“ÝDRAK”
Ýctimai Birliyi
Vidadi küç. 53
Ýnternet ünvaný: www.idrak.org.az
T?rcüm? ed?n v? redaktor:
Elvüsal M?mm?dov
Dizayn v? t?rtibat:
Cavid M?mm?dov
Kitab Dini Qurumlarla Ýþ üzr? Dövl?t Komit?sinin
icaz?si il? n?þr olunur. DK-239/Q
M?zh?b ixtilaflarý haqda yeni söz.
Baký, 2010. CBS - 40 s?h.
5
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Məlumdur ki, müasir dövrdə İslam dünyası bir çox problemin
cənginə düşüb. Bu problemlərin ən təhlükəlisinin məzhəb təəssübkeşliyi
olduğunu desək, düşünürük ki, yanılmarıq. Düzdür, fikir ayrılığı,
plüralizm təbii şeylərdir və biz bunun əleyhinə də deyilik. Ancaq
mövcud fikir ayrılıqlarının əməli çəkişmələrə, ixtilafa, müsəlmanların
parçalanması amilinə çevrilməsi qəbuledilməzdir. Plüralizm və fərqli‐
fərqli fikirlərin meydana çıxması inkişafdan xəbər verir, donuqluq və
təqlidin üstündən xətt çəkir.
İslam dünyasında fərqli‐fərqli məzhəblərin, cərəyanların möv‐
cudluğu, bir məsələ ətrafında müxtəlif fikirlərin yaranması, əslində
müsəlmanlar arasında söz azadlığının bəhrəsi kimi nəzərdən keçiril‐
məlidir. Ancaq söz azadlığından, plüralizmə yaradılan şəraitdən qarşı
tərəfi təhqir etmək, onunla çəkişmək üçün istifadə edildikdə vəziyyət
dəyişir.
Məzhəblər islam mədəni irsinin ayrılmaz hissəsidir. Onları inkar
etmək on dörd əsrlik müsəlman tarixinin mədəni‐elmi sferasından
imtina deməkdir. Ancaq onlardan təhqir və ədavət aləti kimi istifadə
etmək də yolverilməzdir. Müsəlman dünyasına bəla olmuş məzhəb
çəkişmələrinin, mübahisələrinin səbəbini “məzhəblərə ayrılma” prosesi
ilə əlaqələndirmək doğru deyildir. Bu problemin əsas səbəbi məzhəblərə
münasibətdə özünü göstərən ifratçılıqdır. Daha dəqiq desək, bu və ya
digər məzhəbin nadan mənsublarıdır!
Problemin aradan qaldırılması üçün əlaqədar ədəbiyyatın
mütaliəsi, mütaliədən müvafiq nəticələrin çıxarılması olduqca zəruridir.
Məzhəblərə münasibətdə müsəlmanlar nə qədər çox məlumata sahib
olsalar, təəssübkeşliyin caynağından bir o qədər də uzaq qalacaqlar.
Odur ki, biz bu tələbatı nəzərə alaraq, məlum problemin həllinə çalışmış
görkəmli alim, mütəfəkkir Şeyx Məhəmməd Qəzalinin “Şərqşünasların
6
tənələri qarşısında əqidə və şəriətin müdafiəsi” kitabından müvafiq
hissələri tərcümə etmək qərarına gəldik. Təqdim olunan bu kitabı
oxumaqla siz məzhəblərə dair biliklərinizi artıracaq, fəhminizi geniş‐
ləndirəcəksiniz. Müsəlmanların nə üçün cahillik girdabına düşdüyünü
anlayacaqsınız.
Tərcüməçidən
7
Müsəlmanlar arasında baş vermiş
ixtilafların mahiyyəti
Müsəlmanlar arasında baş vermiş ixtilaflara dərindən nəzər
salsaq, görərik ki, bu ixtilaflar əvvəlcə sadə və o qədər də ciddi olmayan
məsələlər ətrafında yaransa da, sonralar daha da vüsət kəsb edərək
mürəkkəbləşmiş, təhlükəli hala gəlmişdir. Bu, laqeydlik və vaxtında
müalicəedilməmə ucbatından adi bir yaranın böyüyərək öldürücü
xərçəngə çevrilməsinə oxşayır. Söhbət ciddi problemdən gedir, – o
problemdən ki, müzakirə məclisləri onsuz ötüşməmiş, döyüş meydan‐
larının təbilləri onun üstündə çalınmışdı.
Uzun‐uzadı düşünsək, insafən deməliyik ki, sözügedən ixtilaflar
dini səciyyə daşımır. Axı, bunlar bəzən formal olaraq, bəzən də təbiət
etibarı ilə baş vermiş ixtilaflar idi. Habelə, bu ixtilaflar ya dini düşüncə
tərzində (dində deyil!), ya da dinin istifadə etdiyi vasitələrdə özünü
göstərmişdir. Çünki dinin metodologiyasının izahında və qayəyə çat‐
mada hansı vasitələrin daha münasib olması müsəlmanların fərqli‐fərqli
fikirlərlə çıxış etmələrinə səbəb olmuşdu.
Hakimiyyətin dinin bir parçası sayılması və ya islamın şəriət və
etiqada bölünməsi kimi məsələlərdə müsəlmanlar arasında heç bir ixtilaf
vaqe olmamışdır.
Habelə, onlar Quranın qanunverici və hökmqoyucu kitab olması
ətrafında qətiyyən ixtilafa düşməmişlər. Ancaq problem kimin hakim
olması məsələsi ətrafında yaranmışdır.
Müsəlmanlar bu məsələdə Peyğəmbərin (Ona Allahın xeyir‐
duası və salamı olsun!) ən yaxın səhabələrinə üstünlük vermişlər; şiələr
Həzrəti Əlini xilafətə ən layiq namizəd hesab etdikləri halda xaricilər də
düşünürdülər ki, istənilən müsəlmanın ətrafına yığılıb onunla iş görmək
mümkündür.
Elə isə bu, əqidə və şəriətin təlimləri ilə əlaqəli dinimi ixtilafdır?
Və ya o, qılıncların kənara qoyulub min bir yolla həlli mümkün
olan siyasi çəkişmədirmi?
Həmçinin, müsəlmanlar Allahın ədaləti olması, itaətkara savab