AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU
“Dalğa dinamikası” şöbəsinin 2017-ci ilin yarımillik
HESABATI
ELMI FƏALIYYƏTI HAQQINDA
Hesabat dövründə şöbədə “Bütöv mühitlə təmasda olan prizmatik
cisimlərin və örtüklərin dinamikası” mövzusunda elmi iş üzrə tədqiqatlar
aparılır. Şöbənin 11 əməkdaşı var. Onlardan 10 nəfəri elmi işlə məşğuldur. Birinci
yarım ildə 10 məqalə çapa göndərilmiş, 5 məqalə çapdan çıxmış, 3 məqalə çapa
qəbul olunmuşdur.
Məqalə çapa göndərilmiş-10
Məqalə çapdan çıxmışdır-5
Məqalə çapa qəbul edilmişdir-3
Elmi təşkilati fəaliyyət haqqında
Hesabat dövründə İnstitutun ümumi seminarında şöbənin əməkdaşları
tərəfindən 1 elmi məruzə edilib. Şöbənin əməkdaşları tərəfindən
hesabat dövründə
18 elmi məqalə çapa verilmişdir. Onlardan 5 məqalə və 3 tezis çap edilmişdir. 5
məqalə xarici jurnallarda çapdan çıxmışdır.
Şöbənin əməkdaşı Rəsulova N.B., AAK –da ekspert şurasında çalışır.
Şöbənin əməkdaşı Seyfullayev Ə.İ. - Dissertasiya Şurası nəzdindəki tematik
seminarda fəaliyyət göstərir, eyni zamanda hesabat dövründə bir dissertasiya işinə
opponent olmuşdur.
Şöbənin əməkdaşları Ağalarov C.H. , Rüstəmova M.A., Məmmədova G.A.,
Seyfullayev F.Ə. elmi pedaqoji fəaliyyətlə məşğuldurlar.
Şöbənin əməkdaşı Zamanov A.D. Latviyada (Riqa) rus dilində, ABŞ-da
(Nyu-York)
ingilis dilində nəşr olunan, impakt faktor göstəricili “Mechanics of
Composite Materials” beynəlxalq elmi jurnalının Redaksiya Heyətinin üzvü,
«Mexanika-maşınşünaslıq» beynəlxalq elmi jurnalının
baş redaktorunun müavini,
«Nəzəri və tətbiqi mexanika» beynəlxalq elmi jurnalının baş redaktorunun müavini
olaraq fəaliyyət göstərir.
28 avqust-1sentyabr 2017-ci il tarixlərdə Koreyanın Seul şəhərində
keçiriləcək Beynəlxalq konqresə (ASEM17 World Congress on Advances in
Structural Engineering and Mechanics) məqalə (A.D.Zamanov, M.İ.İsmayılov,
S.D.Akbarov “On some particularities of the influence of the fluid viscosity on the
frequency response of a viscoelastic plate loaded with this fluid”) təqdim edib.
A.D.Zamanov, M.İ.İsmayılov, S.D.Akbarov “Some particularities of the
influence of the fluid viscosity on the frequency response of a viscoelastic plate
loaded with this fluid” məqaləm impact factor göstəricili Mechanics of Composite
Materials Beynəlxalq jurnalında çapdadır
ADPU-nun nəzdindəki FD02.061 Dissertasiya Şurasının sədr müavini,
“Mechanics of Composite Materials” beynəlxalq elmi jurnalının redaksiya
heyətinin üzvü, Mexanika-maşınqayırma beynəlxalq elmi jurnalının, Nəzəri və
tətbiqi mexanika, Pedaqoji Universitetin Xəbərləri (Humanitar, ictimai və
pedaqoji-psixoloji elmlər seriyası, Riyaziyyat və təbiət elmləri seriyası)
jurnallarının baş redaktorunun müavini, Musiqi elmi, mədəniyyəti və təhsilinin
aktual problemləri, Təhsildə İKT jurnallarının redaksiya şurasının sədr müavini,
Tarix, insan və cəmiyyət, Azərbaycan məktəbi jurnallarının redaksiya heyətinin
üzvü kimi fəaliyyət göstərir.
Azərbaycanda keçirilən 9-a qədər Beynəlxalq və respublika səviyyəli elmi
konfransların Təşkilat Komitəsinin sədri və sədr müavini olmuşdur.
17-19 may 2017-cil il tarixlərdə Başqırdıstan Respublikasının Ufa
şəhərində keçirilən Rusiya Federasiya və Azərbaycan Respublikası ali təhsil
müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmişdir.
Hazırda iki doktorantın (E.Ağasiyev, G.Ələkbərova) dissertasiya işinə elmi
rəhbərlik edir.
Şöbənin əməkdaşı Ə.İ.Seyfullayev tərəfindən “Некоторые
задачи
механики разрушения многослойных материалов с трещинами” adlı
monoqrafiyası çapdan çıxmışdır. Bundan əlavə Ə.İ.Seyfullayevin “Задачи
механики разрушения и динамики неоднородных сред” adlı mexanika üzrə
doktorluq dissertasiyası hazırlanıb AAK-ya təqdim olunub.
Şöbənin əməkdaşları Ə.İ.Seyfullayev, Məmmədova G.A., F.Ə.Seyfullayev
04-05 may 2017-ci ildə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət
elmlərinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda
iştirak etmişdilər.
Konfransa Ə.İ.Seyfullayev, G.A. Məmmədova “Исследование свободных
колебаний
ребристой
конической
оболочки
содержащего
упруго
подвешенную массу находяшего в упругой среде”, F.Ə.Seyfullayev
“Daxilindən maye axan tillər sistemi ilə bərkidilmiş anizotrop silindrik örtüyün
sərbəst rəqslərinin tədqiqi ” adlı tezis təqdim ediblər.
Bu konfransda F.Ə.Seyfullayev təşkilat komitəsinin tərkibinə daxil
olub.Bundan əlavə F.Ə.Seyfullayev Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə
2015-ci ildə elan edilmiş AMEA İqtisadiyyat İnstitutu ilə birgə “Milli
valyutanın devalvasiya şəraitində makroiqtisadi sabitliyinin modelləşdirilməsi “
qrant müsabiqəsinin iştirakçısı olmuşdur.
Şöbənin əməkdaşları institutun seminarlarında aktiv iştirak ediblər. İşə
davamiyyət qənaətbəxşdir.
Dalğa dinamikası
şöbəsinin rəhbəri: f.-r.e.d., prof.Ağalarov C.H.