|
“azercell telekom” 2006
|
tarix | 17.09.2018 | ölçüsü | 63,5 Kb. | | #69231 |
|
AZERCELL 2013 – TARIF
15 fevral.,“Azercell” fakturalı xətt abunəçiləri üçün yeni danışıq paketlərini istifadəyə verdi. İndi fakturalı xətt abunəçiləri 200, 400, 600 dəqiqəlik paketləri sifariş verməklə, daha sərfəli danışa bilirlər – şəbəkədaxili zəngin 1 dəqiqəsini cəmi 5 qəpiyə. Belə ki, abunəçilər 10 AZN müqabilində 200, 20 AZN müqabilində 400, 30 AZN müqabilində isə 600 şəbəkədaxili dəqiqələr əldə edirlər.
2 sentyabr., Azercell Bütün abunəçiləri üçün ümumi ödəmə kartı istifadəyə verdi. SimSim və Fakturalı Xətt abunəçiləri eyni kartla balansı artıra bildilər.
19 avqust., Azercell Telekom MMC sentyabrın 17-dən etibarən bölgələrdə olan Sim-Sim abunəçiləri üçün yeni tarif istifadəyə verdi. Bölgə tarifini seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə 1 dəqiqəsi 10 qəpik tarifi ilə danışırlar.Bununla da abunəçilər şəbəkədaxili zənglərdə 30-50%, şəbəkəxarici zənglərdə isə 50-65% endirim əldə edirlər. Həmçinin, bölgələrdə bu tarif çərçivəsində edilən şəbəkədaxili zənglər 3-cü dəqiqədən sonra pulsuzdur, yəni abunəçi 40 dəqiqə üçün cəmi 15 qəpik ödəyir.
20 noyabr., Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC Mobil İnternet istifadəçiləri üçün endirim etdi. 19 noyabr tarixindən etibarən abunəçilər 1GB Data paketini əldə etmək üçün 10 AZN deyil, 6 AZN ödəyirlər. Eyni zamanda internet istifadəçiləri 3GB paketini 12 AZN-ə, 9GB paketini 18 AZN-ə, 18GB paketini isə 24 AZN qiymətinə sifariş edirlər. Eyni zamanda “Tələbə 1-liyi” tarif paketi abunəçiləri üçün bütün paketler üzrə 20% endirim tətbiq olunur.
9 dekabr., 2013-cü ildə Azercell əhəmiyyətli dərəcədə 4G şəbəkəsini genişləndirərək yeni 4G internet paketlərini istifadəyə verdi. Beləliklə, 2 dekabr tarixindən etibarən Azercell abunəçiləri 25GB internet paketi üçün ƏDV daxil 30 AZN, 50GB üçün 45 AZN və 100 GB üçün 70 AZN ödəyirlər.
Dostları ilə paylaş: |
|
|