D Ə D Ə Q O R Q U D
a r a ş d ı r m a l a r ı
•Folklor, Etnoqrafiya və Mifologiya
•Onomastika, Dialektologiya və Etimologiya
•Pedaqogika, Fəlsəfə və Psixologiya
Bakı- 2012
ADPU-nun nəşriyyatı
1
“Dədə Qorqud elmi-tədqiqat Mərkəzi”nin dərgisi
R E D A K S İ Y A H E Y Ə T İ:
Yusif Məmmədov, AMEA-nın müxbir üzvü, f.-r. üzrə e. d., prof. (sədr)
Vilayət Əliyev, fil. üzrə e. d., prof. (sədr müavini)
Ramazan Qafarlı, fil. üzrə e. d., prof. (məsul redaktor)
Buludxan Xəlilov, fil. üzrə e. d., prof.
Əzizxan Tanrıverdi, fil. üzrə e. d., prof.
Fərrux Rüstəmov, pedaq. üzrə e. d., prof.
Füzuli Bayat, fil. üzrə e. d., prof.
Himalay Qasımov, fil. üzrə e. d., prof.
İbrahim Bayramov, fil. üzrə e. d., prof.
İramin İsayev, prof.
Qəzənfər Paşayev, fil. üzrə e. d., prof.
Mahmud Allahmanlı, il. üzrə e. d., prof.
Muxtar Kazımov, fil. üzrə e. d., prof.
Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.
Nizami Xudiyev, fil. üzrə e. d., prof.
Rəfail Hüseynov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.
Paşa Əfəndiyev, fil. üzrə e. d., prof.
Seyfəddin Rzasoy, fil. üzrə e. d.
Tərlan Novruzov, fil. üzrə e. d., prof.
Zahid Xəlil, fil. üzrə e. d., prof.
Cavad Heyət (İran)
Faiq Çələbiyev, sənətşünaslıq doktoru, prof. (Rusiya)
Fikrət Türkmən, doktor-prof. (Türkiyə)
Osman Sərtqaya, doktor- prof. (Türkiyə)
Pərixanım Soltanqızı, filologiya üzrə fəlsəfə doktoru
Aynurə Əliyeva, elmi işçi
Mehriban Sərdarova, elmi işçi (məsul katib)
Dədə Qorqud araşdırmaları.- Bakı, ADPU-nun nəşriyyatı, 2012. - 310 s.
“Dədə Qorqud Elmi-tədqiqat Mərkəzi”nin yeni dərgisinin ilk buraxılışında türk
mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr olunan apaşdırmalar top-
lanmışdır.
© Dədə Qorqud araşdırmaları - 2012
3
Redaktordan
«Dədə Qorqud» kitabı Azərbaycan
türklərinin dünya mədəniyyəti xəzinəsinə
bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir.
Heç bir xalqda analoqu tapılmayan elə bir
ədəbi sənət nümunəsidir ki, onda xalqımızın
ilkin dünyagörüşündən başlamış orta çağla-
rın tarixi hadisələrinə qədər əksər sosial ins-
titutların izləri əks olunur. İlk növbədə Qaf-
qaz türkünün milli xarakteri, psixologiyası,
əski adət-ənənələri, dini, fəlsəfi görüşləri,
əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq
salnaməsi, ailə münasibətləri (ər-arvad, ata-
oğul), Vətənə, torpağa bağlılığı, qonşularla
münasibətləri, ritualları, məişəti və yaşayış
tərzinin əksər atributları, daxili və xarici
düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə
və yaş dövrlərinə məxsus insanlarının dav-
ranışı, şifahi və yazılı dilinin tarixi özünə
yer tapır. Epos dünya xalqlarının yaratdığı
epik əsərlərdən həm strukturuna, həm də
məzmununa görə əsaslı şəkildə fərqlənir. Elə
bir dastan göstərmək olmaz ki, orada «Dədə
Qorqud»da olduğu qədər bir-birindən
seçilən xarakterlər iştirak etsin, hadisələr
xalq məişətinə yaxın olsun, gerçəkliklə yoğ-
rulsun. Dastanda mifoloji qatların çoxluğu-
na baxmayaraq hadisələr reallığını itirmir.
Dünya ədəbiyyatı xəzinəsində nə «Dədə
Qorqud»adək, nə də ondan sonra sistemi,
4
DƏDƏ QORQUD ARAŞDIRMALARI
süjet özəllikləri və poetik strukturuna ilə uyğunlaşan başqa
əsərə rast gəlmirik. Onun üçün də «Dədə Qorqud» öz orijinal-
lığı ilə dünyamızın yeni-yeni ölkələrini fəth etməkdədir. Əgər
Azərbaycan türkləri tarixdə yaşadıqları uzun çağlar ərzində
digər bədii sənət nümunəsi yaratmayıb, təkcə «Dədə Qorqud»la
ktfayətlənsəydi belə, öz böyüklüyünü, istedadının ecazkarlığını
nümayiş etdirmiş olardı. Lakin xalqımızın həm şifahi, həm də
yazılı ədəbiyyat ənənəsinin mayasında «Dədə Qorqud» durduğu
üçün yaratdıqları Nizami, Nəsimi, Füzuli, Vaqif, Axundov, Sabir,
Mirzə Cəlil, Səməd Vurğun, Bəxtiyar Vahabzadə zirvəsindədir.
Stefan Sveyq sənətkar «ulduz»ların doğulduğu anları dün-
yanın ən xoşbəxt günləri hesab edirdi. Bu mənada «Dədə Qor-
qud» abidəsini yaradan xalqımız dünyamıza bir xoşbəxt an deyil,
min, bəlkə də, iki min illik sevincli çağlar bəxş etmişdir. Çünki
bu möhtəşəm abidə bir ildə, beş ildə yaranmayıb, neçə-neçə əsr
ərzində formalaşıb.
“Kitab”ın əlyazmasının üzərində qeyd olunduğu kimi, oğuz
tayfalarının dilində yaranıb yazıya alındıqdan sonra müəyyən
obyektiv və subyektiv səbəblər üzündən bir neçə yüz il yaddaş-
lardan silinməsinə baxmayaraq, XIX əsrin əvvəllərində (1815)
Avropada tapılması ilə yenidən doğulmuş, bütün dünyanı heyrətə
gətirmişdir.
Azərbaycan, anadolu türklərinin, türkmənlərin və qaqa-
uzların ulu babaları - oğuzlar haqqında ilk yazılı tarixi mənbə
Orxon-Yenisey daş kitabələri hesab edilir. «Göytürk imperator-
luğu dövründəki türk ellərindən biri də doqquz boydan ibarət
oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı ara-
sında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə
birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür.
Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də
eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrdə türkmən
Dostları ilə paylaş: |