Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

ÇərĢənbə  günü,  ramazan  ayının  14-də  (17  oktyabr  1548)  dünyanı  dolaĢan 
[ġah  Təhmasibin]  ordusu  Ərzincandan  çıxıb,  Azərbaycana  tərəf  geri  qayıtdı. 
ġəvval  ayının  əvvəllərində  (noyabrın  əvvəllərində)  xeyir  və  xoĢbəxtliklə 
Çuxursədin Üçkilsə
365
  ətrafı  qalib  ordunun  düĢərgəsi  oldu.  Bu  vaxt  Vanın  hakimi 
ġahəli  Sultan  Çəpəni  Xandigarın  mühasirəsinə  davam  gətirməyib,  Vanı  onlara 
(osmanlılara) təslim etdiyi üçün Ġsmayıl mirzə, Abdulla xan və Gögcə Sultanı oranı 
tutmaqa göndərdilər. [ġah Təhmasib] özü ġəki və Arran Qarabağını (B-269b) istila 
etmək  üçün  yola  düĢdü.  Sevindik  bəy  qorçibaĢı  ƏfĢarı  böyük  qorçilərlə  [Kür] 
çayından  keçirib  ġəkiyə  göndərdi.  [ġah  Təhmasib]  özü  isə  [Ġsmayıl]  mirzə  və 
əmirlərin gəlməsini gözlədiyi üçün Kür çayını seyr etməyə baĢladı. 
Xandigar [Sultan Süleyman] və Əlqas qayıtdılar. [Əlqas] Xandigardan icazə 
istədi  ki,  mühasirəni  dəf  etmək  üçün  Bağdad  (M-251b)  və  Kürdüstan  tərəfdən 
özünü  Əcəm  Ġraqına  çatdırıb,  Ġsfahana  qədər  getsin,  fürsətdən  istifadə  edib 
QızılbaĢın köç evini ələ keçirsin və Ġraqı iĢğal etsin. Xandigar, vəziyyət tələb etdiyi 
üçün, ona icazə verir və bunu nəzərdə tutur ki, əgər [Əlqas] Əcəm Ġraqı sərhəddinə 
getsə və bu xəbər nəvvabi-ali [ġah Təhmasibə] çatsa, [o] , həyəcanlanar və narahat 
olub Rumdan geri qayıdar. 
Əlqas  Ģəvval  [ayının]  3-də  (5  noyabr  1548)  Bağdad  yolu  ilə  Həmədana 
gəlib,  Bəhram  mirzə  və  Çıraq  sultanın  ordusunu  qarət  etdi.  Bəhram  mirzənin 
kənizlərini öz yaxın adamlarına verdi. Bəhram mirzənin oğlu Bədiüzzaman mirzəni 
özü ilə götürüb, Qum və KaĢana yola düĢdü. Bu iki Ģəhərdə sənətkarların və girov 
saxlayanların əlində Ģahlıq mal-dövlətindən nə vardısa, aldı və dayanmadan özünü 
Ġsfahanın  qapısına  çatdırdı.  ġahın  hərəmxanasındakı  bütün  kənizlər,  əmirlərin, 
vəzirlərin,  yaxın  adamların  və  ordu  əhlinin  köç  evinin  hamısı  o  Ģəhərdə  olduğu 
üçün  Seyid  bəy  Kəmunə  və  Hərəmxana  qorçilərinin  yasavulbaĢısı  Süleyman  bəy 
Mülkən  oğlu  Zülqədər  məzkur  qorçilərlə  mühafizə  ilə  məĢğul  oldular.  Seyidlər, 
Ġsfahanın  nəqibi,
366
  kələntərlər,  ərbablar  və  əhali  ona  görə  onlara  qoĢuldular  ki, 
dinin  pənahı  olan  Ģah  bizə  etimad  edib,  öz  köç  evini  bizim  Ģəhərə  göndərib, 
mərdlik edib Ģəhəri qoruyun, Əlqasın daxil olmasına imkan verməyin. 
Seydi  Qulu  Kərdur  Məzyar  Həmədandan  Əlqasın  Ġraqa  gəlməsi  xəbərini 
tam sürətlə Kürün kənarında nəvvabi-ali [ġah Təhmasibə] çatdırdığı üçün o, həmin 
saat Ġsmayıl mirzə və əmirləri Van yolundan qaytardı. 
[ġah  Təhmasib]  ġirvan  hökumətinin  [idarəsini]  Abdulla  xan  Ustacluya 
verib,  əvvəlcə  Bəhram  mirzəni  [Əcəm]  Ġraqına  göndərdi.  Özü  onun  ardınca  yola 
düĢdü.  [ġah  Təhmasib]  bu  qıĢda  Xalxal  və  Tarım  yolu  ilə  Qəzvinə  təĢrif  gətirdi. 
Bəhram  mirzənin  hərəkəti  və  nəvvabi-kamyabın  (ġah  Təhmasibin)  ona  tərəf 
gəlməsindən  Əlqas  qorxuya  düĢərək,  (M-252a)  həmin  gün  Ġsfahandan  çıxıb,  fars 
[vilayətinə]  yola  düĢdü.  Elə  ki,  Yəzdxast  qalasına  çatdı,  oranı  tutub  qətl  və  qarət 
etdi. Dayanmadan ġüĢtərə çatıb, oranı mühasirə etdi.
367
 
ġahmir  sədr  [adı  ilə]  məĢhur  olan  seyid  ġəmsəddin  Əsədüllahın  adlı-sanlı 
övladları,  xüsusilə  Mir  seyid  Əli  və  Mir  Əbdülvahab  əl-ələ  verərək  məmləkəti 


(ġüĢtəri) möhkəmləndirib onu müdafiəyə qalxdılar. Əlqas orada da bir Ģey əldə edə 
bilməyib  Dizfula,  oranı  da  ələ  keçirə  bilməyib,  Bayat  qalası  yolu  ilə  Bağdada 
kedir.
368 
Böyük bir ordu ilə Ġraqa gəlmiĢ Bəhram mirzə KaĢanda Əlqasla əlbir olub, 
nifaq salan riyakarları cəzalandırır. 
Ataları  tutulub  həbs  edilmiĢ  ġəhriyari  [adı  ilə]  məĢhur  olan  Rəis  Mir  Əli 
saruqinin  övladı  öz  təhsildarı  Məhəmmədi  bəy  Qacarla  Əlqasa  kömək  ümidi  ilə 
üsyan  edir.  [Məhəmmədi  bəy]  kobudluq  etdiyi  üçün  öldürülür.  Onlar  özlərini 
Əlqasa  çatdırıb,  onun  xələtlərini  geyir,  tamahkarlıq  etməyə,  fəsad  törətməyə  və 
qoĢun  toplamağa  baĢlayırlar.  Bu vaxt  isə  yuxarıda  qeyd edildiyi  kimi,  Əlqas  yox 
idi. [O, Bağdada tərəf getmiĢdi]. 
Bəhram mirzə tənbeh etməkdən qayıdır. Ordu, qarətə gedib, kefi kök halda 
KaĢana  çatır.  Yuxarıda  qeyd  olunan  əməlləri  etmiĢ  məzkur  övladlar  layiqincə 
cəzalandırılır. Ondan sonra öz yurduna gedir və ordusunu nizama salmağa baĢlayır.  
Toyuq  ili  (mart  1549-mart  1550)  əksər  [ayları]  956-cı  ildə  (30.I.1549-
19.I.1550) qələbə ayəli bayraqlar (ġah Təhmasib) rəbiüs-sani (ayının) 9-da (8 may 
1549) Qəzvindən çıxıb, Həmədan yaylağına tərəf yola düĢdü. Oradan köç edə-edə 
Kürdüstana yollandı. 
Əlqas  rumlulardan  üz  çevirib  ġəhrəruz  ətrafında  dayandığı  üçün  Bəhram 
mirzənin  oğlu  Bədiüzzaman  mirzəni  özünün  günahlarının  bağıĢlanması  vasitəçisi 
kimi  ali  dərgaha  göndərdi  (M-252b)  və  öz  nökəri  Qaraca  Mirəki  ona  qoĢdu. 
Nəvvabi-kamyab (ġah Təhmasib) bir neçə dəfə imam Rzanın nurlu, müqəddəs, ali 
astanasının  -  orada  yatana  min  xeyir-dua  və  salamlar  olsun-xadimbaĢısı  Mir 
Əbdüləzim  Babelqani  kimi  seyidləri  saysız-hesabsız  nəvaziĢlərlə  Əlqasın  yanına 
göndərdi  ki,  onu  əfv  edib,  bağıĢlayacağına  ümidvar  etsinlər.  O,  ali  dərgaha 
gəlməyə  tərəddüd  edirdi.  Bu  vaxt  Rum  qoĢununun  üstünə  gecə  basqını  etdi  və 
onun  adamları,  Qazanın  ordusu  Səncərin  adamlarını  dağıtdığı  kimi,  dağıldılar. 
[Əlqas] əlacsız qalıb Kuhistana Bəkənin qardaĢı Sorxabın Ərdəlan ölkəsinə pənah 
aparır.  [ġah  Təhmasib]  Mir  Əbdüləzimdən  sonra  ġah  Nemətüllah  Baqi  ibn  Mir 
ġəhid  Əbdülbaqi  Nemətüllah  Yəzdini  Əlqasın  yanına  göndərdiyi  üçün  seĢənbə 
günü  ramazan  [ayının]  9-da  (1  oktyabr  1549)  onu  20  nəfərlə  Marağanın 
Miyanduab  adlı  məntəqəsində  [ġah  Təhmasibin]  ali  dərgahına  gətirdilər.  Ġki 
gündən  sonra  [ġah  Təhmasib]  Ġbrahim  xan  Zülqədər  və  Həsən  bəy  YüzbaĢı 
Ustaclunun  müĢayiəti ilə  onu MiĢkin tümənində  olan Qəhqəhə  qalasına  göndərir. 
Rəbiül-əvvəl [ayının] 25-də gözətçilərdən iki nəfəri ataları və qardaĢlarının qisasını 
alaraq,  onu  qaladan  [aĢağı]  atırlar.  Bununla  o,  həlak  oldu  və  onun  Ģəri  aradan 
getdi.
368a
 
Həmçinin  bu  vaxtlarda  Bəhram  mirzə  xəstələnib,  ramazan  ayının  19-u 
gecəsi  (11  oktyabr  1549)  Allahın  rəhmətinə  getdi.  Onu  ins  və  cinsin  imamının 
müqəddəs məĢhədinə aparıb, orada dəfn etdilər. [Öləndə] 33 yaĢı vardı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə