Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

həmin torpaqdan alınan gəlirin hamısını, yaxud böyük bir hissəsini mənimsəyirdi. 
Tiyul sahibi hər il dövlətə «rüsum» adı ilə müəyyən məbləğ pul verməliydi. 
117
Darğa-Müxtəlif  dövrlərdə  müxtəlif  vəzifələri  ifa  etmiĢdir.  Səfəvilər 
dövründə  darğalar  maliyyə  iĢlərinə  baxır,  asayiĢi  qoruyur,  cinayətkarları 
cəzalandırır  və  cərimə  edirdilər.  Ümumiyyətlə,  darğalar  Ģəhər  və  qəsəbələrdə 
intizamı  qoruyur,  inzibati  iĢlərə  baxırdı.  Dəftərxana,  kitabxana,  bazar,  mühasibat 
və  digər  idarələrin  də  darğaları  olmuĢ  və  onlar  darğalar  tərəfindən  idarə 
olunmuĢlar. 
118
Bu  son  hadisələr  C.  Ə.-da  hicri-qəməri  910-cu  il  hadisələri  təsvir 
olunarkən verilmiĢdir (s.269). 
119
C. A.-da «Təbrizə» yazılmıĢdır  (s. 269). 
120
Ə. T.-də göstərilir ki, Məhəmməd Kərani Hüseyn Kiya kimi dəmir qəfəsə 
saldılar.  Bədəninə  bal  sürtdülər  ki,  arılar  onu  sancsınlar  və  o,  əzab  çəksin.  ġah 
Ġsmayıl  Təbəs  yürüĢündən  qayıtdıqdan  sonra  Kərəni  və  Əbərquhdan  gətirilmiĢ   
bütün nökərlərini Ġsfahanın meydanında yandırdı   (s.84). 
121
C.A.-da «Eyni» yazılmıĢdır  (s.269). 
122
Ə.T.-də «Yəzdi» yazılmıĢdır  (s.82). 
123
Osmanlı sultanlarından II sultan Bayəzid 1481-1512-ci illərdə hakimiyyət 
baĢında olmuĢdur. 
124
M-də «yaylaq» yazılmamıĢdır. 
125
ġah  Ġsmayılın  atası  sultan  Heydərin  1468-ci  ildə  ġirvana  hücumu,  bu 
hücumda iĢtirak edənlərdən sağ qalanlarının dindirilməsi nəzərdə tutulur. 
126
Ə.  T-də  göstərilir  ki,  ġah  Ġsmayıl  sultan  Heydərin  müharibəsində 
müxalifət edənlərin öldürülməsi üçün hökm verdi. Onların dindirilməsi Abdal bəy 
Dədəyə tapĢırıldı. Buna görə çoxlu adam öldürüldü. 
127
 M-də «Zər» yazılmıĢdır. 
128
C.A.-da  Baba  Süleyman  Ustaclunun  oğlu  Oğlan  Ümmət  ÇavuĢlu 
yazılmıĢ  və  hadisənin  913  (13.V1507  -  1.V.1508)-cu  ildə  baĢ  verdiyi  qeyd 
edilmiĢdir.  
129
Mənzil-iki duracaq arasındakı məsafə.  
130
Yasavul-çox yüksək vəzifə sahibini qoruyan Ģəxs. 
131
C.A.-da «oranın» (s.271), C.Ə.-da «Nəcəfin» (v.287b) yazılmıĢdır. 
132
F. ġ.-də «Əmir Seyid ġərifəddin Məhəmməd ġirazi» kimi verilir  (v.77a). 
133
M-də «Barbək» yazılıb. 
134
Çox ehtimal ki, vaxtilə Bağdadın hakimi olmuĢ CahanĢahın (1436-1467) 
oğlu  Pirbudağın  (vəf.7  iyun  1467)  saldırdığı  bağdır.  «Cahar  bağ»  dörd  bağ 
deməkdir. B-də «Pirbudaq» yazılmamıĢdır. 
135
ġiələrin müqəddəs saydıqları Nəcəf, Kərbəla və Kazimeyndəki imamların 
qəbirlərini ziyarət edir.  
136
C.A.-da «Qəznə» yazılmıĢdır.  
137
C.A.-da «Heyzə» yazılmıĢdır.  


138
Əllamə-hər elmə bələd olan, çox görkəmli alim. 
139
Ə. T. və ġ. N.-də «ġərif» yazılmıĢdır (s.  110 və s.154).  
140
Əl-əsl  ġirazi  - Əsli  ġirazlı olan.  
141
Ə. T.-də «Hüseyn bəy Lələ» yazılmıĢdır (s.110).  
142
Ə. T.-də «Məhəmməd bəy  sufrəçi» yazılmıĢdır   (s.110).  
143
Süfrəçi-Yüksək rütbəli Ģəxsin yanında aĢbaz olan Ģəxs.  
144
Ə. T.-də «Nəcməddin Məsud» yazılmıĢdır.   (s. 110).  
145
Mavəraünnəhri  iĢğal  etmiĢ  Məhəmməd  ġeybani  xan  1500-cü  ildə  
hakimiyyəti  ələ  almıĢ,  1510-cu  ildə  ġah  Ġsmayıl  tərəfindən  məğlub  edilərək 
öldürülmüĢdür. 
146
Orta  əsr  Ģiə  tarixçiləri  Ģiəliyə  mənfi  münasibət  bəsləyən,  ġah  Ġsmayılın 
nəslini lağa qoyan sünni ġeybani xanın adını istehza ilə ġeybək və ġeybə xan kimi 
yazmıĢlar. 
 
147
Ə. T.-də göstərilir ki, Əhməd sultan Herata qaçır (s. 115-116). 
148
Ə. T.-də göstərilir ki, Əhməd Qənqərat Xarəzmə tərəf qaçır (s.115). 
149
Səkkizinci  imam  Əli  Əbulhəsən  Rzanın  MəĢhəd  Ģəhərindəki  məzarını 
ziyarət edir. 
150
Fərsəng, yaxud Fərsəx-6-7 kilometrə yaxın olan uzunluq ölçüsü. 
151
Ə. T.-də göstərilir ki, «bir gün iki gecə» orada dayandı (s.118). 
152
Ə. T.-də göstərilir ki, Əmir bəy Türkmanı 300 atlı ilə körpünün üstündə 
qoymuĢdu   (s.119). 
153
T.-də göstərilir ki, ġeybani xanın meyidini ölülərin arasından tapırlar. ġah 
Ġsmayıl əmr edir ki, baĢını kəsib dərisini soysunlar. Qafa tacını qızıla tutub, qədəh 
düzəltsinlər (s.122). 
154
«Fəthi-Ģahi-din-pənah» əbcəd hesabı ilə 916-ya bərabərdir. 
155
C.  A.-da «qoyun ili» yazılmıĢdır (s.273). 
156
Mavəraünnəhr-Çayın  o  tayında  olan.  Orta  əsrlərdə  Amu  Dəryanın  sağ 
sahilindəki vilayətlərin ümumi adı. Sonralar bu ad altında Amu-Dərya və Sırdərya 
çayları arasındakı ərazi nəzərdə tutulmuĢdur. 
157
Darül-ibad-Bəndələr evi deməkdir. Yəzd Ģəhərinə verilən ad (ləqəb). 
158
Qancu-1501-1517-ci illərdə hakimiyyət baĢında olmuĢdur.  
159
II  sultan Bayəzid-1481-1512-ci illərdə Osmanlı dövlətini idarə etmiĢdir. 
160
Sultan  Səlim  Yavuz-1512-1520-ci  illərdə  Osmanlı  dövlətini  idarə 
etmiĢdir. 
161
Hər iki əlyazmasında sultan Muradın atasının adı yazılmamıĢdır. 
162
Zəhirəddin  Məhəmməd  Babur-Teymurləngin  nəslindəndir.  1483-cü  ildə 
anadan  olmuĢ,  1530-cu  ildə  vəfat  etmiĢdir.  Hindistanda  Böyük  Moqollar 
sülaləsinin əsasını qoymuĢ Babur «Baburnamə» adlı tarixi əsərin, əruz vəzninə aid 
bir risalənin və lirik Ģerlər divanının  müəllifidir. 
163
C.A.A.-da «Həlqutu bahadır Yüzpələngi» yazılmıĢdır (s.275).  


164
Dövrünün  görkəmli  Ģair  və  tarixçisi  olan  Kəmaləddin  Binai  haqqında 
geniĢ  məlumat  üçün  bax:  А.  А.  М.  Мирзоев,  Камал  ад-Дин  Бинаи,  Москва, 
1976;  Б.  А.  Ахмедов,  Историко-географическая  литература  Средней  Азии 
XVI-XVIII  вв.,  Ташкент,  1985,с,.15-26;  M.  F.  Axundov,  Əmir  Nəcm  Caninin 
QərĢidə  törətdiyi  vəhĢilik,  nəhayət,  onun  Übeyd  xan  tərəfindən  tutulub 
öldürülməsini lazımınca təhlil etmiĢdir (GeniĢ məlumat üçün bax: M. F. Axundov. 
Əsərləri, II cild, Bakı, 1961, s. 211-215). 
165
M-də  «Pir  Əmir  Məhəmməd  Mir  Yusif»,  C.  A.  və  ġ.  N.  «Əmir 
Məhəmməd  Yusif»  (s.  276,  158)  yazılmıĢdır.  T.  Ə.-da  sonrakı  səhifələrdə  Mir 
Məhəmməddən sonra «ibn» (oğlu) yazıldığı və bunun məntiqi səsləndiyini nəzərə 
alaraq, buraya da  əlavə etdik. 
166
Heydəri-Heydər  Ģiələrin  birinci  imamı  Əli  ibn  Əbutalibin  (656-661) 
ləqəblərindən biridir. Səfəvilər özlərini imamların nəslindən hesab etdiklərinə görə 
ġah  Ġsmayılı  da  tarixçilər  igidliyinə  görə  Əli  ilə  müqayisə  etmiĢ  və  onu  Heydər 
kimi olduğunu yazmıĢlar. 
167
Əmr  Əbdəvüd-Əmr  Ġbn  Əbdəvüd-Bir  ərəb  pəhləvanıdır.  627-ci  ildə 
Xəndək davasında Əli ibn Əbutalib tərəfindən öldürülmüĢdür. 
168
Yeniçəri  (Yeni  qanun)-XIV  əsrdə  Türkiyədə  yaradılmıĢ  dövlət  xəzinəsi 
hesabına saxlanılan nizami türk piyadası. 
169
ġah  Ġsmayılın  ulu  babası  ġeyx  Səfiəddinin  dəfn  olunduğu  və  o  zaman 
Ģiələrin  ziyarətgahına çevrilmiĢ Ərdəbil Ģəhərindəki məqbərəsi nəzərdə tutulur. 
170
C.  A.-da  «ġəbrəngi»  (s.277)  ġ.  N.-də  «Əmir  Cəmaləddin  Astarabadi» 
yazılmıĢdır. 
171
«Fəzail»-sözü əbcəd hesabı ilə 921-ə bərabərdir. 
172
C.  A.-da  «Əmir  sultan»  (s.  278);  T.  ġ.  Ġ.-da  «Əmir  xan  Mosullu» 
yazılmıĢdır  (vər.83b). 
173
Oktyabr  inqilabından  əvvəl  novruz  bayramını  mart  ayının  9-da  qeyd 
edərdilər. Abbas Səhhət (1874-1918) Ģerlərinin birində bu münasibətlə yazmıĢdır: 
 
«Gəldi martın doqquzu, 
Bayram etdik novruzu». 
 
Fevral  ayı  29  gün  olduqda  isə  novruz-yeni  il  mart  ayının  10-da  olurmuĢ. 
Hazırda,  əsrlərdən  bəri  yığıĢıb  qalmıĢ  13  gün  tullandığına  görə,  novruz  bayramı 
əsasən 21 marta düĢür (GeniĢ məlumat üçün bax: V. V. Sibulski, göstərilən əsəri, 
səh.6). 
174
Əbdi bəy Bəhram mirzənin təvəllüdünu ona görə təkrar yazmıĢdır ki, o, 
siçan  ilində  yox,  öküz  ilində-novruzdan  3  gün  keçmiĢ  hicri-qəməri  təqvimlə  isə 
922-ci ildə səfər ayının 10-da (15 mart 1516)   anadan olmuĢdur. 
175
ġah Ġsmayılın ailəsi, hərəmxanası nəzərdə tutulur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə