Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

bəy,  mehtərbaĢı  Sinan,  çaĢnigir
414 
Ġsa  və  Xacə  Ənbər  kimi  əksər  fəsad  törədənlər 
öldürüldülər. 
Bu bəndə [Əbdi bəy] belə mətləli bir qəsidə yazıb, ən Ģərəfli, ən müqəddəs 
[ġah Təhmasibin] nəzərinə çatdırdı. 
 
NƏZM 
 
(B-276b) «Ġnsan olmayanı hörmətlə bəsləməyin nə faydası, 
Adamlıq öz yerindədir, əgər adamdırsa». 
Qəsidənin axırında deyilir: 
«Ey Ģah, bu iĢi öz yerində etmisən
Hamıdan ağıllı olduğun üçün dövlət səninlədir. 
Can- [baĢla] elə bir iĢ etmisən ki,  
HəĢr gününə qədər, nöqsansız təb «səni mədh edər». 
 
[Bayəzidin]  böyük  oğlu  Orxanı  Həsən  bəy  yüzbaĢıya  kiçik  oğlu  sultan 
Mahmudu Məsum bəy Səfəviyə, baĢqa oğlu sultan Məhəmmədi qorçibaĢı Sevindik 
bəyə və dördüncü oğlu sultan Abdullanı Mir Seyid ġərif Baqiyə tapĢırdılar. Özünü 
dövlətxananın  daxilində  saxlamağı  buyurub,  qəddar  və  zalım  qorçiləri  ona 
nəzarətçi təyin etdilər. 
Ġlin ortasında ali əĢrəf  [ġah Təhmasibin]  səhhətində pozulma əmələ gəldi. 
Allaha Ģükr olsun ki, xezliklə sağaldı. 
SeĢənbə  günü  cümadiəl-əvvəl  [ayının]  15-də  (12  fevral  1560)  Gürcüstan 
hakimi  Ləvənd  xanın  oğlu  Ġsa  xan  (M-261b)  islamı  qəbul  etdi,  niyyəti  nəzərdə 
kimiya kimi bir Ģey oldu. 
Qazı  Əqai  Hüseyni  Razi
415
 bu  misranı tarix üçün dedi: 
«Ġsi  Ləvənd  Ģod  müsəlman  əz  sedq»
416
  (Ġsa  Ləvənd  ürəkdən  müsəlman 
oldu.) 
Ox  və  kaman  qorçisi  Hüseyn  bəy  ÇavuĢlu  Ustaclu  bu  ildə  düĢənbə  günü 
zilhiccə [ayının] 17-də (8 sentyabr 1560) vəfat etdi. 
Toyuq ili (mart 1561- mart 1562) - bəzi ayları 968, bəzi ayları isə [96] 9-cu 
ildə  (22.IX.1560-30.VIII.1562)  Xandigar  [sultan  Süleymanın1  elçiləri  baĢda 
MərəĢin  hakimi  Əli  paĢa  və  qapıçıbaĢı  Həsən  ağa  olmaqla  700  nəfər  kiĢi  seĢənbə 
[günü]  rəcəb  [ayının]  22-də  (8  aprel  1561)  Qəzvinə  gəldilər.  YekĢənbə  [günü] 
rəcəb  [ayının]  27-də  (13  aprel  1561)  [ġah  Təhmasibin]  busatını  öpməyə  nail 
oldular. Xandigarın hədiyyələri: hər biri bir ölkənin gəliri olan cəvahirlə bəzənmiĢ 
qılınc  və  xəncərləri,  nəfis  rum  və  Firəng  qumaĢları  və  bir  neçə  doqquz
417
  atdan 
ibarət töhfə və bəxĢiĢləri verdilər. 
Nəvvabi-ali [ġah Təhmasib] onlara hörmət və mərhəmət göstərdikdən sonra 
intizamlı  əmirlər  silkindən  olan  Səfər  bəy  Kəngərlu  Ustaclunu  elçi  göndərməyi 
qərara aldı və onlarla (türk elçiləri ilə) birlikdə Ruma göndərdi. 


ġaban [ayının] 15-də  (1 may  1561) baĢında  xam  xəyal  olan  Ləvənd xanın 
oğlu Gərgin Gəncə hakimi ġahverdi sultan Ziyad oğlu  Qacarla müharibə etdi  və 
öldürüldü. 
Rum  elçiləri  hazır  olarkən  (yəni  Qəzvində  olarkən)  gürcülərin  kəsilmiĢ 
baĢlarını, qənimətləri və əsir düĢmüĢ aznaurlarını əĢrəf [ġah Təhmasibin]   nəzərinə 
çatdırdılar. 
Həmçinin  bu  ildə  (1561-ci  ildə)  Xandigar  [sultan  Süleymanın]  kürəkəni 
olan baĢ vəzir Rüstəm paĢa öz əsəli ilə öldü. 
SeĢənbə  [gününün]  gecəsi  rəbiüs-sani  [ayının]  10-da  (29  dekabr  1560) 
Həsən YüzbaĢı Ustaclu vəfat etdi.
   
Cümə  [günü]  səhər  [vaxtı]  sübh  tezdən  zilhiccə  [ayının]  3-də  (15  avqust 
1561) Ģah qoĢununun piĢnamazı Seyid Məhəmməd Cəbəl Amoli Allahın rəhmətinə 
getdi. 
Zilhiccə  [ayının]  17-də  (29  avqust  1561)  ölkənin  baĢ  mustovfisi  (maliyyə 
vəziri) Xacə Qasım Nətənzi (M-262a) bağıĢlayan Allaha qovuĢdu (yəni öldü). Bu 
qitə onun haqqında deyildi:
418 
 
ŞER 
 
«Vəzirlərin çırağı, yüksək rütbəli mustovfi hanı?  
Qədd-qaməti bu gün dövləti iĢıqlandırmır.  
Toxum kimi torpağın altına getdi ki, sabah  
Tornaqdan qiyamət səhrasına baĢ qaldırsın.  
Vəfat edərkən ölümünün tarixi üçün dedi:  
«ġəhidin becəhan səlamət bad»  
(Dinin Ģahı dünyada salamat olsun). 
 
[Onun]  yerinə  Mir  Sədrəddin  Ġsmayıl  oğlu  Mir  seyid  Mustovfi  ġəhristani 
Ġsfahani [adı ilə tanınan] Mir Qiyasəddin Mahmud təyin olundu. 
[96]9-cu  il  məhərrəm  ayının  8-də  (18  sentyabr  1561)  ordunun  katibi
419 
Xacəki  bəy  [adı  ilə]  məĢhur  olan  Xacə  Sədəddin  Məsud  vəfat  etdi.  «BeheĢ-
tibərin
420 
  (Əla behiĢt) onun vəfat tarixi oldu. 
Ondan sonra Qazı Sahan Hüseyninin elmdə, kamalda və natiqlikdə əvəzsiz 
olan oğlu Mirzə ġərəf Cahan rəhmətə getdi. Nəvvabi-kamyab [ġah Təhmasib] bəzi 
vaxtlarda Tarım və Xərzəvil tərəfə balıq ovuna gedirdi. Qəzvinə qayıtdıqdan sonra   
[orada] qıĢladı. 
ġahzadə  [Məhinbanu]  sultanımın  cənazəsini  çaharĢənbə  gecəsi,  cümadiəs-
sani [ayının] 4-də (9 fevral 1562) ülyahəzrətin behiĢt qəbiristanına
421
 yola saldılar. 
Bu qitə o vaxt  [mən]  fəqirin dilinə gəldi: 
 
QİTƏ 


 
«Elə ki, zəmanənin Həzrəti-Bilqeysinin beĢiyi (tabutu) yola düĢdü, 
Süleymanın taxtı kimi bərbad oldu. 
Bu yəqin oldu ki, bu xarababaddan 
Ülyahəzrətin beĢiyi cənnət bağına tərəf yola düĢdü. 
Əqlin pirindən [vəfatının]   tarixini sual etdim
Dedi:«Dövləti-Ģahi-zəmanə baqi bad»
422
 
(Zəmanənin Ģahının dövləti əbədi olsun). 
 
O      sədarət      pənahlı      ülyahəzrətin      müəllimi      olmuĢ  müctəhidlərin  baĢ 
müctəhidi sədarət pənahlı Mir Təqiəddin Məhəmməd, Hərəmin eĢikağası Mövlana 
Yulqulu bəy Ġymur  Zülqədər o həzrətin cənazəsini  möminlər Ģəhəri Quma aparıb, 
imam  Musa  ibn  Səfərin  -  ona  və  onun  ata-babasına  salam  olsun  -  basısı  Həzrəti-
Məsumə Fatimənin [məqbərəsinin]  yanında  dəfn  etdilər. 
[AĢağıdakı]  bu  qitədən  məlum  olur  ki,  (M-262b)  yaxın  adamlardan, 
əmirlərdən və alimlərdən 4 ay müddətində bir neçə nəfər vəfat etmiĢdir. 
 
ŞER 
 
«Bax ki, 4 ay ərzində 
Dünya meydanı içərisində nələr oldu. 
Xacəki  getdi və Qazı mərhum oldu, 
O, bu xoĢbəxt mülkə dayaq idi. 
Onun ardınca Seyid bəy  Kəmunə getdi, 
Dövlətdə və ədalətdə onun tayı yox idi. 
YaxĢı əməlli, saleh adamların 
BağıĢlanılmıĢı Ģatır  Məmməd getdi. 
Ondan sonra Bağdad Ģəhərinin elm dəryası 
Mir Feyzüllah getdi. 
Onlardan sonra fələyin yanında bənzəri olmayan 
Tərxan torpağa getdi. 
Ondan sonra qorçibaĢı getdi. 
Onların hamısını Allah bağıĢlasın. 
Sonra onların ölüm tarixini dedim: 
«Becəhan Ģahi-din səlamət bad» 
(Dünyada dinin Ģahı salamat olsun). 
 
Ġt ilində (mart 1562- mart 1563) bəzi ayları 969 bəzi ayları isə [9] 70-ci ildə 
(11.IX.1561-20.III.1563)  Mirzə  Kafi  MünĢi  Ordubadi  pəncĢənbə  [günü]  zilqədə   
[ayının] 28-də (30 iyul 1562) vəfat etdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə