Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

QərarlaĢdırılmıĢdır ki,  hər  kəs sözündə sadiq olsa, onun [gördüyü]  yuxular 
çin  olar.  Buna  görə  o  həzrətin  yuxuları  çindir  (doğrudur).  Çox  vaxt  günahsız 
imamlar, peyğəmbərlərin ağası (yəni Məhəmməd peyğəmbər) və özünün adlı-sanlı 
ata-babaları qeybdən ona  xəbər verir və necə hərəkət etməyi buyururlar. Qadağan 
olunmuĢ Ģeylərdən tövbə etmək, tamğanın (verginin) bağıĢlanılması, Təbriz Ģəhəri 
(əhalisinin)  siyasi  Ģıltaqlıqlarının  [bağıĢlanması]  -  bunlar  hamısı  o  həzrətin  yaxĢı 
əməllərindən nümunələrdir. 
Xeyriyyə,  sədəqə,  bəxĢiĢ,  hədiyyə,  ehsan,  kömək,  təqaüd,  nəzir  və  s.  bu 
kimi iĢləri o qədər çox etmiĢdir ki, onları yazmaq imkan xaricindədir. 
Ölkənin  yetimləri,  fəqirləri  və  miskinlərinə  yaxĢı  müəllim  təyin  etmiĢdir. 
Hər  il  orusluğun  xərcinin  hamısını  bir  yerdə  verir  ki,  dini  elmlər  (daha  doğrusu, 
qayda-qanun)  inkiĢaf  edib,  itaət  və  ibadət  artsın.  Bunlar  hamısı  [gözəl]  xasiyyət, 
kərəm və mərhəmətdir. 
Onbirincisi  -  Ağıl  və  tədbiri.  Bütün  ağıllı  adamlar  onun  [dövləti]  idarə 
edilməsindəki  tədbirlərini  etiraf  edirlər.  O  həzrətdən  dövlətin  bu  günlərində 
ruzgarın  arzusu  ilə  (M-288b)  etdiyi  dəyiĢikliklərin  bəziləri  bu  qəbildəndir. 
Nəhayət,  [onların]  nəticəsi  meydana  çıxdı.  O,  elə  bilirdi  ki,  etdikləri  xətaya 
qarĢıdır. Bunun təhqiqi ancaq allaha məxsusdur. 
Onikincisi - ġücaətdir. Bu zamanda heç bir insan övladında onda olan ürək   
və  cəsarət  yoxdur.  Bu  iddianın  həqiqiliyinə  o  həzrətin  etdikləri  bir  əhvalatdır  ki, 
onlar [əsərdə] yeri gəldikcə qısa Ģəkildə yazılmıĢdır. O cümlədən olan hadisələrdən 
onun  uĢaqlıq  vaxtlarında  hakimiyyət  iddiasında  olan  əmirlərin  ixtilaflarıdır.  O 
həzrətin  qardaĢlarından  hər  biri,  xüsusən,  o  gecə  ki,  Sam  mirzə  Hüseyn  xanın 
əlindən  tutmuĢdu  (yəni,  güvənmiĢdi)  və  Hüseyn  xan  böyük  bir  ordu  ilə  onun 
dövlətxanasının  üstünə  hücum  çəkmiĢdi  və  Cuhə  sultan  divanxananın  qarĢısında 
öldürülmüĢdü  -  o  həzrət  tək-tənha  divanxananın  qapısı  qabağında  dayanıb, 
üsyançılara qarĢı göstəriĢlər verirdi. 
BaĢqası, Cam müharibəsi zamanı özbəklərin bütün sultan və xaqanları əmr 
etmiĢdilər,  sağ  və  sol  cinahların  əmirləri  möhkəm  dayanmıĢdılar.  O  həzrət  (ġah 
Təhmasib)  sağlam  ürəklə  ordunun  ortasında  möhkəm  durmuĢdu.  O  həzrətin 
ətrafında  və  qarĢısında  dayananlar  onu  qoruyurdular.  Onunla  həmrah  olan 
adamlarla  düĢmənlərin  mərkəzinə  hücum  etdi.  Hüneyn  davasında  həzrəti 
[Məhəmməd]  peyğəmbər  və  Əmirəl-möminin  [Əlinin]  -  Allahın  onlara  salamı 
olsun - etdikləri kimi etdilər. 
BaĢqası,  sultan  Bayəzid  ibn  sultan  Süleyman  -  hamısı  hökumət  iddiasında 
olan 10 min silahlı süvari ilə - sığınma pərdəsi altında xidmətinə gələn gün o həzrət 
silahsız  Qəzvin  Səfərabadının  yeni  meydanının  ortasında  bir  əsaya  söykənmiĢ 
halda təmkin və mətanətlə (M-289a) dayanmıĢdı. Məzkur sultan [Bayəzid] o süvari 
camaatla çatıb, [atlarından) düĢdülər. Əmirlərindən 3-4 yüz nəfər igidlə meydanın 
daxilinə gəlib, (ġah Təhmasibin) ayağını öpdülər. 


Onun (ġah Təhmasibin) tərif və əxlaqının [gözəlliyi] saysız hesabsızdır. On 
iki [rəqəmi] xoĢ əlamət olduğu üçün biz bu on iki xasiyyəti qeyd etməklə o həzrəti 
ruzgarın keçmiĢ və indiki sultanları və xaqanlarından qısa Ģəkildə fərqləndirdik və 
«Kəraim  asare»  sözlərini  [maddeyi]  tarix  yazdıq.
558
  Ġlahi,  bizə  Sahibəzzamanı 
görməyi qismət elə. Ona (yəni Əbdi bəyə) və onun ata-babalarına  Allahın salamı 
olsun.  Pərvərdigara,  onu  allahın  və  onun  əhlinin  (yəni,  Məhəmməd  peyğəmbərin)  
xatirinə bədbəxt hadisələrdən qoru. 
Avtoqrafdan  köçürülməsi  1046-cı  ildə  səfər  ayının  birinci  ongünlüyündə 
xeyir və müvəffəqiyyətlə qurtardı. 
 
  ƏDƏBİYYAT, İZAHLAR VƏ QEYDLƏR 
 
1
Əbdi bəyin həyat və yaradıcılığı haqqında bax: Ə. H. Rəhimov. Əbdi bəy 
ġirazi   (həyat və yaradıcılığı), Bakı, 1970. 
2
Əbdi  bəy.  Xəmsəteyn.  Respublika  Əlyazmaları  Ġnstitutundakı  avtoqraf 
əlyazması, inv №3849, vər.121a 
3
Hafiz ġirazi. Divan, Tehran, 1342 h.Ģ.,s.6. 
4
Bəzi tədqiqatçılar «türk» sözünün gözəl mənasını əsas götürüb, onu «ġiraz 
gözəli» kimi tərcümə edirlər. Biz isə qədim zamanlardan baĢlayaraq, bu günə qədər 
ġirazda  türkdilli  tayfaların  yaĢadıqlarına  əsaslanaraq  sözün  türk  mənasını  əsas 
götürüb, onu «Ģirazlı türk gözəli» kimi tərcümə etdik. 
5
«Təkmilətül-əxbar», Azərbaycan EA Respublika Əlyazmaları Ġnstitutunda 
saxlanılan əlyazması, inv. №33054, vər.257ab. 
6
«Sərihul-mülk»ün 
Tehranda 
Muzeyi-Ġrani-Bastan 
kitabxanasında 
saxlanılan (avtoqraf) 3719 №li əlyazmasının Ģəxsi kitabxanamızdakı surəti, s.372. 
7
«Təkmilətul-əxbar», 
Tehranda 
Məclisi-ġurayi-milli 
kitabxanasında 
saxlanılan 15023 №li əlyazmasının Ģəxsi kitabxanamızdakı fotosurəti, vər.234a. 
8
Həsən bəy Rumlu, Əhsənüt-təvarix, Kəlküttə, 1931, s.238.  
9
«Təkmilətül-əxbar», Məclis nüsxəsi, vər.267b.  
10
Yenə orada, vər.266b-267a. 
11
«Sərihül-mülk»ün  2  avtoqraf  əlyazma  nüsxəsi  (№3718  və  №3719) 
Tehranda  Muzeyi-Ġrani-bastan  kitabxanasında  saxlanılır.  Hər  iki  əlyazmasının 
surəti  Ģəxsi  kitabxanamızdadır.  GeniĢ  məlumat  üçun  bax:  Məhəmmədtəqi  DaneĢ-
Pəjuh, Ġüsxəhayi-xətti, II cild, Tehran, 1341 h.Ģ.,s.209. 
12
Məhəmməd  peyğəmbərin  təvəllüd  tarixi  mənbələrdə  bir  qədər  fərqli 
verilmiĢdir. Onun 569-cu ildə, 20 avqust 570-ci ildə və 20 aprel 571-ci ildə anadan 
olduğu  qeyd  olunmuĢdur.  Bir  qayda  olaraq  570-ci  il  daha  inandırıcı  tarix  kimi 
qəbul edildiyindən, biz də həmin tarixi qeyd etdik. 
13
Məhəmməd peyğəmbər hicri-qəməri təqvimlə 63 il yaĢamıĢdır.  
14
Məhəmməd 40 yaĢında olarkən  ona peyğəmbərlik verilmiĢdir. Buna bəsət 
deyilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə