Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

«Bu gün hakimiyyət kimindir? Tək qadir olan allahdır»
540
 [ayəsi] öz gücünü 
göstərdi.  Ondan  sonra  Dilə  xan  Xətanın  vəzirinin  köməyi  ilə  padĢah  oldu  və 
müsəlmanları əzizlədi. Bundan sonra moqollar orada padĢah olmadılar. 
KeçmiĢ  dövrlərin  və  ondan  sonrakıların  indiyə  qədərki  əhvalatlarından 
seçdiklərim bunlardır. 
Zəfər  qanunlu,  göy  üzəngili,  müqəddəs  qələbəli  hökmdar,  allahın  kögəsi   
əlahəzrət      ġah    Təhmasibin  -  allah  onun  mülkünü,  sultanlığını  əbədi  etsin  və 
insanlara ehsanını bol etsin - baĢqa keçmiĢ və hazırkı   seçilmiĢ   sultanlarla   bəzi   
xüsusiyyətləri haqqında. 
 
XATİMƏ (sonluq) 
 
Birincisi-Nəsili  yüksək  Musəvi,  Hüseyni,  Fatimi  və  Ələvi  ağalarından 
olduğu üçün hakimiyyətə miras olaraq çatmıĢdır. 
Ġkincisi  –  Anadangəlmə  Ģiədir. Hakimiyyətdən hakimiyyətə  yüksək rütbəli 
12-ci  imam  Əbilqasim  Məhəmməd  ibn  əl-Həsən  Sahibəzzamana-ata-babasına 
daima Allahın salamı olsun-çox bağlı və yaxındır. 
Üçüncüsü odur ki, vilayət,
541
 hidayət
542
 və irĢad
543
 ailəsindəndir. «Xəbəriniz 
olsun  ki,  Allahın  tərəfdarları  üçün  əsla  qorxu  yoxdur. Onlar  məhzun da  olmazlar 
(ayəsinə)  əsasən  ümid  etmək  olar  ki,  Ģərəfli  olan  Allah  onu  hər  Ģeydən  mühafizə 
edər,  öz  əmanəti  kimi  qoruyar.
544
  Kədər  tozu  müqəddəs  ürəyinin  güzgüsünün 
üstünə oturmasın. (M-287a) 
Allaha  məlumdur  ki,  (O,)  əksər  vaxtlarını  əcdadlarının,  xüsusilə  millət  və 
dinin baĢçısı, övliyalar sultanı həzrəti ġeyx Musa və pak insanların qütbü, haqqın, 
həqiqətin  və dinin nəsib Ģeyxi həzrəti Səfiəddin Ġshaqın bütün  xarüqüladə adət və 
kəramətlərini  cəm  etməyə  sərf  etdi.  Onların  heç  onda  birinin  onda  birini  yaza 
bilmədi. Həzrəti (ġah Təhmasibin)  - hakimiyyəti  və sultanlığı  əbədi olsun-həddən 
kəramətli  və  xarüqüladə  adətləri  vardır  və  hamıya  məlumdur.  Həzrəti  ġeyx 
Səfiəddinin kəramətləri, keyfiyyət və söhbətləri barədə əsərlər yazmıĢlar və hamıya 
çatdırılmıĢdır. Müxalif və müvafiq (olanlar) onu qəbul etmiĢ və heç kimin Ģübhəsi 
yoxdur. 
Dördüncü-  Elminin  mərtəbəsidir.  Ağlabatan,  söylənilmiĢ  yəqin  dini 
[elmlərdə] o həzrət əvəzsizdir. Xüsusilə təfsir, hədis, kəlam və fiqhdən bir məclisdə 
söhbət düĢdükdə, əgər bir nəfər əlinə qələm və kağız götürüb, o həzrətin xatirində 
olanlardan  söylədiklərini  yazsa,  ayə,  hədis,  Ģahbeyt  və  dərin  mənalardan  ibarət 
həqiqi və dəqiq bir kitabça olar. Fəsahət və bəlağət sahibləri, alimlər və filosoflar 
ona heyran qalarlar. 
BeĢincisi  -  haram  Ģeylərdən  çəkinən  və  pəhrizkardır.  Səltənət  və  qüdrəti 
sayəsində  dünyada  hasil  olan  ləzzətli  Ģeylərdən  ürəyi  hər  nə  istəsə,  həddən  artıq 
varıdır. Öz zəmanəsinin haram Ģeylərdən çəkinən və mömin adamlarındandır. 


«Allah yanında ən əziz olanınız, sizin Allahdan daha çox qorxanınızdır».
545
 
Buna görə adil və möminlər arasında seçilir. 
Altıncısı - Haqla iĢ görən insaflılığıdır. Sözdə və iĢdə haqqa zidd olan iĢlərə 
əməl etmir. 
Yeddincisi  -  Bu  zamanda  yaĢayanların  nahaq  qan  töküb,  yetim  malı 
yeməkdən çəkinmədiklərinə baxmayaraq, o [ġah Təhmasib], qüdrət sahibi ola-ola 
qan  tökməkdən  çəkinir.  Əgər  birinin  boynunda  onun  bir  haqqı  və  yaxud  alacağı 
varsa,  (M-287b)  o  Ģəxsin  vəfatından  sonra,  baxmayaraq  ki,  borcu  vermək  miras 
məsələsindən  qabaqda  durur,  o  [mərhumun]  uĢaqları  həddibuluğa  çatana  qədər 
onları narahat edib, öz borcunu istəmir. 
Səkkizincisi  -  Onun  tövbəsi  və  peĢman  olmamasıdır.  Onun  qəti  tövbə 
etməsinə  nail  olmasından  40  il  keçsə  də,  [tövbəni]  qoruyub  saxlamaq  onun 
mübarək təbiətində və səliqəsində iz qoymuĢdur. Bu [tövbəy barədə hər hansı bir 
nöqsana  yol  verildiyini  təsəvvür  etmək  belə  mümkün  deyildir.  Onun  tövbəsinin 
bərəkətindən  GünəĢ  dünyaya  iĢıq  saçdığı  kimi,  hamı  padĢahın  göstərdiyi  yolu 
qəbul  edib.  Buna  görə  bütün  xalq  onun  ədalətli  rəhbərliyi  altında  rahat  yaĢayır. 
Onun  zamanında  o  hansı  bədbəxtdir  ki,  fitnə  törətsin,  lakin  layiqincə 
cəzalandırılmasın və bu (cəza) onun canında qiyamətə qədər qalmasın. 
Doqquzuncusu - Camaat və rəiyyətlərlə rəftarının yaxĢılığı. Qayda üzrə hər 
il  Ģərabxana,  tiryəkxana,  qumarxana,  Ģadlıq  evi  və  fahiĢəxanadan  alınan  50  min 
tümən tamğa
546
  və  bac;
547
  ölkə  maliyyəsinin  onda  biri  və  onda  birinin  yarısı  olan 
savəri
548
 kimi keçmiĢ vücuhat
549
 və ixracat;
550
 ölkə maliyyəsinin onda birinin yarısı 
olan hazırkı savəri və nozul;
551
 özü öz adından  məlum olan onda bir rəiyyəti;
552
  - 
onun məxəzi məzkur mal
553
 və vücuhatın nəticəsi idi; yenə ölkə malının onda biri 
olan  vücuhi-çerik;
554
  Ġsfahan,  KaĢan,  Qum  və  Ġraqın  digər  Ģəhərlərinin  peĢə  və 
sənət  sahiblərindən  alınan  maliyyənin  hamısı,  darüssəltənə  Təbriz  və  Darülmülk 
ġirazdan alınanın yarısı; həmçinin indi yadıma düĢməyən küllü və cüzi vergilərin 
hamısını  qəti  lənətilə
555
  camaata  bağıĢladı.  «Artıq  hər  kim  onu  (vəsiyyəti) 
eĢitdikdən sonra dəyiĢərsə, bunun günahı ancaq onu dəyiĢənin boynunadır»
556
 hal-
hazırda rəiyyətlərdən az miqdarda müəyyən olunmuĢ xərac
557
 və yardımdan baĢqa 
bir Ģey alınmır. 
Onuncusu  -  Əlaqəsinin  yaxĢılığıdır.  Hamısı  ayağının  torpağına  and  içən 
müasirləri  olan  sultanlara  yaxĢı  münasibət  bəsləyir  (M-288a).  QonĢu  [ölkələrin] 
hakimləri ilə sülhlə dolanar, əhd və peymanlara sozsuz əməl edərdi. Buna görə heç 
kimdə ona qarĢı çıxmağa bir əsas yox idi. Əmirləri və qoĢunları ilə ata-babalarının 
qoyduğu  sufilik  yolu  ilə  -  insaf  və  ədalətlə  rəftar  edir.  Əgər  bir  nəfərdən  bir 
alçaqlıq baĢ verirsə, əgər mümkünsə, sufilik yolu ilə [günahından] keçir. [Özündən 
əvvəlki]  yüksək  məqamlı  adamlar  kimi  xəlifələr  təyin  edir.  BaĢqa  rəiyyətlərlə 
ancaq  Ģəriətə  əsasən  rəftar  edir.  Onun  danıĢığı  o  dərəcədə  eyibsizdir  ki,  dilindən 
heç vaxt söyüĢ eĢidilməmiĢdir. Yalandan o qədər çəkinir ki, əkər bir sözdə  yalan 
Ģübhəsi olsa, onu dilinə gətirməz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə