Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

Ağa  Məhəmməd  ibn  Ağa  Rüstəm  atasından  sonra  Mir  Əbdülkərimlə   
birlikdə   bitikçi   Xacə   Müzəffərin  yol yoldaĢlığı ilə Simnan ətrafında əlahəzrət, 
mərhəmət  dəsgahlı  ġah  [Ġsmayılın]  dərgahına  yetiĢdilər.  Ali  divanda  hər  iki   
hakimin vergisini 30 min Təbriz tüməni miqdarında müəyyənləĢdirdilər və   [onlar]   
birlikdə  qayıtdılar.  [Vergini]  ödəməkdə  idilər.    Ağa  Məhəmməd  bir  müddət  öz   
hissəsinin hakimi idi (yəni vergi vermirdi). 928  - (1.XI.1521-19.XI.1522)-ci   ildə 
hökmə  əsasən  tutulub,  Lori  qalasında  həbs  edildi
473
  və  Allahın      kölgəsi      olan   
nəvvabi-kamyab   [ġah   Təhmasibin]   hakimiyyətinin   əvvəlində   həbsdən  xilas   
oldu. O, yenə Əmir Əbdülkərimə Ģərik idi. Sonra qüdrətləndi və 954    (21.II.1547-
10.II.1548)-cü   ildə   vəfat   etdi. Onun oğul nəvəsi  Ağa Söhrab  əl-ayağa düĢdü. 
Ancaq yerinə keçə bilmədi və o nəslin hakimiyyəti aradan getdi (M-274a). 
Xuzistanın  parlayan  seyidləri  haqqında  məlumat.  Seyid  Məhəmməd  ibn 
Seyid  Fəllah  ibn  Həsən  ibn  Elməddin  Əliyyül  Mürtəza  ibn  Seyid  Əbdülhəmid 
Nəssabə ibn Əbi  Əli  Fəxxar  ibn  Məd ibn Fəxxar ibn Əhməd ibn Əbi əl-Ğənayim 
Məhəmməd ibn Əbi Abdulla Hüseyn ġəti  ibn  Məhəmməd əl-Hayiri  ibn   Ġbrahim  
əl-Məhab  ibn  Məhəmməd  Saleh  əl-Abidin  ibn  Ġmam  Musa  əl-Kazim  -  ona   
Allahın   duası   və   salamı   olsun - ondan sonra anadan olmuĢdu. Rəhmətlik ġeyx 
Əhməd ibn Fəhdin Ģagirdi idi. Deyirlər ki, cənab ġeyx vəfat edərkən qəribə elmlərə 
aid  cəm  etdiyi  kitabı  ixtisar    [halında]  öz  xidmətçilərindən  birinə  verib,  vəsiyyət 
edir ki, onu Fərat  çayına  atsın.  Seyid   Məhəmməd ibn  Fəllah   onu (kitabı) hiylə 
ilə xidmətçidən alıb, o kitab vasitəsilə qəribə iĢlər gördü. Ərəbin sadə  [adamlarını] 
öz müridi  edib,  səhv  bir  etiqad yaratdı.   O  camaatın  sədası ətrafa yayıldı və 
qəribə günah iĢlər baĢ verdi. Belə ki, iti qılıncı öz qarnına soxub, onu əyirdi, ancaq 
bədəni ağrı hiss etmirdi. BaĢqa təəccüblü iĢlər də görürdü. Onun   iĢi   gündən-günə   
tərəqqi   edərək   bütün  Həvizə, Dizful və ġüĢtərə yayıldı. 
Molla  Əli  atası  Seyid  Məhəmməddən  sonra  o  camaatın      baĢçısı      oldu.    
Onların   etiqadı   buna   idi   ki, Ruhuləmin
474
  onda    Hülul
475
     edib     yaĢayır.   
Molla      Əli  Əcəm    Ġraqına    hücum    edib,      müqəddəs    məqbərələri    qarət  etdi. 
Ətabati-aliyyatda son dərəcə böyük ədəbsizlik etdi. Axırda Kuh Giləvədə türklərin 
əli ilə öldürüldü. QardaĢı  Seyid   Möhsün   ondan   sonra   taxta   çıxdı.   Doğru 
yoldan azanların baĢçıları küçədə və bazarda «Nə oruc, nə   namaz,    nə   həcc   və   
nə   də    zəkat   lazımdır»   deyib (M-274b),  təkrar edirdilər.  Ondan sonra Seyid 
Möhsünün  oğlanları  Seyid  Əyyub  və  Seyid  Əli  həmin  camaatın  baĢçısı  olub  son 
dərəcə  qüvvətləndilər.  Onların  etiqadının  fəsadı  cənnətməkan  ġah  [Ġsmayılın]    
cah-cəlallı  qulağına  çatdı.  Bağdad  yüruĢündə  o  tərəfə  hərəkət  edib,    Həvizəni  və 
baĢqa  vilayətləri istila etdi.  Onlar çarəsizlikdən Ģaha  xidmət etməyə  gəldilər. Hər 
iki   qardaĢ   o  tayfanın  əyanları   ilə   914   (2.V. 1505-20.IV.1506)-cü ildə qətl 
edildilər. Ġslam dini ehkamları o diyarda bərqərar oldu. 
Seyid  Fəllah  ibn  seyid  Möhsun  atasının  yerini  tutdu.  Seyid  Bədran  ibn 
Seyid Fəllah atasından sonra caniĢin oldu. O, Allahın kölgəsi nəvvabi-kamyab ġah 
[Təhmasibin]  sərəncam  və  qadağanlarına  itaət  edirdi.  Ondan  sonra  Molla  Səccad 


ibn Seyid Bədran hakim oldu. Hal-hazırda ġüĢtər və Dizful dinin pənahı Ģahın ali 
divanına  daxildir.  Ancaq  o  nahiyənin  Hüveyzə  və  Ərəbistan  [vilayətləri]  Seyid    
Bədranın əlindədir. ġahın fərmanına zidd getməkdən qorxsa da, adamları Dizful və 
ġüĢtəri sakit qoymurlar. Çox vaxt qarət və talan edirlər. 
RənaĢiyyə  tayfası  haqqında  məlumat.  RənaĢ  Dizfulun  bir  kəndidir. 
Hadisələrin  baĢlanğıcında  ġeyx  Məhəmməd  ibn  Mövlana  Qəvaməddin  Seyid 
Möhsünün  uĢaqlarının  müəllimi  idi.  ġeyx  Məhəmməd  Dizfulun  əmiri  və  Hacı 
Məhəmməd  ġüĢtərin  hakimi  oldu.  Nəhayət,  Hacı  Məhəmməd  qardaĢı  oğlu 
Xəlilüllahın əli ilə öldürüldü. 
Xəlilüllah ibn ġeyx Məhəmməd əmisinin qətlindən sonra hakimiyyət baĢına 
gəldi.  Onunla  Bədran  arasında  dəfələrlə  mübahisə  oldu.  Dünyanın  pənahı  [ġah 
Ġsmayılın]  dərgahına  xərac  göndərməkdə  kahallıq  etdiyinə  görə  əlahəzrət 
cənnətməkan  xaqan  Kuhgiləvə  əmirlərini  Seyid  Bədran  və  Fəzlin  ordusu  ilə  onu 
dəf etməyə göndərdi (M-275a). Onlar bir müddət Dizfulu mühasirə etdilər. BehiĢt 
dəsgahlı  Ģahın  ölüm  xəbərini  eĢitdikdə,  mühabirədən  əl  çəkdilər.  Xəlilüllah  vəfat 
etdikdə, oğlu Əlaüddövlə onun yerini tutdu. 
Allahın  kölgəsi  asiman  üzəngili  nəvvabi-kamyab  ġah  [Təhmasibin] 
hüzuruna ərz etdilər ki, o, din və dövlət düĢmənləri ilə dilbirdir. 
Nəhayət,  pələng  ilində  949  (17.IV.  1542-5.IV.1543)-cu  ildə  qələbə  ayəli 
bayraqlar  (ġah  Təhmasib)  Dizfula  gəldi,  oranı  ondan  aldı.  Əlaüddövlə  qaçıb 
Bağdada getdi və bir daha Dizfulun üzünü görmədi. 
Loristanda  ġah  Rüstəm  Abbasi  hökumət  baĢında  idi.  Cənnətməkan  ġah 
[Ġsmayılın] xidmətinə gəlib, hakimiyyətini möhkəmləndirdi. Ondan sonra Uğur ibn 
ġah  Rüstəm  hakim  oldu.  940  (23.VII.1533  -  12.VII.1534)-cı  ildə  allahın  kölgəsi 
əlahəzrət  ġah  [Təhmasibin]  zəfərli  dəstəsi  ilə  Xorasana  yürüĢ  etdi.  Özünün  kiçik 
qardaĢı  Cahangiri  öz  vəkili  kimi  tayfanın  içərisində  qoydu.  Cahangir  onun 
(Uğurun) olmamasından istifadə edərək ona qarĢı çıxdı. Uğur Xorasandan qayıdan 
vaxt  Ģahın  icazəsi  ilə  ulusuna  döndü.  Nəhavəndin  ətrafına  çatdıqda,  adamlardan 
bəziləri  ona  qoĢuldu.  Böyüklər  və  baĢçılar  Cahangirlə  idilər.  Dava  oldu  və  Uğur 
tutulub  öldürüldü.  Cahangir  hökumətin  idarəsində  müstəqil  oldu  və  ali  divandan 
sultan ləqəbi aldı. 
ġah  Təhmasib  949  (17.IV.1542-5.IV.1543)-cu  ildə  Dizfula  yürüĢ  etdikdə, 
Cahangir  ali  əmrə  əsasən  öldürüldü.  Ondan  sonra  oğlanları  ġah  Rüstəm  və 
Məhəmmədi  iĢ  baĢına  gəldilər.  Məhəmmədi  bir  müddətdən  sonra  qəzavü-qədərin 
fərmanı  ilə  tutulub,  Ələmut  qalasında  həbs  edildi.  [Ġndi]  ġah  Rüstəm  tayfanın 
baĢçısıdır.  Nəvvabi-kamyab  [ġah  Təhmasib]  ona  nəzərini  salaraq  xan  ləqəbi 
verməklə  aləmlərin  Ģahzadə  xanımı  ġəhrəbanu  xanımın  lələliyini  də  ona  tapĢırdı. 
(M-275b) 
Lar  sultanlarından:  Əmir  Harun  ibn  Əlaülmülk  taxtda  idi.  927-ci  ildə 
(12.XI.1520-30.XI.1521)  vəfat  etdi.  Məhəmməd  bəy  ibn  Əlaülmülk  padĢah  oldu. 
Əlahəzrət  nəvvabi-kamyab  [ġah  Təhmasibin]  taxta  oturduğu  930-cu  ilin  Ģəvval 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə