Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

cu ildə (29.X.1231-17.X.1232) Xəta [ölkəsinə] yürüĢ etdi. 631-ci ildə (7.X.1233— 
25.IX.1234) o ölkəni bütünlüklə iĢğal etdi və qoĢunu Ġrana gəldi. 
Oktay qaan XarəzmĢah Sultan Cəlaləddin Mənkibornini
494
 qovdu. Nəhayət, 
pələng ilində (1241) cümadiəl-axır 639-cu ildə (11 dekabr 1241) vəfat etdi. Kuyuk 
xan ibn Oktay 4 ildən sonra Aqavini ilə birləĢib at ilində (1254), 643-cü ilin rəbiül-
axır  [ayında]  (26.VIII  -  23.IX.  1245)  xanlıq  taxtına  oturdu.  O,  nəsari  (xristian) 
dinini qəbul etdi. Onun dövründə hakimiyyəti rahiblər qazandılar və müsəlmanlara 
güc gəldilər. [Kuyuk xan] axırda vərəm xəstəliyinə tutuldu. Ab-havasını dəyiĢmək 
üçün  Səmərqəndə  yönəldi.  Bir  həftədən  [sonra]  Xanbalıq
495
  yolunun  qabağında 
644-cü ildə  (19.V.1246 - 7.V.1247)  öldü. 
Mənku  qaan
496
  ibn  (M-280b)  Tuli  ibn  Çingiz  xan  əmisi  oğlundan  sonra 
anasının  tədbiri  və  o  vaxqlar  sülalənin  baĢçısı  olan  Batu  ibn  Cucinin  yardımı  ilə 
648-ci  ilin  rəbiül-əvvəl  [ayında]  (3.VI  -  2.VII.1250)  taxta  oturdu.  Oktayın  bəzi 
oğlanları və nəvələri ona qarĢı çıxdılar və məğlub oldular. Heç kimdə əks çıxmağa 
qüvvə qalmadı. O, istiqlaliyyət qazandı. Cahangirlik fikrinə düĢüb, Qubilay [adlı] 
bir qardaĢını ġərqə və Xəta ölkəsinə göndərdi. BaĢqa qardaĢı Hülakü xanı qərbə - 
Ġran torpağına  yola  saldı.  Onun Ġrandakı  fəaliyyəti Elxanilərdən
497
  bəhs  edilərkən 
qeyd olunmuĢdur. 
Qubilay qaan Ģərq tərəfdə Cahangirliklə məĢğul idi. 653-cü ildə (10.II.1255-
29.I.1256)  Mənku  qaan  BiktaĢ  və  QaĢtin  adı  ilə  də  məĢhur  olan  Maçinə  yürüĢ 
etdikdə Qubilay ordu ilə onunla birləĢdi və ölkələr tutmağa baĢladılar. Mənku qaan 
655-ci  ilin  məhərrəm  [ayında]  (19.I  -  17.II.1257)  Duli  Məsamək  qalası  altında 
vəfat  etdi.  Ondan  sonra  moğollar  arasında  ixtilaf  yarandı.  [O]  sülalənin  adamları 
bir neçə firqəyə (dəstəyə) ayrıldı. 
Birinci  firqə.  Oktay  qaanın  övladları.  Qeydu  ibn  QaĢin  ibn  Oktay  qaan. 
Oktayın ulusu içərisindən hakimiyyət baĢına keçdi. Ariq buka onunla idi, Axırda o 
öz  ulusunu  toplamaq  istədiyi  üçün  ondan  ayrıldı.  Üsyan  edib,  Bərəkə  xanın 
yardımı  ilə  Cığatay  ulusunu  toplayıb,  öz  adına  hakimiyyət  yaratdı.  Qeydu  ilə 
Cığatayın nəvəsi Olğu arasında dəfələrlə vuruĢma oldu. Qeydu qalib gəldi. 
Nəhayət,  700-cü  ildə  (16.IX.  1300-5.IX.  1301)  Qubilayın  nəvəsi  Teymur 
qaan  onun  üstünə  100  tümən
498
  qoĢun  göndərdi.  O,  həmin  döyüĢdə  yaralandı. 
Bundan əlavə qulunc olmaq və qanlı ishala düĢmək onu öldürdü. 
Cabbar xan ibn Qeydu vəliəhdlik qanununa görə 702-ci ilin rəcəb [ayında] 
(19.II-20.III.1303)  atasının  yerini  tutdu.  Onunla  Dəva  xan  ibn  Buraq  xan  Cığatay 
arasında  (M-281a)  düĢmənçilik  yarandı.  705-ci  ildə  (24.VII.1305-12.VII.1306) 
Səmərqəndlə  Xocənd  arasında  hər  iki  tərəfin  qoĢunu  bir-birilə  müharibə  etdi. 
Cabbar  xanın  qardaĢı  Çərik  Oğul  əsir  alındı.  O,  tamamilə  zəiflədi.  Bundan  sonra 
Teymur  qaan  və  Dəva  xanın  qoĢunu  onu  araya  alıb  əl-ayaq  açmağa  qoymadılar. 
Himayə  istəməkdən  baĢqa  bir  əlac  olmadığına  görə  [onlara]  pənah  apardı.  Köpək 
ibn  Dəva  Baliqunu  öldürən  vaxt  düĢməni  Köpəkdən  qaçarkən  Baliqunun 
mülazimləri tərəfindən öldürüldü. Ondan sonra Cığatay ulusu arasında Əli Sultan 


ibn  Ərkteymur  ləqəbi  aldı.  Onun  və  ondan  sonra  sonrakıların  əhvalatı  Ġran 
səltənətinin Cığatay xanları hakimiyyətindən [danıĢılarkən] yazılmıĢdır. 
İkinci  firqə.  Mavəraünnəhr,  Türküstan  ətrafında  hakimiyyəti  idarə  edən 
Cığatay xanın Ģəcərəsidir. 
Mavəraünnəhrdə  hökuməti  idarə  edən  Cığatay  xan  və  onun  nəsli  haqqında 
məlumat Kabil Ģah ibn Dürsinin hakimiyyətinə qədər Mavəraünnəhr sultanlarından 
bəhs edilərkən göstərildi ki, Bəlx hadisəsində Əmir Hüseyn ibn Əmir Məsəlay ibn 
Quzğun 771-ci ildə (5.VIII.1369 - 15.VII.1370) öldürüldü. 
Tuğluq Timur xan Əbcək ibn Dəva xan Moqolustanın padĢahı idi.
499
 761-ci 
ildə (23.XI.1359 - 10.XI.1360) o, Mavəraünnəhrə qoĢun çəkdi. Ancaq bir Ģey əldə 
edə bilməyib geri qayıtdı 765-ci ildə (10.X.1363 - 27.IX.1364)  vəfat etdi. 
Xızr  Xacə  xan  ibn  Tuğluq  Timur  xan  ondan  sonra  Moqolustanın  padĢahı 
oldu.  Onun  dövründə  Əmir  Teymur  (Teymurləng)  dəfələrlə  Moqolustana  basqın 
etdi. Xızr Xacə 802-ci ildə (3.IX.1399-21.VIII.1400) vəfat etdi. Oğlanları arasında 
çəkiĢmə  baĢlandı.  ġamcahan  ibn  Xızr  taxta  oturdu.  Az  vaxtdan  sonra  rəhmətə 
getdi. ġirməhəmməd xan ibn ġamcahan vali oldu. 
821-ci ildə (8.II.1418 - 28.I.1419) Üveys xanın əlində öldü. NəqĢcahan ibn 
ġamcahan  hakimiyyət  baĢına  gəldi.  Bir  neçə  gündən  sonra  Üveys  xan  ibn  (M-
281b) ġirəli Sultan padĢah oldu. Ondan sonra Ġsənbuqa ibn Üveys xan taxta çıxdı. 
QardaĢı  Yunis  onunla  çəkiĢməyə  baĢladı.  Ġsənbuğanın  müqavimət  göstərməyə 
qüvvəsi  olmadığına  görə  Uluğ  bəy  mirzə  Kürəkaninin  yanına  getdi.  Uluğ  bəylə 
Əbdüllətif
500
  arasında  qovğa  olduqda  Ġsənbuğa  fürsət  tapıb  Mavəraünnəhrin 
sərhəddini  Kəndi-Badama
501
  qədər  taladı.  Əndicanın  əhalisini  əsir  apardı.  Yunis 
xan  ibn  Üveys  xan  özünü  Ġraqa  (Əcəm  Ġraqına)  çatdırdı.  Oradan  ġiraza  Ġbrahim 
sultan  Kürəkaninin  yanına  getdi.  Ondan  sonra  Onun  oğlu  Mirzə  Abdullanın 
yanında oldu. 18 il qürbətdə baĢ dolandırdı. Sultan Əbusəid Kürəkani hakimiyyət 
baĢına gələrək, Ġsənbuğanın məkanı Moqolustana qoĢun çəkdi və onu məğlub etdi. 
Yunis  xanı  tələb  edib,  onu  ölkələr  tutmaq  üçün  lazım  olan  ləvazimatla 
Moqolustanda hakimiyyət baĢına gətirdi. Onun qızı Qutluğ Nigar xanımı
502
 öz oğlu 
Ömər ġeyx üçün istədi. Məhəmməd Babur padĢah [ondan] dünyaya gəldi. 
Sultan  Mahmud  xan  ibn  Yunis  xan  DaĢkənddə  atasının  yerinə  keçərək 
Haseki adı ilə tanındı. Axırda o, və Ələcə [adı ilə] məĢhur olan qardaĢı Əhməd xan 
özbək  ġeybə  xanla  olan  müharibədə  əsir  düĢdülər.  ġeybə  xan  onları  buraxdı. 
QardaĢlar  Hacıtərxan  tərəfə  getdilər.  Ələcə  xan  o  ölkədə  2-3  il  sərgərdanlıq 
etdikdən  sonra  ġeybani  xanın  mərhəmət  edəcəyi  ümidi  ilə  yenə  [onun  yanına] 
gəldi. Onun buyuruğuna əsasən öldürüldü. 
RəĢid  xan  ibn  Ələcə  xan  bir  müddət  KaĢğər  və  onun  ətrafının  valisi  oldu. 
971-ci ildə (21.VIII.1563 - 7.VIII.1564)  vəfat etdi. 
Sufi  Sultan  ibn  RəĢid  xan  atasının  yerini  tutmuĢdur. 
Mənsur xan ibn Səid xan Tufanın hakimidir. Üçüncü   firqə.   Çingiz   xanın   
böyük   övladı   Cuci xan və Cucinin nəsli. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə