Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

Ġlan  ili  (mart  1569-mart  1570)  -  bəzi  ayları  976,  bəzi  ayları  (97)  7-ci  ildə 
(26.VI.1568  -  4.VI.1570)  islam  üləmalarına  belə  bir  fərman  verildi  ki,  tabelikdə 
olan  məmləkətlərdə  moizə  məclisləri  tətbiq  edilsin  və  xalqa  moizə  etməyə 
baĢlasınlar.  Xüsusilə,  cümə  günlərində  bütün  camaat  vəz  məclislərindən  kənarda 
qalmasınlar. Bu bəndə [Əbdi bəy] bu qitəni [onunla əlaqədar] nəzmə çəkdi: 
 
QİTƏ 
 
«Mələk xasiyyətli Ģahın fərmanı ilə 
Bu ildə moizənin vəziyyəti  rəsmiləĢdirildi. 
Vəzin tarixinə baxsan 
Doqquz yüz yetmiĢ altı idi». 
 
Pələng ilində (1566) vəzifə baĢına qoyulmuĢ Xacə Məlik Mustovfi Ġsfahani 
vəfat etdi. Mir Fəzlüllah ġəhristani onun köhnə düĢməni olduğu üçün sevindi. Bu 
qitə bununla əlaqədar və [maddeyi-tarix] kimi nəzmə çəkildi. 
Ancaq Mir Fəzlüllah hələ mənsəbə çatmamıĢdır. 
 
QİTƏ 
 
«Mir   Fəzlüllah    [Xacə]    Məlikin   ölümündən   xoĢhal oldu. 
Çünki, can və ürəkdən ona düĢmən və bədxahı idi. 
Yarəb,  onun  halı  ondan  sonra  və  bu  il  necə  olacaqdır?!  Onun  tarixini 
axtardıq, «Fəzlüllah»
450
 oldu». 
Bu ilin Ģəvval ayında (mart-aprel 1569) nəvvabi-kamyab [ġah Təhmasibin] 
bibisi  olan  Həzrəti-sultan  Heydərin  qızı  ülyahəzrət  Fəxrcahan  xanım  Allahın 
rəhmətinə getdi. 
Əyan  və  ailəsi  ilə  həccə  getmiĢ  Məsum  bəy  Səfəvi  zilhiccə  (ayının)  7-də   
(23  may  1569)  ehrama
451
  daxil  oldu.  Məkkeyi-müəzzimənin
452
  yaxınlığında  onun   
oğlu  Xanmirzə,  Ģahın  dəftərxanasının  darğası  BəĢarət  bəy,  Məsum  bəyin   
eĢikağası  Əlican   ağa   Qaramanlu, onun  qardaĢı  olan  Məsum  bəyin  qorçibaĢısı   
Məhəmmədcan ağa (M-269a); onun baĢqa əyan və əsilzadələrinin  hamısı - onların    
mülazimləri, məsləhət üçün Hacılar baĢçısı təyin edilmiĢ fazil adamlardan Mövlana 
Müinəddin  Astarabadi  gecə  vaxtı  istirahət  etmək  üçün  yoldan  kənara  çıxıb 
yatarkən Ģəhadət Ģərəfinə   nail   oldular   (yəni   öldürüldülər).   Məsum   bəylə yol 
yoldaĢı  olub,  yoldan  kənara  çıxmayıb,  Hacılar  arasında    olan    Mir      Məhəmməd 
Yusif    və    baĢqa    adamlar    o  təhlükəli  yerdən  xilas  oldular.  Məsum  bəyin  yerdə 
qalan ailə üzvləri,  övladları və dostları həcc  ziyarətindən sonra   geri  qayıtdılar.   
Qəribə  burasıdır  ki, onların yol yoldaĢlarından olan təhlükəli  yerdən  xilas   olub, 
ölümün  çəngindən  qurtulmuĢdular  və  Hindistana  getmək  üçün    gəmiyə 
minmiĢdilər,  [onlar yolda ikən]   tufan qopur və gəmi batır, hamısı ölüm tufanında 


qərq olurlar. O cümlədən Seyid Məhəmməd Yusif  - Allah ona rəhmət eləsin. Köç 
evi ilə qayıdan Məsum bəyin vəziri Mirək bəy Qəzvinə çatdı və vəziyyəti bildirdi.   
[O] az bir vaxtdan sonra Qəzvində vəfat etdi. 
Bu  ildə  baĢqa  [bir  hadisə]:  atasından  sonra  Gürcüstanın  hakimi  olmuĢ 
Həmyun  ibn  Ləvacəd  yüksək  Ģöhrət  sahibi  olan  əmirlərdən  və  nəvvabi-kamyab 
[ġah Təhmasibin] inanılmıĢ adamlarından olan ġəki vilayətinin tiyul sahibi ġamxal 
sultan  Çərkəzin  mülazimi  tərəfindən  tutuldu.  Həmyunu  dünyanın  pənahı  [ġah 
Təhmasibin]  dərgahına  apardılar.  [Hazırda]  bu  dərgahdadır  və  Ģahlıq 
mərhəmətindən məhrum deyildir. 
Həmin ildə baĢqa [bir hadisə]: Lahican Gilanının idarəsini dünyanı qoruyan 
ġahzadə  sultan  Mahmud  mirzəyə  verib,  lələsi  Allahqulu  bəy  Ġycik  oğlunun 
müĢayiəti  ilə  o  tərəfə  göndərdilər.  Lahican  qoĢununun  qılıncdan  keçirilməyənləri 
fənalıq  qılıncından  keçirildilər.  Qəzvində  olan  Xanəhmədi  Qəhqəhə  qalasına 
göndərdilər. 
At  ilində  (mart  1569-mart  1570)  -  bəzi  ayları  977,  bəzi  ayları  isə  [97]8-ci 
ildə  (16.VI.1569-25.V.1571)  (M-269b).  Əlahəzrət  nəvvabi-kamyab  [ġah 
Təhmasib]  ənənəyə  görə  yaylaq  və  qıĢlağı  cənnət  bəzəkli  darüssəltənə  Qəzvində 
keçirdi. 
Bu  ildə  vilayət  [hakimi]  rütbəsi  almıĢ  Ġsgəndər  bəy  ƏfĢar  ilə  Astarabadın 
(vəzifəsindən) çıxarılmıĢ hakimi Xəlil sultan Ziyad oğlu [arasında] mübahisə oldu. 
Xəlil bəy öldürüldü. 
Qoyun ilində  (mart 1570-mart  1571) - bəzi ayları   978,   bəzi   ayları   isə    
(97)9-cu  ildə  (5.VI.1570-13.V.1572).  Allaha  Ģükür  və  həmd  olsun  ki,  nəvvabi-
kamyab   [ġah  Təhmasibin]   müqəddəs  vücudu,  aləm  və dünya Ģahzadələrinin    
səhhəti  səlamətdir.  Məmləkət  idarə  olunur,  əmin-amanlıq  artıb.  DüĢmənlər    
bədbəxtdir. Ġctimai,  faydalı  iĢlərdə  çalıĢan,  ədalətə  meyl edən camaatın hamısı 
xüsusən  alimlər  və  möminlər  bütünlüklə  mərhəmət  və  xoĢ  güzəran  içərisindədir. 
Bu kitab bu   ilin   əvvəlində   tamam   oldu.    Qələmin   ucu   bundan artıq cövlan 
etməyəcək.  Yəqin,  cilovu  çəkiləcəkdir.  Allah    qoysa,  əgər  həyat  baqi  qalsa,  
bundan  sonra    müəllif  baĢqa  bir  cild  düzəldəcək,  yazılması  vacib  olan  məsələlər 
orada qeyd olunacaqdır. Allaha Ģükr ki, [bu kitab] tamamlandı. 
 
ZEYL (əlavə) 
 
Rum, Misir, ġam, Hicaz, Ərəb Ġraqı, Diyarbəkr və Mosulda Səfəvi Ģahlarına 
müasir sultanların zikri haqda (əlavə). 
Səfəvi  Ģahları  dövlətinin-hökuməti  əbədi  olsun  -baĢlanğıcından  indiki  978-
si (5.VI.1570-25.V.1571) ilə qədərki vəziyyət belədir: 
Dedik  ki,  Rumda  osmanlı  sultan  Bayəzid
453
  ibn  sultan  Məhəmməd
454
  886 
(2.III.1481-19.II.1482)-cı  ildə  padĢah  idi  [O],  qardaĢı  Cəm  sultanı  məğlub  edib, 
əksər  vilayətləri  fəth  etdi.  O  cümlədən,  həzrəti  ġah    Ġsmayılın  Gilandan  xüruc 


etməsi ilə müvafiq olan 20 məhərrəm 905 (27 avqust 1499)-ci ildə Firəngin böyük 
vilayəti  və  qalası  olan  Ġnəbəxti  tutdu.  906  (28.II.1500-  16.VII.1501)  (M-270a)-cı 
ildə isə oranın çoxlu vilayət və qalalarını iĢğal etdi. Axırda oğlu Səlimin təhriki ilə 
yeniçərilər  ondan  üz  döndərdi.  Ədirnə  ilə  Ġstambulun  arasındakı  ƏğraĢkuyda 
Həzrəti  ġah  Ġsmayılın  Mərv  ətrafında  ġeybə  (ġeybani)  xana  qələbə  çaldığı    916 
(10.IV.1510-30.II.1511)-cı  ildə  ata  ilə  oğul  [arasında]  müharibə  oldu.  Sultan 
Bayəzid  Səlimin  əlinə  keçərək,  qalaların  birində  həbs  edildi.  918-ci  ildə  səfər 
ayının axırında (may ayının ortaları 1512) vəfat etdi. 
Sultan Səlim ibn sultan Bayəzid 916 (10.IV.1510-30.III.1511 )-cı ildə taxta 
çıxdı.
455
  Öz  qardaĢları  sultan  Əhməd  və  sultan  Qorxutu  əksər  övladları  və  yaxın 
qohumları ilə öldürdü. Zülqədər və Qaraman ölgələrini istila etdi. 920 (26.II.1514-
14.II.1515)-ci  ildə  Xoyun  Çaldıran  [adlı  yerində]  cənnətməkan  padĢah  ġah 
Ġsmayılla  müharibə  etdi  və  Təbrizə  qədər  gəldi.  Oradan  Ruma  qayıtdı.  Təkcə 
Diyarbəkrə sahib oldu. 
921  (15.II.1515-4.II.1516)-ci  ildə  o  Kəmax  qalasını  zəbt  etdi.  Həmin  ildə 
Ədaüddövlə Zülqədəri öldürdü və Bursada qıĢlaq etdi. Ondan sonra ərəb ölkəsinə 
qoĢun çəkdi. Hələb yaxınlığında Mərəh
456
 ətrafında Misir və ġamın padĢahı Qancu 
ilə müharibə edib, onu məğlub etdi. 
923  (24.I.1517-2.I.1518)-cü  ildə  Misir  ətrafında  bir  daha  çərkəz  qulamları 
ilə  vuruĢub  qalib  gəldi.  Misirdə  qıĢlaq  etdi.  Hərəmeyni-Ģərifeyndə
457
  onun  adına 
xütbə oxudular. 
926 (23.XII.1519-11.XII.1520)-cı ildə ƏğraĢkuy ətrafında [onu] bir xəstəlik 
tapdı və atasını əsir etdiyi həmin yerdə öldü. 
Sultan  Süleyman  ibn  Sultan  Səlim
458
  atasının  vəfat  etdiyi  vaxt  Amasiyada 
idi. Onu tam gizli surətdə Ġstambula aparıb taxta oturtdular. O, atasından sonra bir 
çox vilayəti ona miras olaraq qalmıĢ ölkəyə qatdı. O cümlədən 927 (12.XII.1520-
30.XI.1521)-ci ildə Belqrad qalasını və (M-270b) 7 səfər 929 (26 dekabr 1522 )-cu 
ildə Ərvəs vilayətini fəth etdi. 
Ülamə Təkəlunun təhriki ilə 941 (13.VII.1534-1.VII.1535)-ci ildə əlahəzrət 
nəvvabi-kamyab, Allahın kölgəsi  ġah  [Təhmasib]   ilə ədavətə baĢlasa da - dinin 
pənahı Ģahın vəziyyəti təsvir edilərkən yazıldığı kimi - [bu ədavət] onların arasında 
sülhlə  baĢa  çatdı.  Oğlu  sultan  Bayəzid  hadisəsindən  sonra  969  (11.XI.1561-30. 
VIII.1562)-cu ildə bu sülh [daha da] möhkəmləndi. 
[Bu münasibətlə] Qazı Ətai Razi dedi: 
 
«Allaha Ģükr olsun  ki, dövranın kərəmindən 
Bu köhnə dünyada tale yar oldu. 
Dünyanın  Ģahları sülh arzulayırdı 
Verdi və baĢqalarını həsrət oduna atdı. 
Günləri yazan sülhün tarixini axtarırdı 
Ağıl dedi ki, «əs-sülh xeyr»
459
  (sülh xeyirlidir)». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə