Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   62   63   64   65   66   67   68   69   70

müddət orada qalır və sonra ölür (v.321b-322a). M. ġ. T.-də göstərilir ki, Rüstəm 
paĢa  Bağdad  hakimi  Məhəmməd  paĢaya  məktub  yazır  ki,  Əlqasın  üzərinə  adam 
göndərib,  onu  ya  tutub  öldürsünlər,  ya  da  qovsunlar.  Əlqas  qaçıb  Ərdəlan 
yaxınlığına  gəlir.  Bədiüzzamanı  öz  nökəri  Qaraca  Mirəklə  birlikdə  barıĢıq  üçün 
ġah  Təhmasibin  yanına  göndərir.  Üç-dörd  gündən  sonra  xəbər  gəlir  ki,  rumlular 
Əlqasa hücum ediblər. O, məğlub olub, Sorxab sultanın yanına qaçmıĢdır. Bəhram 
mirzə bəzi əmirlərlə onun üstünə hücum edir. Sorxab sultan Əlqası ġibilə qalasına  
aparıb, oradan ġah Təhmasibə xəbər göndərir ki, ġah Nemətüllahı göndərin və and 
için  ki,  Əlqası  öldürməyəcəksiniz.  Belə  olduqda,  onu  sizin  yanınıza  göndərərəm. 
ġah  Nemətüllah  gedir  və  Əlqası  gətirir.  ġah  Təhmasib  Ġbrahim  xan  və  Həsən 
yüzbaĢıya  tapĢırır  ki,  onu  qalaya  aparıb  həbs  etsinlər  (hansı  qalaya  aparıldığı  
yazılmayıb). Əlqas qalada onun keĢiyini çəkən qarovulçulardan bəzilərinin   atasını 
və  qardaĢını  öldürdüyü  üçün,  həmin  keĢikçilər  5-6  aydan  sonra  onu  qaladan 
çıxarıb, damdan ataraq öldürürlər (v.51a-53a). 
T.  T.-də  göstərilir  ki,  Əlqas  təkcə  qaçıb  Əzdəlanın  yanına  gəlir. 
Bədiüzzaman  mirzəni  sülh  üçün  öz  mülazimi  Mirzə  Bağırla  ġah  Təhmasibin 
yanına  göndərir.  ġah  heç  bir  cavab  vermir.  3-4-gün  sonra  xəbər  çatır  ki,  Bağdad 
hakimi Məhəmməd paĢa Əlqasın üstünə  hücum  edib. Əlqas oradan qaçıb, Sorxab 
sultanın yanına gəlir. Sorxab Əlqası götürüb ġibilə qalasına gətirir. ġah Təhmasib 
ġah Nemətüllahı Əlqasın yanına göndərir. O, Əlqası gətirir. ġah Təhmasib Ġbrahim 
xan  və  Həsən  yüzbaĢıya  tapĢırır  ki,  onu  Ələmut  qalasına  aparsınlar.  Aparırlar.  6 
gündən  sonra  2-3  nəfər,  Əlqas  onların  atasını  öldürdüyü  üçün  onu  qaladan  atıb 
öldürürlər  (s.62-64). 
369
Fitrət  dövrü-Müxtəlif  hakimlərin  hakimiyyətləri  arasındakı  dövr.  Yəni 
osmanlılarla Səfəvilərin ġirvandakı hakimiyyətləri arasındakı dövr. 
370
Xədicə-Məhəmməd peyğəmbərin birinci arvadıdır.  
371
Bilqeys Süleyman peyğəmbərin arvadıdır. 
372
B-da «PəncĢənbə günü» yazılmamıĢdır. 
373
B 19-da yazılmamıĢdır. 
374
M-də «Gəl görəsən» yazılmıĢdır. 
375
ġ. N.-də Ġspaniya (s.197), Ə. T.-də «Portuqal» (s.355) yazılmıĢdır. 
376
M-də «Qaraağac» yazılmıĢdır.  
377
 M-də «əl-Həsəni» yazılmıĢdır. 
378
Xeybər-Mədinədən  Suriyaya  gedən  yol  üzərində  bir  qaladır.  628-ci  ildə 
Məhəmməd  peyğəmbər  1600  nəfərlə  Xeybərə  hücum  etmiĢdir.  Yəhudilərin  çox 
möhkəm olan Xeybər qalası alındıqdan sonra onların bütün  əmlakı zəbt olunmuĢ, 
əhalisi əkinçi kimi iĢləməyə məcbur edilmiĢdir. 
378a
ġ. N.-də göstərilir ki, onları Bidlisə göndərdilər (s.198). 
379
ġ. N.-də ƏrciĢin 4 ay mühasirə olunduğu yazılmıĢdır (s.198). 
380
ġ. N.-də Əlibəy Türkman Cəlilu yazılmıĢdır  (s.198). 
381
Sancaq -Vilayət, nahiyə mənasındadır. 


382
ġah Ġsmayıl Xətainin qızı olan Məhinbanu sultanım xanım 925 (1519)-ci 
ildə  anadan  olmuĢ,  ömrü  boyu  ərə  getməmiĢ,  həmiĢə  xeyirxah  iĢlər  görmüĢ, 
cəzaları yüngülləĢdirməyə çalıĢmıĢ və s. Əbdi bəyin göstərdiyi kimi ġah Təhmasib 
bu  bacısının  xətrini  çox  əziz  tutar  və  onun  arzu  və  istəklərini  həmiĢə  yerinə 
yetirərmiĢ. Buna görə də Sultan Süleymanın arvadı və qızı sülh haqqında məktubla 
əvvəlcə ona müraciət etmiĢlər. 
383
«Məkri-Rüstəm» sözləri əbcəd hesabı ilə 960-a bərabərdir.  
384
«Setəmi-mükərrər» sözləri də əbcəd hesabı ilə 960-a bərabərdir. 
385
Ramazan ayında müsəlmanlar oruc tuturlar.  
386
 M-də «Ğəçərçi yazılmıĢdır.  
387
KəĢfiyyata. 
388
B-Tərsəran. 
389
ġ.  N.-də  Ġsmayıl  mirzənin  evlənməsi  961  (1553-1554)-ci  il  hadisələri 
təsvir edilərkən qeyd olunmuĢdur. 
390
Ə.  T.-də  göstərilir  ki,  Ġbrahim  xan  Zülqədər  14  rəbiül-əvvəldə  (6-fevral  
1555) qəzəbə düçar oldu (s.391). 
391
C. A.-da «Ədhəmin oğlu ġahrux bəy» yazılmıĢdır  (s.302). 
392
 Ə. T.-də «Əli sultan Tati oğlu» yazılmıĢdır  (s.391). 
393
M-də Ġsmayıl mirzənin nə vaxt yola düĢməsi yazılmamıĢdır. 
394
Əbdi bəy bu maddeyi-tarixini bir qədər mürəkkəb yazmıĢdır. ġair-tarixçi 
göstərir ki, bu maddeyi-tarixin təklik rəqəmi 3-dür. Onluq rəqəmi isə 2 dəfə üçdür, 
yəni  3+3=6.  6-nı  isə  onluq  edəndə  60  olur.  Beləliklə,  tarixin  təklik  və  onluğu  63 
olur.  Yüzlüyə  gəldikdə  isə  bu  hər  ikisinin,  yəni  təkliklə  onluğun  cəminə  3+6=9. 
Doqquzu isə yüzlük etdikdə 900 olur. Deməli, Sədr Əsədüllah ġüĢtəri 963 (1556)-
cü  ildə  vəfat  etmiĢdir.  Maddeyi-tarixin  tapılmasında  bizə  kömək  etmiĢ  filoloji 
elmlər namizədi M. Sultanova öz təĢəkkürümüzü bildiririk. 
395
Orta  əsrlərdə  quraqlıq  zamanı  Allahdan  yağıĢ  istəmək  məqsədi  ilə  çölə 
müəyyən  bir  yerə  çıxıb,  dua  oxuyardılar.  Çöldə  dini  mərasim  icra  edilən  bu  yer 
müsəlla adlanır. 
396
C.A.-da  əmirlərin  Qəzvindən  Ģaban  ayının  10-da  (28  may  1558) 
çıxdıqları yazılmıĢdır. 
397
M-də «qıĢlağında» yazılmıĢdır. 
398
Əbanın öldürülməsi C. Ə.-da ayrısa sərlövhə altında nisbətən geniĢ təsvir 
edilmiĢdir (v.326b). 
399
ġah  Təhmasibin  Qəzvində  köhnə  dövlətxanadan  yeni  tikilmiĢ 
Dövlətxanaya  köçmə  tarixini  Həsən  bəy  Rumlu  və  digər  tarixçilər  qeyd  edərkən 
XVI əsr Ģairlərindən MöhtəĢəm KaĢinin yazdığı maddeyi-tarixdən bir misranı sitat 
gətirirlər.  Bu  misrada  maddeyi-tarix  «behiĢti-bərin»  və  «xeyrül-mənazil» 
sözlərində verilmiĢdir. Təəssüf ki, hər iki tarix dəqiq deyildir. Onların hər biri ayrı-
ayrılıqda əbcəd hesabı ilə 969-a bərabərdir. Buradan isə belə nəticə çıxır ki, guya 
ġah  Təhmasib  yeni  dövlətxanaya  969  (11.X.1561-31.VIII.1562)-cu  ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə