Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

 
«XoĢbəxt sifətli sədrin vəfat tarixi   (B-274a) 
 
Məhəmmədin - ona salam olsun-hisrətindən. Tək rəqəmi 3, onluq rəqəmi 2 
dəfə üç, yüzlük rəqəmi birinci ilə ikincinin cəmidir.»
394
 
Ġlan ilində (mart 1557-  mart 1558) - bəzi ayları 964, bəzi ayları isə 965-ci 
ildə  (4.XI.1556-13.X.1558)  Heratın  idarəsi  yenə  Ģahzadə  sultan  Məhəmməd 
mirzəyə  tapĢırıldı.  Ġsmayıl  mirzənin  dərgaha  gəlməsini  tələb  etdilər.  QorçibaĢı 
Sevindik  bəy  ƏfĢar  səfər  [ayının]  9-da  (12  dekabr  1556)  Ģənbə  [günü]  onunla 
birlikdə Qəzvindən xüsusi göstəriĢlə səfərə çıxdı. Az bir vaxtda Herata çatıb, sultan 
Məhəmməd  mirzəni  Məhəmməd  xana  tapĢırdı.  Ġsmayıl  mirzəni  cümadiəl-əvvəl 
[ayının] 27-də (28 mart 1557) Heratdan çıxarıb oranın müsəllasında
395
 əyləndirdi. 
DüĢənbə [günü] cümadiəl-sani [ayının] 5-də (5 aprel 1557) oradan yola düĢüb, köç 
edə-edə Təbəs yolu ilə Yəzdə və oradan Savəyə gətirdi. 
Etimadüddövlə  olan  Məsum  bəy Səfəvi (bu Cəmaləddin  Məsum  ibn  Xacə 
Xanəhməd ibn Xacə Məhəmməd ibn sultan Cüneyd əs-Səfəvidir, dinin pənahı [ġah 
Təhmasibin]  əmirlərinin  nəslindən  idi)  ali  hökmə  əsasən  onu  qarĢıladı.  Ġsmayıl 
mirzəni  Azərbaycana  aparıb  MiĢkin  tümənindəki  Qəhqəhə  qalasında  həbs  etdi. 
Qəbul olunmuĢ vacib hökmə əsasən qərara alındı ki, Həsən bəy yüzbaĢının qardaĢı 
Həbib bəy Ustaclu və Ustaclu tayfasından olan (M-258a) bir neçə nəfər qorçi onu 
mühafizə etsin. 
Məsum bəy ali dərgaha gəldi. 
Həmin ildə bəzi əyanlar etdikləri fəsad və müxalifətə görə cəzalandırıldılar; 
bəziləri  qalalarda  həbs  olundular,  bəzilərinin  gözləri  çıxarıldı  və  müxtəlif  növ 
cəzalara düçar oldular. 
ġahrux bəy Tatioğlu Zülqədər, Kiçik YüzbaĢı [adı] ilə məĢhur olan Ġbrahim 
yüzbaĢı Quruğlu Zülqədər, əmirlərdən bəziləri - Ġsfəndiyar bəy ibn Qayıtmaz bəy, 
Cami  bəy,  Qara  bəy  Quruğlu  və  qardaĢları,  əmirlik  rütbəsi  və  əmiraxur  olan 
Süleyman bəy Qılıç oğlu Boyat və Boyat qorçilərinin yüzbaĢısı olan qardaĢı həsən 
bəy  kimi  Quruğlu  qorçiləri  və  təfsilatı  uzun  olacaq  baĢqalarının  hamısı   
[cəzalandırıldı]. 
Bu ildə Təbrizdə hakimlik edən Qazı Məhəmməd ibn Müsafiri Kürd, Əlqas 
hadisəsinin  fəsad  törədənlərindən  olub,  Qazı  Məhəmməd  Müsafiri  ilə  yekdil  olan 
Heydər  bəy  ibn  Ustad  ġeyx  Topçi  bədbəxtliyə  düçar  olub  tutuldular.  Hər  ikisini 
Ələmut qalasında həbs etdilər və  [onlar]  orada öldülər. 
Həmçinin bu ildə seĢənbə [günü] Ģəvval [ayının] 8-də (24 iyul 1558) Herat 
hakimi  Məhəmməd  xan  ibn  ġərəfəddin  oğlu  Təkəlu  vəfat  etdi.  Oğlu  Qazağı,  xan 
ləqəbi verib, atasının yerinə qoydular. 
Həmçinin bu ildə sədarət keçmiĢ Sədr Mir Təqiəddin Məhəmməd  ibn  Mir   
Müizəddin Nəqib Ġsfahaniyə verildi. 


At ilində (mart 1558 - mart 1559) - bəzi ayları 965, bəzi ayları isə (B-274B) 
[96]  6-Cı  ildə  (24.X.1557  -  2.X.1559)  [ġah  Təhmasib]  Xərrəqan  yaylağına  təĢrif 
Gətirdi.  Böyük  əmirlər:  Divan  əmiri  Bədr  xan  Ustaclu,  Möhrdar  ġahqulu  xəlifə 
Zülqədər  Astarabada  mühafizə  dəstəsi  kimi  getməyə  məmur  olundular.  Onlar 
Ģaban  [ayının]  2-də  (20  may  1558)  Ģənbə  [günü]  Qəzvindən  çıxdılar.
396
  Yadigar 
Məhəmməd bəy Tərxan, Həsən bəy Qəbih oğlu Ustaclu, bundan əvvəl Astarabadın 
hakimi  olmuĢ  (M-258b)  və  türkmanın  Uxluyəqə  camaatının  ona  hücum  edib 
öldürdükləri  Keçəl  ġahverdinin  qardaĢı  ġahqulu  bəy  ÇavuĢlu,  Abbasəli  ibn 
Çərəndab sultan ġamlu, Rüstəm xan ƏfĢar və baĢqa əmirlər onlara qoĢuldular. 
Tutulub  həbs  olunduqdan  sonra  azad  edilən,  yenidən  vilayət  və  hökumət 
verilib  Astarabada  hakim  göndərilən  Ġbrahim  xan  Zülqədər  ata-babaları  Keçəl 
ġahverdinin  qatili  olan  Uxulu  türkmanlarının  üstünə  getdi.  Həmin  tayfa  məzkur 
ata-babalarının övladları ilə birləĢib Ətuk çölünə gəldilər. Əmirlər arxadan hücum 
etdilər.  O  hücum  axĢamı  yol  gedərkən  möhrdar  ġahqulu  xəlifə  təsadüfən  qulunc 
xəstəliyindən  öldü.  Bu  [hadisə]  həftənin  üçüncü  gecəsi  ramazan  ayının  18-də  (4 
iyul  1558-ci  ildə)  oldu.  BaĢqa  əmirlər  bu  hadisədən  sonra  suyun  kənarına  gəlib, 
onlardan  bir  əsər  tapmayaraq  geri  qayıtdılar.  Bu  əsnada  Dinməhəmmədin  qardaĢı 
özbək Əli sultan türkmanların köməyinə çatdı. Nəvvabi-kamyab [ġah Təhmasibin] 
bütün  əmirlərə:  «Əgər  Əli  sultan  gəlsə,  müharibə  etməsinlər  və  vəziyyəti  ona 
bildirsinlər»  kimi  qadağan  hökmləri  yazmasına  baxmayaraq,  əmirlər  buna 
əhəmiyyət vermədilər. Məğrurluq edərək bütün heyətlə Cürcan çayından  keçərək,   
onların üstünə töküldülər. Onlar öz düĢərgələrinin ətrafında xəndək qazıyıb, çəpər 
çəkməklə  yaxĢı  sığınaq  (istehkam)  düzəltmiĢ  və  onun  arxasında  tüfəngçiləri 
yerləĢdirmiĢdilər. 
Əmirlər döyüĢə baĢlayıb məğlubiyyətə uğradılar. Ġbrahim xan, Rüstəm xan, 
ġahqulu bəy ÇavuĢlu öldürüldülər. Bədr xan, Yadigar Məhəmməd bəy və Abbasəli 
bəy əsir alındılar. Qalanlar qaçmağa baĢladılar. Bu hadisə Ģəvval [ayının] 10-da (26 
iyul 1558) [həftənin] birinci günü baĢ verdi. Nəhayət, bütün tutulanlar baĢ əydilər, 
salamat  qaldılar.  Hər  birinin  rütbəsinə  görə  hədiyyə  alıb  buraxdılar.  Onlar 
dünyanın pənahı [ġah Təhmasibin]  dərgahına gəldilər. 
Ali divandan Hacı Üveys bəy Məlik oğlu (M-259a) Bayat, bayat qoĢunu ilə 
Astarabadı idarə etmək üçün getdi. 
965-ci  ildə  pəncĢənbə  [gününün]  gecəsi,  cümadi-əs-sani  [ayının]  6-da  (26 
mart  1558)  bitikçi  Xacə  Məhəmməd  Müzəffər  və  yaxın  adamları  fürsət  tapıb 
Türkman  Əbanın  üstünə  gedib  onu  öldürdülər.  BaĢını  cümə  [günü]  məzkur  ayın 
28-də  (17  aprel  1558)  Qəzvin  yaylağında
397
  dünyanın  pənahı  [ġah  Təhmasibin] 
dərgahına   gətirdilər.   Əbanın   fitnəsi   aradan götürüldü.
398
 
Bu  ildə  həmçinin  əksər  alimlərin  onun  ĠMAMƏTLĠYĠNĠ  (B-275a)  qəbul 
etməsinə  çalıĢan  ġeyx  Zeynəddin  Cəbəl  Amilini  rumlular  Məkkə  ibadətgahında 
tutub, Ġstambula apardılar. PəncĢənbə [günü] rəcəb [ayının] 12-də (30 aprel 1558) 
Ģəhid etdilər. Allah ona rəhmət eləsin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə