AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ
AZƏRBAYCANIN FƏXRİ-AZƏRBAYCAN GƏNCLƏRİ
Biblioqrafik icmal
BAKI – 2016
"XXI əsr gənclərin əsridir. XXI əsr
Azərbaycanda
gənclərin
müstəqil
dövlətimizi qurub - yaratmaq və inki-
şaf etdirmək dövrüdür".
Ümummilli lider Heydər Əliyev
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə
gənc nəslə bağlayıb. Çünki, gənclik gələcəyin özü, böyük güc, böyük arzular,
böyük ümidlər və sağlam düşüncə deməkdir. Gənclik gələcəkdir, inkişafdır ,
tərəqqidir.
Müasir dövrdə də gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca
məsələdir. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə
çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və
dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi
nailiyyətlər qazanıblar. Təbii ki, bu uğurların formalaşmasında dövlətimizin
apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə
xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük
ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin
əlindədir. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib
hissələrindən biri hesab edir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən
mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Heydər Əliyevin 1995-ci ildə Gənclər Forumunun keçirilməsi ilə bağlı
təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin I və II
forumları keçirildi. Heydər Əliyevin gənclərin I və II formlarındakı proqram
xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc
nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi
əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyuldu. 1996-cı il fevralın 2-
də keçirilən Gənclərin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında
tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq
müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir".
Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi.
I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını
nəzərə alaraq Heydər Əliyev 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin
keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. 20 ildi qeyd
etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə
məhz Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan
sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd
olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si
gənclər günü elan edilib.
Azərbaycanın gənclər siyasəti Prezident İlham Əliyevin dövründə də diqqət
mərkəzində olub. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və
düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət
idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə İlham Əliyevin
2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının
(2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı da gənclərə dövlət
qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə
bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq
gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər
həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı
reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir.
Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən
təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr
qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2007-ci il ölkədə "Gənclər ili" elan edilmişdir.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes
strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini
verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60
faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri
gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. 2008-2011-ci illərdə
Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib.“2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil
almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azərbaycanlı gənc
ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın
ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə
fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər
də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumat-
landırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş
mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər
aktualdır.
Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olun-
ması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradıl-
masını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.
6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən “Azərbaycan gənc-
liyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır.
Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini
daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait
yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni
mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl
ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli
yararlanmasına şərait yaradacaqdır.
Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə
həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.
Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar,
yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm
öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə
edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir
gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul
etməlidi.
Artıq 20 ildir 2 fevral - Azərbaycan gənclər günü ölkəmizdə geniş şəkildə
qeyd olunur. Bizim kitabxana gənclər kitabxanası olduğu üçün gənclərlə bağlı
qəbul olunan dövlət sənədləri də ilk növbədə kitabxananın saytında (www.ryl.az)
yerləşdirilir . Belə sənədlərdən “Müstəqil Azərbaycan Respublikası gənclərinin
birinci forumunun keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azər-
baycan Respublikası Prezidentinin Fərmanı” və "Gənclər siyasəti haqqında
Azərbaycan Respublikasının Qanunu”nun tam mətnini kitabxananın saytından
oxuya bilərsiniz.
Bu il Gənclər günü münasibətilə keçirilən tədbirdə "Azərbaycanın fəxri -
Azərbaycan gəncləri" başlığı altında təşkil olunmuş sərgidə dövlətin gənclər
siyasətini əks etdirən kitabların biblioqrafik icmalı:
1. Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir.-Bakı: Azərbaycan
nəşriyyatı, 2003.-144 s.
Kitabda Azərbaycan Respublikasının dövlət müs-
təqilliyi bərpa olunduqdan sonra keçən dövr ərzində təhsil,
mədəniyyət, incəsənət və digər sahələrdə yüksək nailiyyətlər
əldə etmiş və beynəlxalq idman yarışlarında dövlət
bayrağını ucaldan uşaq, yeniyetmə və gənclər haqqında
məlumatlar əks olunub
.
Dövlətin gənclərə göstərdiyi qayğı
və diqqət nəticəsində Azərbaycan gənclərinin müxtəlif
sahələrdə əldə etdiyi bu uğurları qiymətləndirmək, əldə edilən yüksək nailiyyətləri
əhalinin bütün təbəqələri arasında təbliğ etmək və gənclərin imkan və bacarıqlarını
reallaşdıra bilmələri üçün bundan sonra da geniş stimullar yaratmaq məqsədilə
Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bu kitab hazırlanmışdır. Kitabın
redaktoru və ön sözün müəllifi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdir.
Siz bu kitabla yaxından tanış olsanız gələcəyimiz olan Azərbaycan gənclərinin nə
qədər bacarıqlı və istedadlı olduğuna bir daha əmin ola bilərsiniz.
2. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları
/ red. N. Məmmədov [və b.] ; foto: R. Bağırov, O. Aydınoğlu. -
Bakı : "Abşeron Nəşr" MMC, 2013. - 224 s.
Əgər bu gün söhbət gənclərdən gedirsə biz birinci növ-
bədə canını Vətənə sipər edən gənclərimizdən danışmalıyıq.
Sizə təqdim etdiyim bu kitabda Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azər-
baycanın Milli Qəhrəmanı adına layiq görülmüş 193 şəhid
Milli Qəhrəman ailələri və 18 sağ Milli Qəhrəmanlarla
Ümimmilli Liderimiz Heydər Əliyevin görüşlərindən, onlara göstərilən diqqət və
qayğıdan bəhs edilir. Bu kitabı oxumaq və qəhrəmanlarımızın keçdiyi şərəfli həyat
yolundan ibrət götürmək hər bir Azərbaycan vətəndaşının borcudur.
3. Əliyev, Rza Fərəc oğlu. Susmayan qeyrətimiz (Azəri Aslanı) : oçerk
/ R.F.Əliyev; rus dilinə tərc. N. Məhərrəmzadə ; ing. dilinə tərc. S. Gültən. - Bakı :
Mütərcim, 2011. - 124 s. - Azərbaycan, rus və ingilis dillərində.
Bu kitab Biləsuvar rayonundan hərbi xidmətə gedib Tərtər rayonunun “N”
saylı hərbi hissəsində xidmətdə olan əfsanəvi qəhrəman Mübariz İbrahimovun
ömür yoluna həsr olunub. Kitabda XXI əsrin əfsanəvi qəhrəmanı Mübariz
İbrahimovun iyunun 18-dən 19-na keçən gecə Talış- Borsunlu istiqamətində
Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşmən tərəfə keçərək
təkbətək döyüşdə onlaraı ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak
olmasından, xalqımızın igid oğluna olan sonsuz ehtiram və sevgisindən danıışılır.
4. Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi / tərt.:
Z. N. Adıgözəlov,
İ. Ə. Mustafayev ; red. M. Q. Qurbanlı. - Bakı : QAPP-
POLİQRAF Korporasiyası, 2003. - 368 s.
Gənclər tərəfindən hazırlanmış bu topluda Heydər
Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı,
müxtəlif sahələrdə dahi siyasətçinin apar-dığı uğurlu daxili
və xarici siyasət öz əksini tapmışdır. Dörd fəsldən ibarət olan
kitab “Müstəqilliyə aparan yolda atılan mühüm addımlar” fəsli ilə başlayır. Bu
fəsldə Heydər Əliyevin 1969-1987- ci illərdə həyata keçirdiyi uğurlu
fəaliyyətindən bəhs olunur.
Kitabın “Azərbaycanda aparılan uğurlu siyasət beynəlxalq aləmdə onun
nüfuzunu yüksəldir” adlanan ikinci fəslində müstəqillik illərində Heydər Əliyevin
həyatın bütün sahələrində gördüyü işlərə və xalq üçün yaratdığı şəraitə həsr edilib.
Kitabın III fəsli “Heydər Əliyev məktəbinin ən layiqli davamçısı” adlanır və
cənab İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı, AŞPA-dakı uğurlu
fəaliyyəti, həmçinin onun rəhbərliyi ilə milli olimpiya hərəkatının geniş vüsət
almasından bəhs olunur.
“ Heydər Əliyevin gənclərlə bağlı etdiyi çıxışlar, verdiyi fərman və sərən-
camlar” fəsli kitabın sonuncu fəslidir. Bu fəsldə Heydər Əliyevin rəhbərliyi altında
müstəqil Azərbaycanda yaranan və fəaliyyət göstərən gənclər təşkilatlarının
siyahısı dərc edilmişdir. Kitabın ön sözünün müəllifi keçmiş millət vəkili Siyavuş
Novruzovdur.
5. Azərbaycanın gələcəyi etibarlı əllərdədir / Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi. - Bakı : Azərnəşr, 1999. - 152 s.
Kitabda görkəmli ictimai-siyasi xadim, dünya miqyaslı siyasətçi, böyük
tarixi şəxsiyyət Heydər Əliyev cənablarının gənclərimiz və idmançılarımız, eləcə
də yeniyetmə və uşaqlarla bağlı keçirilmiş bəzi tədbirlərdə etdiyi çıxış və nitqləri,
gənclərin və idmanın müxtəlif məsələləri ilə ələqadar imzaladığı fərman və
sərəncamlar, bəzi tarixi anları əks etdirən foto şəkillər toplanmışdır.
6. Yeniyetməlik dövrünün yol xəritəsi.-Bakı: Xəzər
nəşriyyatı, 2009.-126 s.
Gənclik həyatın baharı...Gözün işıqlı, dizin təpərli,
biləyin bükülməz vaxtı... Ruhun coşduğu, qanın damarlarda
qaynadığı vaxt.
Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı illərdir.
Hər şeyi tanımağa başlayan, dərk etməyə çalışan, bəzən
hissinin əsiri, bəzən məntiqinin hakimi, bəzən də
düşüncəsinin məhkumu olan yeniyetmə diqqət və qayğıya , istiqamətləndirməyə,
başa düşməyə möhtacdır və bu faktorlar onun onun formalaşmasında mühüm rol
oynayır. Məhz bu zaman ona əl uzadan, yiyə duran olsa və bu əl xeyirxahdırsa, o,
bütün insani keyfiyyətlərə malik ağıllı, savadlı gənc kimi yetişər! Xalqına, ölkəsinə
faydalı vətəndaş kimi müstəqil həyata atılar.
Sizə təqdim etdiyim bu kitab gəncliyin üzləşdiyi problemlərin həllinə
kömək, bu sahədə olan boşluqları doldurmaq məqsədilə yazılan bir əsərdir və geniş
oxucu kütləsi üçün nəzərdə tutulub.
İcmalı hazırladı:
İnformasiya-biblioqrafiya şöbəsinin
böyük kitabxanaçısı
Məmmədova Tamella
02.02.2016
Dostları ilə paylaş: |