Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

[ayında]  (2.VIII.1524  -  30.VIII.1524)  öldürüldü.  Adil  Ģah  kimi  məĢhur  olub 
muğamlardakı  Ģer  və  təsniflərdəki,  qayda  və  icra  etməni  nizama  salan  Əmir 
NuĢirəvan  ibn  Əmir  Əbusəid  ibn  Əlaülmülk  padĢah  oldu.  O,  948-ci  ildə  cümə 
[günü] səfər [ayının] 29-da (24 may 1541) məsciddən çıxarkən naməlum bir Ģəxsin 
əli  ilə  öldürüldü.  Ondan  sonra  danin  pənahı  ġah  [Təhmasibin]  göstəriĢinə  əsasən 
Ġbrahim  xan  ləqəbi  və  divan  əmiri  vəzifəsinə  mənsub  olan  Əmir  Ġbrahim  ibn 
Məhəmməd bəy padĢah oldu. Hal-hazırda taxtda o  [oturubdur]. 
Hörmüz  sultanlarından:  əvvəlki  səhifədə
476
  demiĢdik  ki,  SulğərĢah  ibn 
ġəhabəddin  padĢahdır.  Hakimiyyət  ondan  TuranĢah  ibn  SulğərĢaha  çatdı.  Ondan 
sonra  [hakimiyyət]  SulğərĢah  ibn  TuranĢaha  [keçdi].  Onun  vaxtında  Firəng 
Hörmüzünün  tərkibinə  daxil  olan  Bərcərunu  istila  etdi.  TuranĢah  ibn  SulğərĢah 
atasının  yerinə  [taxta]  oturdu.  Firəng  hakimləri  [ölkəni]  tamam  istila  etdiklərinə 
görə  səltənətin adından baĢqa  TuranĢaha  bir Ģey qalmadı.  Nəhayət,  o,  971-ci  ildə 
zilqədə [ayının] 10-da düĢənbə [günü] (20 iyun 1564) öz əcəli ilə vəfat etdi. Onun 
əmisi  oğlanlarından  MəhəmmədĢah  ibn  FiruzĢah  onun  yerinə  [taxta]  oturdu  və 
972-ci  ildə  (9.VIII.1564-28.VII.1565)  vəfat  etdi.  Hal-hazırda  FərruxĢah  ibn 
MəhəmmədĢah onun yerindədir. 
Kürəkani  sultanlarından
477
  Xorasanda  Sultan  Hüseyn  mirzə  padĢah  idi. 
Axırda  iflis  fəlakətinə  düçar  oldu.  Övladları  ona  lazımınca  itaət  etmirdilər.  Bu 
əsnada  özbək  ġeybə  (ġeybani)  xanın  Xorasana  gəlməsi  xəbəri  çatdı.  O,  (Sultan 
Hüseyn mirzə Bayqara) müdafiə olunmaq  üçün   qoĢun   toplayıb (M-276a) yola 
düĢdü.  Bağdizin  düĢərgələrindən  Babaallahi  düĢərgəsinə  çatdıqda,  911-ci  il 
zilhiccə  [ayının]  15-də  (9  may  1506)  günbatana  yaxın  o  vəfat  etdi.
478
  Onun 
oğlanları  Bədiüzzaman  və  Müzəffər  Hüseyn  əmirlərin  məsləhətinə  əsasən  taxta 
oturdular.  Bu  düz  olmayan  məsləhətdən  fitnələr  törəndi  və  çaxnaĢma  düĢdü. 
Müzəffərhüseynin böyük qardaĢları ona tabe olmadılar. ġeybə (ġeybani) xan fürsət 
tapıb Xorasana  qoĢun çəkdi.  QardaĢlar qoĢunlarını toplayıb müdafiəyə  baĢladılar. 
Maral  yaylağında  iki  ordu  arasında  döyüĢ  oldu.  Görkəmli  Ģəxsiyyət  olan  Əmir 
Zunnun öldürüldü. QardaĢlar 913 (13.V.1507-1.V.1508)-cü ildə biabırçı bir halda 
qaçmağa  baĢladılar.  Müzəffərhüseyn  Astarabada  getdi  və  həmin  ildə  vəfat  etdi. 
Bədiüzzaman  mirzə  [isə]  Qəndəhar  valisi  ġüca  bəy  ibn  Zunnun  Ərğunun  haqqını 
qaytaracağı  (yəni  kömək  edəcəyi)  ümidi  ilə  o  ölkəyə  gedir.  Ondan  vəfasızlıq 
niĢanələri  gördüyü  üçün  qayıdıb  Astarabada  gəlir.  Az  bir  vaxtdan  sonra  ġeybə 
(ġeybani)  xanın  yaxınlaĢması  ilə  əlaqədar  olaraq  Astarabaddan  əlahəzrət 
cənnətməkan  ġah  [Ġsmayılın]  hüzuruna  gəlib,  [onun]  göstəriĢinə  əsasən  Təbrizin 
ġənbi-Qazan  [məhəlləsində]  sakin  oldu.  Bu  əsnada  Xorasan  ali  divanın  (yəni 
Səfəvi  dövlətinin)  dairəsinə  daxil  edildi.  ġeybə  (ġeybani)  xan  öldürüldü.
479
 
Bədiüzzaman  Təbrizdə  sakin  idi.  Sultan  Səlim  920  (26.II.1514-14.II.1515)-ci  ildə 
Təbrizə  gəldi.
480
  Onu  Təbrizdən  özü  ilə  birlikdə  Ruma  apardı.  Dörd  aydan  sonra 
orada taun xəstəliyindən öldü. 


Məhəmmədzaman  ibn  Bədiüzzaman  cənnətməkan  ġah  [Ġsmayılın] 
dərgahına  gəlmiĢdi.  Qələbə  ayəli  bayraqlar  (ġah  Ġsmayıl)  Səlimi  dəf  etməyə 
gedərkən,  o,  ali  ordunun  əksinə  olaraq  Astarabada  getdi.  Çığatay  ordusunun 
qalıqları onun ətrafına toplaĢdılar. 
Bitikci  Xacə  Müzəffər  (M-276b)  Burun  sultan  və  baĢqa  Xorasan  əmirləri 
birlikdə  onun  üstünə  gəldilər.  920-ci  il  ramazan  ayının  16-da  Ģənbə  [gününün] 
səhəri  (4  noyabr  1514)  o  məğlubiyyətə  uğrayaraq  Əbivərd  çölü  ilə  Ğərsistana 
getdi. Oranın hakimi Əmir OrduĢahla birləĢərək, Bəlxə yönəldi. O vaxt Div sultan 
Əmir Məhəmməd Baharlunu öz naibi kimi yerində qoymuĢdu. Məhəmmədzaman 
922-ci il rəbiül-axır [ayının] 3-də düĢənbə [günü] (6 may 1516) oranı tutdu. Ondan 
sonra  onunla  OrduĢah  arasında  çəkiĢmə  oldu.  OrduĢah  Məhəmmədzamanı   
[oradan]    çıxardı.  Axırda  peĢman  oldu.  Hiyləgərcəsinə  əhd-peyman  etdilər. 
Məhəmmədzaman mirzəni Ģəhərə gətirən zaman [rəbiül-axır] ayının çərĢənbə günü 
idi. Məhəmmədzamanın nökərləri onun iĢarəsi ilə OrduĢahı öldürdülər. OrduĢahın 
qardaĢı Qəvam bəy Bəlxi zəbt edib Babur padĢaha verdi. Məhəmmədzaman Bəlxin 
darğası olan Baburun  yaxın adamı Ġbrahimin  əli ilə  tutuldu. Onu Babur padĢahın 
yanına  Kabilə  apardılar.  Babur  padĢah  Məmmədzamanı  himayə  edib  öz  qızını 
Bəlxin hakimliyi ilə ona verdi. O, 929-cu ilə qədər (20.XI.1522-9.XI.1523) oranın 
valisi oldu. Hakimiyyət onun əlindən gedəndən sonra o, Məhəmməd Humayun ibn 
Babur padĢahın himayəsi altında idi. Əfqan ġirxan Məhəmməd Humayun padĢahla 
müharibə zamanı Qanq çayında boğuldu. O xanədanın iĢığı onunla söndü (yəni o 
sülalə onunla sona yetdi). 
Mirzə Məsud ibn Mirzə Sultan Mahmud ibn Sultan Əbusəid atasından sonra 
Qunduz  qalası  və  Yəqlanın  hakimi  oldu.  Əmir  XosrovĢah  Baysunqur  mirzə  ibn 
Sultan  Mahmuda  vilayət  hakimliyi  vəzifəsi  verdi.  Məsud  903-cü  ildə 
(30.VIII.1497-18.VIII.1498) 500 [nəfər] süvari ilə Sultan Hüseyn mirzəyə qoĢuldu. 
Sultan  Hüseyn  oğlu  Bədiüzzamanla  döyüĢdə  olduğu  üçün  Məsudun  gəliĢini 
xoĢbəxtlik (M-277a) hesab edib, oğluna qalib gəldi. [Sultan Hüseyn] onu himayə 
etdi  və  öz  qızını  ona  [ərə]  verdi.  Bundan  baĢqa  ona  (Məsuda)  qoĢun  verib,  öz 
yerinə göndərdi. 
Əmir XosrovĢah hiylə iĢlədərək ona xoĢ sözlər göndərdi və Sultan Hüseyn 
mirzənin  əmirlərindən  üzr  istəyib,  Geri  qayıtdı.  Özü  çəkinərək,  XosrovĢaha 
qoĢuldu.  XosrovĢah  onu  tutub  [gözlərinə]  mil  çəkdi.  Ondan  sonra  Mirzə 
Baysunqura  da  qəsd  etdi.  BaĢına  səltənət  havası  düĢdü.  Ġkinci  səhifədə  (yarım 
fəsildə) Baysunqur və Sultanəlidən bəhs edildiyi  kimi, öldürüldü. Təkrara ehtiyac 
yoxdur. 
Mirzə Uluğ bəy ibn Sultan Əbusəid atasının buyruğu  ilə Kabil hökumətini 
idarə  edirdi.  Atasından  sonra  taxta  çıxdı  və  907-ci  ildə  (17.VII.1507-6.VI.1502) 
vəfat etdi. 
Əbdürrəzzaq ibn Uluğ bəy atasının yerini tutdu. Lakin uĢaq olduğuna görə 
hakimiyyəti  əldə  saxlaya  bilmədi.  Əmir  Zünnun  Ərğunun  kiçik  oğlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə