Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

ilə  birləĢdilər.  Qazaq  elə  ki,  bundan  xəbərdar  oldu,  onunla  müttəfiq  olan  özünün 
digər  qardaĢı  Hüseynqulunu,  öz  oğlu  Səfəvi  və  ġəhidoğlu  çağırılan  Etimadinin 
mülazimlərindən  qalanlarının hamısını  onların ardınca göndərdi. 
Quryan ətrafında Ģənbə günü cümadiəl-axır [ayının] 10-da (13 yanvar 1565) 
Mustafa  bəy  və  dostları  məğlub  oldular.  Mustafa  bəy  və  bəziləri  o  mərəkədən 
çıxıb,  özlərini  Safi  Vəli  xəlifənin  məskəni  Kusviyə  qalasına  çatdırdılar.  Əhməd 
bəy, Müseyib bəy bəzi yoldaĢları ilə Hüseynqulu və Səfərin əlinə keçdilər. Onları 
Herata  Qazağın  yanına  apardılar.  Qazaq  adı  çəkilən  Hüseynqulunu  və  nökəri 
Hüseyncan  Təkəlunu  400  atlı  ilə  Safi  Vəli  xəlifə  Rumlunun  üstünə  göndərdi  ki, 
Mustafa bəy və baĢqa qaçqınları onlardan tələb etsinlər. Əgər verməsə güclə, zorla 
(M-265a)  onun  qalasını  tutub,  nə  bacarırlarsa  etsinlər.  Hadisələr  qeybdən  belə 
gətirir  ki, Qazağı dəf etməyə  yollanmıĢ böyük  əmirlərin qaravulları o tərəfə çatır. 
Onun  ardınca  [isə]  Vəli  xəlifə  Rumlu,  Xəlil  bəy  siyah  Mənsur  çatır  və  Qazağın 
qoĢunu ilə vuruĢmağa baĢlayırlar. Qazağın   adamlarının    əksəriyyəti   öldürülür.   
Qılıncdan  keçirilməyənlər  isə  dağılırlar.  Bu  xəbər  Qazağa  çatdıqda  o  hədsiz 
dərəcədə  həyəcanlanıb  istisqa  (qarın  boĢluğuna  su  yığılma)  xəstəliyinə
431
  tutulur. 
Onun  bütün  əzaları  vərəmləmiĢ,  qoĢun  nəfərlərinin  əksəriyyəti  dağılmıĢdı.  Onun 
cavan  bir  oğlu  Səfər  axirət  qapısına  gəlib  çatdı  və  əlindən  bir  iĢ  gəlmədi.  Fitnə-
fəsad  mühərriki  olan  qardaĢı  Hüseynqulu  dilxoĢluq  etməklə  sərdarlıq  məqamında 
idi ki, böyük əmirlərin hamısı birlikdə Pəryan
432
 rəbatında düĢərgə saldılar. Elə ki, 
bu  xəbər  Herata  çatdı,  Qazağın  qoĢununun  qalanı  pərən-pərən  düĢüb  dağılıĢdılar. 
Oğlu Səfər Heratdan çıxıb, Bəlxə tərəf getdi və oradan Hindistana qaçdı. Qazaq az 
bir  adamla;  Ģahzadə  sultan  Məhəmməd  mirzə  və  aləmlərin  ağası  Əbülmöhsün 
sultan Həsən
433
 mirzə ibn Sultan Məhəmməd mirzə ilə Ġxtiyarəddin qalasına gəldi. 
Böyük əmirlər Heratın [üstünə] töküldülər. Təkcə Məsum bəy Səfəvi neçə nəfər öz 
xüsusi  adamları  ilə  Ġxtiyarəddin  [qalasının]  içərisinə  gəldi.  Qazaq  onun  qabağına 
çıxdı. Dərhal Qazaqla birlikdə Qazağın evinə gəlib, mənzillərinin və xəzinələrinin 
qapısını möhürlədi. 
Qazağı cümə [gününün] axĢamı cümadiəl-axır [ayının] 16-da
434
 (19 yanvar 
1565) qaladan çıxarıb bir yerdə həbs etdilər. 
Ali əmrə əsasən fəthnamənin qaralaması hazır olduqda bu bəndə [Əbdi bəy] 
həmin  hadisənin  tarixini  bu  qitədə  nəzmə  çəkib,  Mirzə  Kafidən  sonra  (M-265b) 
haqlı  olaraq  ölkənin  münĢisi  olmuĢ  Məhəmməd  bəy  Köcəci  bəy  vasitəsilə  [ġah 
Təhmasibə] çatdırdı və alqıĢlandı. 
 
QİTƏ 
 
«Allaha Ģükür olsun ki, Ģahın taleindən,  
Heratın camaatı zülm və sitəmdən nicat tapdı.  
Yəni, Ģah o behiĢtə bənzər Ġrəm kimi ərazidən 
Murdar Qazağı dəf etdi. 


Elə ki, ağılın münĢisi fəthnaməni yaratdı,  
Onun tarixini «məmuri-Herat»
435
 yazdı». 
 
Qazağın  ömrü  xəstəliyinə  görə  sona  çatdığı  üçün  bu  vaxt  vəfat  etdi. 
Nəvvabi-kamyab  [ġah  Təhmasibin]  tapĢırığı  ilə  [Heratı]  zəbt  edib,  Qazağın  və 
xidmətçilərinin mallarını ələ keçirən böyük əmirlər ali dərgaha gəldilər. 
Ali  hökmə  əsasən  Heratı  o  vaxt  müqəddəs  MəĢhədin  hakimi  olmuĢ  Əmir 
Qeyb Ustacluya tapĢırdılar. O, Herat hökumətini idarə etməyə baĢladı. 
Sultan  Ġbrahim  mirzə  müqəddəs  MəĢhədə,  Bədiüz-zaman  mirzə  Sistana 
getdi. BaĢqa əmirlər bütün dünyanın pənahı  [ġah Təhmasibin]  dərgahına gəldilər. 
Bu  ildə  dünya  əhlinin  Ģahzadəsi  sultanəli  mirzəni  Gəncə  və  Bərdəyə 
göndərib, Ġbrahim bəy Ziyad oğlu Müsahib Qacarı onun lələsi etdilər. 
Dünyanı  qoruyan  qüdrətli  Ģahzadə  sultan  Mahmud  mirzə  ġirvana 
göndərildi.  Onun  lələliyinə  oranın  hakimi  Abdulla  xan  Ustaclu  təyin  olundu. 
Həmçinin  bu  ildə  məzkur  Abdulla  xan  öz  əsəli  ilə  vəfat  etdi.  Oğlu  Əmir  Həmzə 
bəy müvəqqəti olaraq atasının yerinə keçib, onun qoĢununa sahib oldu. 
Həmçinin  bu  ildə  Xorasan  vəziri  Ağa  Kəmali  vəzifəsindən  götürüldü.  O 
cənaba  son  dərəcə  yaxın  olan  oğlu  Ağa  Cəmali  tutulub  həbs  edildi.  Onun  pis 
əməlləri  Qəzvin  Ģəhəri  və  bazarının  ortasında  xalqa  çatdırıldı.  Bir  neçə  vaxtdan 
sonra onu Ələmut qalasına göndərdilər. 
«Həmçinin günahkarları cəzalandırırıq»
436
 
 
BEYT 
 
«Hər Kəmalinin   (M-266a) zavalı öz ləpirindədir,  
Onun kamalının nə qədər olduğunu kim bilir?»  
Gizli qalmasın ki, bu ilin əvvəlində: 
 
ŞER 
 
«ġaban ayının 12-si geəsi, s 
Səhərə qədər ulduzlarla hərəkət edirdi.  
Yəqin fərvərdin ayının 4-cü gecəsinin sabahı pəncĢənbə [günü] idi. 
Hicri 972-ci ildə  
Dövran arzuya doğru hərəkət etdi. 
Dünyanı iĢıqlandıran GünəĢ Həməl (Quzu) [bürcündə], 
Ay Sünbülə [bürcündə] müsəlləsə (üçlük) tapmıĢdı. 
GünəĢ Ģərəfdən dünyaya iĢıq verirdi, Ayı isə Ģərəfdən iĢıq toplayırdı.  
ġərəf evi təbəqəyə düçar olub
(Merkuri) [səyyarəsi ilə] dost oldu.  
Hut (balıq) [bürcündə] Utaridlə 


Tir (Merkuri) Zöhrə (Venera) [səyyarəsi] ilə bir oturdu.  
Ay MüĢtəri (Yupiter) [səyyarəsi]  ilə yaxınlaĢdı.  
Dəlv (12 bürcün sıra ilə birincisi) Mərrix (Mars)  
[səyyarəsini] məskən etdi. 
Zühəl  (saturn) [səyyarəsi] Əsədin (ġir) [bürcünün] 
daxilində yerləĢdi.  
Qövs [bürcü] (GünəĢin noyabr ayında daxil olduqu bürc) 
Horizontda mənzil tapdı. 
Zənəb (Quyruqlu ulduz bürcü) Cövzanın  
(Ekizlər bürcünün) iki Ģaxəsi içərisində idi.  
KəhkəĢan (Haçılar yolu, səmada ağ yol kimi görünən 
ulduzlar yığını) Ümid tərəfə yol göstərdi.  
Ömrün uzunluğundan yeni xəbər verdi.  
Dünyaya nur səpən Ayın qübbəsi  
ġahın dövləti kimi tərəqqidə idi».
437
 
 
Pak  olan  imamların  sonuncusu,  aləmlərin  tərbiyə  verəni,  Allahın  dəlili, 
əsrin, zəmanənin ağası, əla-həzrət Əbülqasim Məhəmməd ibn əl-Həsən əl-Mehdi-
Allahın yer üzərindəki xəlifəsi ona və ata-babasına hər bir zaman və hər bir anda 
Allahın  xeyir-duası  və  salamı  olsun  -  iltifatının  nurundan  pakizə  xasiyyətli  Ģahın 
əhvalının  meydanına  düĢdü  və  öz  mübarək  üzünü  yuxuda  o  həzrətə  (ġah 
Təhmasibə)  göstərdi.  Onların  arasında  baĢqa  bir  mənzumədə  müfəssəl  Ģərhini 
tapacaq  söhbət  oldu.  Sabahısı  köməklik  göstərən  Allahın  kölgəsi  olan  Ģah-Allah 
onun  mülkünü  və  səltənətini  əbədi  etsin  -  məxluqat  üçün  onun  xeyirxahlığını, 
ədalətini  və  ehsanını  bol  etsin  -  ölkənin  tamğa  [vergisini]  (hər  cür  qayda  və 
qanunla  olursa-olsun)  bağıĢladı.  Ali  əmrə  əsasən  onun  (tamğanın)  alınmasından 
vaz keçdilər. Bu [tamğa] təxmini hesabla 30 min tüməndən artıq idi. Onun cavabını 
on  dörd  məsumə  bağıĢladı.  Allah  onu  cənabından  pak  olan  imamların  hörmətinə 
qəbul  etsin.
438 
Bu hadisə əlahiddə nəzmə çəkildiyindən burada bununla kifayətlənildi. 
Pələng  ili  (mart  1566-mart  1567)  -  bəzi  ayları  (M-267b)  973  ayları  isə 
[97]4-cu  ildə  (29.VII.1565-7.VII.1567)  vəzarətə  çatmıĢ  Mir  Seyid  ġərif  Baqi 
ramazan  ayında  (mart-aprel  1556)  vəfat  etdi.  Bu  fəqir  (Əbdi  bəy)  onun  vəfat 
tarixini belə nəzmə çəkdi: 
 
ŞER 
 
«Ey  ürək, həqdən elə ki, fərman çatdı,  
Az və ya çox necə nəfəs almaq olar?  
Dünyada qələm və qılınc əhlinə iĢ buyuran  
Seyid ġərif [də] getdi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə