Sağlığında bütün əleyhdarlarını lərzəyə salan, onların yuxusunu ərĢə çəkdirən BƏY'dən
dünyasını
dəyiĢəndən sonra da qorxurdular! Türkiyədə milyonlarla insanın onunla
vidalaĢmağa gələcəyini, onu yola salacağını duyan milyonları saymaq ustaları
buna dözmədilər!..
Elçibəyi beyinlərdən, ürəklərdən silməyə, Ģəklini kitablardan çıxarmağa çalıĢan dargözlərin
illər boyunca apardıqları mücadilə boĢuna getdi - milyondan çox millət övladı, Elçibəysevər
qızmar günəĢin, gurĢad yağmurun altında Bəyin ruhuyla addımladı, ona bitməz-tükənməz
hərarətli sevgisini göstərdi!
BƏY kommunistlərin gözdən saldığı bir torpağı da müqəddəsləĢdirdi! Ailə quranların ilk
ziyarəti və millətə sevginin enerci mənbəyi oldu müqəddəs məzarı!
***
Prezident Elçibəy Azərbaycanın bütün tarixi boyunca demokratik yolla seçilmiĢ ilk (və hələlik
son) dövlət baĢçısı idi. Məhz onu seçməkdən ötrü seçki məntəqələrinə getmiĢ milyonlarla
vətəndaĢ sevərək getmiĢdi. Bu sevgi Elçibəyin milləti sevməsindən qaynaqlanırdı.
Sıravi Azərbaycan vətəndaĢı ürəkdən inanırdı ki, onun seçdiyi prezident Elçibəyin Ģəxsi həyatı
onunkundan heç nəylə fərqlənməyəcək. O arxayındı ki, Elçibəy millətin
sərvətlərini öz qohum-
qardaĢının malına çevirməyəcək, milyonlarla rüĢvət yığmayacaq, ona yalan söyləməyəcək,
onun ailəsini çörəyə möhtac qoymayacaq, onunla heç vaxt barmaq hədəsiylə danıĢmayacaq,
onu haqsız zindana saldırmayacaq, Azərbaycan torpaqlarını qaytaracaq, millətimizin,
dövlətimizin mənafeyini hər zaman uca tutacaq. Millətin inamını addımbaĢı görən,
səmimiyyətini duyan prezident Əbülfəz Elçibəy özünü millətin əsgəri saydı.
Prezident Elçibəy öz vəzifələrini yerinə yetirməyə çalıĢdı və yerinə yetirdi.
Prezident Elçibəyi möhkəm, bir əldə cəmlənmiĢ, Ģəxsi sərvətini və Ģöhrətini təmin edən
hakimiyyət yaratmaq yox, demokratik idarəetmə sistemi qurmaq düĢündürdü.
Ömrünü soydaĢlarının azadlığı uğrunda mübarizəyə həsr etmiĢ Elçibəy prezident olarkən
onların hüquqlarını məhdudlaĢdırmağı fikrinə də gətirmədi. Buna görə də o, hər kəsin
sərbəstliyini
istədi ki, azad insanların idarə etdiyi
dövlət güclənsin, onun vətəndaĢları da azad,
müstəqil olsun.
Prezident Elçibəy Ali BaĢ Komandan kimi tabeliyindəki güc nazirliklərinin funksiyalarını yerinə
yetirməli deyildi. Ancaq o, güclü ordumuzun, peĢəkar təhlükəsizlik və polis orqanlarımızın
formalaĢması yolunda, dövlətimizin, torpaqlarımızın, və soydaĢlarımızın təhlükəsizliyinin
etibarlı təmin edilməsi üçün əlindən gələni etdi. Nə yazıqlar ki, düĢmənlərimizlə əlbir olmuĢ
güc qurumlarının bəzi kadrları dövlətçiliyə dönük çıxaraq hakimiyyətin qiyamla devrilməsində
iĢtirak etdilər.
Prezident Elçibəy öz soydaĢlarına qarĢı nə qədər humanist idisə Azərbaycan düĢmənləriylə bir
o
qədər sərt, ötkəm və barıĢmazdı. O, Ģəxsən özünə qəsd etməyə çalıĢmıĢ sıravi yurddaĢlarını
bağıĢlayırdı, ancaq millətinin övladlarına güllə atmıĢlara qarĢı amansız idi.
Millətinin iki əsrlik arzularını həyata keçirən prezident Elçibəy Rusiya kimi bir imperiyanın 70
minlik ordusunu Azərbaycan torpağından çıxarmağa nail oldu. Bu yolda prezident kürsüsünü
itirəcəyini bilsə də bundan qayğılanmadı.
Prezident Elçibəy gecə-gündüz millətimizin varlanması,
dövlətimizin güclənməsi, Azərbaycanın
dünya dövlətləri içərisində özünəlayiq yer tutması uğrunda çalıĢdı.
Prezident Elçibəy dinimizin və dilimizin də Ģərəfini ucalıqlara qaldırdı - o, islam bayramlarına
həyat verdi və indiyədək Azərbaycanın danıĢan dilini «kəsən» Rusiyanın prezidentiylə
TÜRKCƏ danıĢdı, Helsinki zirvə toplantısında bütün dünya prezidentlərinin qarĢısında TÜRKCƏ
nitq söylədi, TürkcəЁnin BMT-nin iĢlək dillərindən birinə çevrilməsi uğrunda mücadilə apardı!
* * *
Prezident Əbülfəz Elçibəy fəaliyyətə baĢlayanda mən Milli Məclisin «Qaçqınlar və xaricdə
yaĢayan soydaĢlarla əlaqə» komissiyasının üzvü idim. AXC-də vəzifə tutmurdum. Elçibəyi bir
siyasi xadim kimi çox yaxından tanıyır, onun dövlət quruculuğundakı hər bir addımını,
apardığı islahatları diqqətlə izləyirdim. Bir vətəndaĢ, sıravi hərəkatçı və millət vəkili olaraq
prezidentin uğurlarından fərəhlənirdim. Mənəvi yaxınlığımız Bəy Kələkidə olarkən silahdaĢ
doğmalığına çevrildi. Elçibəyin yaratdığı və ömrünün son gününədək baĢçılıq etdiyi bir
təĢkilatda 1993-cü ildə Bəyin sərəncamıyla AXC sədrinin təĢkilat məsələləri üzrə müavini təyin
olundum.
Elçibəy həm öyrənilməli tarix məktəbi, həm də tarixi öyrədən ensiklopedik bilikli müəllimdir.
Xalqımızın o Məktəbi, o Müəllimi incəliklə öyrənməyə böyük ehtiyacı var. Bu yolda hər bir
təĢəbbüs millətimizin tərəqqisinə aparacaq. Bu baxımdan Ədalət Tahirzadənin kitabını da
Elçibəy məktəbinin öyrənilməsinə edilmiĢ dəyərli və cəsarətli bir cəhd saymaq olar.
Ġndiyədək Əbülfəz Elçibəy haqqında onun silahdaĢlarının: professor Kamil Vəli Nərimanoğlu,
Fazil Qəzənfəroğlu, Akın Səmədoğlu, Oqtay Məmmədov və baĢqalarının kitabları iĢıq üzü
görüb. Azərbaycan oxucusu ElçibəyĢünas kimi məhz Ədalət Tahirzadəni tanıyır. Onun əsərləri
həm tutumuna, həm də əhatə etdiyi dövrə görə daha geniĢdir.
1992-ci ildə Elçibəyin «Bu, mənim taleyimdir» və «Deyirdim ki, bu quruluĢ dağılacaq»
kitablarını tərtib edərək oxuculara çatdıran Ədalət bəy sonrakı illərdə onun «Bütöv
Azərbaycan yolunda» əsərinin də nəĢrə hazırlanmasında iĢtirak etmiĢ, 1999-cu ildə «Elçibəylə
13 saat üz-üzə» adlı möhtəĢəm müsahibəni, Bəy dünyasını dəyiĢəndən sonra isə onun
haqqında «Savalanda görüĢənədək, Bəy!» adlı xatirələr toplusunun ilk kitabını nəĢr
etdirmiĢdir. Elçibəy haqqında çoxlu məqalələrin və onunla neçə-neçə müsahibənin müəllifi
olan Ədalət bəyin Milli liderimiz haqqında ən böyük əsəri 354 səhifəlik
"Elçi Bəy" (1999)
monoqrafiyasıdır. Bu kitabda Elçibəyin uĢaqlıq illərindən 1993-cü ildə Kələkiyə getdiyi
günədək olan 55 illik ömrü iĢıqlandırılıb.