Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

Məhəmmədmüqim  oraya  qoĢun  çəkdi  və  Əbdürrəzzaq  908-ci  ilin  axırlarında 
(7.VI.1502-25.VI.1503) Kabildən qaçdı. Hakimiyyət Ərğunilərin əlinə keçdi. 
Ömər  ġeyx  ibn  Sultan  Əbusəid  atasının  sağlığında  Fərqanənin  valisi  idi. 
Atasından sonra səltənətin idarəsinə çalıĢdı. Daima qayınatası moğol Yunis xanın 
ölkəsinə  və  öz  qardaĢları  Sultan  Əhməd  və  Sultan  Mahmuda  məxsus  vilayətlərə 
basqın  edirdi.  899-cu  il  ramazan  ayının  14-də  (8  iyun  1494)  düĢənbə  [günü] 
damdan yıxılıb öldü. Onun üç oğlu var idi: Məhəmməd Babur, Mirzə Cahangir və 
Mirzə Nəsir. 
Məhəmməd  Babur  padĢah  atasından  sonra  onun  yerinə  keçib  Türküstan 
sərhəddinin  bəzi  qalalarını  iĢğal  etdi.  902-ci  ildə  (9.IX.1496-29.VIII.1497) 
Səmərqəndi  Baysunqur  ibn  Sultan  Mahmud  ibn  Sultan  Əbusəiddən  aldı.  Sonra 
Baysunqur  güc  gəlib,  Səmərqəndi  yenidən  ələ  keçirdi.  Məhəmməd  Babur 
Əndicanda  baĢ  kirləyirdi.  ġeybə  xan  Sultanəli  mirzəyə  gələk  gəlib  Səmərqəndi 
iĢğal etdi və özbəklər oranı ələ keçirdilər. 
Xacə  Əbülməkarim  bir  keçə  Məhəmməd  Baburun  [yanına]  adam  göndərib 
onu  (M-277b)  Ģəhərin  kənarına  gətirtdi.  ġeybə  xan  Kanikil  çəmənində  olduğuna 
görə Səmərqəndi tutmağa qüdrəti yox idi. Türküstana getdi. 
Səmərqənddə qəhətlik oldu. ġeybə xan qoĢun və adam toplayıb geri qayıtdı. 
Məhəmməd  Babur  Səmərqənddə  dayana  bilməyib,  DaĢkəndə  getdi.  O  məmləkət 
Babura  qarĢı  üsyan  etmiĢ  Sultan  Əhməd  Tənbəlin  qəddar  müxalifəti  nəticəsində 
özbəklərin əlinə keçdi. Məhəmməd Babur padĢah DaĢkənddən Termezə getdi. 910-
cu  ildə  (14.VI.1504-3.VI.1505)  Kabili  tutmaq  üçün  yola  düĢdü  və  oranı 
Ərğunilərin əlindən aldı. 
Daha  sonra  əlahəzrət  xaqan  ġah  Ġsmayıl  Səfəvinin  zamanında  -  917 
(31.III.1511-18.III.1512)-ci  ildə  ġeybə  xan  öldürüldükdən  sonra  Mavəraünnəhri 
iĢğal  etməyə  gəldi.  Əmisi  oğlu  Xanmirzə  də  BədəxĢan  qoĢunu  ilə  ona  qoĢuldu. 
RəxĢ  çayının  kənarında  özbəklərlə  vuruĢdular.  O,  özbəklərə  qələbə  çaldı.  Həmzə 
Sultan və Mehdi Sultan öldürüldülər. O, Hisar, Qunduz və Bəqlanı istila etdi. 
ġahrux  xan  ƏfĢar  və  Əhməd  Sultan  Sufi  oğlu  Ustaclu  cənnətməkan  ġah 
[Ġsmayılın]  hökmünə  əsasən  onun  köməyinə  gəldiklərinə  görə  o,  Səmərqənd  və 
Buxaranı  da  tutdu.  Özbəklər  səhraya  getdilər.  ġah  [Ġsmayılın]  əmirləri  geri 
döndükdən sonra özbək Sultanları qayıtdılar. 
918 
(19.III.1512-8.III.1513)-ci 
ildə 
Məhəmməd 
Babur 
padĢah     
cənnətməkan  ġah  Ġsmayılın  göndərdiyi  Əmir  Nəcm  Sani  Xuzani  Ġsfahani  ilə 
birlikdə Buxara ətrafında özbəklərlə vuruĢdu, məğlubiyyətə uğradı. Mavəraünnəhr 
yenidən özbəklərin əlinə keçdi. Ona (Babura) bir daha oranı tutmaq nəsib olmadı. 
928-ci ilin cümadiəl-axır ayında (may 1522) Qəndəharı ġüca bəy Ərğunidən 
aldı.  Zəmin-Davəri  də  iĢğal  etdi.  Qəndəhardan  Bihara  qədər  [olan  yerlər]  onun 
tərəfindən iĢğal edildi. 
[Babur] 937-ci ildə (25.VIII.1530 - 14.VIII.1531) vəfat etdi.
481 


Məhəmməd  Humayun  padĢah  ibn  Məhəmməd  Babur
482
  926-cı  ildə 
(23.XII.1519  -  11.XII.1520)  Xanmirzə  öləndən  sonra  BədəxĢanın  valisi  oldu. 
Atasının  vəfatından  sonra  taxta  çıxdı.  QardaĢları,  xüsusilə  Kamran  onunla 
çəkiĢməyə baĢladı. Nəticəsi belə oldu: 
Əfqan  ġirxan  Hindistanı  tutmaq  fikrinə  düĢüb  iki  dəfə  Məhəmməd 
Humayun  padĢahla  müharibə  etdi.  Axırıncı  dəfə  Məhəmməd  Humayun  məğlub 
oldu.  Hindistan  onun  əlindən  çıxdı.  Məhəmməd  Humayun  padĢah  Hindistandan 
Qəndəhar  və  Kabil  sərhəddinə  gəldi  ki,  qardaĢlarından  yardım  alsın.  QardaĢı 
Kamran  onun  yolunun  üstünü  kəsdi.  [Humayun]  məğlubiyyət  ardınca 
məğlubiyyətə  uğradı.  O,  952-ci  ildə  (15.III.1545  -  13.III.1546)  özünü  birtəhər 
Xorasana  və  Xorasandan  Ġraqa,  dünyanın  pənahı  [ġah  Təhmasibin]  dərgahına 
çatdırdı.  Xaqanların  müraciət  etdiyi,  Sultanların  pənahı,  Allahın  kölgəsi  nəvvabi-
kamyab ġah [Təhmasib] onun inkiĢafı və qüvvətlənməsi üçün böyük səy göstərdi. 
Ona  çoxlu  qızıl,  at,  dəvə,  hədsiz-hesabsız  silah  və  qoĢununa  yaraq  və  [yaraq] 
ehtiyatı verib, böyük əmir və QızılbaĢ qoĢunu ilə birlikdə öz yerinə göndərdi. Onlar 
əvvəlcə Qəndəhara Kamranın üstünə getdilər. 
Dəfələrlə onunla (Humayunla) qardaĢları  bir-birilə müttəfiq olan Qəndəhar 
hakimi  Kamran  və  Kabilin  valisi  Əsgəri  -  arasında  vuruĢma  və  qırğın  oldu. 
Müttəfiqlər  bir-iki  dəfə  qalib  gəlsələr  də,  nəhayət,  952-ci  ildə  (15.III.1545  -
3.III.1546)  Məhəmməd  Humayun  padĢah  zəfər  qazandı.  QardaĢlarını  ələ  keçirdi. 
Kamranın [gözlərinə] mil çəkdi. BaĢqalarını da özünə tabe etdi. Hindistana qoĢun 
çəkdi  və  962-ci  ildə  Ģaban  (ayının)  8-də  çərĢənbə  [günü]  (28  iyun  1555)  oranın 
paytaxtı Dehlini iĢğal etdi. Ġstiqlaliyyət qazanıb (M-278b) əvvəllərdə olduğu  kimi,  
hakimiyyətini  ələ  aldı.  Həmin  o  ildə  də  qəsrin  damından  yıxılıb  vəfat  etdi. 
ġairlərdən biri bir qitəni onun tarixi kimi nəzmə çəkdi: 
 
QİTƏ 
 
«Heç kəsin yadına məna mülkünün padĢahı 
Humayun kimi bir Ģahlar Ģahı gəlmir. 
Birdən qəsrin damından yıxıldı, 
Buna görə həyatının xırmanı bərbad oldu. 
Tarixini ağıldan soruĢdum, dedi: 
Humayun padĢah öz bam oftad» 
(Humayun padĢah damdan yıxıldı).
483 
 
Kamran   ibn   Məhəmməd   Babur   qardaĢı [Humayun] məğlub olduqdan 
sonra  bir  müddət  hakimiyyəti  öz  əlinə  almıĢdı.  Humayun  padĢah  Allahın  kölgəsi   
nəvvabi-kamyab ġah [Təhmasibin]   yardımı ilə qüvvətləndikdən sonra   bir   neçə   
dəfə   Kamranı   ələ   keçirdi.   QardaĢı olduğuna   görə   rəhm   edib   öldürmədi.   
Nəhayət,  sonuncu  dəfə  ələ  keçdikdə  ziddiyyəti  həddən  aĢdığına  görə  və  etdiyi  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə