Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

Cuci  xanın  (M-282a)  anası  Borte  Qucin
503
  Qənqər  padĢahının  qızı  idi.  Ġlk 
zamanlar  Çingiz  xanı  ordusunu
504
  talan  edib,  o  arvadı  əsir  aparmıĢdılar;  Geri 
qayıdarkən  yolda  doğur.  UĢağı  bükməyə  baĢqa  Ģey  olmadığından  xəmirin  içinə 
qoyub Çingiz xanın yanına   gətirirlər. (Ona) Cuci,  yəni   «yeni   gəlmiĢ   qonaq» 
adı  qoyurlar.  Onunla  qardaĢları  arasında  ikitirəlik  baĢ  verir.  Onun  soyuna  (ana 
tərəfdən  nəslinə)  tənə  edirdilər.  Çingiz  xan  Qıpçaq  çölünü  və  Xarəzmi  Uzaq 
ġimala  qədər  ona  vermiĢdi.  O,  Siçan  ilinə  (1227)  (müvafiq)  624-cü  ilin  rəbiül-
əvvəl (ayında) (19.II - 20.III.1227)  atasından 6 ay əvvəl vəfat etmiĢdir. 
Ləqəbi Sayin olan Batu xan ibn Cuci  xan
505
 Oktay qaanın hökmünə əsasən 
atasının  yerini  tutdu.  O,  böyük  qardaĢları  cərgəsindən  olduğuna  görə  ona  xanlıq 
verməkdən  müzayiqə  etmədi.  Batu  639-cu  ildə  (12.VII.1241  -  31.  VI.  1242)  iflic 
xəstəliyinə tutulub 650-ci ildə (14.III.1252 - 2.III. 1253) Amol
506
  çayı  kənarında  
vəfat etdi. 
Mənku  qaan  Sərtaq  ibn  Batunu
507
  atasının  yerinə  qoydu.  O,  yolda  keçindi. 
[Onun yerinə] Ulağçi ibn Batu
508
 təyin olundu. O da həmin günlərdə vəfat etdi. 
Bərkə  xan  ibn  Cuci
509
  səltənət  taxtına  oturub,  islamı  qəbul  etdi.  Onunla 
Abaqa  xan  arasında  vuruĢma  oldu.  Bərkə  xan  30  min  atlı  ilə  ġirvanın  Kür  çayı 
kənarına  gəldi.  Burada  çayı  keçə  bilməyib,  getdi  ki,  Tiflisdən  keçsin.  664-cü 
(13.X.1265  -  1.X.1266)  ildə  qulunc  xəstəliyindən  keçindi.
510
  Ondan  sonra 
hakimiyyət Cucinin övladlarına çatdı. [Onlar]   iki   tayfaya   bölündülər: 
Gög  (Göy)  orda  tayfası  -  sağ  tərəfdə  olan    Uruc,  Bəsqa,    Ukək    Bacər,  
Bulqar
511
   və Qazan.
512
  Əvvəlcə Tuqta xan ibn Qurbutuy ibn Uzəd ibn Cuci taxta 
çıxdı.  702-ci  (26.VIII.1302  –  14.VIII.1303)  ilə      müvafiq      olan      pələng  ilində   
(1303)   onunla  Noqay   arasında   (M-282b)   Səqin və Bulqar ətrafında müharibə 
oldu. O, qalib gəldi. Buna görə qürurlanıb, Qazan  xanın  yanına elçi  göndərərək, 
Azərbaycanı  tələb  etdikdə  (aralarında)  ədavət  baĢ  verdi.  Toğrul  ibn  Tuqta 
atasından  sonra  17  il  hakimiyyəti  idarə  etdi.    727-ci      (27.XI.1326  -  16.XI.1327)   
ildə  vəfat  etdi.  Özbək  ulusuna  mənsub    olan  Özbək  xan  ibn  Toğrul  varis  olaraq      
hakimiyyət baĢına keçdi.  735-ci (1.IX.1334 - 20.VIII.1335) ildə Ġrana qarĢı yürüĢ 
etdi, [73]6 (21.VIII.1335 – 9.VIII.1336)-cı ildə Kürün kənarına  çatdı.  Arpa   xan     
Xacə  Qiyasəddin  Məhəmməd RəĢidinin
513
  tədbiri  ilə  yürüĢün  qarĢısını  aldı  və 
ona [Kür çayını]  keçməyə imkan vermədi. Nəhayət, 30 illik hakimiyyətdən sonra 
vəfat etdi. 
Canibəy  xan  ibn  Özbək  xan
514
  -  Mövlana    Sədəddin      Təftəzani
515
  756      
(16.I.1355 - 4.I.1356)-cı  ildə «ġərhi-müxtəsəri - təlxis»i (Təlxisin müxtəsər Ģərhi) 
onun adına yazmıĢdır - 758 (25.XII.1356 - 13.XII.1357)-ci ildə Azərbaycana gəldi. 
Çobani  Məlik  əĢrəfin  zülmünü  dəf  etdi.  Öz  oğlu  Berdi  bəyi  50  min  süvari  ilə 
Azərbaycanda qoyub [özü Qıpçaq] çölünə qayıtdı. Xəstələndi, onun əmirləri Berdi 
bəyin ardınca adam göndərdilər. Elə ki, Berdi bəy gəldi, o yaxĢı oldu. Ondan sonra 
Berdi bəy və Berdi bəyi gətirməyə bais olan Toğlupay Cani bəyi pəncĢənbə [günü] 
3 Ģaban 758-ci ildə  (22 iyul 1357) öldürdülər. 


Berdi bəy ibn Canibəy xan özünün əksər qohumlarını məhv etdi. Özü də 3 
ildən artıq yaĢamadı. Bu Ģöbə (nəsil, sülalə) onunla tamamlandı. 
Mədəqmaq  Ordumə  tayfası.  -  Uluğdağ  hüdudundan  Qaratal  və  Lus 
sərhəddinə qədər onlara mənsub idi. 
Tudamnika  ibn  Nuqa  ibn  Tuli  ibn  Ordumə  bir  müddət  dövləti  idarə  etdi. 
Ondan  sonra  Sasi  Buqa  ibn  Nuqa  hökumət  baĢına  gəldi.  720  (12.II.1320  - 
30.I.1321  )-ci  ildə  öldü.  Ġrzən  ibn  Sasi  Buqa  atasından  sonra  padĢah  oldu.  745-ci 
ildə  (M-283a)  (15.II.1344  -  3.V.1345)  vəfat  etdi.  Mübarək  Xacə  ibn  Ġrzən  6  ay 
hakimiyyətdə oldu və öldü. Cimay ibn Ġrzən
516
 17 il hökuməti idarə etdi. Gög Orda 
əmirləri onu hakimiyyətə həvəsləndirdilər, qəbul etmədi. 
Urus  xan  ibn  Cimay
517
  istədi  ki,  hər  iki  ulusu  zəbt  etsin.  Nəsli  qıĢlaq 
arasında hakim olan Yulxosa Oğlan onunla razılaĢmadı. Buna görə Urus xan onu 
öldürdü. Yulxosanın oğlu ToxtamıĢ Əmir Teymura pənah apardı. Urus xan 9 illik 
səltənətdən sonra 778 (21.II.1376 - 9.II.1377)-ci ildə vəfat etdi. 
Toqta Qiya ibn Urus xan
518
 2 ay hakimiyyəti idarə etdi və öldü.  
Teymur  Məlik  ibn    Urus  xan
519
  taxta  çıxdı  və  sərxoĢluğa  baĢladı.  Axırda     
Qaratalda 778-ci ildə (21.V.1376-9.V.1377) ToxtamıĢın əli ilə öldürüldü. ToxtamıĢ 
xan  ibn  Yulxoca
520
  Əmir  Teymurun  yardımı  ilə  padĢah  oldu.  17  il  hökm  sürdü. 
VaxtaĢırı vəfasızlıq edib, Əmir Teymur ilə vuruĢdu, məğlub oldu.  
Üçüncü dəfə çıxılmaz vəziyyətə düĢüb, çöllərdə dolandı
521
 Əmir Teymurun     
vəfat  etdiyi  807-ci  (10.VII.  1404  -  28.VI.1405)  il  tarixinə  müvafiq  olaraq  Lus 
ətrafında vəfat etdi.
522 
Quzzi  xan  Oğlan  ibn  Urus  xan  Əmir  Teymurun  Qıpçaq  çölünə  olan   
axırıncı    yürüĢündə  onunla  müttəfiq  idi.  ToxtamıĢ  çıxılmaz  vəziyyətə  düĢdükdən 
sonra Əmir Teymur Cuci ulusunun səltənətini ona verdi. 795-ci ildə (17.XI.1392-
5.XI.1393) onu Amol çayı kənarından   [Qıpçaq]   çölünə göndərdi. 
Teymur Qutluğ xan ibn Teymur Məlik
523
 ToxtamıĢla ədavətinə görə 779-cu 
ildə (10.V.1377 - 29.IV.1378) Əmir Teymurun yanına gəlmiĢ, Qıpçaq çölünə olan 
birinci  yürüĢdə  onunla  müttəfiq  olmuĢdur.  793-cu  ildə  (9.XI.1390  -  28.XI.1391) 
ToxtamıĢın  mağlubiyyətindən sonra  Əmir Teymurun icazəsi ilə  öz  ulusuna  gedib 
taxta çıxdı. 802-ci ildə  (3.IX.1399 - 21.VIII.1400) vəfat etdi. 
ġadi bəy ondan sonra  taxta oturdu.
524
  811-ci  ildə  (27.V.1408  -  15.V.1409)   
(M-283b) vəfat etdi. 
Fulad (Polad) xan ibn ġadibəy xan
525
 hakimiyyət baĢına gəldi və 813-cü ildə   
(6.V.1410 - 24.IX.14P)  vəfat etdi. 
Teymur  Sultan  ibn  Teymur  Qutluğ  xan
526
  padĢah  oldu.  814-cü  ildə 
(25.IV.1411  –  12.IV.1412)  Cəlaləddin  Sultan  ibn  ToxtamıĢ  ona  qarĢı  çıxdı. 
Teymur  Sultan  Cəlaləddin  tərəfindən  məğlub  olub,  Xarəzmə  gəldi.  Xarəzmin 
mühasirəsi ilə məĢğul olan Özbək əmirlərindən Qazan xanın əli ilə öldürüldü. 
Cəlaləddin Sultan ibn ToxtamıĢ xan
527
 ondan sonra padĢah oldu. QardaĢları 
Kərimberdi,
528
 Köpək xan,
529
 Cabbarberdi
530
 Məhəmməd xan
531
 və digər «oğlanları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə