BABAYEVA T.
TÜLKÜ
VƏ
CANAVAR
(MİN BİR GECƏDƏN İQTİBAS)
-
s
F. Köçərli adına
Äzərbaycan
Dövlət Uşaq
Kitabxanası
iNV. № 58731
AZƏRNƏŞR
Uşaq ədəbiyyatı şöbəsi
Bakı — 1938
Redaktoru: SeyidzadəM.
Texredaktoru: Aşirov S.
Korrektoru: Kərimov A. K.
Istehsalata verilmis 17|V-38.
Çapa imzalanmıs 23/VI-38.
Çap listi
3
/
4
. Kağız formatı 72X94
1
/
16
Bir cap listində getmiş hürufat 23808
Tiraj 12000. Sifariş №669.
Qiyməti 25 qəp., cildi 45 qəp.
Baş Mətbuat Müdirliyi Müvəkkilliyi № 4320.
Azərnəşr № 224
/
4
Azərnəşr
mətbəəsində
basıldı, 26-lar adına “Kitab Sarayı” Bakı,
Əli Bayramov küçəsi.
Bir tülkü ilə bir canavar vardı. Onlar bir yerdə
yaşardı. Nə tülkü tapdığını canavarla bömək
istərdi, nə də canavar tülkü ilə. Bölgü üstə həmişə
aralarında dava düşərdi. Canavar tülküdən güclü
olduğundan tülkünün payını əlindən alardı. Tülkü
payını verməsəydi canavar onu didişdirərdi.
Tülkü yaşayışından bezmişdi. Odur ki, cana-
vara tələ qurmağa çalışırdı.
Bir gün tülkünün ürəyindən üzüm yemək
keçdi. Özünü şəhər bağlarının birinə verdi. Divar
deşiyindən içəri girmək istədi. Qarşısında bir dərin
quyu gördü. Bağ sahibinin quyuda tələ qurduğunu
başa düşüb öz-özünə dedi:
“Əcəbdir əcəb bu quyuya dostum canavarı
salsam pis olmaz”.
Canavarın yanına qayıdıb ona dedi:
— Qurd qardaş nə durmusan! Nə boynunu
burmusan, bir sahibsiz bağ tapmışam, orda o qədər
toyuq cücə var ki, yemək ilə qurtarmaz.
Canavar iki gündü acdı yeməyə bir şey
tapmamışdı, dişlərini qıcırdadıb tülkünün dalınca
bağa getdi. Divarın deşiyinə çatcaq tülkü ayaq
saxladı canavara:
—Buyur bağa içəri gir!—dedi. Canavar
deşikdən içəri soxulan kimi başı üstə quyuya
düşdü.
Tülkü sevindiyindən qəh-qəh çəkib gülməyə
başladı.
—
Əcəb oldu. Kələyim baş tutdu, qurulan
tələyə düşmənim düşdü, bundan sonra rahat
yaşayaram—deyib yavaş-yavaş canavar düşən
quyunun başına gəldi. Canavar zar-zar ağlayırdı.
Tülkü bunu görüb dedi:
—Ey heyvanların çirkini. Tamah səni gör nə
bəlalara saldı. Ey axmaqların böyüyü. Düz yolu
qoyub özünü quyuya saldın. İndi səni adamlar
Burda daşla öldürər.—Bu sözlərlə canavarın
qorxusunu artırdı.
Tülkünü indiyə qədər gücsüz sanan canavar
yalvarmağa başladı.
—Tülkü qardaş. Mənim sənə çox yaxşılıq-
larım olub səni yanımda saxlamışam, başqa
canavarlardan qorumuşam, nə olar, indi sən də
mənə yaxşılıq elə, məni bu bəladan qurtar.
Canavar bu sözləri deyib yuxarı baxdı, gördü
tülkü quyu başında һönkür-һönkür ağlayır, elə fikir
etdi ki, ona yazığı gəldiyi üçün ağlayır, dedi:
—Tülkü qardaş ağlama. Ağlamaqdan bir şey
çıxmaz. Bilirəm sənə etdiyim yaxşılıqlar yadına
düşüb ona görə ağlayırsan, məni buradan
qurtarmağa yollar axtarırsan. Tez ol adamlar
gəlməmiş məni buradan çıxart.
Tülkü gözlərinin yaşını sildi, acıqlı-acıqlı
cavab verdi.
—Ey zülmkar heyvan sənə yazığım gəl- .
diyindən ağlamıram. Sən mənim canımın
düşmənisən, səni bu tələyə salan mənəm mən.
Mən ona görə ağlayıram ki, sən niyə indiyə
qədər sağ qalmısan. Bu tələyə bir gün burdan
qaçaq düşsəydin indi ölmüş olardın, mən də bir
gün səndən az əziyyət çəkərdim. Məni incitdiyin
zamanları yadıma salıb ağlayıram. Bu saat səs
salıb səni öldürtdürəcəyəm.
Canavar bu sözləri eşidib ölümünü göz
qabağına gətirdi. Ata-anası yadına düşdü,
ağlayıb dedi:
—Ay tülkü qardaş. Mənim taxsırımdan keç,
məni buradan çıxart, ata-baba sözüdür deyərlər.
“Yaxşılığa yaxşılıq һər kişinin işidir,
yamanlığa yaxşılıq ər kişinin işidir.”
Rəhimli ol. Məni buradan çıxart, nə is-
təsən sənə verərəm, nə qədər ömrüm varsa sənə
hörmət edərəm.
Tülkünü gülmək tutdu, dedi:
—Ay zalım, mən səni buradan xilas edə
bilmərəm, sən burada ölməlisən. Sənə yazığım
gəlib, quyudan çıxartsam qorxuram qırğı
göyərçinin başına gətirən oyunu sən də mənim
başıma gətirəsən.
Canavar tülküdən qırğı ilə göyərçinin əh-
valatını danışmağı xahiş etdi, tülkü dedi:
“Bir gün bir yazıq göyərçin öz yuvasının
yanında güllükdə, çiçəklikdə dənlənirdi. Göydə bir
qırğı ucurdu. Qırğı göyərçini görüb onu tutmaq
istədi. Göyərçin çırpına-çırpına özünü yuvasına
saldı. Qırğı göyərçini tuta bilmədi. Göyərçinə
yaltaqlanıb dedi, ay yazıq səni çiçəklikdə dənsiz
görüb mən sənin üçün dən gətirmişəm. Sən nə üçün
məndən qorxub gizlənirsən. Çölə çıx gətirdiyim
dənləri ye! Göyərçin qırğının sözlərinə aldanıb dən
yemək üçün yuvasından bayıra çıxdı. Dərhal qırğı
göyərçini basmarladı, tüklərini cəngəsi ilə qopardı,
ətini yedi”.
Indi ay axmaq canavar, səni mən quyudan
çıxartsam olmazın zülmləri mənim başıma
gətirərsən. Sən burada qalmalısan, daşa basılma-
lısan.
Canavarın əli hər yandan üzüldü, ağlayıb dedi:
—Ay tülkü qardaş mənə nə etsən azdır. Mən
çanımdan keçmişəm, etdiyim işlərdən peşman
olmuşam, əyər sağ qalsam söz verirəm ki, hec bir
kəsi özümdən incitməyəcəyəm. Yaxşı-yaman bir
müddət səninlə yoldaşlığım olub, atalar sözüdür
deyərlər “yaxşı yoldaş min qardaşdan artıqdır.”
Tülkü qardaş, sən mənə rəhm elə məni buradan
çıxar!..
Tülkü canavarın sözlərinə acıqlanıb dedi:
—Ay hayasız mən səni quyudan çıxarıb
özümü bəlaya sala bilmərəm.
Tülkü quyruğunu şax eləyib quyuya uzatdı.
Quyruğu ilə canavarın üzünə-gözünə vurmağa
başladı.
Tülkünün quyruğu canavarın əlinə keçdi, iki
əlilə bərk yapışıb tülkünü dartıb quyuya saldı.
Canavar tülkünün boğazından yapışdı. Onu boğub
öldürmək istədi.
Tülkü quyruqunu canavarın əlinə verib özünü
ölümə saldığından bərk peşman olmuşdu. Canavara
yaltaqlanıb dedi:
—Ay qurd qardaş məni öldyrməyə tələsmə,
yoxsa peşman olarsan. Mən sənin sözlərinə
inandım, quyruqumu quyuya uzatdım ki, sən
yapışıb quyudan çıxasan. Yaxşılığımın əvəzində isə
sən məni öldürmək istəyirsən.
Canavar acığından dişlərini qıcırdadıb dedi:
—Ey hiyləgər tülkü, yalan danışma, əyər
quyruğunu məni qurtarmaq üçün uzatmışdınsa baş-
gözümə niyə vururdun?
Tülkü yalvarıb dedi:
—Ay canım. Mən səninlə zarafat edirdim, bir
də mənim yumşaq tüklü quyruğum səni incitməzdi
ki. Dəliliyi burax, günortadır, buradan çıxmağa bir
yol tapmaq lazımdır.
Canavar tülkünün sözlərinə aldanıb ondan əl
çəkdi və quyudan nə təhər çıxa biləcəklərini ondan
soruşdu.
Tülkü dedi:
—Buradan çıxmağa ancaq bir yol var, sən
gərək quyunun ortasında durasan, mən də sənin
çiyninə çıxıb bayıra tollanam. Sonra səni quyudan
çıxaram.
Canavar tülkü deyən kimi etdi. Tülkü ca-
navarın çiyninə çıxıb bayıra sıçradı, qah-qahla gül-
məyə başladı. Canavar quyunun içindən qışqırırdı:
—Ay tülkü qardaş, ürəyim darıxdı, məni
buradan tez çıxart, dostluğunu mənə sübut elə.
Tülkü gülüb dedi:
—Boş-boş danışma! Mən quyruğumu sənin
əlinə verə bilmərəm. Sənin mənimlə dostluğun ilan
ilə yoldan ötən kişinin dostluğuna bənzər. Adam
ilandan xeyr görə bilmədiyi kimi mən də səndən
xeyr görə bilmərəm.
Canavar dedi:
—Ay tülkü qardaş zarafatı burax. De görək
ilan adama nə etmişdi ki, məni ona oxşadırsan. Bu
əhvalatı danışsan gələcəkdə mən də özümü ilandan
qoruyaram.
Tülkü cavabında:
—Ay canavar mənim ilanım sənsən, sənə
yaxşılıq edib quyudan çıxartsam ilan insanın başına
gətirdiyi işi sən də mənim başıma gətirərsən. Qulaq
as hekayəni sənin üçün danışım:
—Deyirlər ki: Bir gün bir ilan, ilan tutan
kişinin əlindən qurtarıb ürəyi çırpına-çırpına
yoldan qaçırdı.
Yolda sadə ürəkli bir cavan oğlana
rast gəldi yalvarıb dedi:
—Ey mərhəmətli oğlan mənə yazığın gəlsin,
dalımca ilan tutan yüyürür, o məni öldürüb dərimi
soymaq istəyir. Məni onun əlindən qurtar sənə çox
yaxşılığım dəyər.
Oğlanın ilana yazığı gəldi. Onu yerdən
götürüb qoynunda gizlətdi. Bir az sonra ilan tutan
gəlib bunların yanından keçdi, ilanı tapa bilmədiyi
üçün çıxdı getdi. Kişi gedəndən sonra oğlan ilana
dedi: “Səni tutmaq istəyən kişi artıq uzaqdadır.
Aşağı düş haraya getməlisənsə get”. Ilan başını
çıxarıb dedi: “Sənin mənə etdiyin yaxşılığın
əvəzində mən səni dişləməliyəm”. Oğlan nə qədər
yalvardı ki, gəl məni incitmə, ilan qəbul etmədi.
Qolunu dişləyib oğlanı zəhərlədi. Yazıq oğlan
öldü.
İndi ay canavar. Mən səni quyudan çıxarsam
sənin yaxşılığın məni boğub öldürmək olacaqdır,
çünki sənin xəmirin pisliklə yoğurulmuşdur. Sən
ölümə layiqsən! Bunu söyləyib tülkü ay haray, ay
haray.
Gəlin canavar quyuya düşüb—deyə
qışqırmağa başladı, özü isə qaçıb gizləndi.
Bağban və onun qonşuları əllərinə yaba, daş-
kəsək alıb quyunun başına yığıldılar, canavarı
quyuda görüb öldürdülər.
Tülkü isə quyruğunu şəkləyib çöldə gəzməyə
başladı.
Dostları ilə paylaş: |