1
Telman Orucov
Din və məhəbbət – faciələrə aparan ziddiyyət
Patriarxal qaydalar, nikahın iki cinsin əlaqələrində mühüm və aparıcı yer
tutması bir qayda olaraq sevgi əhvalatlarına ədalətli, humanist münasibət
bəslənməsini kənara atdı. Ailənin möhkəmliyi, həm də namus, qeyrətin elan
olunduğu şəkildə ən yüksək qaydada qorunması naminə təbiətin hökmü ilə bu
aramsız olaraq baş verən əhvalatlara yasaq tədbirləri tətbiq edildi. Azad sevgi
cəngavərləri isə təqib hədəfinə çevrilmişdilər. Dünya dinləri təşəkkül tapdıqda
onlar fərqli qaydada olsa da, bu məsələlərdə əsasən sərt mövqe tutmuş, iki bir-
birini sevən gəncin intim yaxınlığı hətta qan tökülməsinə, iki tayfa və ya nəsil
arasında ziddiyyətin böyüyüb düşmənçiliyə çevrilməsinə şərait yaratmış, izahı
çətin olan vendettanın bünövrəsini qoymuşdu.
Ən qədim din sayılan iudaizm lap əvvəldən əxlaq pozğunluğuna, intim
yaxınlıqdakı eybəcər hallara qarşı kəskin mübarizə aparmışdır. Cəmiyyətin pozitiv
əsaslarda formalaşmasında bunun xeyli rolu olsa da, həmin məqsədə yönələn
tədbirlər problemi bütünlüklə həll etmək gücündə olmamışdır. Təbiətə zidd olan
pozğunluq nümunələri iki şəhərin viran qalması, əhalisinin məhv olması ilə
nəticələnmişdi. Allah əhalisinin eybəcər pozğunluğuna görə Sodom və Qomorranı
belə ağır cəzaya məhkum etmişdi. Allahın göndərdiyi mələklərə də təcavüz etmək
istəyənlərə müqavimət göstərən Lotu xilas etmək üçün Sahib onu arvadı və qızları
ilə birlikdə şəhərdən çıxamış, lakin xəbərdarlığa məhəl qoymayan arvadı bu vaxt
həlak olmuşdu. Lot sığınacaq kimi təpənin altındakı bir magarada məskulaşmışdı.
Qızlar övlada malik olmaq məqsədi ilə atalarını içirmiş, sərxoşuğundan sui-istfadə
edib, onunla yatmışdılar. Bu intim yaxınlıqdan onlar iki oğlan uşağı dünyaya
gətirmişdilər. Əxlaq pozgunluğuna qarşı mübariz kimi qələmə verilən Lotun özü
biabırçı bir pozğunluğa – intsestə, qanqarışdırıcı əlaqəyə yol vermişdi.
Bizim dövrümüzdə isə Bibliyanı özünün müqəddəs kitabı sayan bir sıra
xristian ölkələrində eyni cinsdən olanların yaxın əlaqəsi təbii hal kimi qəbul
edilməklə yanaşı, hətta onların nikah ittifaqı da qanuni sayılır. Digər tərəfdən
dünya dinləri homoseksualizmi qəbul etməyərək məhkum etsələr də, istər qədim
dünyada, istərsə bizim dövrümüzdə belə yaxınlıq nümunələri heç də az deyildir.
Qədim Yunanıstanda, xüsusən onun ordu sıralarında homoseksualizm adi davranış
qaydası hesab olunurdu. SSRİ-də bu qeyri-təbii əlaqə qanun məcəlləsinə görə
cinayət sayılsa da, həbsxanalarda onun baş verməsi əsla nadir hal deyildi.
İntsestə gəldikdə, bu da qədim dünyada möbcud olmuşdu. Misir
faraonları sülalənin qan təmizliyini qoruyub saxlamaq üçün doğma bacılarına
evlənirdilər. İudaizm peyğəmbəri Abraham öz ögey, atadan bir, anadan ayrı bacısı
Sara ilə ailə qurmuş, onların İsaak adlı oğlu olmuşdu. Ona görə də ingilis şairi
Corc Qordon Bayronun öz ögey bacısı Avqusta ilə jaxınlığına və ondan qızı
2
olmasına və ya rus yazıçısı Aleksandr Gertsenin öz ögey bacısı Natalya ilə
evlənməsinə görə onlara hansısa bir irad tutulması nə qədər məqsədə uyğundur?
Ayrı dinə mənsub olanlarla eşqə düşməyn özü də qəbahət hesab edilirdi
və buna düçar olanlar hansısa bir şərtiliyə görə qəddarcasına cəzlandırılırdı.
Bibliyada İakovun, onun digər adı İsrail idi, böyük oğlanları rəhmsiz təbiətlərinə
uyğun olaraq öz bacıları ilə sevişən və onun bəkarətini pozmuş oğlanın məxsus
olduğu tayfanı hiyləgərlik yolu ilə tələyə salmış, onun üzvlərinin hamısını qırmış,
şəhəri viranə qoymuşdular. Homerin «İliada»sında Troya printsi Paris Spartada
qonaq olarkən çar Menelayın arvadı Füsunkar Yelenaya vurulmuş, hissi bu qadın
tərəfindən cavabsız qalmadığından, onu götürüb Asiya qitəsinin qərb
qurtaracağındakı öz vətəninə qaçmışdı. Onsuz da varlı Troya ilə haqq-hesabı
çürütmək istəyən yunan şəhər- dövlətlərinin birləşmiş ordusu bu fürsətdən istifadə
edərək, dənizlə uzun məsafəni üzüb, şəhəri mühasirəyə almaqla on il davam edən
müharibəyə başlamışdı. Olimp allahlarının köməyi və Odisseyin hiyləgərliyi ilə
yunanlar qalib gəlib, qüdrətli həmin qüdrətli bir dövlətini tarix səhnəsindən
silmişdilər. İki şəxsin sevgisi kütləvi faciəyə səbəb oldu.
Qadağalar əsl məhəbbətə zərbə vurduğu halda, şəhvətin böyüməsinə,
zinakarlığa elə bir ciddi təsir göstərə bilmirdi. Qədim Roma yazıçısı Apuleyin
məşhur «Metamorfozalar» əsərində qadınlara heç də laqeyd olmayan Lutsi
cadugərliklə eşşəyə çevrildikdə, insanlar arasında əxlaqsızlığın tüğyan etməsindən,
eybəcər şəkillər almasından heyrətə gəlir. Şekspirin qələmə aldığı italyan şəhəri
Veronada Romeo və Cülyettanın sevgisi iki nəsil arasındakı ədavətin qurbanına
çevrildiyindən, onların çox gənc vaxtı həyatla vidalaşmalarına səbəb oldu.
Təəssüf ki, dinlər də ali insani hiss olan məhəbbətə çox hallarda bu səhv
prizmadan baxaraq, onu cəmiyyətin əxlaqını pozan bir cəhət kimi qiymətləndirib,
ayrı dinlərə məxsus olanların qarşılıqlı sevgi əsasında nikaha girmələrinə, ailə
qurmalarına sərt qadağa qoymuşdu. İudaizm dini yəhudilərə başqa dinlərə sitayiş
edənlərlə yaxınlıq etməyə, ailə qurmağa icazə vermirdi. Bu dinin peyğəmbərləri isə
məlum qaydaya məhəl qoymurdular. Abrahamın misirli qul qız olan Həcərdən
(Aqardan) İsmayıl adlı oğlu olmuşdu. Moiseyin özü Kuşit və ya sudanlı qadına
evlənmişdi. Qardaşı Aaron buna narazılığını bildirsə də, Allah öz nökəri Moiseyi
müdafiə etmişdi. Yəhudilərin fəxr etdikləri Ester Persiya çarı Kserksin kənizi və
arvadı kimi öz xalqını məhv olmaq təhlükəsindən xilas etmişdi. Görünür, dini
qadağalar, qanunlar əsasən kiçik adamlar, kütlə üçündür, axı adətən xırda balıqlar
torda ilişib qaldıqları halda, böyük balıqlar onu yırtıb, öz təbii məkanlarına çıxa
bilirlər.
Xristianlıq daha geniş və dünyaya yayılan bir din olmaqla, nikah və ailə
barədə belə sərt qaydalardan qaçmağı bacarmışdı, lakin daha uzağa gedərək kilsə
xadimlərinə və rahiblərə tselibat – nikahsızlıq kimi qəddar bir qaydanı tətbiq
etmişdi. Sonralar İspaniyada inkvizisiya hər cür haqsızlıqlar, əsassız cəzalar və
əslində qətllər təşkil edəndə öz dininə mənsub olanların yəhudi qızları ilə yaxınlıq
etməsi ittihamına görə hətta böyük istedad sahiblərini təqib etməkdən qalmırdı. XX
əsrdə natsist Almaniyasında yəhudilərlə intim yaxınlıq barədə daha
iyrənc qanunlar