl etmək son dərəcə ağılsızlıqdır. 
[ġah  Təhmasib]  gələnlərin  sözlərini  yoxlamaq  üçün  hər  ikisini  Həsən  bəy 
YüzbaĢıya  tapĢırdı.  (B-275b)  30-40  gündən  sonra  məzkur  Yadigar  bəy  xəbər 
göndərdi  ki,  Pasində  bir  neçə  çadır  qurulmuĢdur.  Belə  bir  vəziyyətdə  Çuxursəd 
hakimi ġahqulu sultan Ustaclunun mülazimi sultan Bayəzidin çavuĢbaĢısı Əli ağa 
ilə  nəvvabi-kamyab  [ġah  Təhmasibin]  yanına  gəldilər  ki,  onu  (Bayəzidi)  
qoruyacaq, ya yox. 
Ġki  gün  bundan  keçdikdən  [sonra]  xəbər  çatdı  ki,  Rum  paĢaları  sultan 
Bayəzidin  üstünə  tökülüb,  onu  məğlub  etmiĢlər.  [Bayəzid]  dörd  oğlu  və  məğlub 
olmuĢ ordusu ilə  Çuxursədə  ġahqulu  sultan Ustaclunun  yanına  gəlib. Həmin saat 
Qəzvin  vəziri  Ağa  Mollanı,  elçi  Seyid  ġəmsəddin  Dilicanini,  mehmandar 
Allahverən ağanı nəğd pul, xələt və silahla göndərdilər ki, onu Təbrizə gətirsinlər. 
(M-260a)  [Bayəzidin]  qorxusunu  dəf  etmək  üçün  Həsən  bəy  yüzbaĢını  neçə 
xarvar
405
  nəğd  qızıl  pul,  alət,  silah  və  paltarlarla  onun  yanına  göndərdilər. 
[Bayəzidə]  xəbər  verdilər  ki,  ürəyi  sakit  olsun,  [ġah  Təhmasib]  and  içmiĢdir  ki, 
onu və oğlanlarını Xandigara verməyəcəkdir. Əli ağa çavuĢbaĢının yanında da belə 
and içdilər. 
Əli ağa Həsən bəylə birlikdə [Bayəzidin] yanına gedib, Təbrizdə ona ziyafət 
verdilər. Oradan Qəzvinə qədər hər bir mənzildə qonaqlıqlar etdilər. Hər gün onun 
Ģəninə yeni bir qayğı göstərdilər. 
O  (Bayəzid),  Təbrizdən  nəvvabi-kamyab  [ġah  Təhmasibə]  sifariĢ  göndərdi 
ki,  bu  tərəfə  təĢrif  gətirin,  ikilikdə  məsləhətləĢək,  Xandigarın  ölkəsinə  gedək. 
Xandigar [özü] Ġstambuldadır, onun qoĢunları mənimlə dilbirdir. 
Nəvvabi-kamyab [ġah Təhmasib] cavab verdi ki, hələlik Qəzvinə gəlin, bir-
birimizi  görək. Ondan  sonra  hər neçə  məsləhət olsa  əməl  edərik. Bu arada  Sinan 
bəy  Xandigar  [sultan  Süleyman]  tərəfindən  və  Duraq  ağa  sultan  Səlim  tərəfindən 
elçi  gəldi  ki,  Bayəzidə  heç  bir  hörmət  göstərilməsin,  [yoxsa]  aramızdakı  sülh  iĢi 
pozular. 
Nəvvabi-kamyab   [ġah Təhmasib]   buyurdu: 
-  Sultan  Bayəzid  hüzurumuza  gələndən  sonra  hər  nə  məsləhət  olsa,  əməl 
edərik. 
Xülasə, çərĢənbə günü 966-cı
406
 il məhərrəm ayının 21-də  (3 noyabr 1558) 
sultan Bayəzid Qəzvin Ģəhərinə gəlib, yenicə tamamlanmıĢ Səfərabad meydanında 
padĢahın ayaqlarını öpdü. [Həmin hadisə] bu qitədə belə nəzmə çəkilmiĢdir: 
 
«Elə ki, Rum qeysəri sultan Bayəzid
Təcili olaraq Ġraq mülkünə tərəf gəldi, 
Dinin padĢahı ġah Təhmasibin ayağını öpməklə, 
Ulduzların üstünə qədər əklil qoydu. 


Əgər ilinin və ayının tarixini soruĢsalar 
De: «məhərrəm ayı idi, qoyun ili».
407 
 
Nəvvabi-kamyab  [ġah  Təhmasib]  onu  ata  kimi  qarĢılayaraq  kəramətli, 
doğru «Qonağa hörmət et» [hədisini] nəzərə alıb, ehtiram və nəvaziĢ göstərdi. (M-
260b) [Ona] nəsihət, və öyüd verib təqsirləndirdi. Onun günahlarının bağıĢlanması 
barədə Xandigar [sultan Süleymana]  məktub  yazıb, (B-276a)  mötəbər qorçilərdən 
Əli ağa Ağsasaqqal Qacarla
408
 göndərdi. 
Həmçinin  iĢin  mahiyyətini  yaxĢılıqla  yoluna  qoymaq  məqsədi  ilə  yazılmıĢ 
baĢqa  bir  məktubla  ƏrəĢti  ağa  Mehnalunu  [Duraq  ağanın]  müĢayiəti  ilə  sultan 
Səlimin yanına göndərdi
409
 sultan Bayəzidə kömək etməyə   çalıĢıb,   ona   20   min   
tümən hədiyyə və  bəxĢiĢ verdi. 
Bu hadisənin  xülasəsi  «Cənnati-ədn»  kitabında nəzmə çəkilmiĢdir.
410 
[Bayəzidin]  qoĢununun  böyüklərini  və  əyanlarını  cürbəcür  nəvaziĢlərdən 
sonra  Gilana,  Mazandarana,  Herata,  Qəndəhara,  Sistana,  MəĢhədə  və  Kirmana 
yolladı  ki,  onları  oralarda  hökumət  və  hakimlər  saxlasın  və  istənilən  vaxt   
[Qəzvinə] göndərsinlər. 
[ġah  Təhmasib]  sultan  Bayəzid  üçün  hədiyyələr  göndərdi  və  onu  qədim 
dövlətxanada yerləĢdirdilər. Ona böyük sultanlara layiq olan hörmət göstərdilər. 
Bu  hadisələr  cərəyan  edərkən  fəsad  törədənlərin  Ucundan  Bayəzidin  Dəli 
Quduz və Miraxur Sinan kimi dost[lar]ı düzgün yoldan çıxararaq, Ģahın məiyyətinə 
zidd olmağı ürəklərindən keçirib, beĢ-altı min atlı ilə ov etmək adı altında [oradan] 
çıxıb  qaçmağı  qərara  aldılar.  Özlərini  Astarabad  türkmanlarının  yanına  çatdırıb, 
oradan  gəmi  ilə,  Ağrıçaya
410a
  getsinlər.  Hacıtərxan
411
  və  Qazana  gəlib,  rus 
padĢahının  yanına  adam  göndərib  desinlər  ki,  Xandigar  [sultan  Süleymanın] 
düĢməniyik. Ondan kömək alıb, Çərkəz ölkəsinə gələr, Noqay və Krım [camaatını] 
özümüzə  kömək  götürüb,    Xandigar  [sultan  Süleymanın]  ölkəsinə  basqın  edərik. 
Beləliklə, Rumu zorla, güclə ələ keçirərik. 
Qara Uğurlu, Mustafa NiĢançı və Mahmud
412
 Çərkəz bu əhvalatı Həsən bəy 
yüzbaĢı  vasitəsilə  ġah  [Təhmasibə]  çatdırdılar.  Sultan  Bayəzid  (M-261a) 
məsələdən  xəbərdar  olub,  onları  öldürdü.  Onun  [Bayəzidin]  eĢikağası  Ərəb 
Məhəmməd  Mazandarandan  gəlmiĢdi.  Səadətabad  bağında  sultan  Bayəzidin 
[Ģərəfinə] ziyafət verirdilər. Ziyafət zamanı o [Ərəb Məhəmməd], nəvvabi-kamyab 
[ġah  Təhmasibə]  sultan  Bayəzidin  müxalifətini  iĢarə  ilə  anladıb  [onu]  xəbərdar 
etdi. sultan Bayəzid bu məsələdən xəbərdar olub, Ərəb Məhəmmədi də öldürdü. 
SəkbanbaĢı 
413 
Əli ağa və Quduz Fərhad [Ģaha] ərz etdilər ki, iĢ-iĢdən keçib 
və o (Bayəzid), sabah qaçacaqdır. Xülasə, nəvvabi-kamyab [ġah Təhmasib] ondan 
öz yanına gəlməyi tələb etdi. Sabahısı, cümə günü, rəcəb [ayının] 22-də (18 aprel 
1560) bahar günlərində meymun ili (mart 1560-mart 1561) - bəzi ayları 967, bəzi 
ayları isə [96] 8-ci ildə (3.X.1559-10.IX.1561) onu diri tutdular. Lələ paĢa, Fərrux 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə