Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

 
Ondan  sonra  pələng  ilində      (1566)    vəfat  etdi.  974
460
  (19.VII.1566-
7.VII.1567)-cü ildə onun ölüm xəbəri əlahəzrət nəvvabi-kamyab [ġah Təhmasibin] 
qulağına çatdı. 
Sultan  Səlim  ibn  sultan  Süleyman
161
  atasından  sonra  taxta  çıxdı. 
QardaĢlarından  heç  biri  sağ  qalmamıĢdı  ki,  ona  maneçilik  etsinlər.  Onun  sultan 
Murad adlı bir oğlu və həmçinin qardaĢı uĢaqları var. 
Şirvan.  ġirvanda  Fərrux  Yəsar  padĢah  idi.
162
  Cənnətməkan  əlahəzrət  ġah 
Ġsmayıl atasının qisası olaraq 906 (28.VII.1500-16.VII.1501)-cı  ildə  onu öldürdü. 
Fərrux Yəsarın qazıbəylik vəzifəsini ifa edən oğlu Qazı bəy atasının yerini tutdu.
163
 
[O], 907 (17.VII.1501-6.VII.1502)-ci ildə vəfat etdi. ġeyxĢah [adı ilə] tanınan ġeyx 
Ġbrahim  ibn  Fərrux  Yəsar  hökumət  baĢına  gəldi.
464
  Həzrəti  ġah  Ġsmayıl  ona 
mərhəmət  göstərdi.  Adı  çəkilən  [ġeyxĢah]  920  (26.II.1514-14.II.1515)-ci  ildə  ali 
Cəlallı ġah [Ġsmayılın] astanasını öpməyə gəlib, Ģahlıq mərhəməti ilə baĢıuca oldu. 
930-cu ildə rəcəb [ayının] 17-də Ģənbə (günü) (21 may 1524) cənnətməkan 
ġah [Ġsmayıl]dan 2 gün əvvəl öldü. 
Sultan  Xəlil  ibn  ġeyxĢah  böyük  övlad  olduğu  və  cənnətməkan  ġah 
[Ġsmayılla]  qohumluq  Ģərəfi  (M-271a)  ilə  Ģərəfləndiyi  üçün  baĢqa  qardaĢlarına 
üstün  gəlib,  taxta  çıxdı.
465
  942-ci  ildə  cümadiəl-əvvəl  (ayının)  9-da  cümə  [günü]   
(5 noyabr 1535) vəfat etdi. 
ġahrux ibn sultan Fərrux ibn ġeyxĢah əmisindən sonra əmirlərin yardımı ilə 
taxta  çıxdı.  945-ci  ildə  rəcəb  [ayının]  27-də  Ģənbə  [günü]  (19  dekabr  1538)   
Allahın  kölgəsi   olan  əlahəzrət  nəvvabi-kamyab [ġah Təhmasib] Biqord qalasını 
fəth etdikdə, onu tutdular. Bütün  ġirvan ölkəsi dinin pənahı [ġah Xəhmasibin] ali 
divanı içərisinə daxil edildi. ġahrux 946 (19.II.1539-7.II.1540)-cı ildə vəfat etdi və 
bu sülalə onunla sona yetdi. 
Lahican  Gilanı.  Karkiya  Mirzə  Əli  ibn  sultan  Məhəmməd  Gilan  Biyəh  - 
piĢindən ibarət olan Lahican Gilanında padĢah idi. Ali məkanlı həzrəti xaqan ġah 
Ġsmayıl  Səfəvi  qardaĢı  ġah  sultanəlinin  ölüm  hadisəsindən  sonra  Gilana  onun 
yanına  getdi.  ġah  Ġsmayıl  905  (8.VIII.1499-27.VII.1500)-ci  ildə  Mirzə  Əlidən 
ayrılıb  cahangirliklə  məĢğul  olana  qədər,  o  xidmət  kəmərini  belinə  bağladı, 
köməklik,  qayğı  [göstərmək]  və  mühafizə  [etmək]  və  qorumaqda  heç  bir  Ģeydən 
müzayiqə etmədi. 
910 (14.VI.1504-3.VI.1505)-cu ildə qardaĢı Karkiya sultan Həsən ibn sultan 
Məhəmməd  onunla  ixtilafa  baĢlayıb,  əmirül-ümərası  olan  Kiya  Firudunu 
Səfidrudun Deyləman adlı yerində öldürdü. 
Karkiya  Mirzə  əli  canını  qorumaq  üçün  hökumətin  idarəsini  qardaĢının 
öhdəsinə  buraxıb,  bir  guĢəyə  çəkildi  və  ibadətlə  məĢğul  oldu.  Sultan  Həsən 
istiqlaliyyət qazandı. 
Fəsad  törədənlər  sultan  Həsəni  vadar  etdilər  ki,  Mirzə  Əlinin  üstünə  gedib 
onu  öldürsün.  Sultan  Həsən  [Mirzə  Əlinin  olduğu]  yerə  çatdıqda,  onun  üstünə 


töküldülər  və  onu  gecə  vaxtı  öldürdülər.  Bu  [hadisə]  911 (30  yanvar    1506)-ci  il 
pəncĢənbə gecəsi ramazan   [ayının]   5-də oldu. 
Sultan Həsənin əmirləri bu hadisədən qəzəblənib, Lahicandan hücum etdilər 
və o yerə gəldilər. PəncĢənbə günü (M-271b) Mirzə Əlini öldürdülər. Mirzə Əlidən 
arxa (oğul) qalmadı. Karkiya sultan Əhməd ibn sultan Həsən atasının və əmisinin 
ölüm hadisəsindən sonra taxta çıxdı. Cənnətməkan ġah [Ġsmayıla] böyük hörməti 
vardı. 
O,  933  (8.X.1526-26.IX.1527)-cü  ildə  Allahın  kölgəsi  olan  əlahəzrət 
nəvvabi-kamyab  ġah  [Təhmasib]  Qəzvində  qıĢlaq  edərkən  (Cuhə  sultan  əmirül-
üməra  olarkən)  dünyanın  pənahı  [ġah  Təhmasibin]  dərgahına  gəldi.  [ġah]  öz 
mərhəmətini  əsirgəmədi  və  Gilana  qayıtdı.  Nəhayət,  936  (10  iyul  1530)-cı  ildə 
onun  övladları  zilqədə  ayının  14-də  yekĢənbə  [günü]  alçaq  rütbədən  vəkillik   
mərtəbəsinə  çatdırdığı  Qasım  tərəfindən    qətlə  yetirildi.  Özü  940-cı  ilin  Ģaban 
[ayında] vəfat etdi (mart - aprel 1534). 
Karkiya  Seyid  Əli  Kiya  ibn  sultan  Əhməd  onun  yerinə  keçdi.  [O],  son 
dərəcə  mülayim  idi.  Buna  görə  ordu  hissələrində  həddən  artıq  qarmaqarıĢıqlıq 
baĢlandı.  Axırda  kiçik  qardaĢı  Karkiya  sultan  Həsənlə  onun  arasında  ziddiyyət 
yaratdılar. 941-ci ilin əvvəllərində (1534-cü ilin sonları) çarpıĢma oldu. Seyid Əli 
Kiya  və  baĢqa  qardaĢları  Səmamda  öldürüldülər.  Karkiya  sultan  Həsən  ibn  sultan 
Əhməd  padĢah  oldu.  O,  Biyəh-pəs  Gilanına  da  əl  uzadıb,  Əmirə  Dubası  avara 
saldı. Nəhayət, 943-cü ildə cümadiəl-axır ayının 5-də cümə [gününün] gecəsi (19 
noyabr 1536) taun xəstəliyindən vəfat etdi. 
Belə  oldu  ki,  əlahəzrət  ən  müqəddəs  nəvvabi-kamyab  [ġah  Təhmasib] 
Bəhram  mirzəni  Gilan  hökumətini  idarə  etmək  üçün  göndərdi.  Cəlal  bayraqları 
Xorasanda olduğundan oranın hökuməti [Bəhram] mirzənin sərəncamına keçmədi. 
Gilan  əmirləri  qatlaĢmadılar.  [Bəhram  mirzə]  Dəryavək  yaylağına  qayıdıb 
hökumətin idarəsini Gilanlıların [xeyrinə] tərk etdi. 
Xanəhməd  ibn  sultan  Həsən  padĢah  oldu.  Nə  qədər  ki,  nəvvabi-kamyab 
[ġah  Təhmasibin]  Ģahlığının  xeyirxahlıq  nəzəri  onun  [üstündə]  idi,  vəziyyəti 
olduqca  yaxĢı  idi.  Nəvvabi-kamyab  Biyəh-pəs  və  Kəskər  (M-272a),  vilayətlərini 
ona  vermiĢdi.  [Xanəhmədin]  Əmirə  Dubas  adlandırılan  Ġshaqvənd  nəslindən 
olması qəti idi. 
Nəhayət,  əyyaĢlıq  onun  Ģıltaqlığına  qalib  gəldi.  Qılınc  oynadan,  güləĢən, 
qoç döyüĢdürən, xoruz boğuĢduranlarla həmsöhbət olub, içki içən və tiryəki oldu. 
Hökumətin  idarə  qaydalarını  və  dinin  pənahı  ġah  [Təhmasib]  ilə  ədəblə  riayət 
etməyi unutdu və [ona] etina etmədi. Onun fəsad törədən əmirləri əliuzunluq edib, 
yaramaz  iĢlər  gördülər.  Belə  ki,  kübar  əmirlərdən  olan  Yulqulu  bəy  Ġymuru  və 
ġahqulu  bəy  Avənin  oğlu  Zülqədəri  975-ci  ilin  dovĢan  ilində  (1568)  öldürdülər. 
Buna  görə  nəvvabi-kamyab  [ġah  Təhmasibin]  ona  qarĢı  olan  mərhəməti  aradan 
getdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə