1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Ələkbər Qurbanov, Aysəba Məmmədova, Gülzar Şadlinskaya
Kimyanın tədrisi metodikası praktikumu
BAKI- 2014
2
Tərtib edənlər:
Prof. Ə.N. Qurbanov, dos. A.Z. Məmmədova,
b/m. G.Şadlinskaya
Elmi redaktor: dos. A.Z. Məmmədova
Rəyçilər: Ə.T.Əzizov
BDU-nun dosenti, kimya üzrə fəlsəfə doktoru,
Respublikanın Əməkdar müəllimi
M.X. Fərəcov
ARTPİ – nin böyük elmi işçisi, pedaqogika üzrə
fəlsəfə doktoru
M.N. Hüseynov
Ümumi kimya və KTM kafedrasının dosenti, kimya
üzrə fəlsəfə doktoru
C.B.Musayev
Ümumi kimya və KTM kafedrasının dosenti kimya
üzrə fəlsəfə doktoru
Ə.N.Qurbanov, A.Z. Məmmədova, G.V.Şadlinskaya. Kimya tədrisi
metodikası praktikumu. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, ADPU – nun
nəşri, 2014, 386 s.
Ali məktəblər üçün nəzərdə tutulmuş “Kimya tədrisi metodikası praktikumu” dərs
vəsaitində kimya eksperimentinin texnikası və metodikasının ümumi məsələləri,
təhsilin müasir tələblərinə uyğun olaraq məktəb kimya kursununun əsas bölmələri
üzrə kimya eksperimentinin aparılması metodikası, kimya fənni kurikulumu üzrə
müasir planlaşdırma üsulları və qiymətləndirmə sistemi, inteqrasiya, fəal təlimin
üsulları ilə tərtib edilmiş dərs nümunələri, dərsin təhlili metodikası verilir. Vəsaitdə
həmçinin gələcəyin müəllimləri olan tələbələrə kömək məqsədi ilə müasir təhsildə
aparılan islahatlar, kurikulum islahatı, kimya fənni kurikulumunun məzmunu,
quruluşu, təlimin təşkili forması, üsulları və sonda müasir kimya müəlliminin
funksiya və vəzifələri, müasir təhsildə işlədilən anlayış və terminlərə aid pedaqoji
lüğət verilir. Dərs vəsaitindən pedaqoji universitetlərin müəllimləri, magistr və
tələbələri, həmçinin ümümtəhsil məktəblərinin kimya müəllimləri istifadə edə bilərlər.
3
ÖN SÖZ
Azərbaycanda ümumi təhsilin məzmununun yeniləşdirilməsi ilə əlaqədar
aparılan Kurikulum islahatının nəticəsi kimi hazırlanan yeni fənn kurikulumları ilə
tədrisin aparılması təhsil iştirakçıları qarşısında ciddi tələblər qoyur. Belə tələblərdən
biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda
göstərildiyi kimi “Təfəkkür” məktəbinin prinsiplərinə uyğun yeni dərsliklərin
hazırlanmasıdır. Bu baxımdan orta məktəblə bilavasitə bağlı olan kimya fənninin
tədrisinə
dair
praktikum
kitabının
da
müasir
tələblər
səviyyəsində
təkmilləşdirilməsinə zərurət yaranır. Bundan əlavə kimya tədrisi üsuluna aid hazırda
tələbələrin istifadəsində olan Ə.Xəllilov və Ə.Əzizovun “Kimya tədrisi üsulu
praktikumu” kitabının sayı kifayət qədər deyildir.
Yuxarıda deyilənləri nəzərə alaraq ali məktəbin kimya və kimya-biologiya
ixtisaslarının tələbələri üçün ümumi təhsilin müasir tələblərinə cavab verən “Kimya
tədrisi üsuu praktikumu” dərs vəsaitini hazırlamağı məqsədəuyğun hesab etdik.
Vəsaitdə yeni tərtib edilmiş proqrama əsasən kimya eksperimentinin texnikası və
metodikasının ümumi məsələləri, məktəb kimya kursunun əsas mövzuları və
bölmələri üzrə kimya eksperimentinin aparılması metodikası, kimya fənni
kurikulumunun məzmununun tələbləri olan yeni planlaşdırma və qiymətləndirmə
sistemləri, fəal dərsə aid bütün məlumatlar, nümunələr, müasir kimya müəlliminin
funksiya və vəzifələri ətraflı verilmişdir. Kitabda bəzi məsələlərin yazılmasında
qüvvədə olan “Kimya tədrisi üsulu praktikumu” kitabından və rus dilində olan
kitablardan istifadə edilmişdir. Sonda müasir təhsildə işlədilən yeni anlayışların
mahiyyətinin tələbələr tərəfindən öyrənilməsi üçün onlara aid pedaqoji lüğət
verilmişdir.
Vəsaitdə nəzərə çarpa biləcək çatışmayan cəhətlər, məzmunu və quruluşunu
təkmilləşdirə bilən rəy və təklifləri yazılı şəkildə bizə göndərəcək oxuculara öncədən
təşəkkürümüzü bildiririk.
4
Kitabdan kimya istiqaməti üzrə pedaqoji ixtisas alan tələbələr, magistrlar,
kimyaçı metodistlər və başqaları faydalana bilərlər.
Dostları ilə paylaş: |