АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 66-71 (2017)
66
Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin Etnofarmokologi
Əhəmiyyəti
S.C. İbadullayeva
1
*, V.N. Abbasova
2
1
AMEA Botanika İnstitutu, Badamdar yolu, 40, Bakı AZ 1004, Azərbaycan;
*E-mail: ibadullayeva.sayyara@mail.ru
2
Azərbaycan Dövlət Aqrar Universiteti, Atatürk prospekti, 450, Gəncə AZ 2000, Azərbaycan
Məqalədə Kiçik Qafqazın şimali-şərqində yerləşən Tovuz-Qazax ərazisində yayılan dərman bitkilə-
rinin müalicəvi əhəmiyyəti barədə məlumatlar verilmişdir. Ən çox yayılan xəstəliklər və onların müa-
licəsində dərman kimi istifadə edilən 100-ə qədər bitki növü müəyyənləşdirilmişdir. Əhalinin yaşayış
yerlərindən asılı olaraq, eyni dərman bitkisinin müxtəlif xəstəliklərdə müxtəlif qaydada istifadəsi
aşkar olunmuşdur.
Açar sözlər: Etnobotanika, qeyri-ənənəvi dərman bitkiləri, etnfarmokologiya, Tovuz-Qazax ərazisi
GİRİŞ
Məlumdur ki, xalq təbabəti muxtəlif xalqların
adət və ənənələrinin, mədəniyyətlərinin minillik təc-
rubəsi əsasında formalaşmışdır. Tarix göstərir ki,
müxtəlif xalqların dərman bitkilərindən istifadə və
qəbul qaydaları fərqlidir və bunlar milli adət-ənə-
nələrə əsaslanır. Müxtəlif xalqlar tərəfindan müxtəlif
müalicə metodları işlənib hazırlanmışdır ki. bunları
hazırlayan təbiblərin bəziləri bugünədək məlum de-
yildir. Bu müalicə metodları bu gün də xalq təbabəti
inciləri kimi geniş tətbiq edilir (Qasımov və b., 2006;
İbadullayeva və Ələkbərov, 2013).
Azərbaycanda ethnobotaniki biliklər bir nəsil-
dən başqa nəslə şifahi yolla ötürülmüşdür. Lakin
bütün bu məlumatlar indiyəcən tam sənədləşdirilmə-
mişdir. Mövcud nəşrlər (Qasımov və b., 2006; Да-
миров и др., 1982; Рабинович, 1991; Altundag et
al., 2015) əvvəlki ədəbiyyatlara söykənmiş (Алек-
перли, 2001; Бромлей и Воронов, 1976), bununla
da bitkilərin istifadə imkanları əhatə baxımından
məhdudlaşmışdır. Bundan başqa, onların bəziləri
müxtəlif yollarla qonşu ölkələr tərəfindən mənim-
sənilmişdir (Mömin, 1402; Muin; Namik, 1987;
Рабинович, 1991). Buna görə də, Azərbaycanda
istifadə edilən dərman bitkilərinin sənədləşməsində
hələ də boşluqlar çoxdur. Son onillikdə Azərbay-
canın bölgələrində etnobotaniki tədqiqatlar aparılma-
ğa başlanılmışdır (Ибадуллаева, Агаева, 2013; Ка-
сумов и др., 2009; Ибадуллаева и др.. 2010, 2012),
lakin bütövlükdə Azərbaycan florasında qeyri-ənə-
nəvi tibbdə istifadə edilən dərman birkilərinin mexa-
nizmi tam təyin edilməmişdir.
Cari tədqiqatın məqsədi Tovuz-Qazax əra-
zisində qeyri-ənənəvi tibbdə bitkilərdən istifadə
imkanlarını araşdırmaq və onları sənədləşdir-
məkdən ibarətdir.
MATERİAL VƏ METODLAR
Tədqiqat işi 2013-2017-ci illərdə dəniz səviy-
yəsindən 29-1172 m hundürlükdə Azərbaycanın Ki-
çik Qafqaz Botaniki-coğrafi rayonunda yerləşən
Tovuz, Ağstafa və Qazax rayonları ərazisində
həyata keçirilmişdir. Cöl tədqıqatları marşurut me-
todu ilə ərazinin bütün qurşaqlarını əhatə etmişdir
(Бейдеман, 1979; Крылова, Шретер, 1971). Apa-
rılmış tədqiqatlar nəticəsində herbari materialları
toplanılmışdır.Müsahibələr zamanı etnobotaniki
metod və üsullardan istifadə edilmişdir (Guper,
2001; Martin, 2001). Müsahibələr tədqiqat ərazisi-
nin 56 kəndində 200-ə qədər əhali arasında aparıl-
mışdır. Öncə adi və çoxyayılan xəstəlikləri müalicə
etmək üçün bitkilərin yerli adları, onların istifadə
qaydaları, yayılma arealları, yığılması və qurudul-
ması haqqında məlumatlar toplanılmış, anket sor-
ğuları üçün xüsusi blanklar hazırlanmışdır. Yerli
əhalidən baytarlıq təbabətində, arıçılıqda, uşaqların
və böyuklərin xəstəliklərində istifadə olunan bit-
kilərin qədim adət-ənənələrə uygun (dəmləmə, hə-
lim və s.) şəkildə istifadəsi öyrənilmişdir. Müsa-
hibələr əsasən yaşlı nəsildən götürülmüşdür.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Ümumilikdə, Kiçik Qafqazın müasir flora bio-
müxtəlifliyində ali sporlu, çılpaqtoxumlu və örtülü-
toxumlu bitkilər 1270-dən çox növlə təmsil olunur.
Xalq təbabətinə daxil olan dərman bitkilərinin araş-
dırılması nəticəsində müəyyən olunmuşdur ki, təd-
qiqat ərazisində 100-ə qədər bitki birbaşa təbii flo-
radan toplanılaraq dərman məqsədilə istifadə edilir.
Onların yarıdan çoxu Farmakopeyalara (Гос.
Фарм. СССР, 1989) daxildir. Tədqiqat zamanı
əsasən haqqında məlumatlar toplanılmış bitkilərin
Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin
67
yayıldığı ərazilər təftiş edilmişdir. Yabanı florada
olan dərman bitkilərinin 80-dən artıq növünün təbii
ehtiyatı boldur, lakin bəzi bitkilər də vardır ki, ehti-
yatı az olsa da, becərilmə imkanları genişdir.
Cədvəl 1-də yaş məhdudiyyəti göstərilməklə
müsahibələrin nəticələri verilmişdir. Müsahibələrdə
ən dəyərli məlumatlar isə əsasən yaşlı nəsildən
alınmışdır (Şəkil 1).
Cədvəl 1. Müsahibələrdə iştirak edən insan
populyasiyaları
Kişi Qadın
Uşaqlar və
gənclər
Biologiya
müəllimi
Əczaçı
Sayı
80
135
16
6
3
Yaşı 50-78 55-90
10-23
35-45
40-55
Şəkildən göründüyü kimi, əsas məlumatlar 80-90
yaş arasında olan populyasiyalar arasında keçirilmiş-
dir. Xəstəliklər və onların ərazi kəndlərində yayılması
barədə məlumatlar cədvəl 2-də öz əksini tapmışdır.
Cədvəllərdə göstərilən xəstəliklərin elmi adları
ədəbiyyata əsaslanmışdır (Машковский, 2000).
Aparılan tədqiqatlar zamanı ümumi xəstəlik-
lərin müalicəsində istifadə edilən bitkilərin siyahısı
tərtib edilmişdir ki, bunlar ümumilikdə 34 fəsiləni
təmsil edir. Dərman məqsədi üçün istifadə edilən
növlər əsasən Asteraceae, Fabaceae, Asphodela-
ceae və növ sayına görə çox olan Poaceae fəsilə-
lərinə aid nümayəndələrdir. Bəzi fəsilələrə aid növ-
lər də vardır ki, onlar bir növlə təmsil olunsalar da,
müalicə əhatəsi genişdir.
Müsahibələrdə ən çox xatırlanan dərman bitki-
ləri aşağıdakılardır: kəklikotu, nanə, yolotu, yemi-
şan, itburnu, bədrənc, solmazçiçək, qantəpər, dazı-
otu, cirə, zirə, qəpikotu, alaqanqal, baldırqan və s.
Bəzi hallarda isə dərman bitkilərinə heyvani məh-
sullar əlavə edilməklə tətbiq edilir.
Tovuz-Qazax ərazisində ümumilikdə 100-ə qə-
dər bitki dərman kimi işlədilir ki, bu da 30-a yaxın
xəstəliklərdə tətbiq edilir. Müsahibələr zamanı bə-
zən elə bitkilərin də adı çəkilir ki, onların müalicəvi
əhəmiyyəti barədə ədəbiyyatda məlumata rast gə-
linmir və ərazidən toplanmış 5 bitkinin ilk dəfə cari
tədqiqatda istifadəsinə dair yeni məlumatlar əldə
edilmişdir ki, bu sahədə tədqiqat işi davam etdirilir.
Bu da dərman bitkiləri barədə yeni məlumatların
sənədləşdirilməsi ehtiyacının göstəricisidir.
Şübhəsiz Tovuz-Qazax ərazisində qeyri-ənənə-
vi tibbi təcrübələrdə istifadə edilən və cari tədqiqat
ilə əldə edilən yeni biliyin zənginliyi digər faydalı
(qida, texniki, ətirli-ədviyyəi, yem və s.) bitkilər
üzərində də etnobotaniki tədqiqatlar aparmağın əhə-
miyyətini göstərir. Digər tərəfdən kəndlərdə çox-
əhatəli klinikalar mövcud deyil, insanların böyük
şəhərlərə gedib-gəlməsi çətinlik törədir. Bu biliklər
barədə məlumatların Azərbaycanın digər kəndlərin-
də də yayılması icmaların ümumi rifah halının
möhkəmlənməsinə şərait yarada bilər.
Maraqlı haldır ki, Tovuz rayonunun yüksək
dağlıq ərazilərində olan Əlibəyli, Ağdam (d.s.h.
1121 m), Yuxarı Öyrüşlü, Aşağı Öyrüşlü (d.s.h.
1172 m) kəndlərdə yaşayan icmaların dərman bit-
kiləri ilə bağlı fikirləri, aşağı ərazilərldə - Aşağı Mül-
külü (334 m), Bozalqanlı, Aşağı Quşcu (306 m) ya-
şayanlarla nisbətən fərqlənir. Eyni zamanda, Ağstafa
rayonunun 29 m dəniz səviyyəsində yerləşən Böyük
Kəsik kəndində dərman bitkiləri ilə bağlı məlumat
əldə edə bilmədik. Görünür, bu ərazidə dərman bit
kiləri geniş yayılmadığı üçün icmaların məlumatları
demək olar ki, yox dərəcəsindədir.
Kəndlərin sayı
Şəkil 1. Müsahibələrdə iştirak edən yaşlı nəslin göstəriciləri
İbadullayeva və Abbasova
68
Qazax rayonunda Dəmirçilər, Xanlıqlar kimi orta
dağlıq ərazi (d.s.h. 814 m) kəndləri icmaları xü-
susən mədə-bağırsaq və soyuqdəymə xəstəliklərinin
otlarla müalicəsi barədə maraqlı iddialar irəli
sürdülər. Elə xəstəliklər vardır ki, yerli icmalar on-
ların adını tez-tez çəkir və müalicəsi üçün müəyyən
dərman vasitələrinin olmasını göstərsələr də, bitki-
lərə üstünlük verilər. Yoluxucu xəstəliklərin və
bəzən hətta belə ölümə səbəb olan xəstəliklərin
müalicəsini dərman otlarında görürlər. Eyni zaman-
da, bu bitkilərin böyuk əksəriyyəti qida bitkiləridir.
Məsəslən, ag tutun (Morus alba L.) təzə və quru-
dulmuş, xıdalanmış meyvələri böyrək xəstəlikləri-
nin müalicəsində, qəbizlikdə və işlədəci vasitə kimi
istifadə olunur. Müxtəlif virus xəstəliklərində qə-
pikotu növləri (Hedysarum spp.) ekstraktının müa-
licəvi əhəmiyyəti də qeydə alınmışdır. Halbuki,
yalnız Azərbaycan florası üçün xas olmayan
H.alpinus L.- alp qəpikotu və ya qəpiklicəsi virus
və bakteriya əleyhinə dərman bitkisi kimi Farmo-
kopeyalara daxil edilmişdir.
Müxtəlif bölgələrdə əhali arasında aparılan
sorgular nəticəsində məlum olmuşdur ki, bu və ya
digər eyni növün istifadəsi zamanı, dərman vasi-
tələrinin hazırlanması qaydasına görə də fərqlənir.
Qeyd etmək lazımdır ki, Tovuz rayonunda xalq
təbabətində təqiq olunan bəzi növlər lokal xarakter
daşiyir. Məs., ardıcın
(Juniperus
oblonga Bieb.)
bəzi hissələrindən iri buynuzlu heyvanlarda baş
verən göz xəstəlikləri zamanı istifadə edirlər. Digər
rayonlar bu məlumatlardan xəbərsizdir. Tovuz ra-
yonunun Əsrik, Ağbulaq, Böyük qışlaq əhalisi sto-
matit və paradontoz zamanı Acılığın - Ephedra aur-
antica Takht.et Pahom. (=E.intermedia Schrenk.)
növündən hazırlanan dəmləmədən istifadə edir. La-
kin, Qazax rayonunun əhalisi analoji xəstəlik za-
manı elə bir bitkisəl müalicə barədə məlumatsızdır.
Aparılan sorğular zamanı bitkilərin orqanla-
rının da fərqli istifadəsinə rast gəlinir. Məsələn,
icmalar arasında bagayarpağının (Plantago major
L., Plantago lanceolata L.) təzə yarpaqları müxtəlif
yaraların müalicəsində istifadə olunduğu halda,
bəzi kəndlərdə bu məqsədlə bütöv bitki xammalın-
dan istifadə edilir.
Tovuz-Qazax ərazisinin qədim mədəniyyətinin
ən mühüm xüsusiyyətlərindən biri də dərman bit-
kiləri ilə bağlı olan xalq təbabətinin mistik-mifoloji
təsəvvürlərlə vəhdətdədir (Azərb. Mif. Mətn., 1988).
Buna misal olaraq itburnu bitkisini göstərmək olar.
Belə ki, mifoloji fikirlərə əsasən, bitkinin meyvəsini
günbatandan sonra toplamaq qadagan olunur. Ardıc,
Üzərlik, İlankölgəsi növlərinin toplanılması xüsusi
müqəddəs sözlər vasitəsi ilə həyata kecməlidir ki, bu
da xəstənin psixikasina müsbət təsir göstərir. Bəzən
dini təsəvvürlər (bitkilərin toplanılması ilə bağlı)
dərman növlərinin qorunub saxlanılmasına kömək
edir. Məsələn, üzərlik (Peganium harmala) elə əra-
zidən toplanılmalıdır ki, ora xoruz səsi çatmasın və s.
Cədvəl 2. Tovuz-Qazax ərazisində xəstəliklər zamanı dərman bitkiləri ilə müalicə edilməsinə dair sorğuların nəticələri
Ürək-damar
Degenerativ
Həzm
Başqa
xəstəliklər
Ağrı
Reproduktiv
Ağ ciyər
xəstəlikləri
Dəri-zöhrəvi
xəstəlikləri
Qan qatılığı
(çirklənməsi)
5
a
9
b
Döş xərcəngi
11
a
3
b
40
c
Qəbizlik
3
a
11
b
Daxili
parazitlər
3
a
11
b
Abdominal
ağrılar
3
a
11
b
immun sistemi
zəifliyi
5
a
2
b
1
c
Kəskin tənəffüs
infeksiyaları
2
a
12
b
Herpes
15
a
2
b
Ürək
problemləri
3
a
11
b
3
c
Uşaqlıq
xərcəngi
6
a
8
b
24
c
Diareya
1
a
13
b
5
c
Ruhi (psixi)
xəstəliklər
4
a
10
b
Baş ağrısı
4
a
10
b
Çətin keçən
hamiləlik
8
a
6
b
Astma
5
a
9
b
15
c
Yara-xora
3
a
11
b
Yüksək qan
təzyiqi
4
a
10
b
14
c
Şəkər
10
a
4
b
7c
Öd xəstəliyi
2
a
12
b
Diş ağrısı
2
a
12
b
Sonsuzluq
9
a
5
b
Öskürək 1
a
13
b
Trofik yaralar
2
a
12
b
Əzələlərdə
keyimə və
şişkinlik
2
a
12
b
Daxili şişlər
7
a
7
b
Hıçqırıq
2
a
12
b
Qarın ağrısı
(sancılanma)
6
b
Prostat
1
a
13
b
Vərəm
7
a
1
b
9
c
Qaraciyər
problemləri
3
a
11
b
Bağırsaq
pozğunluqları
4
a
10
b
Menustral
ağrılar
1
a
Yumurtalıq
1
a
13
b
Bəlğəm
3
a
11
b
Sifilis
1
a
2
b
4
c
Hemoroid
3
a
11
b
Mədə ağrıları
8
a
6
b
Uşaqlıq (rəhm)
pozğunluqları
2
a
12
b
Qusma 1
a
13
b
-
-
-
11
d
9
d
7
d
12
d
20
d
Qeyd:Rəqəmlər kəndlərin sayını göstərir. a)müsahibələrdə tez-tez xatırlanan; b)müvafiq dərəcədə xatırlanan;c) ölümə səbəb olan
xəstəliklər (Dünya Səhiyyə təşkilatına müvafiq olaraq); d)yoluxucu xəstəliklər
Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin
69
Cədvəl 3. Tovuz-Qazax ərazisində müxtəlif xəstəliklərdə işlədilən dərman bitkilərinin bioekoloji və farmokoloji
xüsusiyyətləri
Bitkilərin latın adı
Çiçək və
meyvə fazası
İstifadə edilən
orqan
Xəstəliklərdə istifadəsi
Achillea millefolium L.
VI-X
Yarpaqları və
çiçəklənən ucları
Dairəvi qurd xəstəlikləri, qastrit və anemiya, ödqovucu, qaraciyər
və mədə-bağırsaq xəstəlikləri, nevrasteniya, revmatizm, bronxial
astma, ekzema
Acorus calamus L.
VI-VII
kökümsovu
Vərəm, mədə-bağırsağ, tənəffüs yolları katarı, böyrək və sidik
yollarının iltihabı, plevrit, dalaq, qaraciyər xəstəliklərində işlədilir
Armoracia rusticana
Gaert. et Mey.
V-VII
Giləmeyvə və
yarpaq
Gecə enurezi, revmatizm, qastrit, xroniki tonzillit, stomatit,
oynaqların deformasiyası; ishalda, dezinteriyada, enterokolit, kəskin
və xroniki mədə-bağırsaq xəstəliklərində işlədilir
Artemisia absinthium L.
VII-IX
Çiçək qrupu və
yarpaq
Mədə-bağırsaq, tənəffüs yolu xəstəlikləri, böyrək və sidik kisəsinin
iltihabı, ağciyər vərəmi, irinli yaralar, xoraların, çatların
müalicəsində işlədilir
Asparagus officinalis L.
V-VII
Kökü
Sinqa, revmatizm, otit, angina, gec sağalan yaralar, bəlğəmgətirici
kimi və iştahsızlıqda işlədilir
Bidens tripartita L.
VII-X
Çiçək, yarpaq
Qastrit, xora xəstəliyi, qanlı ishal, daxili qanaxmalar, ağrı
sakitləşdirici, antiseptik və antibakterial vasitə kimi işlədilir
Bryonia alba L.
V-IX
Kök və kökümsov Mədə-bağırsaq və onikibarmaq bağırsağın xəstəliyi, bronxit,
soyuqdəymələr, öskürək, qurdqovucu kimi, eyni zamanda psixoloji
pozğunluq
Centaurium umbellatum
Gilib.
VI-X
Kökümsov və
köklərində
Revmatizm, diabet, ağciyər xəstəlikləri, göyöskürək, böyrək
ağrıları, sidik kisəsi iltihabı, epilepsiya, sidikqovucu, qaraciyərin
funksiyasını yaxşılaşdıran vasitə kimi işlədilir
Cichorium intybus L.
VII-X
Səbətdə çiçəkləri Bağırsaq spazmı və iltihabı, meteorizm, ishal, qıcolma əleyhinə,
sidikqovucu, çiban, irinli yaralar, revmatizm, bronxial astma,
ekzema, qastrit, enteritdə işlədilir
Helichrysum plicatum
D.C.
VI-VIII
Çiçək qrupu və
yarpaq
Mədə-bağırsaq, qaraciyər xəstəliklərində, ishalda, tərqovucu, baş
ağrıları, oynaq ağrıları sarılıq, qoturluq, qurdqovucu kimi işlədilir
İnula helenium L.
VII-X
Aşağı yarpaqları
və cavan ucları
Raxit, gecsağalan bişməcə, diatez, sarılıq, dəri xəstəlikləri, artirit,
qaraciyər və dalaq xəstəlikləri, qızıl yel, həzmi yaxşılaşdıran,
iştahanı artıran
Iris germanica L.
V-VI
Becərilir.
Yerüstü hissə
Avitaminoz, mədə-bağırsaq xəstəliyi, köpmə, meteorizm, qan
azlığı, sarılıq, qanaxmalarda istifadə olunur. İştah artırıcı təsirə də
malikdir.
Matricaria chamomilla L.
VI-VIII
Kökü və yerüstü
hissəsi
Xroniki qəbzlik, ekzema, piqmentli ləkələrin təmizlənməsi, yanıq,
qaraciyərin xroniki xəstəlikləri, sarılıq, sidik kisəsi, böyrək, dəri
xəstəlikləri, malyariyanın profilaktikası, anemiya, revmatizm və
yuxusuzluqda işlədilir
Fumaria officinalis L.
VI-VII
Toxumları
Pankreatit, xolesistit, xroniki hepatit, xroniki qastrit, enterokolit,
qurdqovucu, tər-sidik ifrazını artıran, ekzema və öskürək əleyhinə
Punica granatum L.
V-XI
Kökümsovu
Iştah artıran, həzmi yaxşılaşdıran, qazqovucu, mərkəzi sinir
sisteminin tonusunu artıran, ödqovucu təsir göstərir
Tanacetum vulgare L.
VI-IX
Kök
Dezinteriya, mədə katarı, qan azlığı, sarılıq, ödqovucu kimi,
qaraciyər, böyrək xəstəlikləri, şəkərli diabet, revmatizm, malyariya,
soyuqdəymə
Taraxacum officinale
Wigg.
V-VIII
Qabıq və meyvə
Mədə-bağırsaq və böyrək xəstəliyi, qurdqovucu, angina, diş əti
iltihabı, qızdırma, şəkərli diabet, öskürək əleyhinə, susuzluğa qarşı,
revmatizm və orqanizmin möhkəmləndirilməsində işlədilir
Tussilago farfarea L.
III-VI
Çiçək qrupu
Böyrək, öd yollarının müxtəlif xəstəlikləri, askaridoz,
qanbərpaedici, bəzi dəri xəstəlikləri
Viburnum opulus L.
V-IX
Kök
Oynaq revmatizmi, ürək əzələsinin tonusunu artıraraq arterial
təzyiqi yüksəldir, yüngül işlədici
Herniaria glabra L.
VII-X
Qozacıqları
Spazmolitik, ağrı kəsici, yuxugətirici, iştah artırıcı, iltihab əleyhinə,
sidikqovucu, qıcolma əleyhinə, qurdqovucu təsirə malikdir
Nigella sativa L.
V-VI
Ləçəklər
Göy öskürək, ekzema, dəmirov, bronxit, bronxial astma, mədə-
bağırsaq xəstəlikləri, plevrit, qıcolma əleyhinə, sinə yumşaldıcı və
iltihaba qarşı işlədilir
Verbascum densiflorum
Bertol.
VI-X
Yerüstü hissəsi
Öd kisəsi, qaraciyər xəstəlikləri, qastrit, dispepsiya, gec sağalan
yaralarda, plevritdə, ağciyər və dalaq xəstəlikləri, qurd və sidik
qovucu kimi istifadə edilir
Vaccinium myrtillus L.
VI-VIII
Yarpaq və
yetişmiş meyvələr
Qaraciyər xəstəlikləri, hipoasit, qastrit, revmatizmin oynaq forması,
gecə enurezi, sinqa, qurdqovucu, ishalda istifadə edilir
Vaccinium vitis idaea L.
V-XI
Yerüstü otu
Böyrək xəstəlikləri, sidik kisəsi xəstəlikləri, gecə enurezi, kəskin
nefrit, revmatizm, sidik kisəsi spazmı, oğlan uşaqlarında
yumurtalıqlarda su yığılan zaman istifadə edilir
İbadullayeva və Abbasova
70
Aparılan anket sorğusu zamanı bir sıra xəstə-
liklərin müalicəsində eyni bitkilərin işlədilməsi ba-
rədə məlumatlar əldə edilmişdir və bu müxtəlif
kənd icmaları tərəfindən söylənilmişdir. Bu bitki-
lərin bioekoloji xüsusiyyətləri və istifadə sahələri
barədə 3 saylı cədvəldə izahat verilmişdir. Cədvəl-
dən də göründüyü kimi müxtəlif insanlar eyni
bitkinin müalicəvi təsiri barədə müxtəlif xəstəlikləri
göstərirlər. Bu müalicə üsulları əsasən dəmləmə
(ekstrakt) daxilə qəbul edilməklə gündə 1-2 dəfə-
dən çox olmayaraq, təpitmə (pörtlətmə) dəriyə ya-
xma qoyulmaqla, bəzən də açıq yaralarda quru bitki
tozu səpmə üsulu ilə həyata keçirilir.
Tədqiqatın sonunda ərazi florasının faydalı xü-
susiyyətləri ilə fərqlənən (dərman, qida, texniki,
aromatik və s.) bitkiləri barədə kitabça tərtib edil-
məsi və kənd bələdiyyələrinə təqdim edilməsi nə-
zərdə tutulmuşdur. Beləliklə, 2013-2017-ci illərdə
aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
Tovuz-Qazax ərazisində yaşayan əhalinin sorğu-
suna əsasən 100-ə qədər bitki dərman kimi istifadə
edilir. Əhali yaşayış yerlərindən asılı olaraq eyni
dərman bitkisini müxtəlif xəstəliklərdə müxtəlif cür
istifadə edir. Xalq təbabətində istifadə olunan bitki-
lər dini inanclara əsasən də tədbiq olunur.
ƏDƏBİYYAT
Azərbaycan mifoloji mətnləri (1988) Bakı: 76 s.
Qasımov M.Ə., Qasımova T.A., Qədirova G.S.
(2006) XXI əsrin dərman bitkiləri. Bakı: Elm, 429 s.
İbadullayeva S., Ələkbərov R. (2013) Dərman bit-
kiləri (Etnobotanika və Fitoterapiya) // Medicinal
plants (Ethnobotany and Phytoterapya). Bakı:
Elm, 331 s.
Mömin M. (1402 (hicri tarix ilə)) Töhfeyi-həkim-
Mömin (əlyazmalar). Tehran.
Muin M. Fərhəngi-farsi (əlyazmalar). Tehran. I-
VII cildlər.
Orkun N.N. (1987) Eski türk yazıları. Ankara, 40 s.
Алекперли Ф.У. (2001) Тысяча и один секрет
Востока. Том I. Баку: Турал, 505 c.
Бейдеман И.Н. (1979) Методика изучения фе-
нологии растений и растительных сообществ.
Новосибирск: Наука, 15 с.
Бромлей Ю.В., Воронов А.А. (1976) Народная
медицина как предмет этнографических иссле-
дований. СЭ, Т. 5: 3-18.
Государственная фармакопея СССР (1989)
Вып. 2: Общие методы анализа. Лекарствен-
ное растительное сырье. МЗ СССР. IX изд. М:
Медицина, 400 c.
Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З.,
Керимов Ю.Б. (1982) Лекарственные растения
Азербайджана. Баку: Маариф, 1982, 319 с.
Ибадуллаева С., Агаева Э.З. (2013) Этнобота-
нические исследования по применению расте-
ний при болезнях медоносных пчел Азербай-
джана. Вестник МГОУ, серия «Естественные
науки. №1: 5-9.
Касумов Г.З., Кулиев В.Б., Ибадуллаева С.Д.
(2009) Дикорастущие пищевые растениея в
Нахчыванской АР Азербайджана по матери-
алам этноботанических исследований. «Расти-
тельные ресурсы» (СПб), 45(вып. 2): 109-115.
Крылова И.Л., Шретер А.И. (1971) Методиче-
ские указания по изучению запасов дикорасту-
щих лекарственных растений. М.: ВИЛР, 31 с.
Машковский М.Д. (2000) Лекарственные сред-
ства: Практич. пособие: т. II. 14-е изд., пере-
раб., испр. и доп. М.: Новая волна, 608 с.
Рабинович А. (1991) Лекарственные травы и
рецепты древних времен. М.: 166 с.
Altundag E., Ibadullayeva S.J., Aslanipour B., Öz-
türk M. (2015) Medicinal and Aromatic Plants of
Igdir (Turkey), Nakhcivan (Azerbaijan), and Tabriz
(Ira-n). International Conference “Applied ecology:
Problems, Innovations”. Georgia: Tbilisi-Batumi.
Guber R. (2001) La Etnografia. Metodo, campo y
reflexividad. Norma, Bogota.
https://prezi.com/
eabvn0jvz9gb/la-etnografia-metodo-campo-y-
reflexividad-rosana-guber/
Ibadullayeva S.J., Mamedova S.E., Sultanova
Z.R., Movsumova N.V., Jafarli I. (2010) Medi-
cinal plants of Azerbaijan flora used in the treat-
ment of certain diseases. African Journal of Phar-
macy and Pharmacology, 4(5): 545-548.
Ibadullayeva S.J., Shahmuradova M.C., Qahra-
manova N.C., Aliyeva Sh.G. (2012) Use of wild
plants at dermatitis (skin diseases): Ethnobotany.
Journal of Applied Pharmaceutical Science, 2(8):
64-67.
Martin G.J. (2001) Etnobotany. Manual de met-
hods. Nordan-Comunidad. Montevideo, Uruguay.
http://unicolmayor.edu.co/publicaciones/index.ph
p/nova/article/view/289/553
Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin
71
Этнофармакологические Свойства Лекарственных Растений,
Распространенных На Товуз-Газахской Территории
С.Дж. Ибадуллаева
1
, В.Н. Аббасов
2
1
Институт ботаники НАН Азербайджана
2
Азербайджанский государственный аграрный университет
В статье представлены данные о терапевтической значимости лекарственных растений, распростра-
ненных на Товуз-Газахской территории, расположенной на северо-востоке Малого Кавказа (в преде-
лах Азербайджана). Согласно результатам опроса и собеседований, были выявлены наиболее рас-
пространенные заболевания и около 100 видов лекарственных растений, назначаемых для их лечения.
В зависимости от места проживания населения было установлено, что одно и то же лекарственное
растение при различных заболеваниях находит различное применение.
Ключевые слова: Этноботаника, нетрадиционные лекарственные травы, этнофармакология,
Товуз-Газахская территория
Ethnopharmacological Importance Of Medicinal Plants Spread On Tovuz-Gazakh Territory
S.J. Ibadullaeva
1
, V.N. Abbasov
2
1
Institute of Botany, Azerbaijan National Academy of Sciences
2
Azerbaijan State Agrarian University
Data about the therapeutic value of medicinal plants spread in the Tovuz-Gazakh territory located in the
North-East part of the Lesser Caucasus (within Azerbaijan) are presented in the paper. According to the
survey and interviews, the most common diseases and about 100 species of medicinal plants for their
treatment were revealed. The same herb was found to have different usage for the treatment of various
diseases depending on the habitat of the population.
Keywords: Ethnobotany, non-traditional herbs, ethnopharmacology, the territory of Tovuz-Gazakh
Dostları ilə paylaş: |