Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

Cəkvin»
532
 DərviĢ xan ibn Allahi və Qiyasəddin ibn ġadi bəy xanın hər biri az bir 
vaxt xanlıq etdilər. Onlardan sonra Bəraq xan ibn Quyzi xan ibn Urus xan 828-ci 
ildə (23.XI.1424 - 12.XI.1425) qalib gəlib, padĢah oldu. Bundan əvvəl 823-cü ildə 
(17.I.1420  -  5.I.1421)  Uluğ  bəy  mirzənin  yanına  gəlib,  onun  tərəfindən  himayə 
edildi.  Ġstiqlaliyyət  qazandıqdan  sonra  nankorluq  etdi.  830-cu  ildə  (2.XI.1426  -
21.X.1427)  sığınaq  ətrafında  Uluğ  bəy  mirzə  ilə  vuruĢub  qalib  gəldi. 
Mavəraünnəhrə  basqın  etdi.  [Qıpçaq]  çölünə  qayıtdıqda,  əmirlər  birləĢib,  831-ci 
ildə (22.X.1427 - 10.X.1428) onu öldürdülər. 
Məhəmməd Sultan ibn Teymur Sultan ibn Qutluğ Teymur bəraqın qətlindən 
sonra  əmirlərin  yardımı  ilə  padĢah  oldu.  O,  834-cü  ildə  (19.IX.1430  -  8.IX.1431) 
[Qıpçaq]  çölündən  Xarəzmə  bir  ordu  göndərib,  oranı  xaraba  qoydu.  O,  Qurumu 
paytaxt etdi. 
Qasım  xan  ibn  Canibəy  Sidək  xan  ibn  Canibəy  ibn  Bəraq  xan  [Qıpçaq]    
çölünün   padĢahı   oldu.   Onunla ġeybə (ġeybani) xan arasında kin-küdurət baĢ 
verdi. 915-ci ilin axırında (1510-cu ilin əvvəllərində) ġeybə xan onun üstünə qoĢun 
çəkdi (M-284a). O, məğlub oldu və 930-cu ildə (10.XI.1523-28.X.1524) vəfat etdi. 
Həqnəzər  xan  ibn  Qasım  xan  indi  Qıpçaq  çölünün  fərman  verənidir  (hakimidir). 
Onun dudmanı ToxtamıĢın həddən artıq ixtilafı nəticəsində tamam zəiflədi. ġeyban 
ibn  Cucinin  övladlarından  bəzisi  fürsət  tapıb  hamını  özü  ilə  birləĢdirdi  və  üsyan 
etdilər. Bu Ģöbə iki dəstədə,  bəzisi Mavəraünnəhri, bəzisi  Xarəzmi olduğuna  görə 
onların təsviri də iki Ģöbədə   (bəhsdə)  tamamlanacaqdır. 
Mavəraünnəhri  şöbəsi.  Əbülxeyr  xan
533
  ibn  DövlətĢeyx  Oğlan  ibn  Ay 
Oğlan ibn Pulad Oğlan ibn Eybə Xacə ibn Toqta ibn Bulğan ibn ġeyban ibn Cuci 
839-cu  ildə  (27.VII.1435-15.VII.1436)  [Qıpçaq]  çölündən  basqın  edib  ġahrux 
tərəfindən oranın (Mavəraünnəhrin) valisi olan Mirzə Ġbrahim ibn ƏmirĢah Məliki 
oradan çıxarıb taxta oturdu. Bir müddət o mülkün və [Qıpçaq] çölünün qaanı oldu. 
Sultan  Əbusəid  onun  köməyi  ilə  Mirzə  Abdullaya  qalib  gəlib,  Səmərqəndin 
padĢahı  oldu.  Əbülxeyr  873-cü  ildə  (22.VII.1468-10.VII.1469)  iflis  xəstəliyindən 
öldü. 
ġeyx  Heydər  xan  ibn  Əbülxeyr  xan  ondan  sonra  taxta  oturdu.  Bir  müddət 
hökm sürdü. Bəyan xan ibn Hacı Məhəmməd ona qarĢı üsyan etdi. Dəfələrlə qırğın 
törətdilər.  ġeyx  Heydər  həmiĢə  qalib  gəlirdi.  Axırda  Bəyan  xan  Əhməd  xanın 
yardımı ilə bir daha müharibə etdi. ġeyx Heydər yaralanıb məğlub oldu və həmin 
yaradan da öldü. 
ġeybə  xan  və  Məhəmməd  xan  ibn  Budaq  sultan  ibn  Əbülxeyr  xan  855-ci 
ildə (3.II.1451-22.I.1452) Quzi bəyimdən anadan olmuĢlar. Hələ uĢaq ikən ataları 
ölmüĢ,  Özbəklərin  böyük  əmirlərindən  olan  Qəracin  bəy  onları  bəsləyib 
böyütmüĢdü. O, iki-üç dəfə Buxaraya gəldi. Oranın hakimi Əmir Əbdüləli xan ona 
hörmət  göstərib  Səmərqənd  padĢahı  sultan  Əhməd  mirzənin  xidmətinə  apardı. 
Oradan qaçıb [Qıpçaq] çölünə getdi. 


Sultan  Mahmud  mirzə  Kurəkaninin  övladları  arasında  ixtilaf  baĢlandı.  O, 
(M-284b)  sultanəli  mirzənin  zamanında  çoxlu  qoĢunla  Kanikildə  düĢərgə  saldı. 
Tədbir  ilə  sultanəli  mirzəni  ələ  gətirib  öldürdü.  906-cı  ildə  (28.VII.1500- 
16.VII.1501) öz adına xütbə [oxutdurub], sikkə vurdurdu. 913-cü  ildə (13.V.1507-  
1.V.1508)  Xorasanı istila etdi. 
26  Ģaban  916-cı  ildə  (28  noyabr  1510)  Mərv  nahiyəsinin  Mahmudi  adlı 
yerində  nəvvabi-alihəzrət  xaqan  behiĢtlik  ġah  Ġsmayıl  Səfəvi  ilə  müharibədə 
QızılbaĢ qoĢununun əli ilə öldürüldü. 
Kuçmər  xan  adı  ilə  tanınan  Kuçkunçi  xan  ibn  Əbülxeyr  xan  padĢah  oldu. 
935-ci ilin məhərrəm [ayında] (15.IX-14.X.1528) Camda bütün özbək sultanları ilə 
birlikdə Allahın kölgəsi olan  Ģah, dinin pənahı nəvvabi-kamyab [ġah Təhmasib]  - 
Allah  onun  mülkünü  əbədi  etsin  -  ilə  vuruĢub  basıldı  və  məğlub  halda 
Mavəraünnəhrə getdi. 936-cı ildə (5.IX.1529-24.VIII.1530) vəfat etdi. 
Əbusəid xan ibn Kuçkunçi ondan sonra xan oldu. 939-cu ildə   (3.VIII.1532 
- 22.VII.1533)  vəfat etdi. 
Übeyd  xan  ibn  sultan  Mahmud  ibn  Əbülxeyr  xan  əmisi  oğlundan  sonra 
xanlıq  [taxtına]  oturdu.  Onun  əhvalatları  dinin  pənahı  olan  Allahın  kölgəsi 
nəvvabi-kamyab ġah [Təhmasibin] bəndələri ilə zikr olunub. O, 946-cı ilin zilqədə 
[ayının] əvvəllərində (mart ayının ortaları 1540)  öldü. 
Abdullah xan ibn Kuçkunçi xan padĢah oldu. 947-ci ildə (8.V.1540-26.IV. 
1541) vəfat etdi. 
Əbdüllətif  xan  ibn  Kuçkunçi  padĢahlıq  (taxtına)  oturdu,  959-cu  ildə 
(29.XI.1551-17.XII.1552) rəhmətə getdi. 
Adı  Novruz  Əhməd  olan  Biyraq  xan  ibn  Sevincək  ibn  Əbülxeyr  xan 
DaĢkənd və onun ətrafının sahibi idi. Əbdüllətifdən sonra Səmərqənd və Buxaranı 
iĢğal  etdi.  963-cü  ildə  (16.XI.1555-3.XI.1556)  56  yaĢında  ikən  tövbəni  sındırıb 
Ģərab  içməklə  məĢğul  oldu.  Bir  həftədən  sonra  araq  içərkən  zilhiccətül-həram 
[ayının] 13-də (18.X.1556) cəhənnəmə vasil oldu. Övladları DərviĢ sultan və Baba 
sultan Cəlgə, DaĢkənd və ona tabe olan yerlərə sahib oldular. 
Ġsgəndər xan ibn Canibəy sultan ibn Xacə oğlan ibn Əbülxeyr xan (M-285a) 
Biyraqdan  sonra  sikkə  və  xütbə  Pirməhəmməd  xan  ibn  Canibəy  sultanın  idi.  Az 
vaxt  keçdikdən  sonra  Ġsgəndərin  oğlanları  Abdulla  sultan  və  Ġbadullah  sultan 
böyüdülər. Əmisindən yaĢlı olan atalarını guĢəniĢinlikdən qurtarıb xanlıq [taxtına] 
oturtdular.  Pirməhəmməd  xan  əlacsız  qalıb  Mavəraünnəhri  ona  verərək,  Bəlxlə 
kifayətləndi. Ġndi oranın  valisidir və   nəvvabi-kamyab   ġah   [Təhmasibə] sədaqət 
və itaət göstərməkdədir. 
Xarəzmiyyə. Ġlpars xan ibn Buraqe ibn Yadigar ibn Teymur ġeyx oğlan ibn 
Hacı Tuli Oğlan ibn Ərəb Oğlan ibn Polad Oğlan. Burada onun nəsəbi Əbülxeyrlə 
birləĢir.  ġeybə  xan  Xarəzmi  ələ  keçirdikdə,  Köpəkbi  QuĢçini  oraya  darğa  təyin 
etdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə