Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

Hüseyn  Məsrur.  Dəh  nəfər  QızılbaĢ.  Tehran  (tarixsiz).  Bu  sətirlərin  müəllifi    də   
«Pərixan   xanım»  adlı   bir faciə yazmıĢdır. Faciə çap olunmamıĢdır. 
Pərixan  xanım  haqqında  geniĢ  məlumat  üçün  bax:  Ə.  H.  Rəhimov 
«Təkmilətül-əxbar»  kimə  ithaf  olunmuĢdur.  Azərb.  SSR  EA  Məruzələri,  1965, 
№5,  s.93-97;  O.  Эфендиев.  Азербайджанской  государство  Сефевидов  в  XVI 
веке, Bakу, 1981, с.119-147. 
49
Стори  Ч.  А.,  Персидская  литература,  перевел  с  английского, 
переработал  и  дополнил  Ю.  Э.  Брегель,  часть  I,  Москва,  1972.С.405 
(çıxarıĢda). 
50
Təkmilətül-əxbar, B nüsxəsi, vər.Zba. 
51
Yenə orada, vər. 196a-b. 
52
 Tarixi-cahan-ara, s.282. 
53
 978-ci il miladi 5 iyun 1570-ci ildən 25 may 1571-ci, 979-cu il isə miladi 
26 may 1571-ci ildən 13 may 1572-ci ilə qədər davam etmiĢdir. 
54
 Ə.  H.  Rəhimov.  Əbdi  bəy  ġirazi  «Təkmilətül-əxbar»ın  müəllifi  kimi, 
Azərb.  SSR  EA  Məruzələri,  1962,  №5,  s  69-72;  Yenə  onun.  Əbdi  bəy  ġirazinin 
«Təkmilətül-əxbar» əsərinin əlyazma nüsxələri və yazılma tarixi. Azərb. SSR EA 
Məruzələri,  1963,  №7,  s.93-96;  Yenə  onun.  «Təkmilətül-əxbar»  kimə  ithaf 
edilmiĢdir. Azərb. SSR EA Məruzələri, 1965, №5, s.93-97; Yenə onun. Əbdi bəyin 
«Təkmilətül-əxbar» əsərinin tamamlanma tarixi və yazıldığı yer haqqında. Azərb. 
SSR EA Xəbərləri, 1984, №2, s. 66-75; Yenə onun. Əbdi bəy ġirazi. Bakı, 1970, 
s.19-30, 135-151  və s 
 55
  О.  А.  Эфендиев.  Образование  Азербайджанского  государства 
Сефевидов и начале XVI века, Баку, 1961,с.20. 
56
 Yenə onun. Азербайджанское государство Сефевидов в XVI веке, Баку, 
1981, с.16-17. Baku, 1981, s.16-17. 
67
 Yenə  onun.  О  малоизвестном  источнике  XVI  в.  по  истории 
Сефевидов. Аzərb. SSR EA Xəbərləri (ictimai elmlər seriyası), 1964, №2, s.61-68. 
68
Yenə onun. Образование Азербайджанского государства Сефевидов...c 
143-165, 179-199. 
Üçüncü  səhifə.  On  iki  Ġmamlı  yüksək  cəlallı  Səfəvi  Ģahları  haqqında  - 
Onların hakimiyyəti əbədi olsun. 
1
Səhifə-burada yarım fəsil mənasındadır. 
2
M-də «baxtı» yazılmıĢdır. 
3
Müqəddəs bir hədisdir. Hədis mütəxəssislərinin bəzisi onu uydurma hesab 
edir,  bəzisi  isə  ona  inanmağın  mümkün  olduğunu  yazırlar.  Sufilər  isə  bu  hədisə 
istinad etməyi mümkün hesab edirlər. 
4
Əli  -Məhəmməd  peyğəmbərin  əmisi  oğlu  və  kürəkəni  Əli  ibn  Əbutalib 
təxminən  598-ci  ildə  anadan  olmuĢ,  656-661-ci  illərdə  xəlifə  olmuĢ,  661-ci  ildə 
Kufədə Ġbn Mölcəm tərəfindən öldürülmüĢdür. 


5
12-ci  imam  Məhəmməd  Əbülqasim  Mehdi  ibn  Həsən  869,  yaxud  870-ci 
ildə anadan olmuĢ və 5-9 yaĢlarında 874-878-ci illərdə guya qeyb olmuĢdur. 
6
Ələviyyeyi-Fatimiyyə-Birinci  imam  Əlinin  Fatimədən  (Məhəmmədin 
qızından) olan övladlarının, xüsusilə Hüseynin nəsli nəzərdə tutulur. 
7
Taleqan-Ġranın Gilan vilayətində bir Ģəhərdir. 
8
HaĢimi-Məhəmməd  peyğəmbər  HaĢim  ibn  Əbdülmənafın  nəslindəndir. 
Buna görə Məhəmmədi HaĢimilərə, yəni HaĢimin ailəsinə mənsub edirlər. 
9
Fərat - Ərəbistandakı iki böyük çaydan biri. 
10
 Hülakü  xan  -  Çingiz  xanın  nəslindən  olub,  Elxanilər,  yaxud  öz  adı  ilə 
əlaqədar  Hülakülər  sülaləsinin  əsasını  qoymuĢdur.  1256-1265-ci  illərdə 
hakimiyyəti idarə etmiĢdir. 
11
Əbdi  bəy  həqiqətən  Elxanilərdən,  Hülakü  xandan  bəhs  edərkən  ġeyx 
Cəmaləddin  Həsən  Mütəhhər  Hillinin  «MünhaCül-kəramə»  əsərindən  yuxarıda 
ərəbcədən tərcümə edilmiĢ cümlələri sitat gətirmiĢdir.   (M nüsxəsi, v.  154b-155a). 
12
 Bəni  Abbas,  Abbasilər-Məhəmməd  peyğəmbərin  əmisi  Abbasın  adı  ilə 
adlanan  ərəb  xəlifələrinin  sülaləsi.  Bu  sülalə  750-ci  ildən  1258-ci  ilə  qədər 
hakimiyyət  baĢında  olmuĢdur.  Sülalənin  əsasını  Əbül  Abbas  əs-Səffah  (750-754) 
qoymuĢdur.  Hülakü  xan  1258-ci  ildə  Bağdadı  iĢğal  edib,  xəlifə  Müstəsimi 
öldürməklə Abbasilər sülaləsinin hakimiyyətinə son qoymuĢdur. 
13
 Deyləm-Ġranın  Ģimalında  bu  günkü  Gilan  vilayətinin  bir  hissəsini  təĢkil 
edən  ərazidir.  Deyləmdə  yaĢayanlar  -  Deyləmilər  islam  tarixində  mühüm  rol 
oynamıĢlar. 
14
 Sind-Böyük bir hissəsi Pakistan və kiçik bir hissəsi Hindistana daxil olan 
vilayət. 
15
 Bərbərlər-ġimali Afrika ölkələrində yaĢayan xalqlar qrupu. 
16
Təbəristan-Ərəblər  tərəfindən  Elbrus  dağlarının  Ģimalında  Ġranın 
Mazandaran vilayətinə verilən ad. 
17
 Əbu  Müslim  Mərvəzi  (yaxud,  Xorasani  -  719-755)  Xorasandakı  dini  və 
siyasi  hərəkata  rəhbərlik  edərək  Əməviləri  (661-750)  devirmiĢ,  Abbasiləri  taxta 
çıxarmıĢdır. Xorasan, Mavəraünnəhr və Ġrandakı ərəb qoĢunlarını və əsilzadələrini, 
bütün Əməvi tərəfdarlarını mərhəmətsizcəsinə məhv edən Əbu Müslim Abbasilərin 
hakimiyyəti  zamanı  Xorasanın  caniĢini  olmuĢdur.  Xalq  arasındakı  nüfuzundan 
qorxan xəlifə Mənsurun  (754-775) əmri ilə öldürülmüĢdür. 
18
 Sultan  Mahmud  Qəznəvi-Yəminüddövlə  Əbulqasim  sultan  Mahmud 
Qəznəvi (970-1030) Qəznəvilər sülaləsinin (962-1187) ən görkəmli hökmdarıdır. 
19
Ġbn Əlqəmi-Müəyyədəddin Əbutalib ibn Əhməd - 14 il xəlifə Müstəsimin 
vəziri olmuĢdur. Kitab maraqlısı və elmin hamisi olan Ġbn Əlqəmi bəzi müəlliflərin 
yazdığına  görə  Hülakü  xanı  Bağdada  gəlməyə  təĢviq  etmiĢdir.  Bağdad  iĢğal 
ediləndən  sonra  Ģəhəri  idarə  etməyə  məmur  göndərilmiĢdir.  Bir  neçə  ay  sonra 
1258-ci ildə ölmüĢdür. 


20
 Xutbə-xatibin,  xüsusilə,  cümə  və  bayram  günlərində  məsciddə  dini 
nəsihətlərə  aid  söylədiyi  nitq.  Cümə  namazında  xütbə  namazdan  əvvəl,  baĢqa 
hallarda isə namazdan sonra söylənilir. 
21
 
Xaricilər-Ġslamiyyətin ən qədim məzhəblərindən biridir. 657-ci ildə Əməvi 
xəlifəsi  Müaviyə  (661-680)  ilə  Əbutalibin  oğlu  Əli  arasında  hakimiyyət    üstündə 
gedən  Siffin  (yaxud,  Suffeyn)  davası  zamanı  yaranmıĢdır.  Əlinin  ordusundan  12 
min  əsgər  ondan  inciyərək,  cəbhəni  tərk  edib  Hərurə  qəsəbəsinə  getdikləri  üçün 
onlar  əvvəlcə  Həruri,  sonra  isə  xarici  adlanmıĢlar  (Аш-Шахрастани,  Книга  о 
религиях  и  сектах,  часть  1,  Ислам,  перевод  с  арабского,  введение 
и комментарий С. М. Прозорова, Москва,  1984, с. 108-131). 
22
 Sünnilər-Ərəb  dilinə  məxsus  olan  sunnə  sözünün  lüğəti  mənası  «iĢlək 
yol»  deməkdir.  Adət,  ənənə,  qayda  və  s.  mənalarda  iĢlədilir.  Bu  söz  sonralar 
Məhəmməd  peyğəmbərin  hərəkət  və  əməllərini  olduğu  kimi  qəbul  edən 
müsəlmanlara  verilən  bir  məzhəbin  adına  çevrilmiĢdir.  Dünyanın  müxtəlif 
ölkələrində  yaĢayan  müsəlmanların  əksəriyyətini  sünnilər  təĢkil  edir.  Sünnilər 
Əlinin nəslindən olanların imamətliyini qəbul etmirlər. 
23
 Fatimilər-Fatimə Məhəmməd peyğəmbərin Xədicədən olan ən kiçik qızı, Həsən 
və Hüseynin analarıdır. 632-Ci ildə vəfat etmiĢdir. Əvvəllər ġimali Afrikada, 909-
cu  ildə  isə  Misir  və  Suriyada  hakimiyyəti  ələ  alan  Übeydüllah  əl-Mehdi  və  onun 
xələfləri  özlərinin  Əlinin  nəslindən  olduqlarını  iddia  edib,  Fatimənin  adı  ilə 
özlərini  Fatimilər  adlandırmıĢlar.  Onların  hakimiyyəti  1171-ci  ilə  qədər  davam 
etmiĢdir  (К.  Э.  Босворт.  Мусульманские  династии,  Москва,    1971,с.70-80; 
Ислам енсиклопедочасы, 4-cü cild, s.518-526). 
24
Müaviyə-20  il  Suriyanın  hakimi  olan  I  Müaviyə  ibn  Əbu  Sufyan  661-ci 
ildə Əli öldürüldükdən sonra hakimiyyəti ələ almaqla Əməvilər sülaləsinin əsasını 
qoymuĢdur.  680-cı  ildə  öldükdən  sonra  oğlu  I  Yezid  xəlifə  olmuĢdur.  Fəxrəddin 
Davud Benaketi. Tarixi-Benaketi, Tehran,  1348 h.Ģ.,s.117-118. 
25
Bəni-Üməyya  (Əməvilər)  -  14  xəlifədən  ibarət  olan  Əmavilər  sülaləsi 
651-ci ildən 750-ci ilə qədər hakimiyyəti idarə etmiĢlər (Ġslam ensiklopediyası, 4-
cü cild, s. 240-258). 
26
Ali-Buyə  (Buyə,  yaxud  Buvəyhilər)  -  Əbu  ġca  Buyə,  yaxud  Buvəyh 
tərəfindən  təsis  edilən  bir  Ġran  xanədanıdır.  934-cü  ildən  1062-ci  ilə  qədər  fars, 
Xuzistan,  Kirman,  Cəbəl,  Həmədan,  Ġsfahan,  Rey  və  Ġraqda  hakimiyyəti  idarə 
etmiĢlər. 
27
 Çingiz xan və onun nəslinin istilaları, hakimiyyəti nəzərdə tutulur. 
28
 Çingiz  xanın  nəslindən  olan  Qazan  xan  (1295-1304)  islam  dinini  qəbul 
edib Mahmud ləqəbi almıĢdı. 
29
 Sultan Məhəmməd Xudabəndə Ulcaytu - Elxanilər dövlətini 1304-cü ildən 
1317-ci ilə qədər idarə etmiĢdir. 
30
 ġah  Ġsmayılın  (1501-1524)  Ģiəliyi  əldə  bayraq  edərək,  1501-ci  ildə 
hakimiyyəti ələ alması nəzərdə tutulur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə