Tərtibçidən.
1980-cı illərin sonu 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən
müsibətlər cəmiyyətdə sabitliyin pozulması, ciddi çətinliklərlə üzləşməyimiz,
səksəkə və təşviş içində yaşamağımız uşaqların da həyatında öz mənfi təsirini
göstərmişdir. Baş verən müharibələr onların da həyatından şən qayğısız uşaqlıq
illərini almışdır. Axıdılan qanlar, o cümlədən uşaqların gözü qabağında
həmyaşıdlarının amansızcasına həlak olmaları uşaqların psixologiyasına öz
təsirini göstərmişdir. Bu dövrdə müharibə şəraitində yaşayan bir ölkədə
uşaqların qayğısına qalmaq üçün onların müəyyən problemlərinin həllini təşkil
etmək üçün dövlətin köməyə ehtiyacı var idi. Bu dövrdə məktəblər, tibb
ocaqları, uşaqların tərbiyəsində rol oynayan mədəniyyət ocaqlarınınn –
kitabxanaların, teatrların muzeylərin dağıdılması nəticəsində uşaq hüquqlarının
pozulmasına gətirib çıxartmışdı. Bu kimi problemlərin həlli üçün dövlətin
müəyyən köməyə ehtiyacı var idi. Bu işdə BMT-nin Uşaq Hüquqlarının
qorunması haqqında qəbul edilmiş Konvensiyaya əsasən fəaliyyət göstərən bir
sıra təşkilatlar yaxından iştirak etdilər. Bunlar Azərbaycan Uşaq Fondu (1988),
Uşaq Hüquqlarının Müdafiə Liqası (1991), Müharibə Uşaqları Beynəlxalq Qeyri
Dövlət Xeyriyyə Fondu və s. təşkilatlar olmuşlar. Hər bir şəraitdə uşaqların öz
hüquqlarını müdafiəsini bilməsi cəmiyyətin həm fiziki həm də zehni cəhətdən
sağlam olması üçün əsas şərtdir.Uşaqlar hansı hüquqlara malik olduqlarını
bilmələri üçün, onlar gərək bu hüquqları dərk etməyi və onlardan istifadə
etməyi öyrənsinlər. Bunları öyrənməklə onlar gələcəkdə demokratik
cəmiyyətdə, məlumatlı və fəal bir vətəndaş kimi iştirak etməyə, öz hüquqlarını
necə qorumağa (istər məktəbdə, istərsə də sərbəst həyatda iştirak etməyə)
hazırlanırlar. Buna nail olmaq üçün uşaq hüquqlarının öyrədilməsində
məktəblərlə yanaşı kitabxanaların da üzərinə böyük vəzifələr düşür.
Hazırladığımız vəsait inanırıq ki, öz hüquqlarını öyrənməkdə uşaqlara yaxından
kömək edəcəkdir. Giriş hissədə Konvensiyanın yaranma tarixi və fəaliyyəti, II
hissədə isə kitabxanada bu münasibətlə keçirilməsi nəzərdə tutulan tədbirlər
haqqında məlumat verilib.
BMT-nin Uşaq Hüquqları Konvensiyası
:
1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilən Uşaq hüquqları
Konvensiyası uşaqların hüquqlarının qorunması sahəsində hazırlanmış ən mükəmməl
beynəlxalq sənəddir. Hazırda Demokratik ölkə olan Azərbaycan da 1992-ci ildən bu
Konvensiyaya qoşulmuş 189 olkənin sırasındadır. Ümumiyyətlə Uşaq hüququnu
qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “ Cenevrə
” bəyənnaməsi ilə yaranmışdır. 1959-cu ildə isə BMT Baş Məclisi “ Uşaq Hüquqları
Bəyənnaməsini qəbul etmişdir. Lakin bəyannamənin hüquqi qüvvəsi olmadığından
1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi işçi qrupu yaradaraq,1989-cu il
noyabrın 20-də rəsmi şəkildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul
etmişdir. Sənəd 1990-cı ildə 20 dövlətin razılığı ilə qüvvəyə minmişdir. Sonrakı
mərhələdə isə bütün dövlətlər konvensiyaya qoşuluraq, onun prinsip və öhdəliklərini
dəstəkləmişlər.
Konvensiyanın prinsipi əsasən uşaq şəxsiyyətidir. Konvensiya bu işə qoşulmuş
ölkələri uşaqlara, öz vətəninin sosial-iqtisadi həyatında daha yaxından iştirak etmək
üçün şərait yaratmağa çağırır. Burada əsas məqsəd uşaqların xoşbəxt böyümələri,
həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin
etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dinindən,
dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətlərindən asılı olmayaraq
öz hüquqlarından istifadə etməlidirlər. Konvensiyada bu hüquqlar müəyyən formada
qruplaşdırılmayıb. Lakin şərti olaraq bu hüquqları dörd qrupa bölmək olar. Bunlar –
yaşamaq hüququ qrupu, inkişaf hüququ qrupu, müdafiə hüququ qrupu, və
iştirak hüququ qrupudur. Bu hüquqlar qrupu dövlətləri uşaqlara gücləri çatdığı
qədər cəmiyyətin həyatında yaxından iştirak etmək üçün şərait yaratmağa, onların
şəxsiyyət olaraq yetişməsini təmin etməyə çağırır.
Konvensiyanın bu qədər mühüm əhəmiyyət kəsb etməsi bir də onunla izah
olunur ki, o, özündə gələcəyi əks etdirir. Uşaqlara məhəbbətlə yanaşan cəmiyyət
onların qabiliyyətlərini tam aça bilməyə şərait yaratmaqla onların azadlıqlarının təmin
edilməsini dəstəkləyir. İntelektual, mədəni, əxlaqi və mənəvi qabiliyyətlərini inkişaf
etdirmək üçün uşağa hər bir şərait yaradılır. Burada da hər bir ölkənin gələcək taleyi
indiki uşaqların əlindədir prinsipinə əsaslanır.
Ölkəmiz isə bu konvensiyaya 1992-ci il iyulun 21-də üzv olmuşdur. Sonralar isə
həmin sənədin müvafiq protokollarına qoşulub və bu konvensiyadan irəli gələn hər bir
məsələnin həllinə çalışılır.
Məlumdur ki, uşaq hüquqları konvensiyasının yerinə yetirilməsinə beynəlxalq
miqyasda Birləşmiş Millətlər Təşkilatının Uşaq fondları – YUNİCEF nəzarəti yerinə
yetirir. Bu təşkilatın respublikadakı nümayəndəliyi təhsil, səhiyyə, sahəsində aparılan
islahatların təşkilində yardım edir. Onların nəşr etdikləri küçə uşaqları problemlərinin
kömək etmişdir. .
54 maddədən ibarət Konvensiyada bütün hüquqlar 4 qrupa ayrılır.
İnkişaf hüququ
- bu qrupda olan hüquqlar uşaqların öz potensiallarının tam
inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq,
istirahət etmək, tədbirlərə cəlb edilmə, iştirak etmə, azad fikir və din hüquqları
aiddir.
Müdafiə hüququ
– bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan
qorumalıdır. Bu hüquqlar , məsələn , qaçqın uşaqlara qayğının göstərilməsi,