БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 05 (05) МАРТ (МАРТ) 2006
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
179
AZƏRBAYCANDA XIII-XV ƏSRLƏRDƏ TƏTBİQ EDİLƏN
İSLAM HÜQUQUNDA MÜHARİBƏLƏR ZAMANI
İNSAN HÜQUQLARININ QORUNMASI MƏSƏLƏLƏRİ
Samir Hüseyn oğlu Məmmədov
1
SUMMARY
The issues of protection of human rights during wars in
Islamic law applied in Azerbaycan in XIII-XV centuries.
In the Islamic right gives the large value to protection both
ensuring of the various rights and individual liberties and the
basis of ensuring them is Koran and «sunna», in which is
advanced Islamic rule about of the man as most best essence
created by Allah on ground, in this connection his rights and
freedom should be inviolable, that is why are protected by the law.
Therefore to begin war without need, and thus, without need to
spill human blood was considered as a grave sin and categorically
was provided against.
Islamic right did not suppose application of torture, assault
and ordeals and during wage of wars too.
The norms of Islamic right laid under obligation to concern
with owing respect to the representatives «ahl al Kitab» - (to the
Christians, Jews) and pagans and to build relation with them on
the basis of goodwill and philanthropy, including at wage wars
period, and it was a duty everyone Muslims. The analysis of
medieval sources shows, that according to the specified rules of
law, the relation to «zimmies» on all Islamic East was as a whole
benevolent both their right and freedom were protected and were
provided practically by the all Muslims states, including
Azerbaijan.
One of major institutes in the Islamic right is the military-
legal institution «aman», used in waging wars is, that surrendered
1
AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutunun dissertantı.
Samir Hüseyn oğlu Məmmədov
180
warrior have the particular right consisting in safety him and his
family as the warranties of life, health and freedom, inviolability
of their asset, in grant of legal status not attracting captivity,
slavery both infringement of the rights and freedom of the person
is given to the person, and also his native and close, and if the
person was captured, was subject to immediate release from a
captivity. «Aman» in XIII-XV centuries was widely applied in all
East, including in Azerbaijan during war, and till now has not lost
the urgency and all legal capabilities, in it pledged. Taking into
account, that the international armed conflicts especially in Near
East till now do not calm down, where are living the plenty of
Muslims, the application of this military-legal institution in
aggregate of other measures directed on settlement of the
conflicts, ensuring of the rights, freedom and lawful interests both
Muslims, and no Muslims is quite possible. Actuation "aman" in
area of international law would create the additional effective
gear of settlement the international conflicts.
İslam dinində əsas müddəalardan biri dÿ odur ki, insan Allah tərəfindən
yaradılmış ən böyük varlıq olduğuna görə, onun hüquq və azadlıqları
toxunulmaz olmasıdır. İnsan hüquqlarının, o cümlədən müharibələr zamanı
təmin edilməsi və qorunmasının hüquqi əsasları Quran və sünnədə təsbit
edilmişdir.
Hz.Peyğəmbərin və məkkəlilərin Mədinə şəhərinə mühacirət etdikdən
sonra, 624-cü ildə «Mədinənin Konstitusiyası» adlanan mühüm əhəmiyyət
kəsb edən hüquqi sənəd qəbul edilmişdir. Məlumdur ki, dövlətin ictimai və
inzibati quruluşunu hakimiyyət orqanlarının yaradılma prinsiplərini,
vətəndaşlarının əsas hüquq və vəzifələrini ümumi şəkildə müəyyən edən əsas
qanun konstitusiya adlanır. Göstərilən sənəd bu tələblərə cavab verdiyinə
görə, elmi ədəbiyyatda konstitusiya adlandırıldı
2
. Təxminən 50 maddədən
ibarət olan bu sənəd insan hüquq və azadlıqlarının təminini özündə əks
etdirmişdir
3
. Nəcran xristianları ilə bağlanan sülh müqaviləsində onların
hüquq və azadlıqları eyni qayda ilə əks edilməklə, Hz.Peyğəmbər bunların
2
Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. Giriş və amme hukuku., cilt 1,
İstanbul: Ensar neşriyat TİS. A.Ş., Süleymaniye, 1979, s.167; Словарь
иностранных слов. М.: Русский язык, 1987, с. 247
3
Hayreddin Karaman. Yenə orada.
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
181
müddətsiz qorunmasını tələb etmişdi.
4
İnsanların təbii və ayrılmaz hüquqları
ilə yanaşı digər hüquqları, o cümlədən qanun və məhkəmə qarşısında
bərabərlik, şəxsi toxunulmazlıq, imkan bərabərliyi, şəxsi azadlıq, dini etiqad,
inanc və ibadət azadlığı, iş azadlığı, mülk əldə etmə azadlığı, ictimai
yardımdan istifadə etmə haqqı və bir çox başqa haqlar islam hüququnda elə
islamın ilk çağlarından elan edilmişdir
5
.
İslam hüququnun müxtəlif hərbi-hüquqi normalarının təhlilindən
göründüyü kimi, müharibə aparılan zaman qanun çərçivəsində hərəkət
edilməsi, qanuni həddi aşmaması tələbi kəskin şəkildə əks edilmişdir. Bu
müddəalar ümumiyyətlə müharibə faktından yaranan hüquqi məsələləri
islam normalarına uyğun həll edilməsinin təməlini qoyurdu. Zərurət olmadan
adam öldürmə, dağıtma, məhv etmə və s. bu kimi hərəkətlərə yol verilmirdi.
İlk növbədə adam öldürmə qadağası mühüm əhəmiyyət kəsb edir, çünki
islamda əsas müddəalardan biri adam öldürmənin qadağası və insanın
təqsirsizliyidir
6
5/32. İslam hüquqçularının göstərdikləri kimi, ümumiyyətlə
insan qanının axıdılması yasaqlanmışdır
7
. Hüquqi əsaslar olmadığı halda,
müharibə başlamaq, insan öldürmək, qan tökmək qanunla qəti qadağan
edilmiş və müvafiq olaraq cəzalandırılırdı. Müharibə zamanı, şəxsən
döyüşlərdə iştirak etməyən və döyüşçü olmayan müxtəlif mülki şəxslər,
qadınlar, uşaqlar, kəndlilər, əlillər, yaşlılar, xəstələr və din adamları heç bir
halda öldürülməməli, onlara xəsarət də yetirilməməli idi. Bu qrupa
hənəfilərə görə, ağır, o cümlədən iflic olan xəstələr, fiziki və ruhi cəhətdən
əlillər, kəmağıllılar, zahidlər və çox sərxoş olanlar aid edilmişdir. Burada
fiziki əlillər qrupuna sağ qolu kəsilən və xaçvari olaraq bir qolu və bir ayağı
kəsilmişlər də nəzərdə tutulur. Eyni zamanda belə kateqoriyalı şəxslərdən
kimsə müsəlman ordusuna qarşı hər hansı bir formada vuruşursa, sünnü
4
Hayreddin Karaman. İslam hukuk tarihi. İstanbul: Kadıköy, 1976, s.99-100;
Панова В.Ф., Вахтин Ю.Б. Жизнь Мухаммеда. М.: Изд-во полит. лит-ры., 1990,
с. 308-309
5
Hakkı Aydın. İslam ve modern hukukta işkence. Ankara. İstanbul: Cağaloğlu.1995,
s.31-43.
6
Qurani-Kərim. Tərcüməsi: Z.Bünyadovun və V.Məmmədəliyevindir., Ön söz
V.Məmmədəliyevindir. Bakı: Azərnəşr, 1991, s. 93; Öztürk Yaşar Nuri. Kurandakı
İslam., İstanbul.: Yeni Boyut, 2000, s. 676
7
Ahmet Yaman. İslam devletler hukukunda savaş. İstanbul., 1998, s.73-74
Samir Hüseyn oğlu Məmmədov
182
məzhəblərinin ümumi fikrinə əsasən, o, təqib və öldürülə bilər
8
. Müharibə
zamanı sərkərdələr mülki şəxslərə ziyan yetirməməyə çalışırdılar. Məhz bu
səbəbdən dövrün bir çox salnaməçiləri müqavimət göstərmiş məntəqənin
yaşından asılı olmayaraq bütün əhalisini monqol qoşunları tərəfindən
qılıncdan keçirməsini vəhşilik nümunəsi kimi qiymətləndirirdi.
634-cü ildə Əbu Bəkr müsəlman qoşununu yürüşə yola salaraq,
sərkərdəyə aşağıdakı göstərişləri vermişdir: «Düşmənlə qarşılaşdığın zaman
Allah sənə qələbə verərsə, acığa düşüb, düşmənlərin bədənlərini eybəcər
hala salma, namərdlik etmə və qorxma. Uşağı, qocanı, qadını öldürmə.
Palma ağaclarını yandırmayın, onun qabığını soymayın, meyvə ağaclarını
vurmayın və heyvanı lazım olandan artıq kəsməyin. Təkiyədə olan insanları
görüb, onlardan «Biz özümüzü Allaha həsr etmişik» sözləri eşidərkən
onlarla işiniz olmasın…»
9
. Azərbaycan dövlətlərinin sərkərdələri əksər
hallarda mülki əhaliyə ziyan vurulmamasına çalışır, bununla bağlı xüsusi
fərmanlar da verirdilər. Belə ki, Cahanşah Qaraqoyunlu Herat ərazisində
gedən döyüşlər zamanı yerli əhali və onun əmlakına ziyan vurulmasına ciddi
qadağa qoymuşdur. Təsadüfən əkin sahəsinə girən mal-qara müsadirə
olunmaqla, onların sahibləri cəzalandırılmışdır
10
.
Quranda qanunla nəzərdə tutulmuş həddlərin aşmaması, müharibəyə aid
olmayan şəxslərlə yaxşı və ədalətlə davranma tələbi bir sıra ayələrdə
buyrulmuşdur: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə
qadağan etməz. Allah ədalətli olanları sevər!», «Allah sizə ancaq sizinlə din
yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən
kimsələrlə dostluq etmənizi qadağan edər…»
11
60/8-9.
Qadınların hüquqları qanunla qorunurdu. Hz.Peyğəmbər buyurmuşdu
ki: «Qadın haqlarının qorunmasında Allahdan qorxun. Onları Allahın
əmanəti olaraq aldınız. Allahın qanunu əsasında onlarla ər-arvad oldunuz və
doğru yoldan dönməyib azmamanız üçün sizə Allahın Kitabı göndərildi» və
8
Ahmet Yaman. İslam devletler hukukunda savaş, s.71-72
9
Большаков О.Г. История халифата, в З-х томах. Том ÛÛ, М.: Восточная лите-
ратура, 2000, с.18
10
Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz,
göstəricilər və şərhlərin müəllifi R.Şükürovadır. Bakı: Elm, 1998, s.188
11
Qurani-Kərim, s. 568
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
183
bir sıra başqa hədislərdə əks edilmiş normalar qadına qarşı olan münasibətin
hüquqi əsasını təşkil edirdi
12
. Əsir düşən düşmən qadınlarının zorlanması,
onlara hər hansı bir formada təcavüz edilməsi cəza ilə nəticələnirdi
13
.
Mülki əhalini - qadın və uşaqları, həmçinin əsir düşmüş şəxsləri, o
cümlədən hərbi əsirləri qalxan kimi istifadə edilməsi islam hüququnda
qətiyyətlə qadağan edilmişdir. Məhz bu səbəbdən monqollar tərəfindən
tətbiq edilən bu kimi hərəkətlər müasirlər tərəfindən böyük qəzəb və hiddətlə
qarşılanırdı
14
. Göstərilən müddəa müasir qanunvericilikdə də öz əksini
tapmışdır. Belə ki, Azərbaycan Respublikasının cinayət məcəlləsinin (AR
CM) 115.2-ci maddəsinə əsasən əsirləri, beynəlxalq humanitar hüquqla
müdafiə olunan digər şəxsləri öz qoşunlarını və ya obyektləri hərbi
əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud
belə şəxsləri girov kimi saxlama cinayət hesab edilərək, ciddi
cəzalandırılır
15
. Əgər düşmən mülki əhalini, o cümlədən qadın və uşaqları,
həmçinin əsir düşmüş müsəlmanları qalxan kimi istifadə edirdisə və ya
onları mancanik və s. başqa atıcı mexanizm vasitəsi ilə mərmilənəsi mühüm
yerlərdə yerləşdirirdisə, islam hüquqçularının bu məsələ ilə əlaqədar
fikrincə, imkan daxilində atəş açılmamalı, əgər döyüş şəraiti ilə əlaqədar bu
mümkün deyildirsə, döyüş mümkün qədər dar çərçivədə aparılmalı idi
16
.
Düşmənin girov saxlanılan şəxslərini öldürmək qeyri-qanunidir. Hətta
düşmən müsəlman girovlarını öldürsə də, qarşılıqlı olaraq girovların
öldürülməsi qəti qadağan idi. Şihab əd-din Muhəmməd ən-Nəsəvi (XIII əsr)
öz əsərində xarəzmşah Muhəmmədin anası Türkan Xatun haqqında xoş
kəlmələr deyir, lakin 1220-ci ildə baş verən hadisəni təsvir edəndən sonra,
12
Hayreddin Karaman. İslam hukuk tarihi. İstanbul: Kadıköy, 1976, s.99, 100
13
Ahmet Yaman. Göstərilən əsər, s.146
14
Армянские источники о монголах. Извлечения из рукописей XIII-XIV в.в.
Пер. с древнеарм., предисл. и прим. А.Г.Галстяна. М.: Изд-во восточной лите-
ратуры, 1962, 154 с. Гандзакеци Киракос. История Армении. Пер. с древне-
арм., с предисл. и коммент. Л.Ханларяна. М. Наука, 1976, 357 с. Ибн ал-Асир
Ал Камил фи-т тарих. Пер. П. К. Жузе. Материалы по истории Азербайджана.
Б.: АзФАН, 1940, 183 с.
15
Azərbaycan Respublikası Cinayət məcəlləsi. 1999-cu il 30 dekabr tarixli qanunla
təsdiq edilmiş, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Bakı: Hüquq
ədəbiyyatı, 2000, 350 s. s. 100
16
Ahmet Yaman. Göstərilən əsər, s.140
Samir Hüseyn oğlu Məmmədov
184
onun bu qadına münasibəti tamamilə dəyişir. Belə ki, Türkan Xatun Xarəzm
qalasında saxlanılan 22 nəfər müsəlman girovlarını (əvvəllər Xarəzmşahlara
qarşı vuruşmuş və əsir götürülmüş əyanlar) edam etdirmişdir
17
. Bu misal
hətta ən ağır anlarda belə girovların öldürülməsinin qadagan olunduğunu
göstərir.
İnsan özünün Allah yolunda şəhid olunması üçün dua edib, bunu arzu
edilməsinə icazə verilirdi, çünki bu yasaqlanmış ölüm arzusu deyildir.
Hz.Peyğəmbərin müasiri Abdullah b.Cahşın dediyi kimi: «Allahım, məni
müşriklərdən yaxşı kafir və çox təcrübəli bir adamla qarşılaşdır, onunla
vuruşum, məni Sənin uğrunda öldürsün, soysun, sonra burnumu və
qulaqlarımı kəssin və Sənə qovuşanda: «Ey Abdullah b. Cahş! Nəyin
uğrunda kəsildin, biçildin?» sualına, mən də: «Sənin uğrunda ya Rəbb!»
deyəydim»
18
. Hz.Peyğəmbər Uhud savaşında ağır yaralanan və yarası daha
da ağırlaşdığı halda özünü intihar edən Kuzman adlı döyüşçü haqqında: «O
cəhənnəmliklərdəndir» buyurulması özünə hətta ağır vəziyyətdə, əzabına son
qoyulması məqsədilə də qəsd edilməsi yasaqlandırıldığını və bu kimi
hərəkətlərin haram hesab olduğunu göstərir
19
. Burada evtanaziya, yəni
xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə
tezləşdirmə və onun həyatının davam etməsinə kömək edən süni tədbirlərin
dayandırılması da haram hesab edilməsi barədə fikir söyləmək olar
20
.
Sülh və müharibə zamanı başqa dinlərin nümayəndələri ilə hörmətlə
davranması, onlarla münasibəti mehribançılıq və xeyirxahlıq əsasında
qurulması vacib hesab edilirdi. Kitab əhlinə olan sülhpərvər münasibəti
özünü aşağıdakı ayədə tapmışdı: «Kitab əhlinin zülm edənləri istisna
olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: «Biz həm
özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız,
sizin də Allahınız birdir. Biz yalnız ona itaət edirik!»
21
29/46. Bu mövqe bir
çox başqa hədislərdən də görünür və bunların ümumi tezisini Hz.Peyğəm-
17
Шихаб ад-Дин Мухаммад ан-Насави. Жизнеописание султана Джалал ад-
Дина Манкбурны. Баку: Элм, 1973, с.83
18
İbn Kayyim el-Cevziyye. Rahmet Peyqamberi «Zadu`l-Mead», Cilt: 3, İstanbul,
1989, s. 255
19
Yenə orada, s. 255-256
20
Azərbaycan Respublikası Cinayət məcəlləsi, s.118
21
Qurani-Kərim, s. 393
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
185
bərin sözləri ilə ifadə etmək olar: «Kim zimmini incidirsə, məni incitmiş
olur»
22
. Mənbələrdə müsəlman Şərqində orta əsrlərdə Kitab əhli olan qeyri-
müsəlmanlarla böyük hörmətlə yanaşması göstərilir. Hətta müsəlman
ölkələrində çoxlu sayda xristianlı məmur olduğuna görə, bəzən müsəlmanlar
öz ölkələrində faktiki xristianlara tabe olmuşlar. Hətta IX əsrdə Ərəb Xilafə-
tində xristianlar iki dəfə hərbi nazir vəzifəsinə təyin edilmişdilər.
23
Azərbay-
canda göstərilən dövrdə yəhudi və xristianların hüquqları necə qorunub
təmin olunmasını aşağıdakı misaldan görmək olar. 1487/88-ci ildə Ərdəbil
şeyxi Heydər Ağqoyunlu hökmdarı sultan Yaqubdan çərkəzlərə qarşı cihad
edilməsinə icazə almış, bunu bir bəhanə kimi istifadə edərək, Bərdə
vilayətində yaşayan və hökmdara müvafiq müqavilə əsasında cizyə və uşr
(vergi növü) verən zimmiləri talan etmişdir. İslam hüquq normalarına əsasən
bu və digər cinayətlərinə görə, o, ittiham olunmuş, ona qarşı cihad başlanmış
və o, cəzalandırılmışdır
24
. Lakin zimmilərin ehtiyac yaranan zamanlarda
İslam yurdundan çıxarılıb sürgün edilməsinə icazə verilə bilərdi
25
.
Müharibə zamanı insanların dini hüquqlarının da qorunması zərurəti
hüquq norması kimi hədislərdə göstərilmişdir. Belə ki, Hz.Peyğəmbər
Heybəri fəth etdikdən sonra ələ keçən bütün Tövrat nüsxələrini yəhudilərə
qaytarılmasını əmr etmişdi
26
. Amma islam dininə qarşı çıxış edən və üsyan
ocaqları və günah mərkəzləri olan müşriklərin türbələri və bütlər olan
yerlərin dağıdılması, burada aşkar edilmiş malların cihada və müsəlmanların
ehtiyacına sərf edilməsi qanuni hesab edilirdi. Döyüş zamanı qarşı tərəfdə
düşmən arasında olan qeyri-müsəlman qohum-əqrəbanın öldürülməsi bəzi
hüquqçular tərəfindən qanuni hesab edilsə də, Hz.Peyğəmbərdən öz
qohumlarını öldürmək üçün izn istəmiş bəzi müsəlmanlara belə icazə
verilməmişdir
27
.
22
Хунджи Фазлуллах ибн Рузбихан. Тарих-и Алам-Ара-йи Амини., Пер. с
перс. на англ., введ., предисл., коммент. В.Ф. Минорского, пер. с англ. на рус-
ский Т.А. Минорской. Вступит. статья З.М. Буниятова, О.А.Эфендиева, Баку:
Элм, 1987, с.86.
23
Адам Мец. Мусульманский ренессанс. М.: Наука, 1973, с. 54
24
Hakkı Aydın. İslam ve modern hukukta işkence. Ankara. İstanbul: Cağaloğlu.
1995. s. 83, 6.
25
İbn Kayyim el-Cevziyye. Yenə orada, s. 107.
26
Ahmet Yaman. Göstərilən əsər, s. s.145.
27
Yenə orada, s.140, 143; İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 4, s. 1431
Samir Hüseyn oğlu Məmmədov
186
İslam hüququnda mühüm əhəmiyyət kəsb edən və insanpərvərlik
prinsipinə əsaslanan «aman» hərbi-hüquq institutudur. Müasir beynəlxalq
hüquqda yalnız XX əsrin sonlarında «aman» məfhumunun analoqu olan
anlayışdan istifadə olunmağa başlanılsa da, bu islamdakı «aman» məfhumun
mahiyyətini tam şəkildə ehtiva etmir. Belə ki, Beynəlxalq Silahlı
münaqişələrdə tələfatların qorunmasına dair 12 avqust 1949-cu il tarixli
Cenevrə Konvensiyalarında və bu Konvensiyalara 08 iyun 1977-ci il tarixli
Əlavə Protokolunda (protokol I) rus tərcüməsində «Pohada» adlanan 40-cı
maddə «heç kimi sağ qoymamaq əmrinin verilməsi qadağası və hərbi
əməliyyatların bunun əsasında aparılmasının qadağan edilməsi» mənasını
bildirir. Növbəti, 41-ci maddə isə münaqişədə əsir düşənə təminat
verilməsindən bəhs edir
28
. İslamdakı aman anlayışı isə daha geniş və hərbi
əsirliyə səbəb olmayan hüquqi vəziyyətdir. Müharibə prosesində və ya döyüş
zamanı aman verilməsinin hüquqi əsasları Quran və Sünnədə göstərilmişdir.
Quranda bu əsaslar aşağıdakı kimi buyurulmuşdur: «Əgər (basqına uğrayan)
müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını
(Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu
(müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir
tayfadır!»
29
9/6. Aman verilən şəxslərin təhlükəsizliyi təmin edilməli, onların
özləri, arvad-uşaqları öldürülməməli, əsir alınmamalı, mallarına, namus-
larına təcavüz edilməməli idi. Bu qanun normasına riayət etməyən şəxs
cəzalandırılırdı. Əgər müharibə vaxtı müsəlman əsgərlərindən kimsə hər
hansısa qeyri-müsəlmanlara aman vermişdirsə, bunu digər əsgər dəstəsi
bilməyərək, həmin şəxslərə təcavüz edib mallarını almış, qadın və uşaqlarını
əsir götürmüş, kişilərini isə öldürmüşdürlərsə, belə halda, malları, qadın və
uşaqları qaytarılmalı, öldürülmüş kişilərin isə diyələri verilməli idi
30
.
İslamda hər bir şəxsiyyətin aləmlərdə böyük dəyəri və qiyməti olması
mühüm əhəmiyyət kəsb edən mövqedir. Ona görə də aman hər bir müsəlman
tərəfindən verilə bilərdi. Səhih bir hədisdə göstərildiyi kimi, Hz.Peyğəmbər
buyurmuşdur ki: «Müsəlmanların amanı birdir, status baxımından ən aşağıda
28
Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы
к ним. Международный комитет Красного Креста. М.: 1994, с. 239
29
Qurani-Kərim, s.158.
30
İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 3, s. 382
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
187
olan müsəlman da aman verə bilər. Kim bir müsəlmanın amanına təcavüz
edərsə, Allahın, mələklərin və bütün müsəlmanların lənəti onun üzərinə
olsun…»
31
. Bu normaya əsaslanan hüquqçular hesab edirdilər ki, əgər
hansısa bir müsəlman kiməsə aman vermişdirsə, bu aman hüquqi qüvvəli
olaraq, tam şəkildə etibarlı hesab edilirdi. Aman verən müsəlman, anlaqlı,
həddi-büluğa çatmış şəxs olmalı idi. Onun qadın və ya kölə olması heç bir
əhəmiyyət kəsb etmirdi
32
. Eyni zamanda, müharibə zamanı qalmaqalın
qarşısını almaq məqsədilə aman verilmə hadisələri müvafiq qaydada dövlət
tərəfindən tənzimlənə bilərdi. Aman üç formada elan edilə bilərdi. Birincisi,
hər hansı bir sözlə deyilməsi, ikincisi hər hansı bir işarə ilə bildirilməsi və
üçüncüsü, «aman-namə» adlanan sənədin göndərilməsi formalarında. Burada
amanın hansı dildə elan edilməsi rol oynamırdı. Əsas şərt amanın mahiyyəti
düşmənə aydın olmalı və eyni zamanda aman istəmənin real imkanı da
nəzərə alınmalı idi. Məsələn, müsəlman əsgərləri düşmən əsgərləri ilə bir-
birlərindən uzaq məsafədə olduqlarından, düşmən əsgərinin səsi uzaqdan
eşidilmədiyi halda o, səs eşidiləcək məsafəyə yaxınlaşıb aman istəyirdisə,
ona aman verilməli idi.
33
Amanlar müddət etibarilə «aman-i müvaqat», yəni
müvəqqəti, hansısa bir müddət ərzində etibarlı olan, «aman-i mütləq», yəni
tam ixtiyarlı və «aman-i müəbbəd», yəni daimi, vaxt etibarilə müddətsiz
olanlar kimi səciyyələndirilirdi. Aman verilənlərə müəyyən və məhdud olub-
olmamaları etibarilə də aman «aman-i has» (xüsusi aman) və «aman-i am»
(ümumi aman) növlərinə bölünürdü
34
. Bəzən aman verilən zaman onu verən
şəxs and içirdi. Belə ki, xarəzmşah Cəlaləddin feodal Qiyasəddinə amanı
verərkən «öz sözünü and içməklə təsdiqlədi»
35
. Lakin bu bir qayda deyildi,
təsadüfi xarakter daşıyırdı. Sülh və aman verilməsi hər hansı bir şərtlə də
bağlana bilərdi. Nəsəvi 1225-ci il Təbriz ətrafında xarəzmşahla döyüş
haqqında xəbər verərkən qeyd edir ki, şəhərin hökmdarı «Toğrulun qızı özü,
öz qulları və qulluqçuları, həmçinin əmlakı üçün» Xarəzm qoşununun
31
Yenə orada, s. 163.
32
Ömər Nasuhi Bilmən. «Hukuki İslamiyye ve Istılahatı Fıkhiyye» kamusu. 3 Cilt,
İstanbul.: Bilmen yayımevi, 1968, s.379
33
Yenə orada, s. s. 384.
34
Yenə orada, s. s. 378-379
35
Шихаб ад-Дин Мухаммад ан-Насави. Жизнеописание султана Джалал ад-
Дина Манкбурны., с.190
Samir Hüseyn oğlu Məmmədov
188
komandanından aman istəmişdir. O, şəhəri bu şərtlə təhvil verir və xahiş
etmişdir ki, Xoy şəhəri onun əmlakı olsun
36
. Bir sıra hallarda sərkərdələr
amanı onu istəyənlərin mallarını müsadirə edilməsi şərtilə verirdilər: sultan
Cəlaləddin tərəfindən Tiflis şəhərinin işğalı belə amanın nümunəsidir
37
. Eyni
hadisə Qaq və Kavazin qalalarının mühasirəsi zamanı baş vermişdi
38
. Aman
verən tərəf bəzi hallarda amanla yanaşı, eyni zamanda aman verilən tərəfi
təhlükəsizlik və sığınacaqla təmin edirdi
39
. Sultan Cahanşah Qaraqoyunlu
qoşunla Herat şəhərinə gəldikdə, şəhərin və vilayətin amanda olacağı və
qorunacağı barədə elan edilmişdi
40
. Digər bir epizodda göstərildiyi kimi,
aman bəzi hallarda qeyri-müsəlmanlara onların islam dinini qəbul edilməsi
şərtilə verilirdi
41
. Lakin bu qeyri-qanuni idi, çünki islamı qəbul etmiş şəxsin
amanda ehtiyacı yox idi. Müharibə zamanı hər hansı bir şəhəri döyüşlə ələ
keçirən və yaxud şəhər əhalisindən narazı qalan hökmdar onlardan aman
malı kimi böyük məbləğdə pul, qiymətli əşyalar və s. tələb edirdi. 1453/54 -
ci ildə Cahanşah İsfahan şəhərini azyaşlı oğlu Muhəmməd Mirzəyə vermiş
və onun əvəzinə şəhəri idarə etməkdən ötrü lələsini göndərmişdi. Lələ və
isfahanlılar arasında narazılıq yarandığına görə hökmdar şəhər əhalisinin
üzərinə 3000 tümən aman malı qoymuşdu
42
. İslam hüquqçuları tərəfindən
verilən aman anlayışını təhlil edib aşağıdakı kimi təqdim etmək olar: «Aman
- Allah haqqı olaraq, təslim olan şəxsə və onun yaxınları üçün həyat və tam
təhlükəsizlik təminatının vəd etməsi və bunun dürüst icrası, aman altında
olan şəxs(lər) əsir düşürsə, əsir vəziyyətindən qanunla nəzərdə tutulmuş
qaydada azad olunması təminatıdır». «Allah haqqı olaraq» ifadəsi verilən
amanın Allah haqqı olduğunu, Allahın adı ilə verildiyini, bu səbəbdən buna
qəti şəkildə riayət edilməsi zəruriliyini göstərir. Aman hərbi-hüquqi institutu
36
Yenə orada, s.156
37
Yenə orada, s.168
38
Yenə orada, s. 226
39
Шихаб ад-Дин Мухаммад ан-Насави. Жизнеописание султана Джалал ад-
Дина Манкбурны., с. 152.
40
Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz,
göstəricilər vəşərhlərin müəllifi R.Şükürovadır. Bakı: Elm, 1998, 336 s. s.188
41
Шихаб ад-Дин Мухаммад ан-Насави. Жизнеописание султана Джалал ад-
Дина Манкбурны., ñ.171
42
Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. (Həsən bəy Rumlunun «Əhsən ət-
təvarix» əsəri əsasında). Bakı: Elm, 1983, s. 84
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
189
XIII-XV əsrlərdə bütün Şərqdə və, o cümlədən Azərbaycanda müharibələr
zamanı geniş tətbiq olunmuş və öz aktuallığını hal-hazıradək itirməmişdir.
Ona görə də, beynəlxalq silahlı münaqişələrin mövcüdluğunu, onların bir
çoxunun əsasən müsəlmanlar yaşayan Yaxın Şərqdə baş verməsini nəzərə
alaraq, bu institutun beynəlxalq hüquqa daxil edilməsini məqsədəmüvafiq
hesab etmək olar. Fikrimizcə, aman institutunun beynəlxalq hüquq sisteminə
gətirilməsi və islam hüququndakı prinsiplərə uyğun tətbiqi silahlı
münaqişələr zamanı insan həyatının qorunması, münaqişələrin sülh yolu ilə
həll edilməsi, sülhün bərqərar olunması istiqamətində böyük rolu olardı.
Əsir düşmüş əsgərlərə mülahim və insani rəftar qaydaları qədim
dövrlərdən etibarən tədricən formalaşmağa başlamışdı. Belə ki, artıq Manu
qanunlarında (II əsr) silahsız, yatmış, əsir düşmüş, yaralı olan düşmən
əsgərlərinin öldürülməsi qadağan edilmişdir. Qələbə çalmış tərəf
uduzmuşlara qarşı öz tələblərində mötədil olmalı idi. Bu kimi normaların
bəziləri Qədim Yunanıstanın şəhər-dövlətlərində də tətbiq olunurdu
43
.
Hüquq tarixində ilk dəfə islam hüququnda əsirlərin hüquqi vəziyyəti qanunla
insanpərvər şəkildə ətraflı tənzimlənmiş və XIII-XV əsrlərdə Azərbaycanda
bu normalar dövrə uyğun olaraq tətbiq edilmişdir. Əsirlərin öldürülməməsi,
onlarla insani rəftar edilməsi, hüquqlarının qorunması və s. bu kimi mühüm
müddəalar beynəlxalq hüquqda 1899 və 1907-ci illərdə Haaqa Konvensiya-
larında, daha sonra təkmilləşdirilmiş şəkildə yuxarıda göstərilən Konven-
siyalarda və Əlavə Protokolda (protokol I) öz əksini tapmışdır
44
. Əsirlərin
hüquqi statusu Quran və sünnədə təsbit edilmişdir. Hərbi əsir müsəlmanlar
tərəfindən canlı olaraq ələ keçirilən və kişi cinsindən olan düşmən
döyüşçüsü hesab edilirdi
45
. Quran ayələrində əsirlərə qarşı mülayim və yaxşı
rəftar edilməsi bəyan edilmişdir
46
8/71. Hədislərdə də əsir düşənlərlə
mülayim rəftar edilməsi tələb edilirdi. İbn Qayyim göstərir ki, Hz.Muhəm-
43
Права человека и вооруженные конфликты. Учебник для вузов. Отв. ред.
В.А.Карташкин. М.: Норма, 2001, с.22.
44
Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы
к ним. с. 57-135; Àùìåò Þçåë. Èñëàì äåâëåòëåð ùóêóêóíäà ñàâàø åñèðëåðè. Àíêàðà.:
Òöðêèéå äèéàíåò âàêôû éàéûíëàðû, 1996, ñ. 98
45
Vehbe Zunaylı. İslam fıkhı ansiklopedisi. Tercumesi: Ahmet Efe ve başqaları. 10
Ciltdə., İstanbul, Risale Vasın Yayın ltd, Cilt 8., 1994, s. 226
46
Коран. Пер.И.Ю.Крачковского. М.: НПО «Вектор СП», 1991, с. 115
Samir Hüseyn oğlu Məmmədov
190
məd əsirlərin əksər hissəsini şərtsiz və qarşılıqsız azad edir, bir qismini fidyə
olaraq mal alıb azadlığa buraxır, bir qismini əsir düşmüş müsəlmanlarla
dəyişirdi. Ölümlə cəzalandırılanlar isə başqa cinayətlər törətmiş şəxslər idi.
Bu qərar ümumi məsləhətləşmə nəticəsində bütün müsəlmanların
maraqlarına uyğun olaraq qəbul olunmuşdu
47
. Bu da ki, islamın
humanizmini göstərən bir amil olaraq, islam dininin yayılmasına daha bir
təkan verirdi. İslam hüququnda əsirlər haqda olan normaların təhlili bu
sahədə aşağıdakı əsas müddəaları irəli sürməyə imkan verir. Birincisi, əsir
öldürülməməli idi. Quranda əsirlərin öldürülməsi barədə heç bir norma
yoxdur, əsir öldürülə bilməzdi və bu barədə Quran ayələrinə və
Hz.Peyğəmbərin iştirak etdiyi müharibələrdə əsirlərlə davranış nümunələrinə
əsaslanan ümumi fikir birliyi mövcud idi. Məsələn, Məkkənin fəthi zamanı
Hz.Peyğəmbər qaçanların təqib edilməməsini, heç bir yaralı və əsirin
öldürülməməsini əmr etmişdir. Fəthdən sonra isə onun özünə və
ümumiyyətlə müsəlmanlara etdikləri zülm və əziyyətlərə baxmayaraq, o,
məkkəlilərin hamısını bağışlamışdı
48
. Bu və digər çoxsaylı nümunələrdə
əsirlərin öldürülməməsi, əksinə, onlara qarşı əsl mənada insani rəftarın
vacibliyi göstərilir. Düşmən əsgəri əsir götürüldükdə onun taleyini, əsirin
barəsində hər hansı bir hökm yalnız dövlət başçısı tərəfindən verilə bilərdi.
Əsiri öldürən müvafiq qaydada məsuliyyət daşıyırdı. Əsirin malları da onu
əsir kimi tutana yox, dövlətə təhvil verilməli idi
49
. Dörd sünni məzhəbinin
hüquqçularına görə, düşmən əsgəri əsir düşdükdən əvvəl islamı qəbul etmiş
olarsa, onun həyatı və azadlığına tam təminat verilir, onun öldürülməsi və ya
kölələşdirilməsi qeyri-qanuni hesab edilirdi
50
. Lakin əgər əsir tabe olmasa,
qaçmağa cəhd etsə və onun bu kimi hərəkətləri təhlükə yaratsa idi, onun
öldürülməsi məğbul hesab edilirdi. Quranda bu aşağıdakı kimi
buyurulmuşdur: «Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki,)
bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər…»
51
8/71.
47
İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 3, s. 143
48
İslam Ansiklopedisi. Türkiye Diyanet vakfı. İstanbul.: Ali Riza Vaskan Güzel
Sanatlar Matbaası A.S., Yenibosna, Cilt 9, 1994, 560 s.; s.384
49
Ahmet Özel. İslam hukukunda ülke kavramı: Darulislam, Darulharb. İstanbul.:
İklim yayınları, 1991, s.56
50
Yenə orada, s.382
51
Qurani-Kərim, s.157
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
191
Burada xəyanət dedikdə ilk növbədə əsirin qaçması nəzərdə tutulur. Əsir
qaçmaq istəsə və ya tabe olmayaraq, savaşsa, digər təhlükəli hərəkətlər etsə,
təhlükənin dərəcəsindən asılı olaraq onun öldürülməsinə icazə verilirdi. Eyni
zamanda o, öz ordusuna və ya öz olkəsinə çatmağa nail olduğu halda, artıq
azad hesab edilir və onun heç bir məsuliyyəti yaranmır. Bədr döyüşündən
sonra əsir düşən Süheyl b. Amr qaçmış, Hz. Peyğəmbər onu kim tutarsa,
öldürməsini buyurmuş, lakin həmin şəxs yaxalanıb gətirildikdə, ona heç bir
cəza verilməmişdir. Hətta Hz.Ömər onun dişlərini çıxartmağı təklif etmiş,
amma bu təklifi Hz.Peyğəmbər qətiyyətlə rədd etmişdir. Əsirlikdən qaçmış
əsir ikinci dəfə yenə əsir düşdüyü halda qaçdığına görə cəzalandırılmırdı.
Əgər o, qaçmazdan əvvəl hər hansı bir başqa cinayət törədirdisə, bu halda
cəzalandırılırdı
52
. Bu müddəalar göstərilən Konvensiyanın 91-94-cü
maddələri ilə uyğun gəlir
53
.
Nəsirəddin Tusi (XIII əsr) yaşadığı dövrün əsirlərə olan baxışı nümayiş
etdirərək, aşağıdakıları bildirir: «Diri əsir tutmaq mümkün olanı
öldürməməlidir, çünki əsirdən çox fayda götürmək olar, məsələn: biyar
işlətmək, girov qoymaq, mal ilə dəyişmək, bağışlayıb boynuna minnət
qoymaq və s., öldürməkdən isə heç bir xeyir olmaz»
54
.
İkincisi, əsirlərin qida ehtiyacları, paltar və s. məsələlərinin təmin
edilməsinin əsiri götürən dövlət tərəfindən icra edilməsinin əsasını
Hz.Peyğəmbər Bədr döyüşündən sonra təyin etmişdir. Əsirləri götürən
müsəlman dövləti onlarla yaxşı rəftar etməli, onların yeməyi-içməyini vaxtlı-
vaxtında təmin etməli idi. Müsəlman ordularında əsirlərin qida ehtiyacının
müsəlmanlar tərəfindən necə ödənilməsi və ümumiyyətlə onlarla necə rəftar
edilməsi qaydasını Quranın aşağıdakı ayəsi göstərir: «Onlar öz iştahaları
çəkdiyi, özləri yemək istədikləri halda, yeməyi yoxsula, yetimə və əsirə
yedirərlər»
55
76/8. Beləliklə, əsiri götürmüş tərəf hətta özünün ərzaq
problemləri olsa da, əsirin qida, digər məişət problemlərini təmin etməyə
borclu idi. İslam hüququnda əsirlərin yaşamaq və sosial hüququnun
52
Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. Ankara.: Türkiye diyanet
vakfı yayınları, 1996, s. 69-70.
53
Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы
к ним. ñ. 98-99
54
Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. B.: Elm, 1998, s.218
55
Qurani-Kərim, s.606; Ahmet Özel. Göstərilən əsər, s. 57
Samir Hüseyn oğlu Məmmədov
192
təminatının vacibliyini göstərən müddəalar müasir beynəlxalq hüquqda
yalnız 12 avqust 1949-cu il tarixli «Hərbi əsirlərlə rəftar haqqında» Cenevrə
Konvensiyasının 3, 15, 20, 26 - 28-ci maddələrində öz əksini tapmışdı
56
.
İslam dövlətinin bu vəzifənin icrasında hərbi əsirlərin dini mənsubiyyəti rol
oynamırdı. Hətta kafirlərin yeməyi-içməyinin vaxtlı-vaxtında təmin edilməsi
böyük savab hesab edilirdi
57
.
Üçüncüsü, düşməndən əsir almaq, sonra onları satıb mal qazanmaq
məqsədilə müharibə aparmaq da mənfi qarşılanır və bu öz əksini Quranda
tapmışdır
58
8/67. XIII-XV əsrlərdə müsəlman ordularında hərbi əsirlərə olan
münasibət Əmir Teymurun tüzüklərində əks edilmişdir. O göstərirdi ki:
«…Əmr elədim ki, düşmənin tərəfindən hər kim əsir düşüb, bizim tərəfimizə
keçsə, öldürməsinlər, onlara sərbəstlik verilsin. Əgər hərbi xidməti qəbul
eləsələr, qoşuna götürsünlər, qəbul eləməyən əsirləri azadlığa buraxsınlar.
Buna misal, Qeysər ilə müharibədə bizə təslim olan dörd minlik rum əsgərini
azad elədim…»
59
.
Dördüncüsü, Quran ayələrində insana işgəncə verilməsi mənfi və çirkin
əməl kimi qiymətləndirilməklə, cinayətin araşdırılması prosesində təhqiqat,
istintaq orqanı tərəfindən, müharibə zamanı tətbiqi qadağan edilirdi
60
33/48,
57-59; 3/195, 6/34, 29/10, 9/61, 14/11-12, 4/135. Bu qanun müddəası
hədislərdə də öz əksini tapmışdır. Məsələn, işgəncələrin qəti əleyhinə çıxış
edən Hz.Muhəmməd bir ordu komandanını səriyyəyə yola salaraq
işgəncələrin tətbiq edilməməsi haqqında göstəriş vermişdi
61
[23, s.76]. Başqa
bir məsələdə Hz.Muhəmməd düşməni ələ keçirərək, onlar tərəfindən edilən
işgəncələrə cavab kimi, eyni yolla cəzalandırılmasını istəməmişdir
62
. Ümumi
56
Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы
к ним. ñ. 58, 64, 67, 70, 71
57
İslam Ansiklopedisi. c. 9, s.384
58
Qurani-Kərim, s.156
59
Əmir Teymurun vəsiyyətləri. Özbəkcədən çevirəni M. Osmanoğlu. Bakı:
Azərnəşr, 1991, 112 s. s.75
60
Петрушевский И.П. Ислам в Иране в VII-XV веках. Л.: ЛГУ, 1966, с.164;
Ùàêêû Àéäûí. Èñëàì âå ìîäåðí ùóêóêòà èøêåíúå. Àíêàðà. Èñòàíáóë: Úàüàëîüëó.1995.
ñ. 72-74
61
Hakkı Aydın. İslam ve modern hukukta işkence. Ankara. İstanbul:
Cağaloğlu.1995. s. 76
62
Ahmet Yaman. İslam devletler hukukunda savaş. İstanbul., 1998, 192 s. s. 29.
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
193
işgəncə qadağası əsirlərə də şamil edilirdi
63
. Bədr döyüşündən əvvəl bir
müsəlman iki nəfər qureyşini su götürən zaman yaxalamışdı. Bunlar sorğu-
suala çəkilən zaman Hz.Peyğəmbər namaz qılırdı. Səhabələr bu iki şəxsin
Əbu-Sufyanın adamları olduqlarını zənn edərək, onların adi su daşıyan
olmaları sözlərinə inanmamış və onları döymüşlər. Həqiqətdə su daşıyan
olan iki şəxs döyülmənin nəticəsində Əbu-Sufyanın adamları olduqlarını
etiraf etməyə məcbur olmuşlar. Hz.Peyğəmbər namazını bitirdikdən sonra:
«Doğru söyləyəndə döydünüz, yalan danışanda buraxdınız!»: buyurmuş və
bununla da əsirin döyülməsinin, ona işgəncə verilməsinin nə qədər insafsız
və insaniyyətdən kənar olmasını göstərmişdir. Hz.Peyğəmbər əsirlərlə yaxşı
rəftar etməyi təkidlə tələb etmiş, isti vaxtı onlara sərin yerdə istirahət etmək
imkanı verilməsini buyurmuşdu: «Onların üzərində günəş və silahın atəşini
birləşdirməyin»
64
. Beləliklə, əsirlərə insani münasibət göstərilməsi, onlarla
yaxşı rəftar edilməsi, onların döyülməməsi tələb edilmiş və işgəncələr
verilməsi qəti qadağan edilmişdir. Hətta döyüş prosesində təslim olmuş
düşmən əsgəri oldürülməməli, tutulduqdan sonra işgəncələrə məruz
qalmamalı, ona insani münasibət göstərilməli idi
65
. Bu hüquq norması
hazırda qüvvədə olan cinayət qanunvericiliyində də öz əksini tapmışdır (AR
CM-nin 116.0.13. maddəsi)
66
.
Beşincisi, islam hüququnda hərbi əsirləri sipər kimi istifadə etmək -
qoşun arxada, onları isə qabağa buraxmaq kimi hərəkətlər qadağan olunmuş
və bu hüquqi norma müasir azərbaycan cinayət qanunvericiliyitndə də öz
əksini tapmışdır (AR CM-nin 115.2-ci maddəsi)
67
.
Altıncısı, əsir düşmüş müsəlman əsgəri hər bir üsulla əsirlikdən
qurtarılmalı idi. Belə ki, əsgərin son nəfəsinə qədər vuruşması və təslim
olmaması daha üstün mövqe kimi qəbul olunmuşdur. Lakin onun çarəsiz
qalıb təslim olması cinayət hesab edilmirdi. Düşmən əsirliyində olan
müsəlmanın fidyə verib və yaxud başqa əsirlə dəyişdirilib qurtarması vacib
idi. Bu Hz.Peyğəmbərin buyruğudur: «Əsiri qurtarın, acı doyuzdurun və
63
İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 3, s. 139
64
Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. Ankara.: Türkiye diyanet
vakfı yayınları, 1996, s.60
65
İbn Kayyim el-Cevziyye. Yenə orada
66
Azərbaycan Respublikası Cinayət məcəlləsi. s. 102
67
Yenə orada, s. 101
Samir Hüseyn oğlu Məmmədov
194
xəstəni ziyarət edin»
68
. Bu tələbə XIII-XV əsr Azərbaycan dövlətlərində
ciddi riayət edilirdi. Məsələn, 14 avqust 1472-ci il tarixdə baş verən Bəyşehr
döyüşündə 200 ağqoyunlu döyüşçüsü osmanlılar tərəfindən əsir götürülüb,
geriyə qaytarılmırdılar. Ağqoyunlu hökmdarı sultan Həsən hər bir döyüşçüyə
görə onun çəkisi qədər qızıl ödəmiş və beləliklə də, döyüşçülərini azad edə
bilmişdir
69
. Bu və digər nümunələr azərbaycan ordularında əsirlərin azad
edilməsi məsələsində islam hüquq normalarının böyük ciddiliklə riayət
edilməsini göstərir
70
.
XIV əsr azərbaycan şafii hüquqçusu Yusif Ərdəbiliyə görə, əsir düşmüş
müsəlman bütün imkanlardan istifadə edib, əsirlikdən qaçmasına cəhd
göstərməlidir
71
. Düşmən əsirliyində olan müsəlman əsgəri sərbəst buraxıldığı
və ona aman verildiyi hallarda, onun tərəfindən düşmənin canına və malına
zərər yetirilməsi haram hesab edilir və bu barədə islam hüquqçuları ümumi
razılığa gəlmişlər
72
. Yusif Ərdəbili geyd edir ki, əgər kafirlər əsir düşmüş
müsəlmanı şərtsiz buraxıblarsa, həmin müsəlman qayıdıb onlarla müharibə
etməməlidir. Əgər əsir müsəlman əsirlikdən buraxılıb vətənə qayıdarkən
başqa kafirlərin hücumuna məruz qalırsa, bu təqdirdə onlarla vuruşmalıdır.
Əgər əsir yaşadığı ərazidən köçmək şərti ilə buraxılıbdırsa o, bu şərti qəbul
etməli idi, çünki məcburiyyət qarşısında qalmışdır. Ancaq buraxıldıqdan
sonra bu şərtə sadiq qalmaq vacib deyildi, çünki şərt məcburi şəkildə
qoyulmuşdur. Yaşadığı ərazidən köçməyə dair and içirdisə, azadlığa
buraxıldıqdan sonra bu and həqiqi sayılmırdı, çünki məcburiyyət qarşısında
verilmişdir. Lakin köçməyə arvadını boşamasına and içirdisə, bu and
qüvvədə qalan hesab edilirdi və ona görə də, köçməsə, yəni andını yerinə
yetirməsə, bu halda həmin arvad ona haram hesab edilirdi. Daha bir
xüsusiyyət nəzərə alınırdı: kafirlər tərəfindən qayıtmaq və ya pul
göndərilməsi şərti ilə buraxılmış əsirin qayıtması haram buyurulmaqla, pulun
68
Sahih-i Buhari muhtasarı tecrid-i sarıh tercemesi ve Şerhi. 6 cilt. Ankara.: Diyanet
işleri başkanlığı yayınları, Türk Tarih Kurumu Basımevi, 1993, s. 404
69
Ал – Халаби Мухаммед. Поход эмира Йашбека. Пер. с арабского языка З.М.
Буниятова, Т.Б. Гасанова. Баку: Элм, 1985, 97 с. с.45.
70
Əhmədov S.Ə. XIII-XV əsrlərdə Azərbaycanda hərb sənəti tarixi. T.e.n.
dissertasiyasının əlyazması. Bakı: 2001
71
Ərdəbili Cəmal əd-Din Yusif. Əl-Ənvər li əməl ul-Əbrar. Azərbaycan EA
Əlyazmalar institutu. D-417/10394-20661. s.258
72
İslam Ansiklopedisi. c. 9, s.388
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
195
da verilməsi düzgün hesab edilmirdi. Amma kafirdən borc pul alıb əsirlikdən
azad edilən bu borcu qaytarmalı idi
73
.
Əgər əsirlikdə olan müsəlmanın sağ olması məlum idisə, onun mirasçısı
müəyyən edilir və payı saxlanılırdı. Əgər sağ olması məlum deyildisə, onun
əmlakı haqda miras hökmü tətbiq edilmir və xanımları başqalarına ərə gedə
bilməzlər
74
. Şafiilərə görə itkin düşmüş, müharibədən qayıtmamış və yaxud
hər hansı bir təhlükəli hadisədən sonra ölməsi güman edilən şəxsin ölməsi
qazı fitvası ilə təsdiq edilməlidir
75
. Əmir Teymur bir sıra hallarda əsir
düşmüş müsəlmanları nəinki azadlığa buraxır, hətta onlara «qızıl, paltar və
xələt» verir, sonra onlara bir rəhbər təyin edərək, məmləkətlərinə
göndərirdi
76
.
Kölələrin hüquqi vəziyyəti birbaşa müharibə ilə bağlı olmuşdur, çünki
islam hüququna görə köləliyin yeganə mənbəyi müharibə idi. XIII-XV
əsrlərdə Azərbaycanda mövcüd olan qaydaya əsasən əsirlər hərb qənimətinə
aid edildiyinə görə ordu komandanı əsirlərin qənimət kimi paylaşdırılmasına
əmr versəydi, əsirlər kölə olunurdu. Lakin qeyd edilməlidir ki, əsirlərin
kölələşdirilməsi heç də vacib şərt deyildi. Çünki islam hüquqçularına görə
əsirin kölələşdirilməsi qaydası orta əsrlərdə mövcüd olmuş müharibə
adətlərinə əsaslanır və islamla əlaqəsi müvəqqəti xarakter daşımışdır.
Quranda isə əsirlərin kölə vəziyyətinə gətirilməsi və yaxud bu köləlik
institutunu tənzimləyən heç bir müddəa ümumiyyətlə yoxdur. Hz.Peyğəmbər
daima müharibəsiz köləliyə qarşı qəti olaraq çıxış etmiş və azad insanları
kölə vəziyyətinə gətirilməsini şiddətlə yasaqlamışdı Eyni zamanda islam
hüququnda köləlik institutu dövrə uyğun olaraq tam rədd edilməmiş,
qanuniləşdirilərək tədricən hüquqi cəhətdən humanistliyə doğru hərtərəfli
tənzimlənmiş və ümumiyyətlə zaman-zaman tamamilə ləğv edilməsinə
yönəldilmişdir. Ona görə də müharibə zamanı əsarətə alınma prosesi
tədricən zəiflədilmiş, əsirlikdən azadedilmə proseduru isə get-gedə
yüngülləşdirilmişdir. Köləlik olan dövrdə də kölələrə müvafiq olaraq mühüm
73
Ərdəbili Cəmal əd-Din Yusif, Göstərilən əsər, s.258
74
Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə, s.95-96
75
Cəlilov E. Azərbaycanın dövlət və hüququ (XIII-XIV yüz illər). Bakı: Dövlət
kitab palatası. 1995, s. 295
76
Şami Nizaməddin. Zəfər-namə. Azərbaycanın və qonşu ölkələrin tarixinə dair
iqtibaslar. Türk dilindən tərcümə Z.M.Bünyadovundur. Bakı: Elm, 1992, s. 11
Samir Hüseyn oğlu Məmmədov
196
və əhəmiyyətli hüquqlar verilmiş və ümumiyyətlə bu institut islah
edilmişdir
77
. Kölələrin azad edilməsinə dair bir çox qanunlar məcburi
xarakter daşımışdır. Məsələn, Quranda zəkat gəlirlərindən sərf ediləcək
yerlər sadalanarkən «köləlikdən azad etmə» də xüsusilə göstərilmişdir
(9/60). Ehtiyatsızlıqdan adam öldürənin (4/92), verdiyi andı pozanın (5/89),
arvadına «sən mənim anam kimisən» tərzində sözləri deyənin (58/3) cəzası
kəffarə idi ki, iki ay oruc tutmaqla yanaşı bir köləni azadlığa buraxılması
olmuşdur. Hz.Peyğəmbər də Ramazan ayında qəsdən orucu pozan bir
müsəlmandan bir köləni azadlığa buraxılmasının imkanı olub-olmamasını
soruşmuş və köləni azadlığa buraxanın bunun qarşılığında cəhənnəmdə
oddan qorunacağını bildirmişdir
78
. Əsirin azad edilməsi məsələlərində qanun
çərçivəsində hər hansı bir tərəddüdlü məqamlar yaranırdısa, bu zaman
əsirlərin azad edilməsi meylinə daha çox üstünlük verilirdi
79
. Müasir dillə
bunu «kölə azadlığı prezumpsiyası» kimi xarakterizə etmək olar. Kölə
sahibləri onlarla yaxşı davranmalı, özünün yeyib-içdiklərini, geyindiklərini
onlara da yedirib, içdirib, geyindirməli idilər, onlara ağır iş verməməli,
versələr də kömək etməli, onlara «qul», «kölə» kimi sözlər deyilməməli,
onlar nəinki döyülməməli, hətta onlara sillə də belə vurulmamalı idi. Qadın
kölələr (cariyələr) sahiblərinin eyni zamanda arvadları kimi idilər, yəni
onlarla cinsi əlaqədə olub, uşaq sahibi olurdular
80
. Bu uşaq atası tərəfindən
tanılanda bütün hüquqlara malik bir şəxs hesab edilirdi. Sahibindən olan və
onun tərəfindən tanılan bir uşaq anası bundan sonra satılmazdı və sahibi
öləndən sonra azad sayılırdı
81
. Cariyə ilə ayrıca nikah müqaviləsinin
bağlanmasına ehtiyac yox idi.
Kölələr müşriklərdən qaçıb müsəlmanlara qatılanda azad hesab
olunurdu. Hz.Peyğəmbər kölə və onun sahibi haqqında iki hökm vermişdi: a/
kölə darül-hərbdən sahibindən əvvəl qaçıbsa, o, azaddır, sahibi ondan sonra
77
Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. s.288-289
78
Müslim, es-Sahih, Beyrut, Daru ihyai-t-turasi-l-arabi, cilt 2, s. 782. s.782, 1147;
Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. s.288
79
Sabri Şakir Ansay. Hukuk tarihinde İslam hukuku. Ankara: Acans-Türk Matbaası,
1958, s. 70
80
Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. s.289
81
Sabri Şakir Ansay. Göstərilən əsər, s. 70.
Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri
197
çıxıb gəlmişsə, kölə ona qaytarılmır; b/ sahibi köləsindən əvvəl çıxarsa,
sonra da köləsi gələrsə, bu halda kölə ona qaytarılır
82
.
XIII-XV əsrlərdə Azərbaycanda mövcüd olan dövlətlərdə müharibələr
zamanı qadın və uşaqlar əsir alınarkən onların hüquqi vəziyyəti əsgər
əsirlərdən fərqlənirdi. Belə ki, əsir qadın və uşaqlar öldürülməməli, onların
hətta həbs edilməsi qadağan idi
83
. Bu məsələdə islam hüquqçularının
mövqeləri eyni idi. Qadın və uşaqların Kitab əhli və ya bütpərəst olmaları
əhəmiyyət kəsb etmirdi. Hz.Peyğəmbər əsir götürülən ananı və onun həddi-
büluğa çatmamış uşağını ayırmağa icazə verməmiş, bunun ağır günah
olduğunu buyurmuşdur: «Kim bir ananı uşağı ilə ayırırsa, Allah da qiyamət
günü onunla sevdiyini ayırsın»
84
. Hənəfi və hənbəlilərə görə, ikisi də və ya
biri həddi-büluğa çatmamış iki qardaşı və bacı-qardaşı da bir-birindən
ayırmaq haram hesab edilir. Ümumiyyətlə göstərmək olar ki, əsir alınmış
ailələr haqqında onların qənimət payı olaraq ayırılması yasaqlanmış, ailənin
bölünməməsi prinsipi mövcüd olmuşdur
85
. Qadın öz köləsini azad etməmiş,
ona ərə gedə bilməzdi
86
. Ərli qadını almaq haram buyurulmuş, əsir sübay
qadınları qənimət kimi paylaşdırılmazdan əvvəl onlarla cinsi əlaqədə olmaq
qadağan olunmuşdur 4/24. Bu və digər hüquqi normalar əsir düşmüş qadınla
münasibətləri tənzimləyirdi. Ümumiyyətlə də islam hüququnda «yetim
qızlar, aciz uşaqlar və yetimlərlə ədalətlə rəftar» edilməsi buyurulmuşdur
4/127. Quranın başqa ayələrində yeni doğulmuş uşaqların öldürülməsi,
yetimlərin malını mənimsənilməsi, uşaqların hüquqlarına digər təcavüz
formaları qəzəblə lənətlənmişdir
87
6/137, 152 və s.
Müsəlman iqtidarına qarşı üsyan qaldıranlar, silahlı qiyam edənlər əsir
götürülsə də, onların qadın və uşaqları əsir götürülə bilməzdilər
88
. Hənəfilərə
görə, siyasi əsirlər döyüşdən sonra sərbəst buraxıldıqları zaman birləşib
dövlət üçün hər hansı bir təhlükə yaratsalar, onlar yenidən yaxalanaraq, ölüm
cəzasına məhkum edilə bilərdilər. Şafiilərə və hənbəlilərə görə, siyasi əsirlər
82
İbn Kayyim el-Cevziyye., c. 4, s. 1427.
83
İslam Ansiklopedisi. c. 9, s. 387
84
Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. S. 57
85
Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. s. 58-59
86
Sabri Şakir Ansay. Göstərilən əsər, s. 68
87
Qurani-Kərim, s. 69, s.82,120, 123
88
El-Marqinani Ebu l-Hasen Ali, el-Hidaye. cilt 3, İstanbul, 1987, s. 170-171
Samir Hüseyn oğlu Məmmədov
198
öldürülə bilməz, öldürüldüyü təqdirdə diyələri verilməlidir. Bu məzhəblərin
siyasi əsirlərlə bağlı hüquqi görünüşləri Hz.Peyğəmbərin qaçan əsirlərin
təqib edilməyəcəyini, yaralı olanlara toxunulmayacağını və əsirlərin
öldürülməyəcəyini, onların əmlakının qənimət kimi alınmayacağı kimi
hökmlərinə əsaslanırdı
89
. Siyasi əsirlər itaət etmələri təqdirdə sərbəst
buraxılır, əgər itaət etmirlərsə, döyüş sona çatana qədər həbs edilirdilər.
Sonra isə döyüşməmək şərtilə azadlığa buraxılırdılar. Hənbəlilərin bir
mövqeyinə görə, qadın və uşaqlar bu məsələdə toxunulmaz olmalı idilər.
Digərlərinə görə isə, təqsirkar şəxslərə psixoloji təzyiq göstərmək üçün
onların qadın və uşaqları həbs edilib, döyüşdən sonra buraxıla bilərdilər
90
.
Beləliklə, XIII-XV əsrlərdə Azərbaycanda mövcüd olmuş dövlətlərdə
islam hüququnun tərkibində olan hərbi-hüququ normalar müharibə zamanı
insan hüquqlarının qorunması məsələlərini hərtərəfli və çox dolğun şəkildə
tənzimləmişdir. İslam hüququnun insan hüquqlarının qorunmasına dair
hərbi-hüquqi normaları hal-hazıradək öz aktuallığını itirməmişdir ki, bunun
bariz nümunəsi «aman» hərbi-hüquq institutudur. Fikrimizcə, bu və insan
hüquqlarının qorunmasına dair digər islam hüququnun institutları hazırda
xüsusilə də Yaxın Şərqdə baş verən silahlı münaqişələr zamanı
müvəffəqiyətlə tətbiq oluna bilərdi.
89
İslam Ansiklopedisi. c. 9, s. 387
90
Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. s. 90-91
Dostları ilə paylaş: |