Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

günahlarına  cavab  olaraq  (gözlərinə)  mil  çəkdirdi.  Sonralar  o,  Məkkeyi-
müəzziməyə  gedib,  orada  ibadətlə  məĢğul  oldu.  964-cü    ilin  zilhiccə  [ayında] 
(25.IX.1557-23.X.1557)  vəfat  etdi.    Səlaləddin    Məhəmməd  Əkbər  padĢah  ibn 
Məhəmməd  Humayun  padĢah
484
  atasından  sonra  ali  cəlallı  padĢah  oldu.  Miras 
qalmıĢ ölkəni öz hakimiyyəti altına aldı. Həmu adlı bir kafir ona qarĢı çıxdı. Onun 
Ləhavərd  və  baĢqa  vilayətlərinə  əl  uzatdı.  964-cü  ildə  məhərrəm  [ayının]  2-də   
cümə  [günü]  (5    noyabr    1556)    onların  arasında  dəhĢətli  qırğın  oldu.  Məzkur   
Həmu    hədsiz-hesabsız  malla  Məhəmməd  Əkbər  padĢahın  və  qoĢununun  əlinə    
keçdi.  Məzkur  [Əkbər]  padĢah  öz  əli  ilə  Həmunun  boynunu  vurdu.  Buna  görə   
onun   ləqəblərinə  ğazi  [sözü   artırdılar]. 
966-cı  ilin  cümadiəs-sani  [ayında]  (11.III  -  8.IV.1559)  o  sülalənin  bütün 
hakimiyyətini ələ almıĢ və padĢahın yanında adından baĢqa bir Ģeyi olmayan ġəkər 
Türkmanın  oğlu  Bayram  xan  Baharlu
485
  vəzifədən  çıxarıldı.  [O],  bir  müddətdən 
sonra  həccə  yola düĢdü. Kocaratda kafirlərin əli ilə öldürüldü. Məhəmməd Əkbər  
padĢah ğazi sərbəst oldu və indi hakimiyyət baĢındadır. 
Süleyman   Ģah   (M-279a)   mirzə  ibn  Yadigar   Nasir ibn Nasir mirzə ibn 
Ömər ġeyx Əbusəid öz əmisi Məhəmməd Babur padĢahın fərmanı ilə BədəxĢanın 
valisi  idi.  Son  dərəcə  əxlaqlı  və  sufi  təbiətli  Süleyman  Ģahla  966-cı  ildə 
(14.X.1558-2.X.1559)  özbək  sultanlarından  Bəlx  valisi  Pir  Məhəmməd  xan  ibn 
Canibəy  arasında  Dərkəzdə  müharibə  oldu.  Ġkid  oğlu  Məhəmməd  Ġbrahim  Bəlxin 
adamları tərəfindən əsir alındı. Onu Pir Məhəmməd xanın yanına apardılar. Çehrə 
Qərqərin
486
  səyi  ilə  22  yaĢında  öldürüldü.  Süleyman  Ģah  bu  rübaini  oğlunun 
təziyəsindəki mərsiyəsində demiĢdir: 
 
«Ey  BədəxĢan ləli BədəxĢandan getdin,  
Parlaq GunəĢ kimi getdin,  
Həyatda Süleymanın üzüyü  kimi idin, 
Əfsus  ki, Süleymanın əlindən  getdin». 
 
Ancaq  o  müharibədə  Süleyman  Ģah  qalibiyyət  qazandı  və  Pir  Məhəmməd 
xanın  əli  BədəxĢana  çatmadı.  Süleyman  Ģah  971-ci  (21.VIII.1563  -  8.VIII.1564) 
ildə  Kabilə  qoĢun  çəkib,  oranı  iĢğal  etdi.  Lakin  hakimiyyəti  Məhəmmədhəkim 
mirzə ibn Məhəmməd Humayun Ģaha verdi. 
Allahın  yardımı  və  xoĢbəxtliklə  üçüncü  babın  (hissənin)  ikinci  məqaləsi   
(fəsli) tamamlandı. 
Mərhəmətli  Allahın  yardımı  ilə  türk  və  Türküstan  xaqanları  haqqında 
məlumat. 
Birinci  məqalədə  Türküstan  xaqanlarının  hekayətini  Qəbəl  xanın  padĢah 
olmasına qədər çatdırmıĢdıq ki,  moğolların Ələncik, yəni rəiyyətin qeydinə qalan 
adlandırdıqları  o  [Qəbəl  xan],  vəfat  etdikdə,  Qubilə  ibn  Qəbəl  xan  vərəsəlik 
qanununa əsasən padĢah oldu. O, son dərəcə qüvvətli və  Ģücaətli idi. Səs-sorağı o 


dərəcəyə  çatmıĢdı  ki,  yeddi  arxadan  keçmiĢdi.  Onun  pəncəsi  ayı  pəncəsinə 
oxĢayırdı. Özündən gücsüzlərə əl tutardı. Tiri o qədər əyərdi ki, axırda sındırardı. 
QıĢ gecələrində odunlara od vurar və onun kənarında çılpaq yatardı. Həmin oddan 
qorlar onun bədəninə düĢər (M-279b) və  yandırardı. O, bunu  heç  vecinə almazdı, 
elə  bilərdi  ki,  onu  bit  diĢləyib.  Əndamını  qaĢıyıb  yenə  yuxuya  gedərdi.  Onun 
vəfatından  sonra  Pərtan  Bahadır  ibn  Qubələ  moğolların  baĢçısı  oldu.  Onun 
vaxtında  əmisi  Qaçuli
487
  vəfat  etdi.  Onun  Bərlas  adlandırılan  oğlu  Ġrdəmçi  Əmir 
Teymurun  (Teymurləngin)  Bərlas  qəbiləsi  və  oymağından  olduğu  məĢhurdur  - 
atasının  əvəzinə  əmirlərin  baĢçısı  oldu.    Pərtandan  sonra  Bəsuka
488
  bahadır  ibn  
Pərtan bahadır   padĢahlıq   (taxtına)   oturdu.   O,   Çingiz   xanın atasıdır. Pələng 
ilinə müvafiq olan 502-ci ilin rəbiül-əvvəl [ayında].  (9.X.1108  - 7.XI.1108) öldü. 
O  günlərdə  Teymurun  ulu  babası    olan  Suğənçən  ibn    Ġrdəmçi  də  vəfat      etdi.   
Bəsukadan      sonra      Çingiz      xan      hakimiyyətə  gəldi.  Çingiz  xan  ibn  Bəsuka 
bahadır donuz ilində (1155) (müvafiq) 549-cu ilin zilqədə [ayının] 8-də (14 yanvar 
1155) Moğolustanın Mulun   Yulduqunda   anadan    olmuĢdur.
489
  Anadan  olarkən 
ovucunda qan donmuĢdu. Atası o ildə Tartarın hakimi Temuçinə qalib gəldiyi üçün 
ona Temuçin
490
    adı  qoydu.  O,  13  yaĢında  ikən  atadan  [yetim]  qaldı.  Tərəfdarları 
dağılıĢdılar.  Kərait  oymağının  padĢahı  Avəng  xanla  birləĢdi.  Onların    arasında 
ciddi    sədaqət    vardı.    DüĢmənlər  onların  arasında  ziddiyyət  yaratdılar.  Ġt  ilinə 
(1202)  mütabib  olan  598-ci  ildə  (1.X.1201  -  19.IX.1202)  Avəng  xan  ona  qəsd 
etmək  istədi.  Çingiz  xan  onun  qəsdindən  xəbər  tutub,  camaatı  baĢına  toplayaraq 
Urnək hakimi olan Avənglə müharibə etdi və qalib gəldi. Donuz ili (1203)   olan o  
biri  il  yenidən onların  arasında  çar-pıĢma   oldu    və    Avəng   öldürüldü.   O,   
taxta      çıxdı      və  Çingiz  xan,  yəni  xaqanlar  xaqanı  ləqəbi  aldı.  Az  bir  müddətdə  
bütün  moğol
191
   və tatar  oymaqlarının  hakimi oldu. Xəta və Curcə vilayətlərini 
də tutdu. 
Tacirlərin    qətl  və  qarət  olunması  onunla    XarəzmĢah  Qütbəddin  arasında 
kin  və  küdurətə səbəb oldu.
492
 DovĢan ilinə   (1218)   [müvafiq olan]    (M-280a)   
615-ci ildə (30.III.1218 - 18.III.1219) Əcəm ölkəsinə yürüĢə baĢladı və təxminən 6 
ildən bir qədər az müddət ərzində bütün Türküstan, Ġran, Qıpçaq və Alanda  qələbə  
qazanıb,  XarəzmĢahın  üstünə  düĢdü.  Ölkədə  ümumi  qətllər  edib,  özünü    
möhkəmləndirdi.  Hələ  aram  tapmamıĢ  Maçinə
493
    hücum  etməyə  səbəb    yarandı.  
Maçin   padĢahı ġidurqi  xanı 30 min süvarisi ilə öldürdü və həmin səfərdə - 624-
cü  ilin  ramazan  ayında  (15,  VIII  -  13.IX.  1227)  fərman  verdi.  Çünki  75  yaĢı  və 
dörd  adlı-sanlı  oğlu  vardı.  Hər  birinə  müəyyən  yer  ayırıb,  onlara  el  və  oymaq 
bağıĢladı.  Ədalət  və  səxavətdə  baĢqa  qardaĢlarından  seçilən  ortancıl  oğlu  Oktayı  
(Uqedeyi)  vəliəhd    etdi.
493a
  Onun  övladları  Ture  deyilən    qanuna  əsasən  ölkəni 
idarə edirdilər. 
Oktay qaan (Uqedey) ibn Çingiz xan vəliəhdlik qanununa  əsasən  atasının    
vəfatından  2  il sonra 626-cı ilin rəbiul-əvvəl ayında (28.I - 26.II.1226) taxta çıxdı 
və qaan ləqəbi aldı. Ədalət və insafı əsas tutdu, Pələng ilinə [1232, müvafiq] 629-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə