____________________Azərbaycan Milli Kitabxanası___________________
1
____________________Azərbaycan Milli Kitabxanası___________________
2
SÜLEYMAN RÜSTƏM
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
ÜÇ CİLDDƏ
II CİLD
"ŞƏRQ-QƏRB"
BAKI-2005
____________________Azərbaycan Milli Kitabxanası___________________
3
Bu kitab "Süleyman Rüstəm. Seçilmiş əsərləri. Dörd cilddə. I-II cildlər"
(Bakı, Azərnəşr, 1969) və "Süleyman Rüstəm. Cənub şeirləri"
(Bakı, Nurlar, 2003) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Azad Rüstəmzadə
894.3611- dc 21
AZE
Süleyman Rüstəm. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, "Şərq-
Qərb", 2005, 328 səh.
Yaradıcılığı Azərbaycan ədəbiyyatının yeni dövrünə təsadüf edən
Süleyman Rüstəm poeziyada milli, klassik ənənələrin davamçısı olmuş, eyni
zamanda bu ənənələri öz yenilik axtarışları ilə əhəmiyyətli dərəcədə
zənginləşdirmiş,
şerimizin novator xüsusiyyətlərinin yaranmasında
diqqətəlayiq rol oynamışdır.
Süleyman Rüstəmin poetik incilər xəzinəsində Vətənə məhəbbət çələngi
olan Cənub şeirlərinin xüsusi yeri var. Bu şeirlərin lirik qəhrəmanının
qəlbində bir azərbaycanlı kimi Cənub həsrəti son dərəcə güclüdür. Ancaq heç
bir yerdə bu həsrət sızıltıya, düşkünlüyə çevrilmir. Şairin Təbriz qəzəlləri xalq
dərdinin, böyük insan arzularının, işıqlı bir dünya həsrətinin bəzən yanıqlı,
bəzən də qəzəbli səslənən rübabıdır.
"Seçilmiş əsərləri"nin II cildində şairin geniş bir silsilə təşkil edən Cənub
mövzulu şeirlərlə yanaşı, həmçinin poemaları, eləcə də xatirələri toplanmışdır.
ISBN 9952-418-57-1
© "ŞƏRQ-QƏRB", 2005
____________________Azərbaycan Milli Kitabxanası___________________
4
____________________Azərbaycan Milli Kitabxanası___________________
5
6
_Azərbaycan Milli Kitabxanası
DİLIMƏ DƏYMƏ
TƏBRİZİM
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
____________________Azərbaycan Milli Kitabxanası___________________
7
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
DİLİMƏ DƏYMƏ
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən,
Yan - deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!
Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara,
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
ANAM DİLLİ QARDAŞIM
Dinlə qan qardaşını, qabar əlli qardaşım
Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,
Görürəm ki, qanından rəng alıbdır dan yeri,
Dərdli, qəmli kamanı ürək telli qardaşım.
____________________Azərbaycan Milli Kitabxanası___________________
8
Azadlıq günəşindən can gəlsin torpağına,
Təbrizli, savalanlı, ərdəbilli qardaşım.
Uzun illər kilidli dilin açıldı artıq,
Doğma anam laylalı, anam dilli qardaşım!
YAD GÜL DƏRƏ BİLMƏZ
Yad gül dərə bilməz çəmənimdən,
Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, Vətənimdən.
Hər yerdə günəşdir mənə bayraq
Baş əymərəm aləm yağı olsa,
Qan axsa da sel tək bədənimdən.
Ölsəm qalacaqdır əməlim sağ,
Düşmən mənə əl vursa, əminəm,
Atəş açılacaqdır kəfənimdən.
Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, Vətənimdən.
YASİN ƏVƏZİNƏ
Ürəyimin yaxınları, eşidin,
Diləyimin yaxınları, eşidin:
İllər yaman artırır bu yaşımı.
Ya tez, ya gec yerə qoysam başımı,
Nə ağlayın, nə də fəryad qoparın,
Vədinizə əməl edin, nəhayət,
Məni Araz sahilinə aparın.
İllərdir ki, qəlbimdədir bu həsrət.
Məzarımı o torpaqda qazdırın,
Göz yaşımdan yaratmışam bu çayı.
Məni üzü Təbriz sarı basdırın,
Qibləm olsun Arazımın o tayı,
Ancaq, yalnız bircə bunu etməyin,
Dostları ilə paylaş: |