113
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2013
UOT 94(479.24)
AZƏRBAYCANDA XALQ AZADLIQ HƏRƏKATININ
SOSİAL-İQTİSADİ VƏ İCTİMAİ-SİYASİ ŞƏRTLƏRİ
(XIX
ƏSRİN BİRİNCİ YARISI)
S.A.
İSMAYILOVA
Bakı Dövlət Universiteti
Sevdaismayılova @ rambler.ru
M
əqalədə XIX əsrin birinci yarısında Şimali Azərbaycanda çarizmin müstəmləkə
siyas
ətinə qarşı xalq azadlıq hərəkatının sosial-iqtisadi və ictimai-siyasi şərtləri açıqlanır. XIX
əsrin ilk onilliklərində Şimali Azərbaycanda torpaq sahiblərinin iqtisadi gücünün azaldılması,
rus hökum
ətinə «sadiq olan etibarlı» bəylərin yaradılması, lakin buna baxmayaraq çarizmin
əldə silah müstəmləkə zülmünə qarşı döyüşən yerli feodallar içərisində özünə dayaq tapa
bilm
əməsi göstərilir.
H
ərbi üsullarla həyata keçirilən maliyyə-vergi siyasəti, Azərbaycan ali silkinin böyük
bir hiss
əsinin torpaqlarının müsadirəsi, müsəlman ruhaniliyinin muxtariyyətinə son qoyularaq
onların hüquqlarının pozulması XIX yüzilliyin I yarısında Şimali Azərbaycanda xalq azadlıq
h
ərəkatını doğuran sosial-iqtisadi və ictimai-siyasi şərtlər kimi səciyyələndirilir.
Açar sözl
ər: xalq azadlıq hərəkatı, maliyyə-vergi siyasəti, müsəlman ali silki,
torpaqların müsadirəsi, müsəlman ruhaniliyi
1801-ci ild
ə Qazax, Şəmsəddil və Borçalı sultanlıqları Şərqi Gürcüstanla
birlikd
ə Rusiya imperiyasına qatıldıqdan sonra Azərbaycan xanlıqları Rusiya,
İran və Türkiyə arasında kəskin hərbi-siyasi mübarizə meydanına çevrildi. Bu
mübariz
ə Rusiyanın Qafqazdakı xüsusi hərbi səlahiyyətli komandanları tərəfin-
d
ən iki istiqamətdə aparılırdı: Birincisi, müqavimət göstərən xanlıqların hərbi-
müst
əmləkəçi metodlarla ləğv edilməsi, ikincisi isə, dövlətlərarası müqavilə
bağlamaq yolu ilə xanlıqların daxili muxtariyyət hüquqlarını saxlamaqla Rusi-
ya
nın vassalına çevrilməsi. 1805-ci ildən Şimali Azərbaycanda hərbi işğal
rejimi – komendant üsul-idar
əsi yaradıldı. Bu, 1840-cı ilədək davam etdi. La-
kin göst
ərilən dövrədək burada idarəçilik sahəsində Rusiyanın vahid xətti
h
ələlik yox idi. Çar zabitləri – komendantlar tərəfindən idarə edilən əyalətlər
dövründ
ə imperiya özünün hərtərəfli işlənib hazırlanmış siyasətinə malik
deyildi. 1830-
cu il 13 iyul Ali buyruğu ilə müsəlman ali silkinə güzəştə gedən
114
rus hakimiyy
əti 1841-ci il qanunu ilə torpaqların müsadirəsi haqqında göstəriş
verir, XIX
əsrin 30-40-cı illərində çarizmin Şimali Azərbaycanda yürütdüyü
siyas
ətdə bir-birinə tamamilə əks olan addımlar atılır. Qafqaz hakimləri
sınaqlar və səhvlər üsulunu rəhbər tuturdular (7,23-24).
Yerli
əhalinin nə mülkiyyət hüququ, nə də şəxsi təhlükəsizliyi heç bir
qanunla t
ənzimlənmirdi. Baş komandanlar da, rəislər də öz bildikləri kimi
h
ərəkət edirdilər. Rusiya idarəçiliyi Azərbaycan xalqı üçün yabançı idi. Dil və
din d
ə xalqa yad idi.
Hakimiyy
ət yerli ali müsəlman silkinin siyasi və iqtisadi gücünü qırmağa
çalışırdı. Xan təliqələrinin tanınması və ya inkar edilməsi komendantdan asılı
idi. Müsadir
ə edilmiş torpaqlar ya xəzinənin mülkiyyətinə keçir, ya da çarizmə
sadiq, «etibarlı» bəylərə bağışlanırdı. Çarizmə sədaqətli qulluq şərtilə bu tor-
paqlar onların idarəsində qala bilərdi. Bəylərə rəncbərlərin paylanması da ko-
men
dantların ixtiyarında idi. Komendantın əmri ilə xəzinə kəndləri və kənd-
lil
əri xüsusi sahibkar kəndləri və kəndlilərinə və yaxud da əksinə çevrilə
bil
ərdilər.
Komendant üsul-idar
əsində əsas amil özbaşınalıq, rüşvətxorluq, haqsızlıq
idi. Komendantlar h
ətta hakimiyyəti də aldatmaqdan çəkinmir, xəzinəyə
ötürül
əsi əmlakı özləri mənimsəyirdilər.
XIX yüzilin 20-ci ill
ərinin sonu – 30-cu illərinin əvvəllərində Cənubi
Qafqazda I Nikolayın göstərişi ilə təftiş aparmış senatorlar Meçnikov və Ku-
taysov yazırdılar ki, yüz min sakinin hüququ, namusu, əmlakı komendantın
hökmünd
ən asılıdır (9, 10).
K.A.Zubarevin 1830-cu ild
ə gen.-adyutant Strekalova ünvanladığı yazı-
dan aydın olur ki, Qarabağda mahal naibləri sakinləri sıxışdırır, iğtişaş yara-
dırlar. Vərəndə mahal naibi prаp. məlik Xudadad başqalarını da ötüb. Əxlaqsız
v
ə sərxoş bir davranışla o öz hay-küylü və sərxoş xidmətçiləri ilə kəndlərdən
keç
ərək əsassız olaraq sakinləri cəzalandırır. Onun mirzəsi və xidmətində
olanları da belə edirlər. Qeyri-qanuni olaraq xəzinə kəndlilərindən hər kotan və
cütd
ən dörddə bir buğda götürür, pul cərimələri və rüşvət alır (6, VII c., 464).
İşğal dövründə çarizmin Şimali Azərbaycanda torpaq siyasətinin əsasını
x
əzinə mülklərini artırmaq, yerli feoddalları çarizmə sədaqətli qulluq edən bir
zümr
əyə çevirmək təşkil edirdi. Rus idarəçilik sisteminə dair yaradılmış layi-
h
ələrin ümumi cəhəti ondan ibarət idi ki, hüquq, məhkəmə, idarəçilik sahə-
l
ərində bütün yerli xüsusiyyətlər ləğv edilir, mərkəzləşdirilmiş idarəçilik sis-
temi yaradılması nəzərdə tutulurdu. Çarizm diyarda «təbii rus zadəganların-
dan» ibar
ət bir dayaq yaratmaq fikrində idi (9, 232-259, 301-317).
Xanlıqlar dövründə mövcud olmuş vergi sistemi əsasən qorunub saxlan-
mışdı. Müxtəlif vergi və mükəlləfiyyətlər kəndlilərin vəziyyətini daha da ağır-
laşdırırdı.
Rus r
əisləri kəndli təsərrüfatının yönümünü nəzərə almadan qanunsuz
vergil
ər yığırdılar. 1834-cü ildə Şirvan komendantı Xançoban və Rutbar ma-
halının taxıl əkməyən maldar əhalisi üzərinə malcəhət taxıl vergisi qoymuş, 3
115
ild
ə qanunsuz olaraq 855 tağar buğda, 475 tağar arpa yığmışdı. Yalnız sakin-
l
ərin güclü narazılığından sonra 1838-ci ildə artıq yığılmış taxılın qayta-
rılmaması şərti ilə bu verginin ödənişi dayandırılmışdı (2, 640).
Xan
lıqlar dövründə son dərəcə mürəkkəb vergi sistemi mövcud idi, lakin
h
əmin sistem ciddi şəkildə gözlənilirdi. Çar hökuməti isə həmin sistemi sax-
layaraq, ona bir qarmaqarışıqlıq gətirmişdi və həmin sistemi son dərəcə qaba
müst
əmləkə əsarəti ilə daha da ağırlaşdırmışdı (8, 60-65).
Tarixçi alim M.Abdullayevin göst
ərdiyi kimi, çarizmin Azərbaycanın
Rusiya t
ərəfindən işğal edilməsi dövründə formalaşan aqrar siyasətinin mərkə-
zind
ə dayanan yerli feodallara münasibət məsələsi, onların sosial-iqtisadi hü-
quqlar
ının nizamlanması üzrə bütün hökumət tədbirləri ali zümrənin tərki-
bind
əki bu qruplaşma və meylləri bəzi hallarda qismən, bir çox hallarda isə
tamamil
ə nəzərə almaqla həyata keçirilirdi (1, 67).
Mü
əllifin göstərdiyi kimi, inzibati orqanlar Ali manifestin müəyyən
etdiyi qaydalara yarımçıq əməl edir, qəsdən onu pozurdular. Diyarın “sakitliyi”
üçün t
əhlükəli olan bəylərin geri qayıtmasına qətiyyən yol verməməyə çalışır-
dılar. Irana qaçan Qazax ağalarının hələ 1814-cü ilin aprelində geri qayıtmaq
xahişinə baxılmamışdı. Digər tərəfdən isə sürgündən, həbsdən və xaricdən qay-
tarılmasına icazə verilən feodalların keçmiş torpaqları üzərindəki hüquqları heç
d
ə həmişə Ali manifestdə göstərilən “qabaqki vəziyyətində” deyil, çarizmin
t
əhrifedici mülahizələrinə əsasən qaytarılırdı. Belə ki, Quba əyalətindən xə-
yan
ət edənlər sırasında Həştərxana sürgünə göndərilən, ancaq günah işlətdiyi
sübuta yetm
ədiyi üçün 1820-ci ildə geri qaytarılan Paşa bəyin müsadirə edilmiş
4 k
əndindən yalnız 2-si onun sahibliyinə deyil, “idarəsinə” qaytarılmışdı
(1,71).
Az
ərbaycan feodallarının bir hissəsi, Qazax, Şəmşəddil, Borçalı distan-
siyasının ağaları, Quba əyalətinin tiyuldar bəyləri artıq torpağın sahibi və
mülkiyy
ətçisi deyil, yalnız “idarəçisi” sayılırdılar (6, IV c., 666-670).
“İdarəçilik” çarizmə sədaqətli olması şübhə doğuran, xaricə və dağlara
qaçan feodalların övladlarının da torpaq üzərində nəsli sahiblik hüququnu
asanlıqla ləğv etməyə imkan verirdi.
Saxta “idar
əetmə” məsələsini ortaya atan hökumət bundan bəylərə qarşı
başlıca iqtisadi təzyiq vasitəsi kimi istifadə edirdi.
1817-ci ild
ə Quba komendantının verdiyi “Sərəncam” kəndlilərin , feo-
dalların xeyrinə ödəməli olduğu mükəlləfiyyətləri nizama salırdı. Artıq Quba
əyalətinin bəyləri mülk sahibi yox, onların “idarəedicisi” hesab edilirdi. Buna
gör
ə də əhali ona bəzi mükəlləfiyyətlər ödəyirdi (4, 144).
1818-
ci il “Əsasnaməsi”nə görə ağalar mülkiyyətçi deyil, yalnız idarəçi
idil
ər. Torpaqları üzərində mülkiyyət hüququ yox idi. Onlar yalnız həmin tor-
paqlarda salınmış bağlar, tikilmiş evlər və dəyirmanlar üzərində mülkiyyət hü-
ququna malik idil
ər.
A.Yermolov yazırdı: “Bu, hökumətin onlar və hətta onların qohumlarının
k
əndi idarə etmək hüququndan məhrum etmək niyyətində olmadığının sübutu
116
rolunu oynaya bil
ər” (6, VI c., I h., 696-698).
1818-
ci il “Əsasnaməsi” üzrə ağalar müəyyən vergi və kəndlilər üzərində
polis n
əzarəti həyata keçirməli idi. Buna əsaslanan çar hökumət orqanları tiyul-
k
ənd sahibkarlarını idarəçi hesab edir və onların yeni hakimiyyətə münasibətini
n
əzərə almaqla ya onların kəndini əlindən alır başqasına bağışlayır, ya da on-
ların əlində saxlayırdı.
Xan hakimiyy
ətinə son qoyulmuş Şəki, Şirvan və Qarabağ əyalətlərində
yerli feodalların torpaq hüquqlarına zərbə vurmaq üçün bir sıra tutarlı işlər
görüldü. 1820-ci ild
ən Yermolovun göstərişi ilə müsəlman əyalətləri bəylərinin
k
ənd və torpaqlar üzərində sahiblik və “idarə” hüquqlarını təsdiq edən xan
t
əliqələri toplanıldı. Hər üç vilayətdə şəhər məhkəmələrində təliqələrin əsl ma-
hiyy
əti təhrif edilir, torpaq sahibliyi hüququ “idarəçilik”lə əvəz olunurdu. Bəy
v
ə ağaların torpaq hüququnun əlindən alınması üçün “hökumətə xəyanət”,
“düşmənlə Rusiyanın mənafeyinə ziyan vuran əlaqənin saxlanması”, “dövlət
m
əmurlarına itaətsizlik” kifayət edirdi.
1824-cü ild
ə general Yermolovun göstərişi ilə yaradılmış komissiya
bütün b
əy familiyalarını saf-çürük etməli və qədim, yerli bəy nəsillərini, bəy
adını Şeyx Əli xandan alanlardan ayırmalı idi.
Erm
əni vilayətində keçmiş sərdarın vəziri Mirzə İsmayılın dəqiq siyahıya-
almalarına əsasən xan xəzinəsinin bütün gəliri və mülki aşkara çıxarıldı (8, 151).
Yen
ə Yermolovun göstərişi ilə Şəki və Şirvan xanlıqlarında bütün bəy fa-
miliyaları məlum edildi. Onlar haqqında məlumatlar ya dəqiqliyi şübhə do-
ğurmayan sənədlərə, bunlar olmadıqda isə hər bir nəsil haqqında xüsusi etimad
göst
ərilən 12 bəyin şəhadətinə əsaslanırdı. Azərbaycan feodallarının böyük bir
hiss
əsinin öz torpaqlarının sahibi və mülkiyyətçisi deyil, yalnız xəzinə (dövlət)
k
əndlilərinin idarəçisi sayılmaları onları 1826-cı ilin iyununda başlanan “ümu-
mi müs
əlman üsyanı”nın fəal iştirakçısı etdi. 13 iyul 1830-cu il Ali Qanunu ilə
II Rusiya-
İran müharibəsi dövründə antihökumət çıxışlarda iştirakına görə cə-
zalandırılan bəylərin əfvi və müsadirə edilmiş torpaqların qismən qaytarılması
bir növ fe
odallarla yaxınlaşma xətti olsa da, XIX əsrin 30-cu illərində Rusiya
Az
ərbaycan bəylərinin silki hüquq və imtiyazlarını rəsmi olaraq tanımadığı
üçün onlar Rusiyanın müstəmləkə siyasətini həyata keçirməkdə sosial dayağı
ola bilm
əzdilər. Odur ki, Azərbaycan bəyləri XIX əsrin 30-cu illərində Azər-
baycanda baş verən azadlıq hərəkatında fəal iştirak edirdilər (3,83).
Çarizm Az
ərbaycan ruhaniliyinə münasibətdə də ağa və bəylərə olan
siyas
ətini davam etdirdi. Əsas münasibət müsəlman, əsasən şiə (Şimali Azər-
baycanda
əhalinin böyük qismi şiə məzhəbli idi) ruhaniliyinin xanlıqlar döv-
ründ
ə malik olduqları muxtar idarəçiliyinə son qoymaqdan, onların İran və
Türkiy
ədəki dini mərkəzlərdə ruhani təhsili almalarını qadağan etməkdən iba-
r
ət oldu. İşğal dövründə müsəlman ruhaniliyinin sayını, onların xeyrinə yığılan
vergil
əri azaltmaq, şəriət məhkəmələrinin funksiyalarını məhdudlaşdırmaq və
müst
əmləkə əleyhinə çıxışlarda iştirak edən ruhaniləri amansız cəzalandırmaq
t
ədbirləri həyata keçirilirdi. Xanlıqlarda ruhanilər xanlıq divanxanasında mü-
117
hüm yer tuturdular. Qaz
ılər, əmr-məruflar sırf inzibati funksiyaları yerinə
yetir
ən dövlət məmurları kimi çıxış edirdilər. Dövlət idarəçiliyində isə ali
rütb
əli ruhanilər çıxış edirdilər. Aşağı təbəqədən olan ruhanilər isə dini işlərlə
m
əşgul olurdular. Azərbaycan ruhaniliyinə münasibətdə həyata keçiriləcək
siyas
əti müəyyənləşdirməkdən ötrü çarizm ruhaniliyin sosial-iqtisadi və siyasi-
hüquqi v
əziyyətini öyrənməli idi (10, 107).
Yermolovun 1824-
cü ilin martında tərtib etdiyi “Quba qazısına göstəriş”
– müs
əlman ruhaniliyinin sosial-siyasi, hüquqi statusunu müəyyənləşdirən bir
s
ənəddir.
S
ənəddə əyalət ruhanilərinin sayı və ünvanlarının müəyyənləşdirilməsi,
din xadiml
ərinin davranışı və əxlaqına ciddi fikir verilməsi, moizələrində hö-
kum
ət əleyhinə, başqa dindən olanlara qarşı nifrət hissi aşılayan ruhanilərin
h
ərbi məhkəməyə verilmələri əmr edilirdi (9, 309). Quba əyalətinin komen-
dantı K.K. fon Krabbeyə tapşırılırdı ki, ruhanilərin əhalidən vergi ödəmək
bar
ədə tələbləri rədd edilsin, hökumət tərəfindən ştata salınmayan ruhanilərin
üz
ərinə vergi və mükəlləfiyyətlər qoyulsun.
“Göst
əriş”in əvvəlində bildirilirdi ki, sünnilik əyalətdə aparıcı məzhəbdir,
ibad
ətlə məşğul olanların hamısı hökumət tərəfindən təyin olunan qazıya ta-
bedir, mollalar da
qazı tərəfindən təyin edilir. Əfəndi rütbəsi qanunun mənim-
s
ənilməsi sınağından çıxanlara verilirdi. Sınaq qazı və ruhani alimlərin iştirakı
il
ə keçirilirdi. Adı qazanana qazının və sınaqda iştirak edən üləmaların imzaları
olan şəhadətnamə verilirdi. Qazı əfəndi və mollaların əqli və əxlaqi cəhətdən
daşıdıqları ada layiqli olmalarına cavabdeh idi. Yoxsa onlar xalqa xeyirli öyüd-
n
əsihət verə bilməzdilər. Qazı etibarsızlıqda və nalayiq davranışda təqsirli
olanları vəzifədən azad edirdi.
“Göst
əriş”də ruhani adlarının irsən, nəsildən-nəslə keçməsi qadağan
olunurdu, yalnız layiqlilərə dini ad verilməsi düzgün sayılırdı. Əslində, islam
qaydalarına görə də dini adlar irsən keçmirdi. Əyalətdə din xadimlərinin sayı
bel
ə müəyyənləşdirilirdi: kəndlərdə 50-60 həyətə 1 məscid olmalı idi; 10-dan
az h
əyəti olan kəndlərdə isə məscid salınmırdı. Şəriət məhkəmələrinə rəhbərlik
qazıya həvalə olunurdu. Onun qərarları şiə məzhəbli müsəlmanlar üçün də
m
əcburi idi (9,310).
Yermolov müs
əlman ruhanilərini iqtisadi cəhətdən də zəiflətməyə çalı-
şırdı. “Quba qazısına göstəriş”də ruhanilərin xeyrinə toplanan zəkatın məcburi
olduğu, xümsün isə könüllü olduğu göstərilirdi. Beləliklə, işğal dövründə Azər-
baycan ruhanil
ərinin də hüquqları məhdudlaşdırıldı, əsasən də bu hüquqlardan
m
əhrum edildilər. Şəriət məhkəmələri saxlanılsa da, onların təsir dairəsi da-
raldılmışdı.
Çarizm müs
əlman ruhaniliyini əhaliyə mənəvi-siyasi təsir göstərməkdən
m
əhrum etmiş, onların vəqf mülkiyyətləri müsadirə olunmuş, ruhanilərin
xeyrin
ə vergi və ianələrin yığılması məhdudlaşdırılmışdı. 1826-cı il üsyanında
iştirak edən ruhanilərdən bəzilərinə, elə din xadimləri olduqlarına görə ölüm
c
əzası verilmişdi (5, 260).
118
H
ərbi üsullarla həyata keçirilən maliyyə-vergi siyasəti, yerli feodalların
Rusiyaya düşməncəsinə yanaşan böyük bir hissəsinin torpaqlarının müsadirəsi,
onların iqtisadi və siyasi gücünün qırılması, carizmin köcürmə siyasəti, müsəl-
man ruhaniliyinin muxtariyy
ətinə son qoyulub hüquqlarının pozulması Azər-
baycan
xalqının XIX yüzilin I yarısında Rusiyanın müstəmləkə siyasətinə qarşı
apardığı xalq azadlıq hərəkatının sosial-iqtisadi, ictimai-siyasi şərtlərini təşkil
etmişdi.
ƏDƏBİYYAT
1.
Abdullayev M.
Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar
münasib
ətlər (XIX əsrin 40 –cı illərinə qədər). Bakı: Adiloğlu, 2005, 232 s.
2.
Az
ərbaycan tarixi (Uzaq keçmişdən 1970-ci illərə qədər) / S.Əliyarlının red. ilə. Bakı:
Az
ərbaycan, 1996, 872 s.
3.
Az
ərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu (XIX-XXI əsrin əvvəli). Bakı:
BDU, 2010, 544 s.
4.
Gülmalıyev M.M. XVIII əsrin son rübü – XIX əsrin birinci yarısında Azərbaycan kəndinin
sosial-siyasi strukturu. B
akı: Elm, 1989, 280 s.
5.
Hüseynli R. Az
ərbaycan ruhaniliyi (xanlıqlar çağından Sovet işğalınadək olan dövrdə).
B
akı: Kür, 2002, 266 c.
6.
АКАК (Акты, собранные Кавказской Археографической Комиссией). т. IV, Тифлис,
1870, 1015 s;
т.VI, I h. Тифлис, 1874, 941 s; т.VI, II h. Тифлис, 1875,950 s; т.VII ,
Тифлис: Типография главного управления наместника Кавказского, 1878, 994 s.
7.
Ибрагимова Н. Система управления Российского царизма в Северном Азербайджане
в начале XIX столетия (до 1840-х годов). Автореферат дис. канд.ист.наук, Баку,
2008, 27 c.
8.
Иваненко В.Н. Гражданское управление Закавказьем от присоединения Грузии до
наместничества великого князя Михаила Николаевича Тифлис, 1901, 525 s.
9.
Колониальная политика российского царизма в Азербайджане в 20-60-х годах XIX
века. I h. М.-Л.: АН СССР, 1936, 479 s.
10.
Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и
Армении в XVI - начале XIX вв. Л.: Изд.Ленинградский Государственный Универ-
ситет, 1949, 365 s.
СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ И ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКИЕ
ПРЕДПОСЫЛКИ НАРОДНО-ОСВОБОДИТЕЛЬНОГО ДВИЖЕНИЯ В
СЕВЕРНОМ АЗЕРБАЙДЖАНЕ (ПЕРВАЯ ПОЛОВИНА XIX ВЕКА)
С.А.ИСМАЙЛОВА
РЕЗЮМЕ
В статье раскрывается социально-экономические и общественно-политические
предпосылки народно-освободительного движения против колониальной политики
царизма в Северном Азербайджане в первой половине XIX века. Рассматривается вопрос
ограничения экономической мощи землевладельцев в Северном Азербайджане в первых
десятилетиях XIX века, формирование «благонадежных беков» русскому самодержа-
вию. На основе фактов доказывается, что несмотря на это царизм не нашел опору среди
местных вооруженных феодалов воюющих против колониального ига.
Рассматривается проведенной в жизнь военными методами финансово-налоговой
политики царизма, конфискация земель большой части высшего мусульманского
119
сословия Азербайджана, попирание прав и ликвидация автономии мусульманского духо-
венства, характеризуется социально-экономические и общественно-политические пред-
посылки народно-освободительного движения в Северном Азербайджане в первой поло-
вине XIX века.
Ключевые слова: народно-освободительное движение, финансово-налоговая по-
литика, мусульманское высшее сословие, конфискация земель, мусульманское духо-
венство
SOCIO-ECONOMIC AND PUBLIC–POLITICAL PRECONDITIONS OF THE
EMANCIPATION MOVEMENTS IN NORTHERN AZERBAIJAN
(AT THE FIRST HALF OF THE XIX CENTURY)
S.A.ISMAYILOVA
SUMMARY
The article studies the social-economic and public-political preconditions of eman-
cipation movements against the colonial policy of tsarism in Northern Azerbaijan at the first
half of the XIX century. Limitation of economic power of landlords in Northern Azerbaijan in
the first decades of the XIX century is analyzed. Formation of “the trustworthy bays” for the
Russian autocracy is examined.
It is noted that, in spite of all these, tsarism could find no support among the local
armored feudals who were struggling against the colonial rule.
Financial-tax policy of tsarism, realised by military methods, confiscation of the lands
from higher Muslim clergy of Azerbaijan, violation of rights and liquidation of the Muslim
clergy are characterized as preconditions for the people’s emancipation movements in Northern
Azerbaijan at the first half of the XIX century.
Key words: emancipation movements, financial-tax policy, higher Muslim clergy,
confiscation, land, Muslim clergy
Dostları ilə paylaş: |