22 yanvar 2017-ci il, bazar
6
Bu gün dünyanın maliyyə və bank sektorunun mütəxəssisləri belə
fikirdədirlər ki, bankların sağlamlaşdırılmasında korporativ sosial məsuliyyət
vacib amil olaraq qalır. Siyasi və iqtisadi idarəetmənin bütün spektrlərində
beynəlxalq aləmin ən mütərəqqi təcrübələrindən bəhrələnən Azərbaycanda
da həmin sahə daim dövlətin diqqət mərkəzindədir. Bu arqumentə dövlət
başçımızın son nitq və çıxışlarında daha tez-tez rast gəlirik.
Kütləvi informasiya vasitələrindən
məlum olduğu kimi, Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı
ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan
iclasında cənab Prezident deyib: " Keçən
il bank sektorunun sağlamlaşdırılması
istiqamətində önəmli addımlar atılmışdır,
nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı
tədbirlər görülmüşdür, cəza tədbirləri, inzi-
bati tədbirlər görülmüşdür. Bizim iqtisadiy-
yatımıza ən böyük zərbə vuran bank sektoru
olub. Ona görə, bu sektorun təmizlənməsi,
sağlamlaşdırılması, şəffaflaşması,
beynəlxalq standartlara uyğunlaşma-
sı istiqamətində bu il də ciddi addımlar
atılacaq". Fikrimizcə, cənab Prezidentin
tələb etdiyi bankların beynəlxalq təcrübə
əsasında aparılacaq sağlamlaşdırılması
prosesində korporativ sosial məsuliyyət
(KSM) modelinin tətbiqi aktualdır. Çünki
bu model beynəlxalq təcrübədə uğur qaza-
nıb və inkişaf etmiş ölkələrdə kifayət qədər
həmin istiqamətli qanunvericilik nümunəsi
formalaşdırılıb.
Son illərdə korporativ sosial məsuliyyət
anlayışı bütün dünyada çox sürətlə yayılır
və bütün sektorlarda öz təsirini göstərir, o
cümlədən bank sektorunda. Qloballaşma-
nın və sosial inkişafın sürətlə yayılması
nəticəsində bütün banklar (böyük, orta,
kiçik) korporativ sosial məsuliyyəti strateji
yanaşma kimi tətbiq edə bilərlər. Belə
yanaşma iqtisadi və sosial performansın
yaxşılaşdırılmasını nəzərə alır. Təsdiq edilib
ki, həmin yanaşma bank sektoru üçün çox
üstünlüklər gətirə bilər. Bankların nüfuzunu
və maliyyə vəziyyətlərini artırmaq üçün
yeni, köhnə və ya potensiallı müştəriləri
saxlamaq və cəlb etmək məqsədilə KSM
vacib amildir. Əlavə olaraq, qeyd edək ki,
banklar sosial vəzifələrinə diqqət yetirərsə,
daha yaxşı risklərin idarə edilməsi, işçi
sədaqəti kimi amillər yüksək nüfuza və
mənfəətə gətirib cıxara bilər. KSM bankla-
rın strateji planlarının bir parçası olmalıdır
və həmçinin qərarvermə prosesində mühim
rol oynamalıdır.
Məlumdur ki, bankların mənfəəti
onların müştəriləri tərəfindən təmin edilir.
Ona görə də banklar qərarvermə prosesində,
strateji addımlarda maraqlı tərəfləri nəzərə
almalı və əldə edilən gəlir sosial və iqtisadi
yollarla cəmiyyətə ötürülməlidir. Əgər
banklar cəmiyyətdən mənfəət əldə edirlərsə
və bu cəmiyyətdən asılıdırsa, deməli,
banklar cəmiyyətin tərkib hissələridir və
buna görə də onların maraqlı tərəflərə olan
məsuliyyətləri daha da təkmilləşdirilməlidir.
Nəticədə, banklar cəmiyyət üçün öz
məsuliyyətlərini yerinə yetirərək sosial
bank olurlar. Azərbaycan dövləti məhz
bu istiqamətli layihələri reallaşdırmaq
əzmindədir.
Korporativ sosial məsuliyyət artıq
banklarda vərdiş halına gəlməlidir. Belə
olan təqdirdə KSM strateji yanaşma tərzi
kimi bankların tanınmaq və tətbiq etmək,
təhsil, mədəniyyət, səhiyyə və ətraf
mühitlə bağlı təşəbbüs proqramlarında
iştirakını artıracaq. Dövlət başçımızın
dilə gətirdiyi əsas narahatlıqlardan biri də
məhz Azərbaycan Respublikasının bank
sektorunda korporativ sosial məsuliyyət
modellərinin hələ zəif ifadə olunmasından
qaynaqlanır. Dövlət başçısının bu sahənin
fəaliyyətinə məlum münasibəti barədə
yuxarıda söz açdıq.
Məlumdur ki, bu gün ölkəmizdə
banklar, iqtisadi qurumlar və təhsil sahələri
tərəfindən korporativ sosial məsuliyyət
üzrə daha dərin tədqiqat aparılmasına
ciddi ehtiyac vardır. Ümumiyyətlə,
korporativ davamlılığın və məsuliyyətin
formalaşmasında daxili və xarici amillər
özünəməxsus təsir göstərir. Daxili amillərə
siyasi islahatlar, sosial-iqtisadi prioritetlər,
bank rəhbərliyinin idarəetmədə yol verdiyi
boşluqların aradan qaldırılması və nəhayət,
böhrana cavab vermək qabiliyyətinin
formalaşdırılması aiddir. Xarici amil
dedikdə isə, qlobal mənşəyi əsasında bazara
təsir göstərən, ölkə xaricində formalaşan
təzyiqlər nəzərdə tutulur.
Beynəlxalq təcrübədən görünür ki,
korporativ sosial məsuliyyət məsələlərinə
inteqrasiya istiqamətində ictimaiyyətin
maarifləndirilməsi, banklarla əlaqədar qa-
nunda və KSM üzrə siyasi islahatların apa-
rılması bu fəaliyyətin hərəkətverici qüvvəsi
olur. Bunun üçün banklar birbaşa sosial-iq-
tisadi prioritetlər və bu prosesdən irəli gələn
inkişaf istiqamətləri ilə formalaşmalıdır.
Belə istiqamət götürülərkən, bankların
idarəetmə qabiliyyətindəki boşluqlar aşkar
olunarsa, onda konkret olaraq həmin bankın
idarəetməsinin təkmilləşdirilməsi məqsədilə
zəruri təlimlər keçirilməlidir. Əlavə olaraq
qeyd etmək lazımdır ki, Milli Biznes
Sistemi (MBS), hökumət və ya QHT-lərin
bank sektorunun KSM təşəbbüslərinə
əhəmiyyətli dərəcədə təsiri olmalıdır. Bir
mühüm məsələni də qeyd etmək lazımdır
ki, təşəbbüs proqramları zamanı sosial me-
yarların nəzərə alınması zəruridir.
Bankın KSM strategiyası çərçivəsində
verilən qərarlar, təbii ki, sosial-iqtisadi
məsələləri əhatə etməlidir. Habelə, so-
sial-iqtisadi məsələlərin araşdırılması,
analizlərin aparılması zamanı banklarda
yeni bir fəlsəfə tətbiq ediləcək. Bu fəlsəfə
əsasında banklarda gedən əməliyyatlar da
öz xüsusiyyətlərini dəyişə bilər. Nəticədə,
sosial-iqtisadi məsələləri araşdırmaqla,
daxili prosesləri sosial-iqtisadi məsələlərə
uyğunlaşdırmaq həm daxili davamlılığa
gətirib çıxaracaq, həm də sosial-iqtisadi
sahənin inkişafına stimul yaradacaq.
Təbii ki, bu yanaşma tərzinin tətbiqi
zamanı cəmiyyətin mövcud problemlərinə
münasibət bildirilməsi müştərilər
tərəfindən məmnuniyyətlə qarşılanacaq.
Tərəfdaşlıq münasibəti cəmiyyətə ilham
verəcək və bu, nəticədə həm bank üçün,
həm də müştərilər üçün müsbət olacaqdır.
Nəticədə banklar bu yaxınlıqdan mənfəət,
gəlir və bazar payı əldə edəcək, həmçinin
fərqləndirici amil kimi bank bazarında
fəaliyyət göstərəcək. Belə bir addım dövlət
tərəfindən müsbət qarşılanacaq və nəticədə
yeni qanunların yaranması zəruri olacaqdır.
Bu addım, həm xalqın dəyərlərini qoru-
maqla yanaşı, həm də bank sistemindəki
yeniliklərlə cəmiyyətdəki ab-havaya
müsbət təsir göstərəcək. Beynəlxalq
təcrübədən məlumdur ki, bank-maliyyə
sahəsinə aid olan qanunların dəyişməsində
ilk addım banklar tərəfindən atılır. Bankla-
rın təkliflərinə hökumət səviyyəsində baxı-
lır və normativ şəkildə tətbiq edilir. Çünki
banklarla hökumət arasındakı münasibət,
sadəcə, vergi məsələləri üzrə və ya dəstək
almaq üçün deyildir. KSM-in strateji
açar kimi tətbiqi bazarda banklara rəqabət
üstünlüyünə və bank bazarında rəqabətə
təkan verəcək. Eyni zamanda, KSM stra-
tegiyasının tətbiqi bankdaxili tələblərin
cəmiyyətə uyğunlaşdırılmasında ümumi
riski minimuma endirəcək.
Əlavə olaraq qeyd etmək lazımdır ki,
KSM təşəbbüsləri və korporativ maliyyə
performans (CFP) arasında əlaqələr
əhəmiyyətli olmalıdır. Hesabatların
cəmiyyətə çıxarılması zamanı KSM ilə ya-
naşı, davamlı inkişaf və qeyri-maliyyə hesa-
batlarını da əlavə etmək zəruridir. Belə bir
addım maraqlı tərəfləri (bank menecerlərini,
hakimiyyət orqanlarını, müştəriləri və s.)
məlumatlandıracaq. Bunun əsasında bank
və maraqlı tərəflərlə münasibət güclənəcək
və nəticədə bazar payının möhkənlənməsinə
və inamın artmasına gətirib çıxaracaq.
Sonda qeyd edək ki, dünyanın bütün
bankları kimi Azərbaycan bank sektoru da
maliyyə böhranının dağıdıcı təsirləri və ağır
yükü ilə qarşı-qarşıya qalıb. Ona görə də
çıxış yollarından biri banklarda korporativ
sosial məsuliyyətin yüksək səviyyədə təşkil
olunmasıdır. Bir daha xatırladaq ki, bunun
nəticəsində rəqabətin verdiyi potensial fay-
daların artmasına gətirib çıxaracaq. Bank-
ların təşəbbüsləri ölkədə KSM tədqiqatının
və modellərinin keyfiyyətinin inkişafına
zəmin yaradacaq və ölkədaxili sosial-iqtisa-
di inkişafa böyük töhfə verəcək. Bankların
təhsil sahəsinə davamlı şəkildə yatırımları
kadr problemlərini də aradan qaldıracaq.
Həm cəmiyyət üçün, həm də bank üçün
faydalı olan insan resurslarının inkişafı
sağlam və davamlı cəmiyyətin yaradılması-
na xidmət edəcək. Bundan əlavə, bankların
KSM fəaliyyətinin gələcək illərdə artması
üçün maarifləndirmənin genişləndirilməsi,
normativ-hüquqi bazanın yaradılması,
motivasiyanın təşviq edilməsi və hökumətlə
birgə təşəbbüslərin olmasından irəli
gələcək. Belə ki, bu işlər bankların KSM-ə
adaptasiya prosesini müvəffəqiyyətlə həyata
keçirməsinə kömək edəcək.
Cavid HÜSEYNLİ,
Çexiyadakı Karlov Universitetinin
doktorantı
Azərbaycan dövləti banklarda korporativ sosial
məsuliyyətin təmin edilməsi üçün ciddi addımlar atır
İvan HİNOVSKİ:
Bolqarıstan və Serbiya
arasında kəmərin birləşdirilməsi
TANAP-dan qaz almağa imkan verəcək
Bolqarıstan və Serbiya qaz kəməri birləşməsinin inşasına dair Anlaşma
Memorandumu imzalayıblar.
“APA-Economics”in “balkaninsight.
com” saytına istinadən verdiyi məlumata görə,
Bolqarıstanın energetika naziri Temenuşka
Petkova və onun serbiyalı həmkarı Aleksandr
Antiç Sofiyada iki ölkə arasında qaz kəməri
birləşməsinin inşasına dair Anlaşma Memoran-
dumu imzalayıblar.
T. Petkova bildirib ki, hər iki ölkə qaz
kəmərinin 2019-cu ilin may ayında inşası-
na başlanması barədə razılığa gəliblər və bu
kəmərin 2020-ci ilin sonuna tam hazır olacağı-
na ümid edirlər.
A. Antiç isə bildirib ki, Serbiya boru
kəmərinin inşasının maliyyələşdirilməsi üçün
2018-ci ildə Avropanın müxtəlif şirkətləri ilə
danışıqlar aparacaq. Serbiya üçün bu kəmərin
inşası 60 milyon dollara başa gələcək. Bol-
qarıstan isə kəmərin öz ərazisindən keçən
hissəsinə 45 milyon dollar vəsait sərf edəcək.
Qeyd edək ki, Bolqarıstan və Serbiya
arasında qaz birləşməsinin yaradılması Mərkəzi
və Qərbi Avropa ölkələrində Avropaya qaz
mənbələri və nəqlinin diversifikasiyasına
yönəlmiş, həmçinin qaz infrastrukturunun
yaradılması üçün vacib olan 7 prioritetdən biri
hesab olunur. Layihə yekunlaşdıqdan sonra illik
Bolqarıstandan Serbiyaya 1 və ya 1,8 milyard
kubmetr, həmçinin Serbiyadan Bolqarıstana
0,15 milyard kubmetr təbii qaz nəql etmək
mümkün olacaq. Kəmərin uzunluğu 62,2 kilo-
metr təşkil edəcək.
Bolqarıstanın Energetika Forumunun
prezidenti İvan Hinovski bildirib ki, birgə qaz
boru kəməri layihəsi hər iki ölkə üçün Rusiya
enerji daşıyıcılarından asılılığı azaltmağa və
qaz tədarükünün diversifikasiyasına imkan
verəcək. Onun sözlərinə görə, bu kəmər hazırda
inşası davam edən Trans-Anadolu qaz kəməri
vasitəsilə Bolqarıstandan Serbiyaya İran,
Azərbaycan və Türkmənistan qazının nəqlinə
geniş imkan verəcək.
Pakistanda bazarda partlayış törədilib,
21 nəfər həlak olub, 40 nəfər yaralanıb
Pakistanın Kurram vilayətində tərəvəz bazarında törədilən partlayışda ölən və
yaralananların sayı artıb.
APA-nın "Associated Press"-ə istinadən
verdiyi məlumata görə, terror aktı nəticəsində
həlak olanların sayı 21-ə yüksəlib, 40-dək
yaralı var.
Hadisə Paraçinar şəhərində bu gün səhər
saatlarında baş verib. Partlayışın əldəqayırma
qurğu ilə törədildiyi bildirilir.
Partlayışa görə hələlik heç bir qruplaşma
məsuliyyəti üzərinə götürməyib.
O, hər zaman elmə bağlılığı, ictimai fəaliyyəti ilə cəmiyyətdə
sağlam mənəvi idealların möhkəmlənməsinə çalışıb, tibb kadrların
inkişafına səy göstərib, çalışdığı ali təhsil ocağında tələbələri nəcib, ülvi
məqsədlərə yönəltmək, intellektual səviyyəsini yüksəltmək məramı ilə
daim diqqət mərkəzində olub. Elə buna görə də elmi-pedaqoji fəaliyyəti
həmişə yüksək qiymətləndirilib, həmkarları, dostları və tələbələr arasında
dərin hörmətə sahib olub. Əlbəttə, bu cür nüfuzu, sevgini o, dərin elmi
zəkası, səmərəli elmi axtarışları, yüksək insani keyfiyyətləri və ən vacibi
isə halal əməyi ilə qazanıb.
Ömrünün müdriklik çağını yaşayan
görkəmli alimin tələbələri, rəhbərliyi
altında elmi dərəcələr alan və tibb
elmi sahəsində özünəməxsus yeri və
rolu ilə nüfuz qazanan insanlar bu gün
respublikamızın səhiyyə sistemində,
idarəetmənin müxtəlif sahələrində ça-
lışır və ölkəmizin tərəqqisində öz bilik
və bacarıqlarını əsirgəmirlər.
Söhbət Azərbaycan Tibb Universi-
tetinin insan anatomiyası kafedrasının
müdiri, Rusiya Tibb Elmləri Akade-
miyasının həqiqi üzvü, Azərbaycan
Morfoloqlar Assosiasiyasının sədri,
Beynəlxalq Morfoloqlar Assosiasiyası
Koordinasiya Şurasının, Avropa Təbiət
Elmləri Akademiyası və Türk Dünya-
sı Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının üzvü, Əməkdar elm
xadimi və Əməkdar həkim, tibb elmləri
doktoru Vaqif Şadlinskidən gedir. Onun
ömür yolu haqqında aydın təsəvvür
yaransın deyə, əvvəlcə bu böyük alimin
uşaqlıq, gənclik illərinə qısaca nəzər
salaq.
1940-cı il yanvarın 24-də Vedi
rayonunun Böyük Vedi kəndində ziyalı
ailəsində dünyaya göz açan professor
Vaqif Şadlinskinin ailəsi 1948--1950-
ci illər erməni deportasiyasına məruz
qalaraq məcburi köçkün həyatı yaşa-
yıb. Atası Bilas müəllim əvvəl doğma
yurdundan perik salınandan sonra isə
Şəmkirin Leninkənd qəsəbəsindəki (in-
diki Çinarlı) orta məktəblərdə direktor
vəzifəsində çalışıb. Təlim-tərbiyə və
maarifləndirmə sahələrində göstərdiyi
qüsursuz xidmətlərinə görə Lenin və
Qırmızı Əmək Bayrağı ordenlərinə,
“Əməkdar müəllim” fəxri adına layiq
görülüb. Xalq qəhrəmanı Abbasqulu
bəy Şadlinskinin yaxın qohumu olan
Bilas Şadlinski dövrünün bacarıqlı
pedaqoqlarından, dəyərli ziyalılarından
biri kimi tanınıb. Anası Gülüzar xanım
isə səkkiz uşaq boya-başa çatdırıb.
Göründüyü kimi, başı müsibətlər
çəkən bu ailə zəhmətə, elmə, maarifə
bağlı olub, el-obada xətir-hörməti
halallıqla, vətənpərvərliklə qaza-
nıb. Təbii ki, bütün bu keyfiyyətlər ,
xüsusən gənclik illərindən ağır zəhmətə
qatlaşması gələcəyin tanınmış alimi-
nin 1963--1968-ci illərdə Azərbaycan
Tibb İnstitutunda oxuyarkən ona
bəslənilən ümidləri doğrultmasına öz
müsbət təsirini göstərib. Dərin zəkası
və çalışqanlığı gənc Vaqif müəllimin
sonrakı elmi fəaliyyətində mühüm
uğurlara imza atmasında, bir insan,
vətəndaş, pedaqoq, alim, ictimai xadim
kimi cəmiyyətdə nüfuz qazanmasında
mühüm rol oynayıb.
Burada bir məqamı da xüsusi
qeyd etmək yerinə düşür. Professor
Vaqif Şadlinskinin atası Bilas müəllim
ömrü boyu kitaba, elmə sonsuz sevgi
ilə bağlı olub. Tarixi araşdırmalara da
böyük maraq göstərib. Yaratdığı zəngin
kitabxansında da ermənilərin qonşu
ölkələrdən Azərbaycana nə vaxt, nə
səbəbə köçürülmələrindən, terrorçu
“Daşnaksütyun” partiyasının xalqımı-
za qarşı düşmənçilik fəaliyyətindən,
törətdikləri qırğınlardan, əsassız torpaq
iddialarından bəhs edən qəzet-jurnal
məqalələri, broşüralar, kitablar və digər
sənədlər xüsusi yer tuturdu. Elə gün
olmazdı ki, məktəbli gənclər, qiraət
həvəskarları, qəsəbəyə yolu düşən qo-
naqlar bu kitabxanaya baş çəkib onları
maraqlandıran, düşündürən məsələlərlə
bağlı məlumat almasınlar. Bax,
yeniyetmə Vaqifin kitaba, elmə, tarixə
dərindən bağlılığı həm də bu zəngin
mənbədən qaynaqlanıb.
Əməkdar elm xadimi Vaqif Şad-
linski 1970-ci ildə o vaxtkı Tibb İnsti-
tutunun insan anatomiyası kafedrasında
elmi-pedaqoji fəaliyyətə başlayıb. İlk
günlərdən nizam-intizamı, yeniliyə can
atması ilə diqqət çəkib. Səmimiyyəti,
tədris, təlim-tərbiyə işlərinə ürəkdən
bağlanması ilə əməkdaşların, eləcə də
kafedra müdiri, professor Kamil Bala-
kişiyevin hörmət və rəğbətini qazanıb.
Vaqif müəllim həmin kafedranın
müdiri vəzifəsinə seçildiyi 1995-ci
ildən etibarən tədrisin dünyanın inkişaf
etmiş ali məktəblərinin kəmiyyət və
keyfiyyət göstəriciləri səviyyəsində
qurulması üçün universitetdə apa-
rılan islahatlarda, həyata keçirilən
tədbirlərdə yaxından iştirak edib.
Təhsil, təlim-tərbiyə sahəsində
əldə etdiyi uğurlara görə dəfələrlə
ATU rektorluğunun və Səhiyyə
Nazirliyinin fəxri fərmanlarına
layiq görülüb.
Tanınmış alim-pedaqoq
Azərbaycan Tibb Universitetində
çalışdığı dövrdə elmi fəaliyyəti
ilə yanaşı, ictimai işlərdə də
fəallığı ilə seçilib. O, eyni
zamanda, müalicə-profilaktika
fakültəsinin dekan müavini, ümu-
mi işlər üzrə prorektor, həmkarlar
ittifaqı komitəsinin sədri, tədris
işləri üzrə prorektor vəzifələrini
yerinə yetirərkən də prinsipal-
lığı, obyektivliyi, humanistliyi
ilə hörmət qazanıb. İllər ötdükcə
Vaqif müəllimin elmi-pedaqo-
ji, ictimai-siyasi fəaliyyətinin
miqyası da genişlənib. Professor
ölkəmizdə morfologiya elminin insan
anatomiyası sahəsində elmi axtarışla-
rını və bu fənnin tədrisini onun spesifi-
kasına uyğun daim təkmilləşdirərək
yüksək nəticələr qazanıb, bu sahəni
beynəlxalq aləmdə layiqincə təmsil
edib.
Vaqif Şadlinski kafedra mü-
diri kimi dünyanın bir sıra ali tibb
məktəblərinin insan anatomiyası
kafedralarının müdirləri, morfoloji
elmlərlə məşğul olan görkəmli tibb
alimləri ilə rəsmi müqavilələr imza-
lamağa, yeni layihə və proqramlar
hazırlanmağa, kafedranın beynəlxalq
əlaqələrini genişləndirməyə nail olub.
Onun İ.M.Seçenov adına Moskva
Dövlət Tibb Universitetinin insan
anatomiyası kafedrasının müdiri,
akademik M.R.Sapinlə, Moskva
Dövlət Tibbi-Stomatologiya İnstitu-
tunun insan anatomiyası kafedrasının
müdiri, akademik L.L.Kolesnikovla,
akademik D.V.Bajenovla, Tbilisi
Morfologiya İnstitutunun direktoru,
akademik N.A.Cavaxişvili ilə, Xarkov
Dövlət Tibb İnstitutunun insan anato-
miyası kafedrasının müdiri, professor
V.V.Bobinlə, həmçinin Almaniyadan
dünya şöhrətli anatom-alim, pro-
fessor A.Şumaxerlə, Gürcüstandan
olan akademik T.Gibradze, Kazan,
Ufa, Mahaçqala alimləri, Türkiyənin
bir sıra universitetlərinin tibb
fakültələrinin anatomiya kafedralarının
mütəxəssisləri ilə yaratdığı dostluq
və əməkdaşlıq əlaqələri ölkəmizdə
morfologiya elminin müasir tələblər
səviyyəsində dinamik inkişafına güclü
təkan verib.
Vaqif müəllimin pedaqoji
fəaliyyətindən söhbət açarkən bir
məqama da xüsusi diqqət yetirmək
istərdik. Bu, böyük alimin rəhbərlik
etdiyi kafedranın hazırda işinin müasir
tələblər səviyyəsində yenidən qurul-
ması ilə bağlıdır. Xatırladaq ki, Vaqif
müəllimin səyi ilə kafedranın unikal
tədris muzeyinin sahəsi son illərdə
xeyli genişləndirilib və yeni ekspo-
natlarla zənginləşdirilib. Tələbələrin
təhsili və əməkdaşların fəaliyyəti üçün
burada hər cür şərait yaradılıb, bütün
dərs otaqları müasir avadanlıqla təchiz
olunub.
Təhsildə ən yeni tədris metod-
larından-- kompüter otaqlarından,
animasiyalardan, son innovativ texno-
logiyalardan, müxtəlif proqramlardan
düşünülmüş şəkildə geniş istifadə edi-
lir. Anatomiyanın bütün sahələri üzrə
Azərbaycan, rus və ingilis dillərində
çoxsaylı dərslik, atlas, anatomik ter-
minologiya kitabları, dərs vəsaitləri,
tədris-metodik ədəbiyyat yazılıb və
nəşr olunub. Kafedrada morfoloqla-
rın beynəlxalq elmi konfranslarının
keçirilməsinin təşkili və belə tədbirlərin
materiallarının toplu şəklində çap
olunmasının təmin edilməsi diqqət
mərkəzində saxlanılıb.
Alimin kafedraya rəhbərlik etdiyi
dövrdə onun elmi məsləhətçiliyi və
rəhbərliyi altında neçə-neçə elmlər
doktoru, tibb üzrə fəlsəfə doktoru
hazırlanıb, 500-ə yaxın elmi işi, o
cümlədən çoxsaylı monoqrafiya,
dərslik və dərs vəsaiti, onlarca elmi-
kütləvi məqaləsi işıq üzü görüb. Akade-
mik Yusif Məmmədəliyev mükafatı,
Hacı Zeynalabdin Tağıyev mükafatı,
BMT-nin Təltiflər Komitəsinin I
dərəcəli Hippokrat ordeni, Albert
Şvaytzer mükafatı, Robert Kox medalı,
UNESCO-nun Beynəlxalq Akade-
miyasının qızıl medalı və s. bir sıra
beynəlxalq mükafat və təltiflərə layiq
görülüb. Vaqif Şadlinski Azərbaycanda
və bir sıra xarici ölkələrdə çıxan tibbi
jurnalların redaksiya heyətlərinin üzvü
kimi də yorulmaq bilmədən fəaliyyət
göstərir.
Prinsipiallığı, yüksək idarəçilik
qabiliyyəti, tədqiqatçılıq əzmi və insani
keyfiyyətləri ilə fərqlənən professor
Vaqif Şadlinskiyə bundan sonra da
səmərəli elmi-pedaqoji fəaliyyətində
uğurlar arzu edirik.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Tanınmış alim, təcrübəli pedaqoq
Ermənistan silahlı qüvvələrinin bölmələri
iriçaplı pulemyotlardan da istifadə etməklə
atəşkəs rejimini 39 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri
cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində
atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.
Müdafiə Nazirliyi-
nin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Ermənistanın Noyemberyan
rayonunun Dovex, İcevan rayo-
nunun Berkaber, Azatamut və
Paravakar kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun
Kəmərli, Qızılhacılı, Cəfərli,
Köhnəqışlaq kəndlərində və
adsız yüksəkliklərdə, Berd
rayonunun Çinari, Moses-
qex kəndlərində və adsız
yüksəkliklərdə yerləşən
mövqelərdən Tovuz rayo-
nunun Ağbulaq, Koxanəbi,
Ağdam kəndlərində və ad-
sız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal
altında olan Göyarx, Çiləbürt,
Ağdam rayonunun Yusifcanlı,
Şuraabad, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun
Aşağı Seyidəhmədli, Horadiz
kəndləri yaxınlığında, həmçinin
Goranboy, Xocavənd, Füzuli və
Cəbrayıl rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə
tutulub.