|
Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində “Dilçiliyə giriş” fənni üzrə Yekun Buraxılış Dövlət Attestasiyası suallari
|
tarix | 15.03.2018 | ölçüsü | 43,98 Kb. | | #31616 |
|
Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində “Dilçiliyə giriş” fənni üzrə Yekun Buraxılış Dövlət Attestasiyası
SUALLARI
-
“Dilçiliyə giriş” fənninin obyekti, predmeti, məqsəd və vəzifələri
-
Fənnin əsas tədqiqat metodları (müqayisəli, müqayisəli-tarixi, tipoloji, deksriptiv, riyazi-statistik və s.)
-
Dilçiliyin başqa elmlərlə (fəlsəfə, ədəbiyyatşünaslıq, tarix, coğrafiya, fiziologiya, informasiya nəzəriyyəsi, riyaziyyat, semiotika, psixologiya, sosiologiya və s.) əlaqəsi.
-
Dilçiliyin sahə və ya şöbələri
-
Dilin təbiəti və mahiyyəti haqqında
-
Dilin funksiyaları: kommunikativ, koqnitiv (idrakı), nominativ, ekspressiv-emotiv və s.
-
Dilin mənşəyinə dair nəzəriyyələr: səs təqlidi, nida, sosial razılaşma, əmək nəzəriyyəsi və s.
-
Təfəkkür və danışıq fəaliyyətinin qarşılıqlı əlaqəsi.
-
Ünsiyyət növləri - sözlü (verbal) və sözsüz (qeyri-verbal - jestlər, mimikalar dili).
-
Qədim dilçilik məktəbləri: Hind dilçiliyi (Panini və davamçıları);
-
Yunan dilçiliyi (Platon, Aristotel) və İskəndəriyyə məktəbi (F.Dionisi, A.Diskol).
-
Ərəb dilçiliyi (Sibaveyhi, X.Təbrizi və b.)
-
Por-Royal qrammatikası (K.Lanslo, A.Arno)
-
Fəlsəfi dilçilik məktəbi (V.fon Humboldt).
-
Tarixi-müqayisəli dilçilik məktəbi (H.Paul, F.Bopp, Y.Qrimm, R.Rask, A.X.Vostokov, M.Kaşğari).
-
Naturalizm dilçilik məktəbi (A.Şlayxer).
-
Psixoloji dilçilik məktəbi (H.Ştayntal, A.A.Potebnya).
-
Gənc qrammatiklər məktəbi (B.Delbryuk, G.Osthof, K.Bruqman, H.Paul).
-
Sosioloji dilçilik məktəbi (F. de Sössür).
-
Kazan dilçilik məktəbi (İ.A.Boduen de Kurtene, N.V.Kruşevski və s.).
-
Moskva dilçilik məktəbi (A.A.Şaxmatov, F.F.Fortunatov, A.M.Peşkovski, A.A.Reformatski)
-
Strukturalizm cərəyanı və əsas struktur dilçilik məktəbləri: Praqa funksional dilçiliyi, Danimarka qlossematikası və Amerika deskriptivizmi.
-
Dil işarələr sistemi kimi.
-
Sistem-struktur anlayışları haqqında.
-
F. de Sössürün dixotomiyası: dil-nitq (danışıq), daxili-xarici dilçilik, diaxron-sinxron dilçilik, dil vahidləri arasında sintaqmatik-paradiqmatik münasibətlər.
-
Dil səviyyələri (fonoloji, morfoloji, leksik, sintaktik) və səviyyələrarası əlaqələrin xarakteri
-
Fonetika və fonologiya. Fonologiya fonetikanın tərkib hissəsi kimi.
-
Fonem nəzəriyyəsinin tarixinə dair.
-
Dilin səs tərəfinin fizioloji (artikulyator), akustik və perseptiv aspektlərinin öyrənilməsi.
-
Dilin funksional (linqvistik) aspektdən öyrənilməsi.
-
Fonemin variantları: mütləq, fonetik və fakültətiv.
-
Fonemin əlamətləri: fərqləndirici (differensial) və inteqral.
-
Sait fonemlərin təsnifatı.
-
Samit fonemlərin təsnifatı.
-
Sinharmonizm (həmahənglik, ahəng qanunu)
-
Dilin seqment (heca, morfem, leksem, cümlə) və superseqment (vurğu, intonasiya) vahidləri
-
İntonasiya superseqment hadisə kimi
-
Heca və onun növləri. Əsas heca nəzəriyyələri.
-
Vurğu və onun əsas növləri.
-
Morfem (morfemika) nəzəriyyəsi. Morfem elementar mənalı dil vahidi kimi
-
Morfemlərin tipləri: kök (avtosemantik, leksik) və affikslər (sinsemantik, qrammatik)
-
Morfonologiya.
-
Omonimlik, sinonimlik, antonimlik və çoxmənalılıq (polisemiya).
-
Dilin lüğət tərkibinin zənginləşmə yolları.
-
Frazeologiya. Frazemlərin növləri: frazeoloji birləşmələr, frazeoloji uyuşmalar, frazeoloji qovuşmalar və frazeoloji ifadələr
-
Sabit və sərbəst söz birləşmələri.
-
Leksikoqrafiya lüğətçilik haqqında elm kimi.
-
Əsas lüğət növləri.
-
Leksik vahidlər arasında sistem əlaqələri.
-
Söz birləşməsi və cümlə (cümlə-söyləm münasibətləri).
-
Sintaqm anlayışı: cümlənin sintaqmatik üzvlənməsi
-
Sintaktik əlaqələrin növləri.
-
Sadə cümlələrin təsnifi
-
Mürəkkəb cümlələrin təsnifi
-
Cümlə və hökm.
-
Dillərarası əlaqələr: divergensiya və konvergensiya.
-
Linqvistik tipologiya: dil universalilər.
-
Dillərin genealoji təsnifi.
-
Dilçilikdə müqayisəli-tarixi metod.
-
Dillərin tipoloji (morfoloji) təsnifatı.
-
Areal dilçilik.
-
Dil ailələri və dil qrupları
-
Bilinqvizm məsələləri.
-
Yazı, inkişaf mərhələləri və onun əsas növləri.
-
Əlifba və onun növləri.
-
Orfoqrafiya. Orfoqrafiya prinsipləri
-
Azərbaycanda dilçiliyin inkişaf sahələri və indiki vəziyyəti
-
Təbii və süni dillər
-
Sözdüzəltmənin əsas üsulları
-
Dilin leksik fondunun üslubi üzvlənməsi
-
Kombinator variativlik
-
Transkripsiya və transliterasiya
-
Leksik və qrammatik məna.
-
Leksik mənanın əsas tipləri
-
Tabelilik əlaqəsinin əsas növləri
-
Cümlənin əsas qütbləri (mübtəda və xəbər qütbləri)
-
Dil və digər ünsiyyət vasitələri
-
Nitq hissələrinin kateqorial əlamətləri
-
Cümlənin baş və ikincidərəcəli üzvləri
-
Sözlərin semantik sahələr üzrə bölgüsü
-
Əsas və köməkçi sözlər
-
Arxaizm və tarixizmlər
-
Neologizmlər və internasionalizmlər (beynəlmiləl)
-
Qrammatik kateqoriyaların mahiyyəti
-
Konversiya və onun söz yaradıcılığında rolu
-
Picin və kreol dillər
-
Beynəlxalq və regional dillər
-
Omonim, omofon, omoqraf və omoformalar
-
Tətbiqi dilçiliyin sahələri: dilöyrətmə, tərcümə, lüğətçilik, əlifba, kompüter dilçiliyi
-
Dillərin morfoloji tipləri: kök, aqqlütinativ, flektiv və inkorporlaşan dillər
-
Etimologiya. Xalq etimologiyası
-
Dil etnomədəni fenomen kimi
-
Cümlənin (söyləmin) kommunikativ tipləri (nəqli, sual, əmr)
-
Dil sosial hadisə kimi
-
Dilin inkişafının cəmiyyətlə bağlılığı
-
Ədəbi dil və dialekt. Ədəbi dil və milli dil variantları
-
Dilin tarixi və xalqın tarixi: dilçilik və etnoqrafiya
-
Dilin lüğət tərkibindəki dəyişikliklər
-
Söz (leksem) dil vahidi kimi
-
Nitq mədəniyyəti və onun ictimai əhəmiyyəti
Ümumi dilçilik kafedrasının müdiri fil.e.d., prof. A.Y.Məmmədov
Dostları ilə paylaş: |
|
|