Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

(s.265). ġ. N.-də bu hücum 907 (1501-1502)-ci il hadisələri təsvir olunarkən qeyd 
edilmiĢdir  (s. 144-146). 
68
  Gülüstan  -  ġamaxının  qədim  və  məĢhur  qalasıdır.  Son  illərdə  orada 
arxeoloji  qazıntılar  aparılmıĢdır  (GeniĢ  məlumat  üçün  bax:  Г.А.Джидди. 
средневековой город Шемаха (IX-XVII века), Баку 1981, с. 40-43). 
 
69-70-71
Rüstəm,  Bəhmən,  Ġsfəndiyar  -  «ġahnamə»  dastanının  məĢhur 
qəhrəmanlarıdırlar. 
72
  Əbdi  bəy  də  bəzi  orta  əsr  tarixçiləri  kimi  ġirvanĢahların  nəslini 
iranlılaĢdıraraq,  ƏnuĢirəvan  ilə  bağlayırlar.  ġirvanĢahların  əsasını  ərəb  ġeybani 
qəbiləsindən  olan  Yezid  ibn  Məzyəd  (799-801)  qoymuĢdur  (GeniĢ  məlumat  üçün 
bax:  В.Ф.Минорский,  история  Ширвана  и  Дербенда,  X-XI  веков,  Мoсквa, 
1963, с.43-46,155-156). 
73
  Yezid  ibn  Müaviyə  -  Əməvilərdən  ikinci  xəlifə.  Hakimiyyət  dövrü  680-
683-cü  illər.  ġiələrin  üçüncü  imamı  Hüseyn  680-ci  il  oktyabrın  10-da  onun 
göstəriĢi ilə Kərbəlada öldürüldüyü üçün Ģiələr onu nifrətlə yad edirlər. 
74
Ġqtida-təqlid  etmək.  Ġslam  dinində  hər  hansı  məĢhur  din  xadiminə 
inanmaq, onu təqlid etmək, ardınca getmək, namaz qılanda ona iqtida etmək. 
75
ġah  Ġsmayılın  atası  Heydər  1488-ci  ildə  Fərrux  Yəsarla  müharibədə 
öldürülmüĢdür. 
76
ġ.  N.  və  Ə.  T.-də  Fərrux  Yəsarın  20  min  süvari  və  6  min  piyadası, 
(s.43,146); T. ġ. Ġ.-də isə 20 min süvari, (v. 49a) 10 min piyada; F. ġ.-də isə Fərrux 
Yəsarın  30  minə  yaxın,  ġah  Ġsmayılın  isə  7  min  qoĢunu  (v.  186)  olduğu 
yazılmıĢdır. 
77
Heydəri-məzhəb-Burada ġeyx Qütbəddin Heydərin təriqəti yox (bu təriqət 
haqqında  bax:  Hüseyn  Mir  Cəfəri.  Heydəri  və  Neməti,  «Ayəndə»  toplusu,  1984, 
№10-11, s.741-754), Heydər ləqəbi də daĢıyan Ġmam Əli və yaxud ġah Ġsmayılın 
atası Heydər nəzərdə tutulmuĢdur. 
78
Zülfüqar-Əli  ibn  Əbutalibin  qılıncıdır.  Bu  qılınc  Bədr  davasında 
öldürülmüĢ  Əbu  Cəhlin  imiĢ.  Məhəmməd  peyğəmbər  onu  Ġmam  Əliyə 
bağıĢlamıĢdır. 
 
79
Sasanilər-Ġranda  531  il  hakimiyyət  sürmüĢ  28  nəfərdən  ibarət  sülalənin 
adıdır.  Sülalənin  əsasını  I  ƏrdəĢir  (226-241)  qoymuĢdur.  Son  hökmdarı  III 
Yəzdəgird  (632-651)  ərəblər  tərəfindən  məğlub  edilmiĢdir.  Orta  əsr  mənbələrinin 
bir çoxu ĢirvanĢahların Sasanilərin nəslindən olduğunu yazmıĢlar. 
80
Darüssəltənə -səltənət evi, paytaxt deməkdir. 
81
Mahmudabad-Ġslam  dinini  qəbul  edib  Mahmud  ləqəbi  götürmüĢ  Qazan 
xanın  (1295-1304)  Xəzər  dənizi  sahilində  Salyan  vilayətində  saldırdığı  Ģəhər. 
Mahmudabad  XV  əsrdə  Salyan-GüĢtasbi  vilayətinin  mərkəzi  olmuĢdur.  Sonralar 
naməlum səbəblərə görə yer üzündən silinmiĢ və hazırda harada yerləĢmiĢ olduğu 
dəqiq məlum deyildir. 


82
Əhli-beyt-Ev  əhli.  Məhəmməd  peyğəmbər,  kürəkəni  Əli,  qızı  Fatimə  və 
nəvələri  Həsən  və  Hüseyn.  Bu  beĢ  nəfər  Ali-əba  da  (yəni  əbanın  altına  toplaĢmıĢ 
Ģəxslər) adlanır. Çünki Məhəmməd öz əbasını onların üzərinə çəkmiĢdi. 
83
ġeyx  Məhəmməd  Göcəci  -  XIV  əsrin  ikinci  yarsında  Təbrizin 
ġeyxülislamı,  görkəmli  dövlət  xadimi  və  Ģairi  olmuĢdur.  (DövlətĢah  Səmərqəndi, 
«TəzkirətüĢ-Ģüəra» s.345-351). 
84
 Əmir Zəkəriyyə Təbrizi Göcəci-ġah Ġsmayılın yanına gəlməmiĢdən əvvəl 
Ağqoyunlu Ģahlarının vəziri olmuĢdur. 
85
Vilayət-Burada  bizim  baĢa  düĢdüyümüz  əyalət  mənasında  deyil,  «bir  Ģey 
üzərində hakimiyyət» mənasındadır. Vilayətin, yəni hakimiyyətin Allah tərəfindən 
verildiyi söylənilir. Məhəmməd və Əli nəslinin hakimiyyəti nəzərdə tutulur (Ġslam 
ensiklopediyası, 139-cu cüz, s.316-318). 
86
Bakının  mühasirəyə  alınması  F.  ġ.-də  (22b-25b)  və  Ə.  T.-də  (s.45-47) 
baĢqa tarixi mənbələrə nisbətən geniĢ təsvir edilmiĢdir. 
87
C. A.-da ġah Ġsmayılın Naxçıvana yola düĢmə tarixi it ilinin novruzu, 907 
(I mart 1502)-ci il ramazan ayının 2-ci göstərilmiĢdir (s.266). 
87a
  Əmirül-üməra-Əmirlərin  əmiri,  ordunun  baĢçısı,  ordunun  ali  baĢ 
komandanı. 
88
 Sədarət-sədr-Ən yüksək ruhani vəzifə, dini iĢləri idarə edən rəhbər. 
89 
Türkmanlar - Ağqoyunlular nəzərdə tutulur. 
90
Sünuk - mal və əmlakı müsadirə edən. Təbərzin-DərviĢlərin gəzdirdikləri 
aypara Ģəklində olan balta. 
91
 Ġbrahim  peyğəmbərin  atası,  yaxud  atalığı  hesab  edilən  bütpərəst  Azərin 
bütlərini sındırmasına iĢarə etmiĢdir.   . 
92
 Muxtar  ibn  Əbi  Übeyd  əl-Səqəfi  (622-687)  66  (685-686)-cı  ildə  Kufəni 
ələ  keçirib  Ģiə  hərəkatını  yayan,  imam  Hüseynin  intiqamını  almaq  istəyən  Ģəxs. 
687-ci  ildə  məğlub  olub  öldürülmüĢdür.  Onun  adı,  hərəkatı  ilə  bağlı 
«Muxtarnamə» adlı bir dastan da yaradılmıĢdır. 
93
Kərbəla  Ģəhidləri-Kərbəla  çölündə,  Fərat  çayının  sahilində  Hüseynin  72 
nəfərə yaxın qohumu və tərəfdarlarının 10 oktyabr 680-cı ildə öldürülməsi nəzərdə 
tutulur. 
94
Übeydüllah ibn Ziyad -680-684-cü illərdə Kufənin hakimi olmuĢdur. 
95
Əmr  ibn  Səd  -  Kufənin  valisi  Übeydüllah  ibn  Ziyadın  sərkərdəsi 
olmuĢdur. 4000 əsgəri ilə Hüseynin dəstəsini məğlub etmiĢdir. 
96
ġümr ibn ZilcovĢən - Ġmam Hüseyni öldürən Ģəxs. 
97
Əbdülməlik  ibn  Mərvan  -  Əməvilərin  beĢinci  xəlifəsi,  685-705-ci  illərdə 
xəlifəlik etmiĢdir. 
98
Əli ibn Hüseyn - Zeynalabidin - ġiələrin dördüncü imamı. Təvəllüdü hicri 
qəməri  38  (658-59)-ci  il.  58  yaĢında  92  (710),  yaxud  94  (712)-cü  ildə  Mədinədə 
vəfat etmiĢdir. 


99
Əbu  Müslim  Mərvəzi  -  Yuxarıda  haqqında  bəhs  olunmuĢ  Əbu  Müslim 
Xorasani. 
100
Əbu  Səfər  Mənsur  -  Abbasilərin  ikinci  xəlifəsi.  754-cü  ildən  775-ci  ilə 
qədər xəlifəlik etmiĢdir. 
101
Müiziddövlə  Əhməd  Buveyhi,  945-967-ci  illərdə  Ġraqda  hakimiyyət 
baĢında olmuĢdur. 
102
Hülakülər,   yaxud   Elxanilər-Çingiz   xanın   nəslindən   olan Hülakülər 
1256-cı ildən 1357-ci ilə qədər hakimiyyəti idarə etmiĢlər.  
103
Sultan    Məhəmməd    Xudabəndə-1304-1316-cı    illərdə    hakimiyyət 
baĢında olmuĢdur. 
104
Kitab  xətası  olaraq  sultan  Məhəmməd  Xudabəndənin  vəfat  tarixi  bir  il 
səhv  göstərilmiĢdir.  Əbdi  bəyin  özü  əsərin  əvvəlində  Hülakülərdan  bəhs  edərkən 
Xudabəndənin  orucluq  bayramı  axĢamı  716-cı  ildə  vəfat  etdiyini  yazmıĢ  və 
Həmdüllah  Mustovfinin  maddeyi-tarixini  sitat  vermiĢdir  (m-a157b-158a). 
Xudabəndə 716-cı (13 dekabr 1316) il ramazan ayının 27-də vəfat etmiĢdir. Onun 
Ģəvval 716  (17 dekabr 1316)-cı ildə vəfat etdiyini yazanlar da vardır. 
105
Əbusəid -1316-1335-ci illərdə Elxanilər dövlətini idarə etmiĢdir. 
106
Sultan  Hüseyn  Bayqara  -  Teymurilərdən  olub,  1470-1506-cı  illərdə 
Xorasanda hakimiyyət baĢında olmuĢdur. 
107
Təqiyyə-Bir dinə və məsləkə olan etiqadı gizlətmə. 
108
Nizamülmülk-Əhmədnikar  vilayətinin  NizamĢahilər  sülaləsinin  hakimi 
NizamĢah Bürhan (1508-1553) nəzərdə tutulur. 
109
Sultan  Murad-Ağqoyunlu  sultan  Yəqubun  oğlu,  Qum  Ģəhərinin  hakimi 
olmuĢdur. 
110
«Həz» əbcəd hesabı ilə 908-ə bərabərdir. 
111
Siçan ili-Moqol-türk təqviminin ili nəzərdə tutulmuĢdur (GeniĢ məlumat 
almaq üçün müqəddimədə bu haqda olan qeydlərə bax). 
112
Qum-Ġranda,  Tehrandan  Cənubda  yerləĢən  qədim  bir  Ģəhərdir.  Ġlk 
Abbasilər  dövründə  (VIII  əsrin  ikinci  yarısında)  iri  yaĢayıĢ  məntəqəsinə 
çevrilmiĢdir. 7-ci imam Museyi-Kazımın qızı, 8-ci imam Rzanın bacısı Fatimənin 
qəbri  orada  olduğu  üçün  əksər  orta  əsr  mənbələrində  Mədinətül-möminin,  yaxud 
Məsumeyi-Qum adlandırılır. Ġranda MəĢhəddən sonra Ģiələrin ikinci  müqəddəs və 
ziyarət Ģəhəridir. 
113
C.A.-da  «CahanĢah»  (s.268);  Ə.  T.də  «CahanĢahlu»  (s.75);  ġ.  N.-də 
«Cahan Ģamlu»  (s.146). 
114
S. A.-da göstərilir ki, «Namurad» 910-cu il Ģəvval ayının 5-də öküz ilinin 
novruzunda (16 mart 1505) məğlub olub Bağdada getdi   (s. 269). 
115
Divan-Burada maliyyə iĢlərinə baxan idarə mənasındadır. 
116
Tiyul-ġahın  dövlət  torpaqları  hesabına  müəyyən  bir  ərazini  müvəqqəti 
istifadə  olunmaqdan  ötrü  xüsusi  Ģəxslərə  verdiyi  sahədir.  Tiyul  sahibi  (tiyuldar) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə