Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

Cənnətməkan [ġah Ġsmayıl] ġeybə xanı öldürdükdə oranın idarəsini Ətləndi 
bəyə tapĢırdı. Bu zaman ġərif Sufi Mir Xəzrayili, Xarəzm ulusunu ortadan götürdü. 
Ġlpars [Qıpçaq] çölündən onun üstünə basqın etdi. Qoyun ilində (1511)-916-cı ildə 
(10.IV.1510-30.III.1511)  o  vilayəti  tutdu.  Pələng  ilində  (1517)-923-cü  ildə   
(24.I.1517- 12.I.1518) vəfat etdi. 
Həsənqulu  xan  ibn  Ġlək  ibn  Yadigar  ondan  sonra  hökuməti  ələ  aldı. 
Meymun ilində (1524)-930-cu ildə (10.XI.1523-28.X.1524) vəfat etdi. Busqər xan 
ibn Məhəmmədəmin ibn Yadigar 5 il hökmran oldu. Öküz ilində (1529)-935-ci ildə 
(15.IX.1528-4.IX.1529) vəfat etdi. 
Sufyan  xan  ibn  Məhəmmədəmin  ondan  sonra  padĢah  oldu.  Qoyun  ilində 
(1535)-941-ci ildə  (13.VII.1534-1.VII.1535) guĢəniĢin oldu. 
Dinməhəmmədin  atası  olan  ƏvanəĢ  xan  ibn  Məhəmmədəmin  xan 
hökumətin idarəsini Sufyan xandan aldı. Bu zaman Ömər Qazi ibn sultan Qazi ibn 
Ġlparsla  müharibədə  öldürüldü. Übeyd Xarəzm  vilayətini  öz  oğlu Əbdüləziz  xana 
verdi. 
Yusif  xan  ibn  Sufyan  xan  Xəyyuqda  hökuməti  idarə  edirdi.  Donuz  ilində    
(1538)-945-ci   ildə (30.V.1538-18.V.1539) Dinməhəmməd ibn ƏvanəĢ (M-285b) 
xan Biqə Türkman [adı ilə] məĢhur olan sayın xanın oymağı ilə birləĢərək Übeyd 
xanla  Həzarəst  yaxınlığında  vuruĢdular.  Übeyd  [xanın]  Lətif,  Mirək,  ġeyx  Nəzər 
bəy,  Mahi  bahadır  TavaçıbaĢı,  Hafiz  Qənqəratın  vəkili  olan  Qaraca  bahadır  kimi 
əmirləri  ələ  keçirdilər.  Əbu  Yusif  ibn  Məhəmməd  Übeyd  (xanın)  əlində  əsir 
olduğuna görə onun əmirlərini Əbu Yusiflə dəyiĢdirdilər. 
Biqhal [adı ilə] tanınan Əbu Yusif vali təyin edildi. 10 ilə qədər xanlıq etdi. 
Yusif  xan  ona  tabe  oldu.  Toyuq  ilində  (1549)-956-cı  ildə  (30.I.1549-19.I.1550)  
vəfat etdi. 
Əzay  xan  ibn  Məhəmmədəminlə  Yunis  xan  arasında  5  il  düĢmənçilik     
oldu.    961-ci    ilə  (7.  XII.  1553-25.XII.1554)  müvafiq  olan  pələng  ilində  (1554) 
Yunis xan ibn Sufyan xan onu öldürüb padĢah oldu. 
Dust  xan  ibn  Lucəqə  ibn  Məhəmmədəmin  Yunis  xana  qalib  gəlib  taxta 
çıxdı. 
Yunis xan və qardaĢları, xüsusilə Pəhləvanqulu sultan 964-cü il rəcəb ayının 
15-də  Ģənbə  günü  Allahın  kölgəsi  olan  Ģah,  asiman  taleli  dünyanın  pənahı  [ġah 
Təhmasibin] dərgahına gəlib ilan ilində (24 may 1557) behiĢt zinətli Qəzvinin yeni 
dövlətxanasında onun ayağını öpmək Ģərəfinə yetiĢdi. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  Xərrəqan  yaylağına  gedərkən  o  camaat 
(Yunis xan və onun məiyyəti) səbəbsiz olaraq qaçıb, Xarəzmə getdilər. 
Hacmər  xan  ilan  ilində  (1557)-964-cü  (4.XI.1556-23.X.1557)  ildə  atasının 
yerinə keçdi. Hazırda Xarəzmin xanıdır. 
Dördüncü  firqə.  Tuli  ibn  Çingiz  xanın  soyu.  Tuli  xan,  yəni  ağıl  güzgüsü, 
qaanlıq mənsəbinə çatmadı. Ancaq onun oğlu  Mənku qaan oldu və onun əhvalatı 
qeyd olundu. 


Qubila (Qubilay) qaan ibn Tuli
534
 elə ki, Maçin yürüĢündən qayıtdı, Xətanın 
(ġimali  Çinin)  Çəkduy  Ģəhərində  meymun  ilinə  (1260)  bərabər  olan  658-ci 
(18.XII.1259-5.XII.1260) ildə padĢahlıq taxtına oturdu. Məzkur Ģəhərin qabağında 
baĢqa bir Ģəhər salmağı baĢa çatdırdı və onu Xanbalıq
535
 adlandırdı. Rəvayətə görə 
ətrafının dairəsi ən azı 4 fərsəngdir. 
Hindistan  bəndəri
536
  olan  Zeytun  dənizindən
537
  40  günə  böyük  bir  kanal 
qazdıtdırıb,  Ģəhərin  ortasından  axıtdırdı.  Tacirlər  o  kanaldan  gəmi  ilə  (M-286a) 
gedib-gəlirlər.
538
 Əvvəllər qardaĢı Ərtiq Bukay səltənətin idarə edilməsində onunla 
çəkiĢdi. Axırda Ərtiq Bukay onun əlinə düĢdü. 664-cü ilin payızında (1265-ci ilin 
payızında) süqut etdi və Qubilay istiqlaliyyət tapdı. 35 il hökuməti idarə etdi. 72 il 
yaĢayıb, 693-cü   (2.XII.1293-20.XI.1294)  ildə vəfat etdi. 
Teymur  qaan  ibn  Çim  Kim  ibn  Qubilay  qaan  atası  vəliəhd  olduğu  və 
Qubilayın  sağlığında  vəfat  etdiyi  üçün  o  atasının  əvəzində  vəliəhdliyə  çatdı.
539
 
Babası ölən vaxt Türküstan sərhəddində idi. Məzkur hadisəni eĢitdikdən 3 ay sonra 
paytaxta  çatdı.  Qoyun  ilinə  (1295)  müvafiq  olan  694-cü  ilin  axırlarında  (1295-ci 
Ġlin  axırlarında)  taxta  oturdu.  6  il  hakimiyyəti  idarə  etdi.  Ondan  sonra  əsmə 
(epilepsiya)  və  qıcolma  (iflic)  xəstəliyinə  tutuldu  və  daha  6  il  yaĢadı.  706-cı 
(13.VII.1306-2.VII.1307)  ildə  öz  əcəli  ilə  öldü.  Ona  Ulcaytu  deyirdilər.  Ġslam 
dininə  rəğbəti  vardı  və  moqollardan  bir  çoxunun  onun  təĢviqi  ilə  islamı  qəbul 
etdiyi məĢhurdur. 
Hakimiyyət  baĢına  keçdikdən  sonra  Kilu  xan,  yəni  ədalətli  və  yaxĢı  ad 
sahibi HiĢa qaan ibn Turməy ibn Yəlayin Cim Kim əmisindən sonra qaan oldu. 15 
ramazan 710-cu (5 fevral 1311) ildə vərəm xəstəliyindən vəfat etdi. Bərmehr Tazi 
ibn  Bərme  vəliəhdlik  qanununa  görə  qardaĢının  yerinə  keçdi.  Hakimiyyəti  vaxtı 
ona Yumasu qaan ləqəbi verdilər. 
Əbənde  ibn  Məqəlay  ibn  Qubila  ondan  sonra  qaanlığa  çatdı  və  müsəlman 
oldu. Onun zamanında islam Ģöhrət tapdı. 
QəĢli  qaan  ibn  Nərbəla  ibn  Cim  Kim  ondan  sonra  padĢah  olub  xaçpərəst 
dinini qəbul etdi. 
Xan  Tayzi  ibn  Tulək  [ondan  sonra]  qaanlıq  [taxtına]  çıxdı  və  Tuləktu 
adlandırıldı.  ƏnuĢirəvan  dara,  Duqu  Teymur,  Bisvədar  qaan,  Ənke  qaan,  Ələng 
qaan, Ġlci Teymur qaan və Tayzi ondan sonra növbə ilə padĢahlıq etdilər. Məzkur 
Tayzi  Əmir  Teymur  Kürəkaninin  (M-286b)  yanına  gəlib,  islam  olmaq  səadətinə 
yetiĢdi. Ondan sonra Qəlmaqa gedib, qaanlıq [taxtına] oturdu. Az bir vaxtdan sonra 
onu ortadan götürdülər. Onun qeyb olduğu vaxtlarda Təbquz xan Xəta məmləkətini 
istila edib, moqolları oradan çıxarmıĢdı. Moqollar  əsl yurdları olan Qəraqurum və 
Qəlmaqla qənaətləndilər. Onun zamanında indi Oyra [kimi] yazılan Oyrat əmirləri 
qüvvətlənib, o xanədanı səltənəti idarə etməkdən çıxardılar. Təbquz xan 831-ci ilin 
ramazan  ayında  (14.VI-13.VII.1428)  Xətanın  müsəlman  sakinlərinə  qəsd  edib, 
onları  dənizdə  batırdı.  Bu  vaxtlarda  onu  ildırım  vurdu.  Onun  qəsrini  və  orada 
olanların hamısını yandırıb kül təpəsinə döndərdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə