Embassy of the United States of America
Office of Public Affairs
Baku, Azerbaijan
111, Azadlıq Prospekti
Phone: +(99412) 498 03 35
AZ1007 Bakı, Azərbaycan
Fax: +(99412) 498 93 12
URL:
http://azerbaijan.usembassy.gov/
Email:
seyidovaG@state.gov
MƏTBUAT ÜÇÜN AÇIQLAMA
1 mart 2014-cü il
ABŞ səfiri Göygöldə baytarlıq laboratoriyasının
açılışında iştirak etmişdir
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının kənd təsərrüfatı
naziri Heydər Əsədov ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona
Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılmışdır.
ABŞ-ın Təhlükəsizliyin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyininın Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq
çərçivəsində Göygöl
laboratoriyasını təmir edilməsi və ən son baytarlıq xəstəliklərinin aşkarlanması və müalicəsi
avadanlıqları ilə təmin edilməsinə təxminən bir milyon dollar vəsait xərcləmişdir. DTRA Qax,
Quba, Sabirabad və Bərdədə bu kimi baytarlıq laboratoriyalarının yenilənməsini
maliyyələşdirmişdir.
Ötən on il ərzində DTRA Azərbaycanda təxminən 100 milyon dollar vəsait xərcləmişdir. Bu
vəsait radar sistemlərinin qurulması və gəmi bazalarının
tikintisi, gəmilərin təmiri,
habelə
Azərbaycanın laboratoriya şəbəkəsinin inkişafına yönəldilmişdir. Bu fəaliyyətlər ABŞ
hökumətinin azərbaycanlııların təhlükəsizliyi və rifahının yaxşılaşdırılması üçün Azərbaycanlı
tərəfdaşlarla birgə işinin bir hissəsidir.
“İnanıram ki, bu əməkdaşlıq Azərbaycan və həmin bölgənin əhalisinin sağlamlıq və
təhlükəsizliyini təmin etmək baxımından önəmli olmuşdur. Buradakı fəaliyyətimiz
iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatı sektorunun inkişafı üzrə Azərbaycanın öz
məqsədlərinə nail olmaq sahəsində ortaq marağımıza xidmət edir”, deyə səfir Morninqstar
bildirib.
DTRA-nın fəaliyyəti Birləşmiş Ştatlar hökumətinin Azərbaycanın gələcəyinə qoyduğu
investisiyanın bir hissəsidir.