Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   62   63   64   65   66   67   68   69   70

335
C. A.-da ġah Təhmasibin verdiyi hədiyyələr göstərilməmiĢdir (s.295). Ə. 
T.-də  Humayunun  məğlub  olması,  ġah  Təhmasibin  yanına  gəlməsi,  yardım  alıb 
getməsi və s. geniĢ təsvir olunmuĢdur. 
336
Hazır  əsgərlər  dedikdə  ġah  Təhmasibin  verdiyi  qoĢun,  qayib  əsgərlər 
dedikdə isə gələcəkdə onlara qoĢulacaq əsgərlər nəzərdə tutulmuĢdur. 
337
O  zamanlar  Səfəvilər  baĢlarına  12  dilimli  çalma-papaq  qoyur  və  bunu 
taci-Ģahi adlandırırdılar. 
338
On dörd məsum-Məhəmməd peyğəmbər, qızı Fatimə və on iki imam. 
339
Əbubəkr-632-ci  ildə  peyğəmbər  öldükdən  sonra  xülafeyi-raĢidindən 
birinci xəlifə. Ləqəbi Siddiqdir. 
340
Ömər-Ömər ibn Xəttab-Xülafayi-raĢidindən ikinci xəlifə. Xəlifəlik dövrü 
634-644-cü  illər.  40-cı  müsəlman  olmuĢdur.  644-cü  ildə  Əbu  Lölö  tərəfindən 
öldürülmüĢdür.  Ömərin  qızı  Həfzə  peyğəmbərin  arvadlarından  olmuĢdur.  Ləqəbi 
Faruqdur. 
341
Osman-Osman  ibn  Əffan-Xüləfayi-raĢidindən  üçüncü  xəlifə  644-656-cı 
illərdə xəlifəlik etmiĢdir. 656-cı ildə öldürülmüĢdür. Məhəmməd peyğəmbərin qızı 
Ruqiyyənin əri olmuĢdur. Ruqiyyə öldükdən sonra onun basısı Gülsümü almıĢdır. 
Peyğəmbərin iki qızının əri olduğu üçün ZüĢqureyn (iki nur sahibi) ləqəbi almıĢdır. 
342
Əfqan Sur qəbiləsindən olan ġirxanın 1545-ci ildə olan məğlubiyyəti və 
faciəli ölümünə iĢarə edilmiĢdir. 
343
Əbdi  bəyin  «Cənnati-ədn»  (Cənnət  bağları)  adlanan  və  Qəzvinin 
Səfərabad  adlı  saray  Ģəhərciyi  və  Səadətabad  adlı  parkına  həsr  etdiyi  üçüncü 
«Xəmsə»sinin məlum olan yeganə əlyazma nüsxəsi Tehran universitetinin mərkəzi 
kitabxanasında saxlanılır. ġair 4132 beytdən ibarət olan «Cənnati-ədn»i 967 (1559-
1560)-ci  ildə  yazıb  tamamlamıĢdır.  Qəzvinin  XVI  əsr  memarlıq  tarixini 
öyrənməkdə  müstəsna  əhəmiyyəti  olan  həmin  məsnəvilər  Nizami  «Xəmsə»sinin 
yazıldığı  bəhrlərdə  nəzmə  çəkilmiĢdir.  Həmin  əsərlər  tərəfimizdən  çapa 
hazırlanmıĢdır. GeniĢ məlumat üçün bax: 
Əbdi bəy ġirazi, Rovzətüs-sifat, Moskva, «Nauka»,1974. 
Əbdi bəy ġirazi, Dovhətül-əzhar,  Moskva, «Nauka»,1974. 
Əbdi  bəy  ġirazi,  Cənnətül-əsmar,  Zinətül-ovraq,  səhifətül-ixlas,  Moskva, 
«Nauka»,1979. 
344
Seyid  Əbdüləzim,  Ġmamzadə  Əbdüləzim,  yaxud  ġah  Əbdüləzim  Tehran 
yaxınlığındakı qədim Rey Ģəhərindəki məqbərə və məscidlər kompleksi. 
345
Cavad-Salyan  vilayətində  bir  nahiyənin  adıdır.  Keçən  əsrin  sonları  və 
əsrimizin əvvəllərində Cavad qəzası adlanmıĢdır. 
346
Arran  Qarabağı  -  Orta  əsr  mənbələrində  tez-tez  rast  gəldiyimiz  bu 
toponimdə bu günkü  Qarabağ nəzərdə tutulmuĢdur. 
347
Cənubi Azərbaycan nəzərdə tutulmuĢdur. 
348
Ə.  T.-də  əmirlərin  Samur  çayı  kənarında  Əlqasa  hücum  etdikləri 
yazılmıĢdır   (s.321).  


349
Kəfə-Feodosiya. 
350
Ə T-də göstərilir ki, Əlqas 40 nəfər məiyyəti ilə ġamxal tayfasının yanına 
getmiĢ və gəmiyə oturub Azaq (indiki Azov) yolu ilə Kəfəyə, ordan isə Ġstambula 
getmiĢdir   (s.321). 
351
C. A.-da (s.297) və Ə. T.-də (s.327) ġah Təhmasibin Təbrizə 26 Ģabanda  
(12 oktyabr 1547) daxil olunduğu yazılmıĢdır. 
352
Orijinalda «Ģüarı» yazılmıĢdır. 
353
  Malü-cəhat-əkinçilikdə  əsasən  məhsulla:  buğda,  arpa,  düyü,  pambıq, 
ipək  və  s.-dən  toplanan  vergi  növüdür.  Ölkənin  müxtəlif  vilayətlərindən  müxtəlif 
miqdarda  alınarmıĢ.  Məsələn,  Azərbaycandan  hasil  olunan  məhsulun  beĢdə 
birindən üçdə birinə qədəri alınarmıĢ. 
354
M. ġ. T.-də «Məhəmməd xan»   (v.41b) yazılmıĢdır. 
355
M. ġ. T.-də «Daraçird» yazılmıĢdır  (v.41b). 
366
 M-də «Küçük» yazılmıĢdır. 
357
C. A.-da orduların sayı göstərilməmiĢdir. T. T-də orduların sayı aĢağıdakı 
Ģəkildə göstərilmiĢdir: 
1.  Bəhram mirzə-1800 nəfər. 
2.  Çıraq sultan -1500 nəfər. 
3.  Əliqulu bəy Türkman-2000 nəfər. 
4.  Daracird hakimi Allahqulu bəy-500 nəfər. 
5.  Ġç və ġabənqara hakimi Çərəndab sultan-500 nəfər. 
6.  ġiraz hakimi Ġbrahim xan-3500 nəfər. 
7.  Kirman hakimi ġahqulu sultan-2000 nəfər. 
8.  Kazerun hakimi Köpək sultan-800 nəfər. 
9.  Kuhkiləvə hakimi Mahmud xan-3000 nəfər. 
10. ƏfĢar, çərik və Qəzvin qorçiləri-1600 nəfər. 
11. Suklan və Ərdəbil camaatı-450 nəfər   (s.53-54).  
«Təzkireyi-ġah  Təhmasib»dəki  məlumatdan  aydın  olur  ki,  gəlib  yetiĢməli 
olan qoĢunların sayı  17 450 nəfər idi. 
«Mükalimeyi-ġah Təhmasib»də isə həmin məlumat aĢağıdakı Ģəkildə qeyd 
edilmiĢdir: 
1.  Bəhram mirzə-1000 nəfər. 
2.  Çıraq sultan-500 nəfər. 
3.  Əliqulu bəy Türkman-300 nəfər. 
4.  Allahqulu  bəy-500 nəfər.   (Daracird hakimi). 
5.  Çərəndab sultan-500 nəfər  (Ġç və Neyriz hakimi). 
6.  Ġbrahim xan-2500 nəfər   (ġiraz hakimi). 
7.  ġahqulu sultan-1000 nəfər (Kirman hakimi, Tabatadzenin 
çapında Kazerun hakimi olduğu yazılmıĢdır  (s.49). 
8.  Köpək sultan-300 nəfər (Kazerun  hakimi, Tabatadzenin çapında Köpək 
sultanın adı yoxdur   (s.49). 


9.  Məhəmməd xan-1000 nəfər  (Kuhkiləvə hakimi). 
10. Qəzvin qorçiləri-350 nəfər. 
11. Suklan və tatarlar-200 nəfər. 
«Mükalimeyi-ġah 
Təhmasib»in 
Leninqrad 
əlyazma 
nüsxəsindəki 
məlumatdan aydın olur ki, gəlib yetiĢməli olan qoĢunların sayı 8150 nəfər idi. 
358
M.  ġ.  T.-də  göstərilir  ki,  belə  qərara  alındı  ki,  biz  Əhər  Ģəhərinə  gedib, 
orada dayanaq. Adları çəkilən əmirlər də gəlib, bizə qovuĢsunlar. Biz olduğumuz 
yerdən köç elədik. Sabahı günü Çıraq sultan, Çərəndab sultan və Əliqulu boy bizə 
çatdılar.  Ġkinci  gün  ġiraz  hakimi  Ġbrahim  xan  600  nəfərlə  bizim  yanımıza  gəldi. 
Allahqulu bəy də onunla gəlib çatdı. Həzrəti Xandigar Təbrizə gələndə biz Əhərdə 
idik   (v.43a). 
 
359
Əbusəid 
(1451-1469) 
CahanĢah 
övladının 
dağılmaqda 
olan 
hakimiyyətini  qorumaq  məqsədi  ilə  Uzun  Həsənə  qarĢı  müharibəyə  hazırlaĢır. 
Uzun  Həsən  anası  Sara  xatunu  qiymətli  hədiyyələrlə  sülh  üçün  Əbusəidin  yanına 
göndərir.  Lakin  Əbusəid  inadından  dönmür.  1468-ci  ilin  payızında  Cənubi 
Azərbaycana  gəlir.  QıĢlamaq  üçün  Qarabağa  gedir.  Yem  və  azuqə  çatıĢmadığı 
üçün  Muğana-Mahmudabada  və  Xəzər  dənizi  sahilində  olan  Qızılağac  ətrafına 
köçməyi məsləhət görürlər. Əbusəid güman edirdi ki, ġirvanĢah Fərrux Yəsar ona 
ərzaq  (  və  hərbi  kömək  göndərəcəkdir.  Lakin  ġirvanĢah  Uzun  Həsənlə  müttəfiq 
olur. Teymurilərin atları zəhərli ot yedikləri üçün qırılır. Aclığa məruz qalan qoĢun 
qaçıb  dağılır.  QıĢda  çox  çətin  vəziyyətə  düĢmüĢ  Əbusəid  sülh  istəməyə  məcbur 
olur.  ġeyx  Heydər  Əbusəidin  ordugahına  gələrək,  ordudakı  ruh  düĢgünlüyünü, 
pozğunluğu gördükdən sonra sülh bağlamağı məsləhət görmür. Müharibə baĢlanır, 
Əbusəid  əsir  düĢür.  Nəhayət,  müttəfiqlərin,  əmirlərin,  xüsusilə,  ġirvan  qazısının 
təkidi ilə Uzun Həsən onun məhvinə razı olub Xorasan taxtını iddia edən Teymuri 
Ģahzadəsi  Məhəmməd  Yadigarın  (1469-1470)  sərəncamına  göndərir.  O,  da 
Əbusəidi edam etdirir (Ġ. P. PetruĢevski XV əsrdə Azərbaycan dövlətləri, s.66-68). 
360
Əbdi bəy bu təmtəraqlı cümlələrlə demək istəyir ki, «Təkmilətül-əxbar»ı 
ġah Təhmasibin qızı Pərixan xanıma ithaf etmiĢdir. 
361
Firdovsinin  «ġahnamə»sindəki  «Rüstəm  və  SəyavuĢ»  dastanındakı 
hadisələr nəzərdə tutulmuĢdur. 
362
 B-də «8000» yazılmıĢdır. 
363
C. A.-da 955-ci ilin hadisələri təsvir edilərkən göstərilir ki, ġah Təhmasib 
Pasində  düĢərgə  salarkən  Ġsmayıl  mirzə  onunla  birlikdə  Qars  camaatının  üstünə 
getmiĢ əmirlərlə gəlib yetiĢdi. O, Məhəmməd xan Zülqədər oğlunun kiçik qardaĢı 
olan Əli bəyin baĢçılıq etdiyi 7-8 minlik həmin ordunu məğlub etmiĢ, 2000 baĢ və 
qəniməti Ģahın dərgahına gətirmiĢdi (s.298). Ə. T.də isə həmin ilin hadisələri təsvir 
olunarkən  qeyd  edilir  ki,  ġah  Təhmasib  sultan  Süleymanın  Məhəmməd  xan 
Zülqədərin  qardaĢı  Əli  bəyə  paĢalıq  mənsəbi  verdiyi  və  qullarağacı  Osman 
Çələbini  4000  nəfərlə  Gürcüstan  sərhəddində  olan  Qars  qalasını  təmir  etməyə 
göndərdiyini  eĢitcək,  Ġsmayıl  mirzəni  Gögcə  sultan  Qacarla  onların  üstünə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə