Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
TENSİMİN 25mq,
50mq-lıq tabletlər
TENSIMIN
Beynəlxalq patentləşdirilməmiş adı: Atenolol
Tərkibi
Tensimin 25mq-lıq tabletlər
Hər tabletin tərkibində olan:
Aktiv komponetlər:
Atenolol B.F.
25mq
Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, mikrokristallik sellüloza, sodium metil hidroksibenzoat,
maqnezium stearat, sodium lauril sulfat, kolloidli susuz kvars, tabkoat TC 2025, metil alkoqolu, dixlorometan,
təmizlənmiş su.
Tensimin 50mq-lıq tabletlər
Hər tabletin tərkibində olan:
Aktiv komponetlər:
Atenolol B.F.
50mq
Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, mikrokristallik sellüloza, sodium metil hidroksibenzoat,
maqnezium stearat, sodium lauril sulfat, tabkoat TC 2025, metil alkoqolu, dixlorometan, təmizlənmiş talk,
təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Seçici (kardioselektiv) β
1
-adrenoblokator.
Farmakoloji xassələri
Farmakodinamika
Atenolol – sintetik selektiv (kardioselektiv) β
1
-adrenoblokatordur.
Təsir mexanizmi: Tensimin katexolaminlərin müsbət xronotrop və inotrop effektlərini blokada etməklə, qan
təzyiqini salaraq ürəyin oksigenə tələbatını azaldır və bununla uzun müddətli müalicədə stenokardiyalı
xəstələrə kömək edir.
Farmakokinetika
Sorulması və paylanması:
Atenololun sorulması sürətli və davamlı olsa da, tam olmur. Daxilə qəbul edilən preparatın təqribən 50%-i
sorulur. Qanda maksimal qatılıq preparatın qəbulundan 2-4 saat sonra yaranır. Preparatın yalnız 6-16%-i
plazma zülalları ilə birləşir.
Metabolizm və orqanizmdən xaric olunması:
Qaraciyərdə preparatın çox az miqdarı parçalanır, bəzən isə ümumiyyətlə parçalanmır.
Əsasən böyrəklərlə ixrac olunur. Böyrək çatmamazlığında dərman maddəsinin bədəndə kumulyasiyası
(toplanması) gedir.
İstifadəsinə göstərişlər
Koronar aterosklerozun nəticəsində yaranan hipertenziyanın və stenokardiyanın müalicəsində istifadə
olunur.
Əks göstərişlər
2-ci və 3-cü dərəcəli ürək blokadası, sinus bradikardiyası, kardiogen şok və kəskin ürək çatışmazlığı
xəstəlikləri.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
β-adrenoblokatorları dizopiramid kimi 1-ci sinif antiaritmik preparatlar və verapamillə birgə təyin etdikdə
ehtiyatlı olmaq lazımdır.
Xüsusi göstərişlər
Böyrək çatışmazlığı: Tensimin orqanizmdən böyrəkərlə xaric olunduğundan, ağır böyrək çatmamazlığında
dozanı tənzimləmək lazımdır.
Hamiləlik: Hamiləlik əsasında yaranan hipertenziyanın müalicəsi zamanı xəstələri nəzarət altında saxlamaq
lazımdır. Eyni zamanda müalicədən alına biləcək effekt mümkün təhlükə fonunda qiymətləndirilməlidir.
İstifadə qaydası və dozası
Başlanğıc kimi sutkada bir dəfə 25mq-lıq tabletdən bir ədəd məsləhət görülür. Bu dozanın tam effekti 1-2
həftə ərzində müşahidə olunur. Lazımı nəticə əldə edilmədikdə dozanı gündə bir dəfə olmaqla, 50-100mq-
dək artırmaq lazımdır.
Dozadan artıq qəbul olunduqda lazımı tətbirlər
Simptomlar: Letargiya, tənəffüs pozğunluqları, stridor, sinus pauzası, bradikardiya.
Müalicə: Simptomatik terapiya. Preparatı hemodializ ilə plazmadan xaric etmək olar.
Əlavə təsirləri
Əlavə təsirlər zəif və müvəqqəti olur.
Qaraciyər fermentlərinin artması;
Baş ağrıları;
İmpotensiya;
Psoriazabənzər səpgilər;
Purpura və trombositopeniya.
Buraxılış forması
Hər stripdə 14 tablet olmaqla, 2 strip içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Yararlılıq müddəti
3 ildir.
Qutunun üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Aptekdən buraxılma şərti
Həkim reseptilə buraxılır.
İstehsalçı
Yunik Farmasyutikal Laboratoriz
(«C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi)
– firması tərəfindən istehsal olunmuşdur.
Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com