Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

Yuxarıda qeyd edildiyi kimi, böyük əmirləri Gilana göndərdilər. Xanəhmədi 
tutdular  və  Biyəh-pəs  Gilanını  dinin  pənahı  ġah  [Təhmasibin]  bacısı  nəvəsi, 
hazırda  qohumluq (kürəkənlik) Ģərəfi ilə  baĢıuca olan CəmĢid xan Ġshaqvəndə  və 
Kəskəri  Əmirə  Sasana  verdilər.  Xanəhmədi  Qəhqəhə  zindanına  salıb, 
Azərbaycanın MiĢkin tümənində həbs etdilər. Rüstəmdarın Nüvərində Kavbarənin 
yerdə  qalan  məliklərindən  Məlik  Kavus  ibn  Cahangir  hökumət  [baĢında]  idi.  O, 
940 (23.VII.1533-12.VII.1534)-cı ildə vəfat etdi. Məlik Cahangir ibn Məlik Kavus 
vəliəhd olduğuna görə hakim oldu və qardaĢı Bisütunla döyüĢdə öldürüldü. Məlik 
Kəyumərs  ibn  Cahangir  Nuvər  qalasını  zəbt  edib,  Bisütuna  yol  vermədi.  Axırda 
onunla Bisütun arasında vuruĢma oldu və Kəyumərs öldürüldü. 
Məlik  Bisütun  ibn  Cahangir  hakimiyyət  baĢına  gəldi.  Ġstədi  bütün 
Rüstəmdarı zəbt etsin. 910 (14.VI.1504-3.VI.1505)-cu ildə Kəsvərin üstünə qoĢun 
çəkdi.  Qaladan  baĢqa  bütün  vilayətləri  istila  etdi.  Nəhayət,  913-cü  ildə  səfər 
[ayının]  26-da  (7  iyun  1507)  məst  olarkən  oynaĢı  olan  və  qohumları  Məlik 
tərəfindən öldürülmüĢ bir arvadın əli ilə öldü (M-272b). 
Məlik  Məhəmməd  ibn  Məlik  Bisütun  varis  olaraq  hakimiyyətə  sahib  oldu. 
O, Lahıclı Xanəhmədin bacısını və Mir Əbdülkərim Mazandaraninin bacısını aldı. 
43 il hakimiyyətdə oldu. 957 (20.I.1550-8.I.1551 )-ci ildə vəfat etdi. 
Məlik  Kəyumərs  ibn  Məlik  Bəhmən  vərəsə  olaraq  onun  yerini  tutdu  və 
Allahın kölgəsi olan nəvvabi-kamyab ġah  [Təhmasibin]  nəzəri onun üstündədir. 
Məlik Üveys ibn Məlik Kəstməz ibn Bisütun da Nüvərin bəzi vilayətlərində 
hakim idi və Xanəhmədin kürəkəni olmaqla fəxr edirdi. 
Rüstəmdarın Kənvər [vilayətlərində] Məlik ƏĢrəf ibn Tacüddövlə hökumət 
[baĢına]  gəlmiĢdi.  Məlik  Bisütun  onun  ölkəsinə  qoĢun  çəkən  vaxt,  özündə 
müqavimət  göstərməyə  qüvvə  görmədiyi  üçün  böyük  oğlu  Məlik  Kavusu  qalada 
qoyub, özü Gilana getdi. Məlik Bisütunun ölümündən sonra qayıtdı. Məlik Kavus 
ona  itaət  etmədi.  O  da  [hökumətin  idarəsini]  ona  əsirgəmədi.  921  (15.II.1515-
4.II.1516)-ci ildə vəfat etdi. 
Məlik  Kavus  ibn  Məlik  ƏĢrəf  950-ci  (16.IV.1543-  24.III.1544)  ildə  oğlu 
Məlik  Cahangirin  qəsdi  [nəticəsində]  öldü.  Ondan  əvvəl  Məlik  Ġsgəndər  atasının 
sağlığında lahıclı sultan Əhmədin qızından olan qardaĢına qəsd etmiĢdi. O diyarın 
əhalisi ondan çəkinərək Məlik Kəyumərsi hakimiyyət baĢına qoymuĢdular. 
Kəyumərs  ibn  Məlik  Kavus  18  ilə  yaxın  Ģahın  fərmanı  ilə  həbsdə  idi. 
Axırda Ağa Məhəmməd Ruzəfzunun yardımı ilə atasının yerinə oturdu. II zilqədə 
963   (16 sentyabr 1556)-cü ildə vəfat etdi. 
Məlik  Cahangir  ibn  Məlik  Kavus  qardaĢından  sonra  taxta  çıxdı.  Ġmam 
Rzanın müqəddəs, nurlu, gözəl behiĢtinin ziyarəti və duası ilə Ģərəfləndi. Bu bəndə 
[Əbdi  bəy]  onun  dərgahında  olarkən  o,  Kəçvərin  və  Məlik  Bəhmən  ibn  Məlik 
Kəyumərs Laricanın hakimi idi. Ġndi Darülmərzdə çevriliĢlər olub, [kim bilir] necə 
bir vəziyyət yaranacaq (M-273a). 
Təbəristan nahiyəsinin Çəlaviyyə hakimləri: 


Əfrasiyab  Çəlavinin  nəslindən  [olan]  Mir  Hüseyn  Kiya  ibn  Mir  Əli 
türkmanların  hakimiyyətinin  axırında
466 
üsyan  edib  Astara  qalasını  zəbt  etdi. 
Cənnətməkan  əlahəzrət  xaqan  ġah  Ġsmayılla  üsyan  məqamına  gəldi.  909 
(26.VI.1503-13.VI.1504)-cu ildə məğlub olub məhv edildi. Bu sülalə onunla sona 
çatdı. 
Mazandaranda MərəĢiyyə Qəvami seyidlərindən Mir Əbdülkərim
467
 ibn Mir 
Abdulla  Seyid  Zeynalabidinin  qardaĢı  Mir  ġəmsəddinlə  hakim  idi.  930 
(10.XI.1523-28.X.1524)-cu  ildə  vəfat  etdi.  Ondan  sonra  Mir  ġahi
468
  ibn  Mir 
Əbülkərim  hakimiyyət  baĢına  gəldi.  Ağa  Məhəmməd  Ruzəfzun  onu  qovdu.  [O], 
939  (3.VIII.1532-22.VII.1524)-cü  ildə  Dəmavənddə  Ağa  Məhəmmədin  mülazimi 
Müzəffər bəy Türkmanın əli ilə öldürüldü. Mir Abdulla
469
 ibn Mir sultan Mahmud 
ibn  Mir  Əbdülkərim  qəzanın  dövranının  fərmanı  ilə  Allahın  kölgəsi  nəvvabi-
kamyab ġah [Təhmasibin] hakimiyyəti günlərində Ağa Məhəmmədlə hakimiyyətə 
Ģərik  oldu.  O,  Ağa  Məhəmmədin  vəfatından  sonra  qeyd  olunduğu  kimi,  ġah 
[Təhmasibin] hakimiyyəti zamanı Ģahlıq dövlətindən xanlıq vəzifəsi əldə etdi. 954, 
yaxud  [95]  5-  (21.II.1547-30.I.1549)-ci  ildə  bütün  Mazandaranın  valisi  oldu.  Son 
dərəcə zalım olduğu üçün ali hökmə əsasən vəzifəsindən çıxarıldı. 
Mir  sultan  Murad  xan
470
  ibn  Mir  ġahi  ibn  Mir  Əbdülkərim  qəzanın 
cərəyanının  fərmanı  ilə  Mazandaran  taxtına  çıxdı.  Mir  Abdulla  969-cu  ildə 
cümadiəl-əvvəl [ayının] 11-ci gecəsi (17 yanvar 1562) özünü dünyanın pənahı [ġah 
Təhmasibin]  dərgahına  çatdırıb,  Mazandaranın  təyin  edilmiĢ  vergisini  ali  divana 
göndərməsini  öhdəsinə  götürdü.  Buna  görə  qeyd  olunan  vergini  toplamaq  Burun 
sultanın nəvəsi Əlixan bəy Təkəluya tapĢırıldı. 
Mir  Abdulla  Cacrud  çayında  Təkəludan  qaçdı  və  yenə  tutuldu.  Zərurət 
üzündən  onu  Övladi-kilis  qalasında  həbs  etdilər.  Bu  zaman  bir  dəstə  adam  (M-
273b)  öz  qohumlarının  qanının  qisası  olaraq  onu  öldürdülər.  Hazırda 
Mazandaranda sultan Murad xan hakimdir. 
Mir Əbdülkərim ibn Mir Abdulla bir-iki il ali fərmana əsasən Əmir Murad 
xanla  [hakimiyyəti  idarə  etməkdə]  Ģərik  idi.  Əməlləri  nəvvabi-kamyab  [ġah 
Təhmasibin]  xasiyyətinə  uyğun  gəlmədiyinə  görə  onu  vəzifəsindən  çıxarıb 
Qəzvinə  gətirdilər.  O,  tiryək
471
  atıb,  972-ci  ilin  Ģəvval  ayında  cümə  [günü]  (may 
1565) vəfat etdi. 
Ruzəfzuniyyə  tayfasından  Ağa  Rüstəm  hökumət  iĢlərində  Mir  Əbdülkərim 
ibn Mir Abdulla ibn Mir Əbdülkərim ibn Seyid Məhəmmədlə Ģərik idi. O vaxtlar 
özbək  ġeybə  (ġeybani)  xan  Xorasana  əl  uzatmıĢdı.  Ağa  Rüstəmin  ürəyindən 
keçirdi  ki,  bundan  sonra  bizim  əlimiz,  ġeybə  xanın  ətəyi  [olacaq].  Buna  görə 
cənnətməkan ġah [Ġsmayıl] 916  - (10.IV.1510-30.III.1511)-cı ildə özbəklərə qalib 
gəldikdə,  ġeybə  xanı  öldürdü.  Əllərini  [kəsib]  Mazandarana  göndərməklə  Ağa 
Rüstəmin  ətəyinə  od atdı.  O, bu kinayədən özünə  qarĢı olan Ģahlıq qəzəbini baĢa 
düĢdü və bir neçə gündən sonra vəfat etdi.
472 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə