64
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi
elmlər seriyası
2012
FƏLSƏFƏ
UOT 101.1
ÖZGƏLƏŞMƏNİN İQTİSADİ VƏ SOSİAL
FORMALARININ QARŞILIQLI ƏLAQƏSİ
H.Q.MƏMMƏDOV*, H.M.MƏMMƏDOV**
Bakı Dövlət Universiteti
ho2039@mail.ru*, elmaddin@baghlangroup.com**
Məqalədə özgələşmənin iqtisadi və sosial formalarının mahiyyəti təhlil olunur, müasitr
cəmiyyətdə onların qarşılıqlı əlaqələrinin spesifikliyi aşkara çıxarılır.
Milli müstəqillik dövründə ölkəmizdə həyata keçirilən transformasiya proseslərinin iqti-
sadi və sosial özgələşmənin yumşaldılması üçün əhəmiyyətinin açılmasına xüsusi diqqət yetirilir.
Açar sözlər: iqtisadi özgələşmə sosial özgələşmə, suverenliyin iqtisadi-fəlsəfi mahiy-
yəti, özgələşmənin yumşaldılması
Özgələşmə çoxtərəfli və mürəkkəb sosial fenomen olmaqla, müxtəlif
formalarda (iqtisadi, sosial, siyasi, mənəvi və s.) çıxış edir. Bu yazıda əsas
diqqət onun birinci iki növü arasındakı əlaqələrin təhlilinə yönəldilir.
Əvvəla onu qeyd edək ki, müasir fəlsəfi ədəbiyyatda özgələşmənin məz-
mu
nu və təzahür formaları haqqında müxtəlif fikirlər söylənilir. Fikrimizcə,
özgələşmənin mahiyyətinə dair zəmanəmizin tanınmış filosofu E.Fromun
mövqeyi daha məqbuldur. Onun nəzərincə, “özgələşmə anlayışı altında elə
davranış və qavrayış üsulu başa düşülür ki, insan özünü nə isə yad hiss edir,
özü-
özündən kənarlaşmış olur, hərəkət və əməllərinin nəticələri onun üzərində
hökmranlıq edir” (11, 396).
Özgələşmənin mürəkkəb məzmun kəsb etdiyi ona verilən təriflərin rənga-
rəngliyində ifadə olunur. Ümumilikdə götürdükdə onun aşağıdakı tərifi öz dol-
ğunluğu ilə seçilir: “özgələşmə insan fəaliyyətinin nəticələrinin ona yad olan və
onun üzərində hökmranlıq edən nə isə bir şeyə çevrilməsi deməkdir” (1, 201).
Qeyd etmək lazımdır ki, fəlsəfi ədəbiyyatda özgələşmənin cəmiyyətin
bütün
tərəflərini əhatə edən proses olduğu vurğulanır və göstərilir ki, o, insa-
65
nın mahiyyəti ilə mövcudluğunun uyğunsuzluğunda onun maddiləşmiş qabi-
liy
yətləri üzərində nəzarətinin itirilməsində və sonuncuların ona qarşı duran
düşmən qüvvəyə çevrilməsində ifadə olunur (7, 13).
Özgələşmənin müxtəlif formalarının əlaqəli şəkildə öyrənilməsi ona
vahid sistem kimi yanaşaraq dərindən təhlil etmək imkanı verir. Bu mənada
onun iqtisadi və sosial növlərinin münasibətləri və əlaqələri daha səciyyəvidir.
Söhbət həm də onların obyektiv və subyektiv səpkilərinin, yəni real iqtisadi
və sosial münasibətlərdə təzahür edən tərəfləri ilə insanın şüurunda (həqiqi
insani normalardan kənara çıxan təzahürlərdə) olan məqamlarını vəhdətdə
götürməyi vacibdir (6, 28). Ümumi mənada iqtisadi özgələşmə dedikdə, insan-
ların maddi istehsalda yaratdıqları məhsulların və xidmət növlərinin onların
üzərində ağalıq etməsi başa düşülür. Bu, əmtəə fetişizmi adlanan hadisə ilə sıx
bağlıdır. Sosial özgələşmə insanın mövcud sosial institutlardan yadlaşması
fərdin iradəsinin sosial birliklərə və qruplara tabe vəziyyətə düşməsində ifadə
olunur. Fəlsəfi fikir tarixində ilk dəfə Hegel özgələşmənin iqtisadi və digər for-
ma
ları arasında əlaqəni açmağa cəhd göstərmişdir. O əmək prosesinin, ictimai
əmək bölgüsünün cəmiyyətdə müsbət cəhətləri ilə yanaşı inkari nəticələrini də
göstərmiş və qeyd etmişdir ki, bu amillər insanın fərdiliyini mücərrədləşdirir və
bununla da özgələşməyə şərait yaradır (3, 324, 344).
Hegelin özgələşmənin iqtisadi və fəlsəfi aspektlərini vəhdətdə götürmək
ənənəsini davam etdirən K.Marks bu fenomenin daha dərin təhlilini vermiş,
onun haqqında bütöv bir təlim yaratmışdır. Bu təlimin mərkəzi müddəasını
özgələşmiş əmək ilə xüsusi mülkiyyətin ayrılmaz əlaqəliliyi təşkil edir (5, 98).
Yeri gəlmişkən, qeyd edək ki, Marksın özgələşmənin yaranmasını bütünlükdə
və tamamilə xüsusi mülkiyyət ilə bağlaması fikri həm nəzəri, həm də praktiki
cəhətdən özünü doğrultmadı. Lakin bu faktdan heç də belə nəticə çıxarmaq
olmaz ki, özgələşmənin xüsusi mülkiyyət ilə əlaqəsi yox olur. əslində xüsusi
özünün funksional roluna görə özgələşdirilə bilən mülkiyyətdir, yəni onu
satmaq, başqasına hədiyyə etmək və icarəyə vermək mümkündür. Müxtəlif
mülkiyyət formalarının bərabərhüquqlu fəaliyyətinin təmin olunduğu, bazar
iqtisadi mexanizminin mühüm əsaslarından biri kimi xüsusi mülkiyyətin
rolundan artdığı və təsir dairəsinin durmadan genişləndiyi indiki dövrdə bu
məqamı lazımi qiymətləndirməmək doğru olmazdı. Deməli, özgələşmə təkcə
keçmiş cəmiyyətlərin yaratdığı nə isə təsadüfi və ya müvəqqəti bir fenomen
deyildir. Onu bugünkü ictimai münasibətlər sistemi, onun tərkib hissəsi olan
xüsusi mülkiyyət institutu yaradır. Özgələşmənin iqtisadi və sosial forma-
larının əlaqəliliyi hər şeydən əvvəl onları yaradan səbəblər müstəvisində aş-
kara çıxır. Belə ki, hər iki növ, xüsusi mülkiyyət və əmək bölgüsünün
bilavasitə təsiri altında formalaşır. Onların ayrılmaz əlaqəsi bunda görünür ki,
xüsusi mülkiy
yətdən əsaslanan iqtisadi əmək bölgüsü özünün müvafiq
davamını konkret sosial formalarda tapır (4, 173). Özgələşmə fenomeninə
dərindən nəzər yetirdikdə görünür ki, onun mənbəyi iqtisadi həyatda, maddi
66
istehsal prosesindədir. Belə ki, burada əmək fəaliyyətini göstərməklə insanlar
təbiətdə olan əşyalar aləmini, yəni bir tərəfli özlərinin yaratdıqları predmetlər
dünyası ilə tamamlayırlar. Sonuncular insan fəaliyyətinin məhsulları olmaqla,
ona yad qüvvəyə çevrilir və üzərlərində hökmranlıq edirlər. İqtisadi həyat
cəmiyyətin mövcudluğu, normal yaşaması və inkişafı üçün həlledici əsas
rolunu oynadığına görə, burada baş verənlər (o cümlədən də özgələşmə)
ictimai həyatın digər sferalarında və birinci növbədə sosial münasibətlər
sistemində özünün müvafiq inikasını tapır. Əlbəttə, sonuncu sahədə özgələş-
məni iqtisadi sahənin avtomatik nəticəsi hesab etmək doğru olmazdı, çünki
sosial özgələşmə öz məzmunu və mahiyyətinə görə bilavasitə insanların məhz
sosial münasibətlərin istehsalı və təkrar istehsalına yönəlmiş fəaliyyətin
nəticəsidir. Ona görə də, burada söhbət yalnız özgələşmənin iqtisadi forma-
sının digər formalara (sosial, siyasi, mənəvi və s.) güclü təsir göstərməsindən,
onların sıx qarşılıqlı əlaqələrindən gedə bilər
Biz yuxarıda iqtisadi özgələşmənin kökünün bilavasitə maddi istehsal
fəaliyyətində yarandığını qeyd etdik, lakin unutmaq olmaz ki, insanların bu
sahədə gördüyü bütün işlər, bölgü və mənimsəmədən ayrılmazdır. Buradan ay-
dındır ki, sonuncular iqtisadi özgələşmənin formalaşmasının fəal səbəbləri
kimi çıxış edir. Başqa sözlə, istehsal cəmiyyətin mövcudluğunun, insanın
başlıca tələbatlarını ödəməyin ilkin şərti olmaqla sosial fəaliyyətin əsasında
durduğu kimi, burada özünü göstərən özgələşmə də sözügedən sferada onunla
əlaqəli şəkildə təzahür edir. Təkcə sırf iqtisadi özgələşmə deyil, həm də onun
ayrılmaz tərəfi olan, texnoloji səpki də sosial münasibətlərin təkrar istehsalın-
da müvafiq uyğunsuzluqları şərtləndirir. İqtisadi özgələşmənin texniki səpkisi
o deməkdir ki, insan texnikanı inkişaf etdirmək nəticəsində özünü bir növ ona
tabe vəziyyətinə salır. Buna görə də, bütövlükdə, texnika, istehsalın texnoloji
üsulu, onun tərkib hissələri ilə insanların sosial münasibətlərinin ahəngdar
məcraya yönəldilməsi iqtisadi özgələşmənin və ondan keçərək sosial özgələş-
mənin bu mənada elmi ədəbiyyatda haqlı olaraq vurğulanır, əməyin özgələş-
məsi ilkin olmaqla, onun digər əsas növlərini müəyyən edir (12, 15). İnsanın
mahiyyətinin bütün ifadə formalarını əhatə edən əmək prosesi özgələşmənin
iqtisadi və sosial formalarının əlaqəsinin əsasında durur. Qeyd olunan sahə-
lərin hər ikisində əmək insan ilə onun fəaliyyəti arasında elə ayrılma yaradır
ki, burada subyekt həmin prosesin nəticələrindən asılı vəziyyətə düşür (2, 30).
İqtisadi özgələşməni şərtləndirən əsas amillərdən biri-ictimai əmək bölgüsü
təkcə iqtisadi fenomen deyildir, o həm də sosial münasibətlər forması kimi
çıxış edir. Eynilə də iqtisadi özgələşmənin digər mühüm səbəbi, xüsusi mül-
kiy
yət yalnız iqtisadi kateqoriya olmaqla məhdudlaşmır. O həm də mühüm
sosial məna daşıyır, şəxsiyyətin özünütəsdiqetmə vasitəsi rolunu oynayır. İndi-
ki dövrdə özgələşmənin məzmunu daha da genişlənir, o öz daxilində insanın
təbiətdən ayrılmasından başlayaraq, şəxsiyyətin ikiləşməsi və böhranına qədər
çoxsaylı səpkiləri əhatə edən qlobal problem kimi çıxış edir. Bununla belə,
67
hazırda da, əvvəlki dövrlərdə olduğu kimi özgələşmənin məzmununda əmək
ilə sıx bağlılıq mövcuddur. Bu, xüsusilə özgələşmiş əmək fenomeninə aiddir.
Müasir cəmiyyətdə özgələşmiş əməyin yaratdığı neqativ nəticələri E.From
aşağıdakı kimi izah edir: “Əməyin özgələşməsi və onun xarakterindən dərin
narazılıq, iki nəticə törədir, birincisi, başdan-başa tənbəllik ilə dolu olan ideal,
ikincisi, gizli şəkildə və qeyri-şüuri formada əməyə və onunla bağlı olan hər
şeyə qeyri-şüuri düşmən münasibət” (10, 423).
Müasir cəmiyyətdə özgələşmənin rolunu araşdıran E.From onu insan
azad
lığının inkişafı, həmin prosesin ikili təbiəti ilə vəhdətdə götürür. Froma
görə bu ziddiyyətlilik onda təzahür edir ki, bir tərəfdən insan inkişaf edir, onun
təbiətə yiyələnmə səviyyəsi yüksəlir, zəkasının rolu artır. Digər tərəfdən, insa-
nın təcrid olunması, özünəinamsızlığı dünyada öz yerinə və həyatının məna-
sına münasibəti daha çox şübhə altına alınır, fərdi gücsüzlük və gərəksizlik
hissi güclənir (9, 39).
Qeyd etmək lazımdır ki, özgələşmənin həm iqtisadi, həm də sosial for-
ma
ları insanların azad hərəkətləri ilə sıx əlaqəlidir. Belə ki, özgələşmənin ma-
hiy
yət etibarilə insanın fəaliyyəti nəticələrinin ondan ayrılması, ona yad olma-
sı faktının özü, həmin məhsulların (və deməli, onu törədən fəaliyyətin də)
müəyyən müstəqilliyini, sərbəstliyini və avtonomluğunu təcəssüm etdirilir.
Bunun
la belə, əsl azadlıq bilavasitə iqtisadi istehsal sferasında insanın öz mad-
di ri
fahını yaxşılaşdırmağa yönələn fəaliyyətinin hüdudları dairəsində təsir
gös
tərmir. Onun həqiqi meydanı sosial sferada, sosial münasibətlər sahəsində
təcəssüm edir. Təsadüfi deyildir ki, həm elmi, həm də real gündəlik həyatda
azadlıq dedikdə, birinci növbədə onun sosial forması başa düşülür. Lakin
azadlığın iqtisadi və sosial növləri bir-biri ilə sıx əlaqəlidir, belə ki, ikinci çox
vaxt birincinin zəmini üzərində qərarlaşır. Buradan belə bir qənaətə gəlmək
olar ki, iqtisadi və sosial özgələşmənin əlaqəliliyinin mühüm bir səpkisi
azadlıq vasitəsilə özünü göstərir.
Müasir bəşəriyyətin informasiya texnologiya dövrünə daxil olması, vir-
tual fəaliyyət məkanının genişlənməsi cəmiyyətdə baş verən müxtəlif yönüm-
lü digər mürəkkəb dəyişikliklər bir tərəfdən insanın öz mahiyyət qüvvələrini
real
laşdırması üçün yeni formalar və imkanlar yaradır, digər tərəfdən, özgələş-
mənin iqtisadi və sosial formalarına gücləndirici təsir göstərir. Buna görə
hazırda iqtisadi və sosial idarəetmə sistemlərinin fəaliyyətlərində bu məqamı
nəzərə almaları zəruri hal alır.
Müasir cəmiyyətdə sosial özgələşmənin təzahür formaları müxtəlifdir.
Onların sırasında əməyin şəraiti, onun motivasiyası və sosial nemətlərdən isti-
fa
də olunması ilə bağlı tərəflər xüsusi yer tutur. Qeyd olunan məqam müasir
cəmiyyətdə sahibkarlığın inkişafına geniş meydan verilməsi ilə əlaqədar olaraq
daha tez-
tez baş verir. Söhbət bundan gedir ki, hazırda xırda və orta sahibkarlar
kəskinləşməkdə olan bazar rəqabətində dözüm gətirmək üçün çox vaxt sosial
fondlara ödənişlər etməkdən boyun qaçırırlar, işçiləri müvəqqəti işə götürməyə
68
ça
lışırlar ki, onlara sosial sığorta şamil olunmasın. Bu olunanlar və digər ona
bənzər hallar çox vaxt bununla nəticələnir ki, insanlar belə müəssisələrdə
işləmələrinə baxmayaraq, müxtəlif səbəblər üzündən əmək qabiliyyətini itir-
dik
də və yaxud qocaldıqda pensiya təminatından, sosial proqramlardan, üstün-
lük
lərdən və güzəştlərdən kənarda qalırlar. Özgələşmənin iqtisadi və sosial
formalarının sıx əlaqədə olduğunu aşağıdakı misaldan da görmək olar. Müasir
cəmiyyətdə, o cümlədən bizim ölkəmizdə ödənişlı əsaslar üzrə fəaliyyət gös-
tərən universitet və institutlar şəbəkəsinin genişlənməsi ilə əlaqədar olaraq
gənclərin getdikcə daha çox hissəsi ali təhsildən uzaqlaşmalı və özgələşməli
olur. Onların özlərinin və valideynlərinin iqtisadi imkanları məhdud olduğun-
d
an, təhsildən kənarda qalma halları çoxalır. Beləliklə də, onlar öz imkanlarını
reallaşdırmaqdan, yaradıcı qabiliyyətlərini həyata keçirməkdən məhrum olur-
lar, nəticədə onların mahiyyət parametrləri və fərdi keyfiyyətləri aşağı düşür,
mənəvi kasadlıq və özgələşmə özünü göstərir.
Bu deyilənlər sosial sferanın mühüm sahəsi olan təhsildə özgələşmənin
təsirini əyani surətdə sübut edir. Lakin burada iqtisadi özgələşmənin təsiri
birbaşa deyil, daha çox dolayısı ilə özünü göstərir. Deyilənlərlə yanaşı, müasir
c
əmiyyətdə bilavasitə iqtisadiyyat göstəriciləri ilə bağlı olan amillər də vardır.
Sonuncuların sırasında xeyli miqdarda ailələrdə əmək haqqının və yaşayış
minimumunun tələb olunduğundan aşağı səviyyədə olması əmək şəraitində
çatışmazlıqdır, əmək qabiliyyətli əhalinin xeyli hissəsini əhatə edən işsizliyin
kifayət qədər olması və sair xüsusi yer tutur. Sadalanan amillərin birgə təsiri
altında tez-tez elə vəziyyət yaranır ki, əmək insanın əsl yaradıcı mahiyyətinin
ifadəsi olmaqdan qalır, o daha çox yaşayış vasitəsi əldə etmək mənbəyi rolunu
oynayır. Digər tərəfdən maddi vəziyyətinin kifayət qədər olmaması insanın öz
qohumları, tanışları və dostları ilə tez-tez ünsiyyət saxlamaq imkanlarını məh-
dud
laşdırır. Bütün bunlar isə müasir insanın sosial əlaqələrini zəiflədir, onun
sosial mühitdən təcrid olunması və fərdi həyatına qapanması ilə nəticələnir.
Milli müstəqillik dövründə ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi
islahat
lar cəmiyyətimizin iqtisadi bünövrəsini kökündən dəyişdirdi, burada
totalitarizm
dövrünün qalıqlarını tədricən aradan qaldırmaqla bazar münasibət-
lərini formalaşdırır. Bu proses insanların əmək fəaliyyətində, ictimai əmək
böl
güsündə, bölgü, mübadilə və istehlak sferalarında ciddi irəliləyişləri təmin
et
məklə yanaşı, özgələşmənin əvvəlki dövrlərə xas olan kəskin formalarının
ara
dan qaldırılmasında və onun yumşaldılmış şəkildə fəaliyyət göstərməsində
çox mühüm rol oynayır.
XX əsrin birinci onilliyinin sonlarında ölkəmizin iqtisadiyyatında keçid
dövrü artıq başa çatmışdır. Bu müasir cəmiyyətimizin iqtisadi reallığında
prinsipcə yeni mərhələnin və ümumilikdə daha yüksək inkişaf pilləsinin əldə
olunması deməkdir. Ölkəmizin daxili həyatında baş verən əsaslı irəliləyişlər
onun beynəlxalq miqyasda nüfuzu və rolunun artması ilə vəhdətdə çıxış
edərək, müstəqilliyin başlıca göstəricisi olan milli suverenliyini daha da möh-
69
kəmləndirməkdədir. Bununla əlaqədar qeyd edək ki, suverenlik təkcə siyasi
məna kəsb etməklə məhdudlaşmır, o özünü geniş iqtisadi və sosial məzmunda
kəsb edir. Bu fikri bir qədər də konkretləşdirərək söyləmək olar ki, suverenlik
iqtisadi-
fəlsəfi kateqoriyadır. Odur ki, özgələşmənin iqtisadi və sosial formala-
rının sıx əlaqəliyi özünün müvafiq ifadəsini ölkəmizin suverenliyinin möh-
kəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsində də tapır. Bunu
aydın təsəvvür etmək üçün milli suverenliyin iqtisadi və fəlsəfi səpkilərinə bir
qədər dərindən nəzər salmaq məqsədəuyğundur.
Ümumfəlsəfi mənada suverenlik insanın mövcudluğu, düşüncə tərzi və
fəaliyyətinin müstəqil təşkili, öz mahiyyət qüvvələrini başqa amillərin deter-
mi
nasiya əlaqələrindən azad şəkildə reallaşdırması deməkdir. Bu anlayış insan
fəaliyyətinin başlıca sahəsi olan iqtisadi müstəvidə özünəməxsus surətdə
konkertləşmiş məzmun alır. Daha dəqiq desək, suverenliyin iqtisadi səpkisinin
ölkədən maddi istehsal fəaliyyətinin müstəqil olması (yəni kənar dövlətlərdən
asılı olması) bu prosesin subyektlərinin öz həyatlarını davam etdirmək və
yaxşılaşdırmaq imkanlarını reallaşdırması deməkdir. Suverenliyin iqtisadi səp-
ki
sinin başlıca meyarı ümumi şəkildə götürüldükdə ölkədə təsərrüfat məsələlə-
ri
nə dair qərarların qəbuluna və onların reallaşdırılması nəticələrinin mənimsə-
nil
məsində mövcud azadlığın hüdudları, təkrar istehsalın müstəqillik (avto-
nom
luq) səviyyəsidir (8, 212). Göründüyü kimi iqtisadi suverenlik fəaliyyətin
bu sahəsinin iştirakçısı olan subyektlərin təsərrüfat aparma azadlığı ilə
bilavasitə bağlıdır. Lakin burada müəyyən paradoksal vəziyyət özünü göstərir:
iqtisadi təsərrüfat fəaliyyəti ilə əhatə olunan subyektlərin hər biri özünün bu
qəbildən olan azadlığını və müstəqilliyini öz rifah səviyyəsinin yüksəlməsində
görür. Buna görə də, iqtisadi təsərrüfat sisteminin akortları (agentləri) arasında
həmin münasibətdə müəyyən ziddiyyətlik özünü göstərə bilir. Qeyd olunan
vəziyyətin bir mühüm səbəbi odur ki, iqtisadi müstəqillik (suverenlik) ümumi
ideal mənada götürülən azadlıq ilə tükənmir, o, real konkret şəraitdə və
məzmunda təzahür edir. Həmin məzmun subyektlərin öz həyatının mövcudlu-
ğunu qoruyub saxlamaq və imkan daxilində onu yaxşılaşdırmaqdan ibarətdir.
Sözügedən ziddiyyətlik özündə potensial vəziyyətdə həm iqtisadi, həm də
sosial özgələşmənin güclənməsi imkanlarına malik olur. Onların məhz imkan
vəziyyətində qalmasında yəni reallaşaraq gerçəkliyə çevrilməsinin qarşısının
alınmasında, iqtisadi və sosial idarəçilik böyük rol oynayır. Onun şüurlu və
elmi əsaslarla aparılması iştirakçıların spesifik maraqlarının nəzərə alınmasın-
da və bir-birilə əlaqələndirilərək uzlaşdırılmasında müstəsna dərəcədə böyük
əhəmiyyət kəsb edir. Sosial həyatın təkmilləşməsinə yönələn idarəçilik me-
xanizmləri təkcə cari təsərrüfat vəzifələrinin müəyyən edilməsi və həlli məq-
sədi güdmür, onların çox mühüm fəaliyyət istiqamətini bu sahədə strateji xa-
rakterli uzunmüd
dətli vəzifələrin qurmağa istiqamətlənmiş sosial idarəçilik
fəaliyyəti təkcə sırf iqtisadi prosesləri tənzim etməklə (yəni səmərəli təsərrüfat
qərarları işləyib hazırlamaq və onları qənaətli əsaslarla həyata keçirmək)
70
məhdudlaşmır. Hazırda öz işini səmərəli şəkildə həyata keçirilməsi təşkil edir.
Onun çox mühüm və ayrılmaz tərkib hissəsini malik olduğu dünyagörüşü
oriyentləri əsasında görülmüş işi obyektiv təhlil etmək, qiymətləndirmək və
dəyərləndirmək, habelə keçmişdə baş vermiş analoji vəziyyətlər ilə müqayisə
aparmaq, sözün müsbət mənasında, varisliyi nəzərə almaq təşkil edir.
İqtisadi suverenlik öz məzmunu etibarilə geniş anlayış olduğu kimi,
onun həyata keçirilməsi də uzun sürən prosesdir. Bu tədricən, yəni pillə-pillə
real
laşır. Əgər ilk mərhələdə başlıca olaraq insanlara lazım olan maddi nemət-
lərin minimum, nisbətən az miqdarda yaradılması məqsədi güdülürsə, sonralar
buraya onların həyatının və mülkiyyətinin qorunması da əlavə olunur. Beləlik-
lə, cəmiyyət inkişaf etdikcə iqtisadi suverenliyin miqyasları və həcmi də fasi-
ləsiz olaraq genişlənir. Bu baxımdan müasir Azərbaycan cəmiyyətinin milli
müstəqillik dövrü daha səciyyəvidir. Başqa sözlə deyilsə, ölkəmizdə vətəndaş
cəmiyyətinin əsaslarının yaradılması gedişində iqtisadi suverenlik təkmilləşir
və möhkəmlənir. Burada dövlətin idarəçilik və tənzimedici fəaliyyəti xüsusi
yer tutur. Təsadüfi deyildir ki, hazırda ölkəmizdə hüquqi dövlətin formalaşma-
sı təkcə siyasi suverenliyin deyil, həm də iqtisadi suverenliyin təmin edilmə-
sin
də misilsiz rol oynayır. Onun bu yönümdə fəaliyyəti həm də iqtisadi və
sosial özgələşmənin əlaqəli şəkildə mühüm əhəmiyyətinə malikdir. Dövlət
ölkə ərazisində vətəndaşların normal həyatı, onun düzgün əlaqələndirilməsi və
təkrar istehsalının başlıca təminatçısı və müdafiəçisi rolunu oynayan əsas siya-
si institut olmaqla yanaşı həm iqtisadi, həm də sosial sahələrdə insanların
fəaliyyəti məhsullarının onların öz mahiyyəti üzərində ağalıq etməsini mini-
muma endirən tədbirlər sistemi işləyib hazırlayır və həyata keçirir. Buradan
aydın olur ki, müasir cəmiyyətdə iqtisadi özgələşmə formalarının yumşaldıl-
ma
sında və onun digər özgələşmə növlərinə təsirinin zəifləməsində ölkəmizin
milli suverenliyinin durmadan inkişafı müstəsna dərəcədə böyük əhəmiyyətə
malikdir
. Təhlil sübut edir ki, müasir cəmiyyətdə aşağıdakı istiqamətlər üzrə
aparılan işlərin intensivliyinin artırılması, özgələşmənin iqtisadi və sosial
növlərinin təsirinin azaldılmasına, onun kəskinlik dərəcəsinin aşağı düşməsinə
kömək edə bilər:
-
cəmiyyətin informatizasiyası, kompüterləşməsi və elektronlaşdırılması
miqyasının genişlənməsi ilə yanaşı həmin proseslərin humanist ölçüləri və
göstəricilərinin ön plana çəkilməsi;
-
ölkədə məhsul buraxılmasının və istehsal vasitələri istehsalının artım
tempini yüksəltməklə bərabər, cəmiyyətdə əmtəə fetizminin təzahürlərinə qarşı
mübarizə aparılması;
-
infrastruktur və xidmət sahələrini inkişaf etdirməklə yanaşı, onlardan
səmərəli istifadə olunmasına qayğı göstərilməsi;
-
demokratikləşmə səviyyəsinin yüksəldilməsi əsasında insanların real
azadlıq və hüquqlarının genişləndirilməsi.
Özgələşmənin, o cümlədən də onun iqtisadi və sosial formalarının gələ-
71
cək məsələsi də diqqəti cəlb edir. Bu barədə elmi-fəlsəfi ədəbiyyatda vahid
rəy yoxdur. Tədqiqatçıların bir qrupu bu barədə marksist ənənəni davam etdi-
rərək gələcək cəmiyyətdə özgələşmə probleminin həll olunacağını (və ya ara-
dan qaldırılacağını) iddia edirlər. Digərləri isə bu fenomenin ümumsosioloji
status ilə kəsb etdiyini vurğulamaqla, göstərirlər ki, özgələşmə bütün cəmiy-
yətlərdə mövcud olacaqdır. Lakin ictimai inkişafın müxtəlif pillələri onun
kəskinlik dərəcəsi ilə fərqlənir. Bu mövqedə duranlar insanın mahiyyəti ilə
fəaliyyəti arasında müəyyən ayrılığın bütün cəmiyyətlərdə özünü göstərdiyi
özgələşmənin ictimai əmək bölgüsü və mülkiyyət formaları ilə ayrılmaz su-
rətdə bağlı olduğuna əsaslanırlar. Fikrimizcə, sonuncu yanaşma həqiqətə daha
y
axındır, çünki özgələşmə ümumsosioloji kateqoriya statusuna malik olmaqla
bu və ya digər dərəcədə bütün dövrlərdə fəaliyyət göstərir. Əlbəttə, deyilən-
lərdən belə nəticə çıxarılmamalıdır ki, cəmiyyət ona münasibətdə passiv və
biganə olmamalıdır. Əksinə, cəmiyyətin və fərdin iqtisadi, sosial və mənəvi-
mədəni potensialı möhkəmləndikcə, özgələşmənin ifadə formalarının yumşal-
d
ılması, onun ictimai və fərdi miqyaslı neqativ təsirlərini azaltmaq və mini-
mu
ma endirmək yönümlü səyləri daha da artırır. Bu mənada hazırda cəmiyyə-
timi
zin inkişafının bütün sferalarında baş verən irəliləyişlər müvafiq olaraq
on
ların hər birində özgələşmənin məzmunu və təzahür formalarında özünü
gös
tərən kəskinlik dərəcəsinin azalması və bütövlükdə onun yumşalması ilə
mü
şayiət olunur. Bu mənada, hazırda bizim ölkəmizdə həyata keçirilməkdə
olan çoxtərəfli və əsaslı transformasiyalar ictimai inkişafın təmin edilməsi ilə
ya
naşı, həm də özgələşmənin bütün növlərinin təsir gücünün zəifləməsi
baxımından böyük əhəmiyyətə malikdir.
ƏDƏBİYYAT
1.
Алексеев П.В. Социальная философия. М.: Т.К/Велби, Проспект, 2005, 608 с.
2.
Багаев А.В. Общение как способ бытия человека и общества. Автореф. дисс. Канд.
филос. наук. Нижний Новгород, 2006, с.36
3.
Гегель. Работы разных лет. М.: Т.И. Мысль, 1977, 582 с.
4.
Гусейнов А.А. Введение в этику М: МГУ. 1995, 208 с.
5.
Маркс К. Энгелс Ф. Соч. 2-у изд. Т. 42. М., 1985. 372 с.
6.
Парцвания В.В. Гениальные отчуждения: от человека абстрактного к человеку кон-
кретному. М.: СИБ: Университетская книга, 2003, 372 с.
7.
Румянцев М.В. Социально–философский анализ явления одиночества. Автореф.
дисс.канд.филос.наук. Красноярск, 2006, 25 с.
8.
Философия (под ред. И.Д.Губина и Т.Ю.Сидорикой). М.: Русское слово, 1998, 432 с.
9.
Фромм Э. Бегство от свободы М.: Прогресс, 1990, 272 с.
10.
Фромм Э. Анатомия человеческой деструктивности. М.: Республика, 1994, 447 с.
11.
Фромм Э. Душа человека. М.: Республика, 1998, 412 с.
12.
Микарубо С.Н. Сущность отчуждения деятельности и социально-философский
анализ. Автореф.дисс.канд.филос.наук. М.: 1998, 19 с.
72
ВЗАИМНЫЕ СВЯЗИ ЭКОНОМИЧЕСКИХ И СОЦИАЛЬНЫХ
ФОРМ ОТЧУЖДЕНИЯ
Г.Г.МАМЕДОВ, Г.М.МАМЕДОВ
РЕЗЮМЕ
В статье анализируется сущность экономической и социальной формы отчужде-
ния, выявляются особенные связи в современном обществе. Особое внимание уделяется
раскрытию значения проводимых в нашей стране трансформационных процессов, для
смягчения остроты экономического и социального отчуждения.
Ключевые слова: экономическое отчуждение, социальное отчуждение, эконо-
мико-философская сущность суверенитета, смягчение отчуждения
INTERRELATION BETWEEN ECONOMIC AND SOCIAL
FORMS OF ALIENATION
H.G.MAMMADOV, H.M.MAMMADOV
SUMMARY
The article analyzes the essence of economic and social forms of alienation, and stu-
dies their interrelation in the contemporary society. Special attention is paid to the exposure of
the significance of some transformational processes held in our country for the mollification of
the acuity of economical and social alienations.
Key words: economical alienation, social alienation, economic-philosophical essence
of sovereignity, mollification of the essence
Dostları ilə paylaş: |